Sual (1) : salamun aleykum size sualim var menim nece ildi usagim olmur sebeb yoldasimdadi isterdim ondan bosanim onun qardasininda usagi olmur 8 ildi men bilirem ki bunlarin qaninda var ki usaqlari olmur men bundan bosansam gunahmi olar Allah sizden razi olsun
Ad: Aylin, Ölkə: , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Boşanmaq son çıxış yoludur və biz əvvəldə bunu məsləhət görmürük. Siz bacardıqca həyat yoldaşınızı yola verməyə çalışın. Boşanmaq yaxşı hal deyil, Allah da bunu xoşlamır. Siz bunun müqabilində gözəl əxlaq göstərin və bilin ki, sizin əsl tərəfdaşınız Allahdır və siz Allaha xatir ərinizin belə rəftarlarına dözürsünüz. Ümidvarıq ki, əriniz sizi başa düşər.
Amma sizinlə heç cür yola getməsə və siz də belə ər-arvadlığa dözə bilməsəniz onda təlaq ala bilərsiniz.

http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (2) : Azərbaycan kimi müsəlman və şiə bir ölkədə uzun bir müddət dini alimlərə müraciət edə bilmirdilər, el adət ənənəsi ilə evlənib və şəri əqdi oxumurdular, hazırdakı vəziyyətdə baxmayaraq ki buna şərait yaranmış və dini anlayışları artıb, onun və uşaqlarının təklifi nədir?
Ad: Teymur, Ölkə: , Müctəhid: Ayətullah Safi
Bismillahir-rəhmanır-rəhim
Əgər məlum olsa ki, keçmiş əqdlər düzgün olmayıb, yenidən oxunmalıdır, Amma bu evlənmələrdən olan uşaqlar halalzadə hökmündədirlər.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (3) : Salamun aleykum Bildiyiniz kimi adet enenemize gore toydan evvel nisan deyilen bir qayda var. Kebinsiz oglan ve qizin bir muddet birlikteliyi. Bildiyim qederiyle Islamda nisan deyilen bir mefhum yoxdu. Dinimizin nisan dediyimiz adete munasibeti necedi ?
Ad: Farid Fateh, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Məhz nişanlı olmaq məhrəmliyə səbəb olmur. Nikah əqdi oxunmayınca naməhrəm hökmündədirlər və digər naməhrəmlərlə heç bir fərqi yoxdur. Ona görə də naməhrəm məsələlərinə tamamilə riayət etməlidirlər. Yaxşı olar ki, elçilik edib izdivac üçün qızın razılığı alındıqdan sonra onun atasının (ya ata tərəfdən olan babasının) izni ilə nikah əqdi oxunsun.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (4) : SALAM.MEN SISTANI AGANIN KITABINDA MESELE 2469 DA BELE BIR SEY OXUDUM."EGER QADIN OZ MEHRINI ERINE SULH ETSE KI BASQA ARVAD ALMASIN VACIBDIR KI ERI BASQA ARVAD ALMASIN VE QADININ MEHRI ALMAQ HAQQI YOXDUR"1.BURDA DEYILEN MEHR MEHRIYEDIR?2.YENI BASQA ARVAD ALMAMASINI VE SIGE ETMEMESINI KEBINDE SERT QOYSA ER DE QEBUL ETSE BU HAL DUZGUNDUR?3.BURDAKI MESELEDE DEYILIR KI MEHRI ALMAGA HAQQI YOXDUR.YENI BU SERTI MEHRIYE KIMI SERT QOYSA BASQA MES 1000 MANATDA PUL ISTIYE BILMEZ MEHRIYE HAQQI KIMI?ALLAH RAZI OLSUN.
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
1. Mehr, mehriyyə mənasınadır.
2. Əgər qadın əqddə şərt etsə ki, kişi ondan başqa qadınla izdivac etməsin, kişi gərək bu şərtə əməl etsin.
3. Zövcə öz mehriyyəsini bağışladıqdan sonra daha onu yenidən tələb edə bilməz.

http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (5) : Salam aleykum. yazdınız ki,qadın kişiye siğe baresinde israr ederse kişi redd etse günah deyil.Bilmək istəyirəm ki,bəs kişinin boynuna nəysə haqq gəlir? 2.Deyillər ki,Yenicə ailə qurmuş qadına siftə vaxtlar tez-tez çimmək olmaz.bəzi xəstəliklər ola bilər..bilmək istəyirəm ki,cenabet evezine teyemmüm etmek olar bir neçə gün?
Ad: , Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
1. Bu barədə kişinin öhdəsinə heç bir şəri vəzifə gəlmir,
lakin əgər qadının günaha düşmək ehtimalı varsa, kişinin də onunla izdivac etmək imkanı olarsa, onun təklifini qəbul etməsi yaxşı olar.
2. Əgər su işlətmək insanın ölümünə səbəb olsa, yaxud su işlətmək vasitəsilə onda bir eyib və ya xəstəlik əmələ gələrsə, yaxud xəstəliyi uzansa, ya şiddətlənsə, ya çətinliklə müalicə olacaqsa, gərək təyəmmüm etsin. Amma əgər suyun zərərini dəf edə bilsə, məsələn, suyu isitmək kimi, gərək bu işi etsin və dəstəmaz alsın, qüsl lazım olan vaxtda da qüsl etsin.
Qeyd edək ki, suyun ona zərər edəcəyini yəqin etməsi lazım deyildir. Əgər zərər verəcəyini ehtimal etsə və onun bu ehtimalı xalqın nəzərində düzgün bir ehtimal hesab edilərsə, təyəmmüm etməlidir.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (6) : salam aleykum. Eger bir qadın evli bir kişiden israrla onunla siğe etmesini isteyerse ve her defesinde kişi redd ederse bunun kişiye günahı var?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Bunun kişi üçün bir günahı yoxdur. Lakin əgər qadının günaha düşmək ehtimalı varsa, kişinin də onunla izdivac etmək imkanı olarsa, onun təklifini qəbul etməsi yaxşı olar.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (7) : Salam aleykum. Eger nişanlanan gencler arasında eqd duası oxunarsa qadın şəri hökmü bilməməzlikdən şərt qoymuyub ki,başqasıyla müvəqqəti kəbin kəsdirməsin.indi kebinlerinden 1 il kecib hele de nişanlidirlar.o qadın təzədən nece edə bilər ki,o şərti qoysun?
Ad: , Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Daha bu şərt keçərli deyil, lakin öz aralarında razılaşa bilərlər.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (8) : 1. Bir xanım ərindən təlaq alıb, lakin müəyyən səbəblərdən (ev məsələsinə görə) zaksla ayrılmayıblar. Bu halda qadın iddə gözlədikdən sonra başqası ilə ailə həyatı qura bilərmi, yoxsa zaksla da ayrılması vacibdir? 2. Boynunda orucun kəffarəsi olan şəxs onları ödəyə bilməyəcəyini bilir (kasıb olduğu üçün pul ilə də kəffarə çıxarda bilmir və qəza orucları olduğu üçün qəzalarını tutmalıdır), bu halda "istiğfar" etməsilə kəffarə onun zimməsindən götürülərmi?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
1. Əgər talaq alıb və iddə gözləyibsə, başqa ərə getməsi üçün şəri cəhətdən iradı yoxdur.
2. Ramazan ayında orucu yediyinə görə kəffarəsi boynuna vacib olan şəxs, ya bir qul azad etməli və ya iki ay oruc tutmalı, yaxud altmış fəqiri doyuzdurmalı, ya da hər birisinə bir müdd (təqribən dörddə üç kiloqram) təam yəni buğda, arpa, çörək və bu kimi şey verməlidir. Əgər bunlar onun üçün mümkün olmasa, mümkün olduğu qədər sədəqə verməli, bu da mümkün olmasa, istiğfar etməlidir. Amma vacib-ehtiyata əsasən hər vaxt imkanı olsa, kəffarəni ödəməlidir.

http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (9) : Toydan once oglan evi qizin atasina camaat arasında deyilen başlıq pulu verir.bu pul qadinin ozne verilen mehriyye ile eynidi yoxsa bunlar bir-birinden ayridirlar?deyekki bir qadina 1000 manat deyerinde mehriyye verilib.başlıq pulu da verilmelidi ataya?ya da bunun eksi olsa nece?
Ad: Leyli, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Mehriyyə, Allahın təyin etdiyi vacib bir məsələdir, başlıq isə el adətidir. Əgər başlığı mehriyyədən hesab etmək istəsələr, gərək oğlan tərəfi bunu aşkar olaraq qız tərəfinə bildirsin. Başlığın kimə verilməsinə də gəldikdə yenə bu camaatın adətinə qayıdır. Yəni bunun şəri bir mövzusu yoxdur.
Lakin mehriyyəni qız təyin etməlidir və oğlan bu mehriyyəni qəbul edərsə, əqd oxunan zamandan onu qadına ödəməsi öhdəsinə gəlir.

http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (10) : Salam aleykum. Kişi öz xanımının izni olmadan başqasıyla müveqqeti kebin kesdire bilermi? Ailesi olan kisi hansi şertlerde müveqqeti kebin kesdire biler? Qadinin bu barede erine qadaga qoymaga haqqi var? Demek olarki bu gun cahil de,dindar da ilk sorusdugu mesele sige meselesidi.ve bu mesele cox adilesdirilib.hetta pis baxanlar bele var.
Ad: , Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
1. Kişi yenidən evlənməsi üçün öz həyat yoldaşından icazə alması lazım deyil. Lakin əgər əqd zamanı bunu şərt ediblərsə, yəni qadın şərt edibsə ki, səninlə bu şərtlə izdivac edirəm ki, məndən başqa qadınla evlənməyəsən və kişi də bu şərti qəbul edibsə; bu surətdə gərək onun razılığını alsın. Əks təqdirdə haram iş etmiş olur, lakin əqd düzgündür.
2 . Yuxarıdakı cavabdan bu mövzu aydın oldu.
3. Qadın bu barədə ərinə qadağa qoya bilməz, lakin yuxarıda qeyd etdiyimiz kimi qadın izdivac əqdi zamanı bunu əri ilə şərt edə bilər.
4. Şəriətdə icazəli bilinmiş hər hansı bir məsələyə kiminsə irad tutması, o məsələnin əksini çatdırmır.
Müvəqqəti nikah və onun icazəli olmasının səbəbləri barədə geniş məlumat əldə etmək üçün saytımızın kitabxanasının "Hüquq" bölməsində yerləşdirilmiş "Müvəqqəti nikah" kitabına müraciət edin. Kitab aşağıdakı linkdə yerləşdirilmişdir:

http://kitab.nur-az.com/az/lib/view/246

Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Go to TOP