Sual (1) : salam.men bilmek isteyirem olmuw insanin ilin baglanb baglanmamaginin ne kimi gunahi ve vacibliyi var? birdeki menim atamda anamda rehmete gedib her iksinin ilin eyni molla bagliyib.hansiki tezelikce bilmiwemki hemen molla falcilig edir dua emel edir firldag yoluyla pul qazanir.indi menim ureyme bir wubhe duwub hansiki meni rahat buraxmir.belke hec quranda oxuya bilmir bu yalanda agzina geleni oxuyub gedib illeri baglanmamiw qalib valideyinlerimin.bunu nece bile bilerem men? ve bu halda ne edsem dogru olar?
Ad: Ummu Habiba, Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
İl keçirmək vacib deyil. Lakin dünyadan köçmüş insan üçün Quran oxumaq İslamda çox bəyənilir və çoxlu tövsiyə edilmişdir. Qeyd etdiyiniz şəxsə gəlincə isə, inşaallah oxuduğu düzgündür.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (2) : bəziləri deyir buğun dodağın üstünə düşməsi haramdı bəziləri də deyir eybi yoxdur. zəhmət olmasa bunu aydınlaşdırn ki bu olar yoxsa haramdı
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Haram deyil, amma məkruhdur.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (3) : Əssalamun Aleykum..Sizə və bütün haqq əhlinə Allahın Salamı olsun...Mən ayələri və duaları (məsələn:fə-innə və sair kimi sözləri)oxumaqda çətinlik çəkirəm.Duaları,zikrləri Azərbaycan dilinə tərcüməsində oxusam,dualar öz savabını itirməz? Mən bilirəm ki ərəb dilində oxumaq müstəhəbdir.. Ancaq çətinlik çəkirəm.Sizə əvvəlcədən minnətdarlıq edirəm...
Ad: Allahı Sevək, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əgər ərəbcə oxuya bilmirsinizsə, öz dilinizdə də oxuya bilərsiniz, lakin ərəbcə oxunmasında olan qədər savab yazılmır. Amma qeyd edim ki, siz öz dilinizdə oxusanız, ərəbcəsindən də yüksək savab əldə etmək imkanınız vardır. Bu da dua və zikri oxuduqda onun üzərində təfəkkür etdiyiniz surətdədir. Əgər diqqət və təfəkkürlə oxusanız, savabı çoxdur, həm duanın özünə görə savab verilir, həm də onda təfəkkürə görə.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (4) : assalamu aleykum! teqiyye seyidlere haramdirmi?
Ad: salman azeri, Ölkə: rusiya, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Təqiyyənin lazım olan yerdlərdə seyid və qeyri-seyid arasında fərq yoxdur və haram deyil.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (5) : Salam Aleykum. Bir sualim var Yotube den umumiyetle internetden bir wey goturdukde onu ora qoyandan icaze almalisan? eger icaze ala bilmiremse onda olar elece goture bilerem? Yotube de videoya baxanlar bu videonu gotururem hala edin yazirlar buna ehtiyac var?
Ad: Arzu, Ölkə: rusiya, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər götürməməyi şərt etməyibsə, götürmək olar. Əgər materialdan istifadə etdikdə, qaynağı göstərməyi şərt etsə, gərək bu şərtə əməl edilsin.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (6) : 1. Mömin bir şəxsin etdiyi bir günahı başqasına deməsi haramdırmı? (yəni öz eyibini başqasına söyləməsi haramdırmı) 2. Bir nəfər keçmişdə böyük günahlar yerinə yetirib, indi isə tövbə edib. Elədiyi günahlar içərisində haqqun-nas da var. Onların hökmlərini bilmək istəyir ki, məsələn, bəzi insanları döyüb üzünü qızardıb, qaraldıb, oğurluq edib və s. bu kimi eyiblərini hökmü bilən bir şəxsə deyir ki, o da onun şəri hökmünü desin ki, boynundakı haqları yerinə yetirmiş olsun. Bu halda o şəxs öz eyiblərini açıb şəri hökmü bilən şəxsə deyə bilərmi? 3.Tərbiyə ustadı (Əhli-beyt məzhəbinə bağlı olan əxlaq ustadı) tələbəsinə, rəzil əməllərdən çəkinməsi və fəzilətli əməlləri yerinə yetirməsi üçün ona bir cədvəl hazırlayır. Məsələn, aylıq cədvəldir, hər gün tələbə o cədvələ işarə qoyur ki, filan rəzil əməli etdim ya etmədim, filan fəzilətli əməlləri etdim ya yox və s. Ayın və ya həftənin sonu tələbə onu gətirir ustadına göstərir ki, ustadı ona (cədvələ) baxıb onu daha da qabağa aparmaq üçün onun ruhi gücünü müəyyənləşdirib müəyyən tapşırıqlar versin. Bu halda ustadın onun mənfi əməllərini bilməsi icazəlidirmi?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
1.Haram deyil, lakin bir məsləhətli səbəb olmadan demək bəyənilmir.
2. Öhdəsinə olan belə haqları ya ödəməli ya da qarşı tərəfin razılığını almalıdır.
Eybi yoxdur, şəri vəzifəsini bilmək üçün deyə bilər.
3.Sualın fərzində İradı yoxdur və bu iş düzgündür.

http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (7) : Salam ələykum. Savab məqsədilə müstəhəb olaraq dəfələrlə namaz qılnlçan, oruc tumuşam, salavat göndərmişəm, bütün bunları müəyyən məbləğin müqabilində başqa bir şəxslə dəyişə bilərəmmi? yoxsa bunu əvvəldən niyyət eləməliydim?
Ad: Nadir, Ölkə: , Müctəhid: Ayətullah Sübhani
Bismillahir-rəhmanır-rəhim
Dəyişə bilməzsiniz.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (8) : Ayətullah Sistaninin Facebook-a münasibəti necədir ? Halal və ya haram hesab edir ?
Ad: Akif, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əgər haram və fasada düşmək qorxusu yoxdursa, dini və adi mövzuları izləməyin eybi yoxdur.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (9) : salam aleykum men usaq vaxti cox decel idim qonsulara cox zerer vururdum onlarin malina zerer deyirdi evlerinin suselerin sindirirdim masinin tekerini bicaqla yirtirdim ve s kimi coxlu xesaretler vururdum onlar da bilmirdiler ki bunu men elemisem. bunlar hamisi buluq heddine catmamis olub indi sual budur ki men teklif yasina catmazdan qabaq vurduqum zererleri mal sahibine qaytarmaliyammi? bu haq olaraq boynumda var yoxsa mene bir haqq yoxdur
Ad: Decel, Ölkə: , Müctəhid: Ayətullah Sübhani
Bismillahir-rəhmanır-rəhim
Sualın fərzində sizin vəzifəniz budur ki, vurduğunuz zərəri hazırkı qiymətlə ödəyəsiniz.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (10) : Xahiş edirəm deyə bilərsiz arxa, yan və qabaq dişlərin diyəsinin nə və necə olmasıynan bağlı geniş informasiya verərdiniz? Təşəkkül edirəm
Ad: Malik Tetirov, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Ümumiyyətlə ağızın qabaq on iki dişlərindən (altı aşağı və altı yuxarı diş) hər birini aradan aparmaq 50 şəri misqal (18 noxud) qızıldır. Arxadakı 16 diş (səkkiz ədəd aşağı və səkkiz ədəd yuxarı dişlər) 25 şəri misqal qızıldır. Dişin kökündən çıxması, ya tamam sındırılması, kiçik və böyük olması arasında bir fərq yoxdur.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Go to TOP