Sual (1) : Bir şəxs öz mülkünü böyük qardaşına bağışlayıb onun istifadəsinə qoymuşdur. lakin bir müddətdən sonra peşiman olub həmin mülkü öz malı kimi satmışdır. bu əməl və alver səhihdirmi?
Ad: Perviz, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Verilən suala əsasən qohuma hədiyyə və təhvil verildiyindən onu geri almağa haqqı yoxdur. buna əsasən qeyd olunan alver başqasının işinə qarışmaqdır. onun səhih olması hədiyyə olunan şəxsin imzasına aiddir. Əgər təhvil almaqdan əvvəl satılmışdırsa, hədiyyədən qayıtmaqdır və alver səhihdir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (2) : Hədiyyə edən bağışladığı malı geri ala bilərmi?
Ad: Mehemmed, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Bəli, öz malını geri ala bilər. aşağıda qeyd olunan hallarda geri ala bilməz:
1. Öz malını qürbətən iləllah və savab qəsdi ilə bağışlamış olsa;
2. hədiyyənin əvəzində bir şey almış olsa; (Ürfən “ hibeyi muəvvəzə deyilir.
3. qohumlar və yaxınlarından birinə hədiyyə vermiş olsa;
4. hədiyyə etdiyi mal öz əsl halında qalmamış olsa. məsələn hədiyyə etdiyi parçanı kəsmiş, ya rəngləmiş, yaxud tələf etmiş və yaxud da başqasına bağışlamış olsa;
5. tərəflərdən biri vəfat etmiş olsa. bəs əgər hədiyyə edən vəfat etsə onun vərəsəsi hədiyyə olunmuş malı geri ala bilməz və həmçinin hədiyyəni qəbul edən şəxs vəfat etsə hədiyyə edən geri qaytara bilməz. hədiyyə olunmuş mal vərəsənin malına çevrilir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (3) : Bir şəxs bir nəfərdən tələbkardır. tələbini ona bağışladığını dedikdə o da qəbul etdiyini demişdir. bir neçə gündən sonra peşiman olsa, şəri cəhətdən qaytarmağa və tələb etməyə haqqı vardır?
Ad: Bahadir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Ümumi halda insan öz tələbkar olduğu malı borcluya bağışlasa, borclunun öhtəsindən borc götürülür. tələbkar geri qaytara bilməz.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (4) : Bir-birinə bitişmış halda dünyaya gələn iki əkizin evlənmə hökmünü bəyan edin.
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Əgər ehtiyata əməl edərək evlənməyə bilsələr və şiddətli məşəqqətə düçar olmasalar, ehtiyat budur ki, evlənmək fikrindən daşınsınlar. Lakin evlənməyə məcburdurlarsa, bu iki qız növbə ilə eyni kişiyə ərə gedə bilərlər. Bu şəkildə ki, kişi onlardan birini öz nikahına keçirsin, talaqdan və iddə bitəndən sonra digərini öz nikahına keçirsin. (Xatırlatmaq lazımdır ki, çoxsaylı talaqlardan irəli gələn problemlərlə üzləşməmək üçün müvəqqəti nikahdan istifadə edə bilərlər.) İki əkiz oğlan barəsində də ehtiyat budur ki, əgər mümkündürsə, evlənməsinlər. Zərurət irəli gələn zaman isə, eyni vaxtda (ikisi üçün) eyni həyat yoldaşını seçmək caiz deyil. Lakin yuxarıda deyilən formada bir qadınla evlənə bilərlər. Hər halda, belə fərdlərin sayı olduqca az olduğuna görə bu şəriət hökmlərinin izahı insanlara təəccüblü gəlsə də, bəhs və mübahisəyə ehtiyac yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (5) : Bir şəxs müəyyən qədər malı izdivac, mövlud və yaxud başqa işlərlə əlaqədar başqasına hədiyyə verir və üç-dörd il keçdikdən sonra onu geri almaq istəyir. Həmin şeyləri alan şəxsə, sahibi istədikdə qaytarması vacibdirmi? Əgər bir şəxs müəyyən qədər malı imamların əzadarlıq, yaxud mövlud mərasimlərini keçirmək üçün versə, sonradan həmin şeyləri geri ala bilərmi?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Hədiyyə olunan şeyin özünün həmin şəxsin yanında qaldığı vaxta qədər hədiyyə edən şəxsin onu geri götürməsi caizdir. Bu şərtlə ki, o, hədiyyə edənin qan qohumlarından, hədiyyə də əvəzli olmasın. Amma hədiyyənin tələf olması hədiyyə verildiyi zaman olduğu haldan başqa şəklə salındığı hallarda hədiyyəni və yaxud onun əvəzini tələb etməyə haqqı yoxdur. Həmçinin insanın qürbət qəsdi və Allahın razılığını qazanmaq niyyəti ilə hədiyyə etdiyi şeyi geri almağa haqqı yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (6) : Hədiyyə edən şəxsdən hədiyyəni təhvil almaqda hədiyyəni almaq kifayətdirmi, yoxsa bundan əlavə xüsusi maşın, ev, torpaq sahəsi və sair hallarda şəxsin adına yazılmalıdırmı?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Hədiyyəni qəbul etməyin şərt olunması dedikdə məqsəd müqavilə yazılıb imzalanması deyil. Məqsəd budur ki, o mal onun ixtiyar və təsərrüfündən çıxsın, bu da hədiyyənin gerçəkləşməsi və malikiyyətin hasil olması üçün kifayətdir. Hədiyyə olunan mallar arasında da heç bir fərq yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (7) : Bəzi idarə və müəssisələr müxtəlif əlamətdar hadisələrlə əlaqədar olaraq öz işçilərinə bəzi hədiyyələr verir, halbuki, nə üçün verildiyi məlum deyil. İdarə işçilərinə bunları alıb təsərrüf etmək caizdirmi?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Hədiyyə edən şəxsin dövlət qanunlarına əsasən buna ixtiyar və səlahiyyəti çatsa, dövlət əmlakından hədiyyə verməsinin eybi yoxdur. Amma hədiyyəni alan şəxs nəzərə çatacaq qədər hədiyyə verən şəxsin bu ixtiyar və səlahiyyətlərə malik olmasına ehtimal versə onu qəbul etməyinin işkalı yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (8) : Bir şəxs öz vəsiyyətnaməsində mənzildə olan əmlakını arvadına bağışlamışdır. Evdə də vəsiyyət edən şəxsin əlyazması ilə olan bir kitab mövcuddur. Onun həyat yoldaşı bu kitaba malik olmaqdan əlavə, bundan irəli gələn hüquqlara, o cümlədən çap və nəşr işlərinə də malik olurmu, yoxsa sair vərəsələr bunda şərikdirlər?
Ad: Sahib, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Yazılmış kitabın çap və nəşr olunması haqqı onun mülkiyyətinə tabedir. Buna əsasən bir şəxs öz həyatında bir kitabın müəllifi olduğu halda onu bir şəxsə hədiyyə edib təhvil versə, yaxud ona aid olmasını vəsiyyət etsə, müəllifin vəfatından sonra kitab həmin şəxsə məxsus olur və bütün hüquqlar da onundur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (9) : Mən çox ağır bir xəstəliyə düçar olduqdan sonra bütün əmlakımı övladlarım arasında bölüşdürüb hər birinin adına sənəd tənzim etdim. Sağaldıqdan sonra onlara müraciət edib malımın bir miqdarını mənə qaytarmalarını istədim. Amma onlar bu işdən boyun qaçırdılar. Bu məsələnin hökmü nədir?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Sadəcə mülkün sənədini övladların adına yazılması mülkiyyətin gerçəkləşməsinə kifayət deyil. Belə ki, əgər öz mal-dövlətinizi və əmlakınızı onlara hədiyyə edib təhvil vermiş və onların təsərrüfünə keçirmiş olsanız, artıq ondan dönmək haqqınız yoxdur. Amma əgər ümumiyyətlə heç bir hədiyyə baş verməmiş olsa, yaxud hədiyyə etdikdən sonra təhvil alınıb-verilmə gerçəkləşməmişsə, bu var-dövlət sizin mülkünüzdə qalır və onun ixtiyarı sizin əlinizdədir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (10) : Mənim bir yaşayış binam vardır ki, onu kiçik qızımın adına keçirmişəm. Onun anasına (arvadıma) təlaq verdikdən sonra öz hədiyyə vermək fikrimdən döndüm və 17 yaşına çatmazdan əvvəl ikinci arvadımdan olan oğlumun adına keçirtdim. Bu məsələnin hökmü nədir?
Ad: Mahir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər mülkü həqiqətən kiçik qızınıza hədiyyə etmisinizsə və onu qızınızın tərəfindən qəyyum olaraq ixtiyarınıza keçirmişsinizsə, hədiyyə keçərli, onu ləğv etmək qeyri-mümkündür. Lakin əgər həqiqi hədiyyə gerçəkləşməmiş olsa və sadəcə olaraq onun sənədini qızınızın adına keçirmiş olsanız, bu, hədiyyənin gerçəkləşməsi və malikiyyətin hasil olması üçün kifayət deyil, əksinə, həmin bina sizin mülkünüzdür və ixtiyarı da sizin əlinizdədir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP