Sual (1) : Spirtli içki içmək insanın ağıl və şüurunun aradan getməsinə səbəb olurmu? Əgər olursa, bir şəxs belə bir çirkin iş görərsə, törətdiyi əməllər qarşısında zamindirmi? Tövbə etdiyi təqdirdə Allah-taala onu bağışlayarmı?
Ad: Kerim, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Şərab içmək sözsüz, insanın ağlında öz mənfi təsirini qoyur, onu zəiflədir. Lakin həmişə dəliliyə səbəb olmur. Əgər tövbə etsə və bu işi tərk etsə, inşallah, günahları bağışlanar. Amma sərxoş halda etdiyi əməllərə görə məsuliyyət daşıyır.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (2) : Salam. Bilirik ki, qadınlar lazımı islami geyim olmadan idman etsələr onların idmanına baxmaq haramdır. İstəyirdim bunu soruşum ki, əgər qadınlar geyimli halda idman edirlərsə onların idman kliplərinə baxmaq olarmı?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Sübhani
Bismillahir-rəhmanır-rəhim
Belə filmlərə tamaşa etmək şəhvətin təhrik olmasına səbəb olduğu və günüha düşmək qorxusu yarandığı üçün icazəli deyil.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (3) : Salam aleykum!Mən və mənim evlənmək istədiyim qız dindarıq.Ancaq hər ikimizin ailesi dindən cox uzaqdirlar.(Allah bizleri bağışlasın).Biz dini toy etmək istəyirik, ancaq her ikimizin ailəsi buna qarşı çıxır.Burda vəziyyət həqiqətən çox çətindir.Ona görə istəyirəm heç olmazsa sipirtli içkinin qarşısını alım, ancaq buna da her iki terefi razı sala bilmirem.bundan əlavə qız toyunda (bu toyu qız terefi edir) spirtli icki olacaq və mənim də orda olmağımı tələb edirlər.Yenə də əgər ailə qursam belə sonra qızın qohumlarının toyunda spirtli içki olacagı təqdirdə mənim orda istirak etməyimin vacib oldugunu deyirler, əks halda bu evliliyə razı deyillər.Mən bilmirem ne edim.Bu işdə mən nə edim?Xahiş edirəm mənə bir yol göstərin.Allah sizlərdən razı olsun.
Ad: Xəzər, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Vacib ehtiyata görə şərab içilən məclisə daxil olmaq icazəli deyil. Habelə, haram əməl və günah işlər görülən məclislərdə insan nəhy əz münkər edə bilməyəcəksə, orada iştirak etməsi düzgün deyil.
Yalnız zəruri hallar istisna edilir və burda da mümkün həddə şərab stolunun arxasında oturmayın, musiqiyə ixtiyari halda qulaq asmayın, zikrlə məşğul olun, əmr be məruf və nəhy əz münkər üçün şərait yarandıqda bu ilahi vəzifəni yerinə yetirin və zəruri miqdardan artıq məclisdə qalmayın.
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (4) : Məclisdə siqaret çəkmək orada iştirak edən digər insanların narazılığına və narahatçılığına səbəb olarsa və ya bu işin onların səhhətinə zərəri olarsa, bu icazəlidirmi? Belə ki, bəzi tibbi cəmiyyətlərin verdiyi məlumata görə siqaretin ziyanı onun tüstüsü ilə dolmuş yerdə olan adam üçün siqaret çəkən adamdan üç dəfə çoxdur. Buna görə də ticarət mərkəzlərinin və dövlət idarələrinin çoxunda siqaret çəkməyi qadağan etmişlər. Belə bir şəraitdə “siqaret çəkmək qadağandır” elanına qarşı çıxmaq icazəlidir, yoxsa mütləq ona əməl olunmalıdır?
Ad: Huseyn, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Başqalarına əziyyət vermək icazəli deyil və başqalarına zərər dəyməsinə səbəb olan hallarda da siqaret çəkmək icazəli deyil. Siqaret çəkməyi qadağan edən dövlət idarələrində və ya xüsusi idarələrdə, hətta heç kəsin əzab-əziyyətinə və narahatçılığına səbəb olmasa belə, bu iş haramdır.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (5) : salam aleykum. isteyirdim bilim ki, qesden insanin asagi organindan spermatazoid cixarmaq haram isdir? sualimi belke de duz qurmadim, uzr isteyirem tskler.
Ad: Muhammad, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bəli, haramdır.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (6) : Salam. Oğurluq su ilə ağac suarılarsa, o ağacın meyvəsindən də yemək haram olarmı?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
O ağacın meyvəsini yemək haram deyil, lakin oğurluq suyu istifadə edən şəxs haram və günah iş etmişdir. İşlətdiyi suyun pulunu su sahibinə ödəsin.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (7) : İçinde icmeli maye olan iki stekani araq rumkalari kimi bir birine vurmaq olar?
Ad: Heyat terzi, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sübhani
Bismillahir-rəhmanır-rəhim
Əgər iki stəkanı bir-birinə vurmaq şərab içən şəxslərin işinə oxşasa, gərək bu iş tərk edilsin.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (8) : Quraşdırılan, kökündən yalan olan və heç bir həqiqəti olmayan (lakin müsbət təsir qoymaq üçün oxuculara və dinləyicilərə təqdim olunan) dastan və hekayələrin, müqəddəs İslam şəriəti baxımından hökmü nədir?
Ad: Firudin, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Onların xəyali olmalarına dair bir qərinə (nişanə) olsa, maneəsi yoxdur.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (9) : Salam olsun nurlu yolda addimlayanlara- Bir qadın və yoldaşı süfrədə yemək yeyirlər.Qadın namaz əhlidi.Kişi isə deyil. Həmən bu süfrədə kişi içki içir.Bu halda qadının da yediyi haram olur? Bir də, Kişi içkili halda qadınla (çox çox üzr istəyirəm sizdən sualı verməyi mənə tapşırıblar) yaxınlıq etsə, qadına haram və ya günah olur?
Ad: Tural, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
1. Vacib ehtiyata görə şərab olan süfrədə oturmaq, ordan bir şey yeyib-içmək icazəli deyil. Amma hər hansı səbəbdən məcbur olsa, belə süfrədə oturmağın həmin qadın üçün günahı yoxdur.
2. Kişi içkili halda onunla yaxınlıq etsə, o qadın üçün günahı yoxdur.

http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (10) : Ölkə və şəhər məsullarını tənqid etmək qeybət sayılır?
Ad: Eldayaq, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Hədəf onları gözdən salmaq olsa haramdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP