Sual (1) : Evə rəhn və icarə almaq şəri baxımdan icazəlidirmi?
Ad: , Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
İcazəlidir. Amma girov qoyulmuş şeydə girov qoyan şəxsin icazəsi olmadan təsərrüf etmək icazəli deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (2) : İki nəfər bir qədər torpaq sahəsi almışlar və iyirmi il müddətində şərik olaraq orada əkinçilik edirlər. İndi isə onlardan biri öz payına düşən torpaq sahəsini başqalarına satmışdır. Onun belə bir haqqı varmı? Yoxsa yalnız onun şəriki onun payını almağa haqlıdır? Əgər öz torpaq sahəsini şərikinə satmaqdan imtina edərsə, onun şərikinin etiraz etməyə haqqı varmı?
Ad: hesen, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Xamenei

Bismillahir-rəhmanır-rəhim

Bir şərikin öz şərikinin payını ona satmağa vadar etməyə, başqasına satdıqda da etiraz etməyə haqqı yoxdur. Amma al- ver müamiləsi yerinə yetirildikdən sonra şüfə haqqının bütün şərtləri onun barəsində mövcud olarsa, şüfə yolu ilə əldə edə bilər.

Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.

Sual (3) : Bir neçə nəfər şərikli olaraq bir şey almış və şərt etmişlər ki, onların arasında püşk atılsın, hər kəsin adına çıxsa, həmin şey onun olsun. Bu işin hökmü nədir?
Ad: sahil, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər püşk atmada məqsədləri onların hamısının müştərək maldan olan paylarını öz razılıqları ilə püşkün düşdüyü adama hədiyyə etmələri olsa, eybi yoxdur. Amma onların məqsədləri müştərək olan malın püşk adına düşənin mülkü olmasıdırsa, bu halda şəri cəhətdən düzgün deyil. Eləcə də əgər onların əsl məqsədləri udub-uduzmaq olsa, hökm eynidir (yenə də düzgün deyil).
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (4) : Mən bir şirkətin sahibi ilə onun sərmayəsində şərik oldum. Belə qərara gəldik ki, o, mənim tərəfimdən sərmayənin işlədilməsində vəkil olsun və hər ay əldə olunan qazancdan 5 min tümən mənə versin. Bir il keçdikdən sonra sərmayə və onun qazancı müqabilində bir qədər torpaq sahəsini ondan aldım. Bu torpaq sahəsinin hökmü nədir?
Ad: Bilal, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Sualda fərz olunduğu kimi, sərmayə qoymaqda şərikli olmaq və onun şirkət sahibinin tərəfindən işlədildiyi halda əgər qazanc şəri yolla halal sayılan tərzdə əldə olunsa, onu götürməyin eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (5) : Aldığı maşının qiymətini ödəmək üçün yüz min tümən pula ehtiyacı olan şəxs öz dostuna müraciət etmiş və bu pulu ondan almış və onun pulu qaytarılan zaman öz dəyərini itirməməsi üçün onu maşının altıda bir hissəsinə şərik etmişdir. Bu işin hökmü nədir? Bu müamiləni poza bilərmi?
Ad: karam, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Məkarim

Bismillahir-rəhmanır-rəhim

Əgər maşının altıda bir hissəsinə dair onun müamiləsi ciddi imişsə, müamilə səhihdir və onu öz tərəfindən (bir tərəfli) poza bilməz. Əgər müamilə zahiri imişsə, öz pulunun miqdarından (yüz min tüməndən) artıq bir şey tələb etməyə haqqı yoxdur.

Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.

Sual (6) : Müzaribə və bu kimi əqdlərdə pul ilə işləyən şəxs və sərmayə sahibi üçün təyin olunmuş qazanc faizini pulun müəyyən miqdarına müsalihə etmək olarmı?
Ad: namix, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Əldə olunan mənfəət və onun miqdarı qeyri-müəyyəndirsə, onun sülh olunmasının eybi yoxdur. Lakin qazanc aşkar olmamış sülh etmək caiz deyildir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (7) : Bir şəxs bir məbləğdə pulu digərinin ixtiyarında qoyur ki, onunla işləsin və hasil olan qazancı bərabər şəkildə bölsünlər. Pulu alan şəxs, şərikinin olduğuna görə əldə olunan qazancı dəqiq şəkildə hesablaya bilmədiyi üçün bildirir ki, bu pul, yəni məsələn, yüz min tümən onların hər biri üçün ayda təxminən üç min tümən gəlir hasil edə bilər. Belə bir müzaribə səhihdirmi?
Ad: heyder, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Məkarim

Bismillahir-rəhmanır-rəhim

Bu müzaribə üç şərtlə səhihdir:

1) Müzaribə müqaviləsi hər birinin mənfəətini faizlə təyin etmək əsasında tənzim olunsun. Yəni, məlum olsun ki, hasil olan gəlirin neçə faizi sərmayəçiyə və neçə faizi də işləyən şəxsə aiddir. (Bundan əlavə, zərər dəysə, onu qəbul etməlidir.)

2) Mal sahibi qarşı tərəfə vəkalət verməlidir ki, qazanc hasil olandan sonra onun payını nəzərdə tutulan məbləğdə sülh (razılaşma) etsin.

3) Mənfəət hasil olmadıqda isə ödədiyi aylıq pul “ələl-hesab” adı ilə verilməlidir.

Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.

Sual (8) : İcarə müddəti sona çatandan sonra və əmlak sahibinin razılığı olmadan icarəçinin mağazadan və ya yaşayış mənzilindən istifadə etməsinin hökmü nədir? Halbuki İslam quruluşunun mədəni qanununda icarə verənin şəxsi ehtiyacı olmamaq şərti ilə istifadə haqqı icarə edənə verilir, hətta əmlak sahibinin razılığı olmasa belə.
Ad: Zaur, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Razılıq olmadan onun istifadəsi caiz deyil; yalnız zərurət və məcburiyyət qarşısında, özü də zərurət və məcburiyyətin təmin olduğu miqdarda olsa, eybi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (9) : Bir şəxs digərini öz atası üçün Quran xətm etməkdən ötrü əcir etmiş, lakin məbləği müəyyən etməmişdir. İndi isə qiraətdən sonra əcir tutulan şəxs böyük məbləğdə pul istəyir ki, əcir edən bu pulu ödəmir. Bu məsələnin hökmünü bəyan edin.
Ad: Nermin, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Camaat arasında və adət üzrə nə qədərdirsə, o qədər ödəməlidir və bundan artıq vermək lazım deyil.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (10) : Mən bir şəxsin evini müəyyən məbləğlə icarə etmişəm. Sonra onu daha artıq məbləğə icarəyə vermişəm və ev sahibinin də razılığını almışam. Bu müamilə səhihdirmi?
Ad: Nerman, Ölkə: , Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
O evi, icarə etdiyiniz məbləğdən artıq məbləğə icarə verməyinizin işkalı var. Yalnız bir halda olar ki, ona xalça, şkaf, şifoner və s. kimi avadanlıq artırasınız.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP