Sual (1) : Əssalamualeykum.bilmək istəyirəmki məscidə az yaşlı uşaqları gətirmək nə dərəcədə düzgündü? məscidə gələnlərin bəzilərinin etdiyi yersiz söhbətlərdən moizələri eşitmək olmur və bu hal insanın canını sıxır.elə dərəcəyə gəlib çatırki insan məscidə getmək belə istəmir.Mənə məscit davranışları haqda-məscitdə sakitliyi təmin etmək haqda ya bir hədis,ya da quran ayəsi yazın ki,sizin yazdığınızı məscidin divarına vuracam.Qadınlara şamil olunan cümlələr olsun.Allah sizdən razı qalsın.
Ad: Leyli, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani

Bismillahir-rəhmanır-rəhim
Namaz qılanlara zəhmət verəcəyi və ya məscidi murdar edəcəyi ehtimalı vardırsa, uşağın məscidə daxil olmasına yol vermək eyni hökmü daşıyır. Bu iki haldan başqa, uşağı məscidə gətirməyin eybi yoxdur hətta bəzi hallarda da uşağı məscidə aparmaq daha yaxşıdır.
Məscid həqiqətdə Allahla daha yaxın ünsiyyət yaratmaq məqsədilə bina edilmiş müqəddəs bir məkandır. Belə yerdə dünya söhbəti etmək onun həqiqəti ilə uyğun deyil. Ona görə də məcsiddə dünya söhbəti etmək yasaqlanmışdır. Rəsuli-əkrəm (s) bu barədə buyurur: "Məsciddə Quran oxumaqdan, Allahı zikr etməkdən, xeyirdən soruşmaqdan və xeyir çatdırmaqdan başqa danışılan hər bir söz bihudə və faydasızdır". ("Kənzul-ummal", c. 7, səh. 277)
Gecə-gündüz dünya işlərinə başı qarışmış insan gününün bir hissəsini məscidə sığınır ki, Allahı ilə münacat etsin, Onun rəhmətini qazansın, günahlarının bağışlanmasını Ondan diləsin. Əgər məscidə gəlməyinin əsas səbəbini unudaraq dünyadan danışırsa, hətta bəzən nahaq və töhmət, qeybət danışırsa, onda məscidin haqqını tapdamış və Allahı unutmuşdur. Belə olduqda insanın bütün yaxşı əməlləri məhv olur.

http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (2) : Əgər bir şəxs bir torpağı məscid, hüseyniyyə, yaxud digər xeyir işlərə vəqf edib, müqəddəs yerlərə baxan adama təhvil versə, həmin adam o yerdən istifadə etməmişdən əvvəl hədiyyə edən etdiyi vəqfdən peşiman olsa, yaxud vəfat etsə, bu surətdə vəqf həqiqiləşir, yaxud torpaq onun ya vərəsələrinin mülkünə çevrilir?
Ad: Royal, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər torpağı vəqf edib, təhvil versə, vəqf həqiqiləşir.torpağı vəqf edənin mülkündən xaric edirlər və daha onun ya vərəsələrinin mülkünə qayıtmır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (3) : Övladından narazı olan bir şəxs öz mənzilini vəqf edib ona qəyyumluq vəzifəsini ömrünün axırına kimi öz öhtəsinə götürmüşdür. sağlığında mənzildə yaşamağını öləndən sonra o mənzildə rozaxanlığa istifadə olunmasını şərt etmişdir. bir müddət keçəndən sonra peşiman olmuşdursa, vəqfi poza bilərmi?
Ad: Bahadir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Verilən suala əsasən mənzili vəqf edib özü də o vəqf olunmuş əmlaka qəyyumluq etdiyindən vəqf həqiqiləşir və onu poza bilməzlər və həmçinin vəqf edən ömrünün axırına, yaxud müəyyən müddətə vəqfin mənafeyini istisna etməsi vəqfin batil olmasına səbəb olmur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (4) : Bir şəxs öz evi ya mülkünü vəqf edir, lakin şərti də budur ki, özünün sağlığına onun mənfəətindən istifadə etsin və vəfatından sonra onun mənfəəti vəqf etdiyi şəxslər üçün olsun. xahiş edirik, onun yollarını bəyan edəsiniz.
Ad: Xalid, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Bəli mümkündür, hazırda bunun üçün üç yol bəyan edilir:
1. malik öz malını bir şəxsə verib onunla şərt edir ki, sağlığında özüm istifadə edim və öləndən sonra onu vəqf etsin. bu halda o gərək şərtə əməl etsin, mütəsalehin ( sülh edənin) vəfatından sonra evi vəqf etsin.
2. evi və mülkü bir şəxsə sülh yolu ilə versin, yaxud bağışlasın. bu şərtlə ki, malik sağ olan müddətdə onların mənfəəti onun olsun, öləndən sonra onları vəqf etsin. yəni malik sağ olduğu müddətdə onlardan istifadə etsin və vəfat edəndən sonra onun mənfəəti vəqf etdiyi adamların olsun.
3. ev ya mülkünü bir müddət bir nəfərə istədiyi vaxt icarəni poza bilmək şərtiylə icarəyə versin. İcarə müqaviləsi bağlanandan sonra özü oranı vəqf edib, qəyyumluğunu ömrünün axırına qədər öz öhtəsinə götürsün. oranı vəqf edəndən sonra icarəni pozsun ki, bu surətdə vəqf olunmuşun mənfəəti icarə müddətində malikin malıdır. Çünki, vəqf olunmuş əmlakın qəyyumu özü olduğundan qəbz həqiqiləşir və icarə müddəti bitəndən sonra mənfəət vəqf etdiyi şəxslərin malı olur. qeyd etmək lazımdır ki, birinci surətdə malik vəfat edəndən sonra vəqf həqiqiləşir.amma ikinci və üçüncü halda vəqf malikin sağlığında həqiqiləşir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (5) : Əgər bir şəxs mağazasını şərtsiz vəqf edib, amma istisna edir ki, onun mənfəəti sağlığında özü istifadə etsin, yaxud qeyd olunan halda müəyyən müddət təyin edir, məsələn, on il istisna edirəm sonradan vəqf etdiyinin ixtiyarında olsun desə onun hökmü necədir? Əgər qeyd olunan şəxs şərtsiz vəqf etsə və bir şəxsi əmlaka nəzarətçi qərar versə, lakin nəzarətçi vəqf edənin halını nəzərə alaraq həmin mağazanı bazarda adi halda verilən icarə qiymətinin beşdə biri qədər ona icarəyə verir. bunun bir maneəsi vardır?
Ad: Cabir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Belə vəqf səhihdir, amma onun nəzarətçisi bu işi yerinə yetirə bilməz. bəlkə gərək vəqf edənin nəzərinə uyğun vəqf və vəqf olunmuşların məsləhətini nəzərə alsın.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (6) : Bir şəxs bir torpağı məscid üçün vəqf etmişdir. vəqf edənin övladları onun sağlığında həmin yeri başqa şəxslə dəyişmişlər. İndi üçüncü şəxs(müştəri) torpağı yaşayış adıyla tikib orada yaşayır. belə dəyişmək səhihdir?
Ad: Bahadir, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər oğlanın dəyişməsi atanın izni ilə olubsa və ata hal-hazırda vəqf yerini məscidə təhvil verməyibsə, bu dəyişmə səhihdir, müştərinin bir vəzifəsi yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (7) : Milli sərvət olan meşə və otlaq (çəmənlik) yerlərini vəqf edə bilərlər? bu şəraitlə əvvəllər vəqf edilən otlaqların hökmü necədir?
Ad: Rehim, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
“La vəqfə illa fi mulk”. Ümumi halda insan mülkü olmadığı bir şeyi vəqf edə bilməz. buna əsasən meşə və otlaq yerlərini vəqf etmək səhih deyil. Əgər əvvəllər bu iş görülübsə həmin vəqf batildir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (8) : Hüseyniyyə üçün bir yer alınıb, neçə illər orada əzadarlıq keçirilib və mərasimlər təşkil olunub. hazırda ora kiçik olduğundan alanların çoxunun nəzəri budur ki, həmin yer satılıb böyük bir yer alınsın. oranı satmaq caizdir?
Ad: Ilkin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Əgər oranı hüseyniyyəyə vəqf ediblərsə, həmin yeri satmaq caiz deyil. hərçənd alanların hamısının nəzəri müvafiq olsa da. amma əgər əvvəldən dua, təbliğ, rozaxanlıq, əzadarlıq üçün yığışma yeri qəsdi ilə almısınızsa, həmin niyyətdə də qalırsa, oranı satıb başqa bir yer alın. həmçinin vəqf olmayıbsa, satışa qoysalar, gərək onu alıb dünyasını dəyişənlərin vərəsələrindən icazə alın.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (9) : Qəbirstanın məsul işçiləri qəbirstana vəqf olunmuş torpaqdan bir hissəni qəbr düzəltmək üçün bəzi şəxslərə verib, ondan aldıqları pulu qəbirstan sahəsində təmirə ehtiyacı olan məscidə sərf etmək olarmı?
Ad: Dilaver, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Verilən suala əsasən torpaq qəbirstan üçün vəqf edildiyindən onu satmaq caiz (düzgün) deyil. oraya dəfn olunmaq üçün meyyit gətirilsə, dəfn etmək üçün yer mövcuddursa, oranı bir yaxud bir neçə şəxs üçün kənara qoya bilməzlər. Əgər məscidə kömək üçün olsa da belə. Əlbəttə məscidə kömək etməyin öz-özlüyündə məxsusi əcr və savabı vardır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (10) : Əvvəllər ümumi qəbirstanlıq olan qalmış yerləri xeyriyyə idarəsi götürüb fərdi şəxslərə yaşayış mənzilləri tikmək üçün uzun müddət icarəyə verir. bəzi yerləri bələdiyyə idarəsi götürüb satışa qoyur. yaşayış mənzili tikmək üçün oranı icarə etmək yaxud bələdiyyədən və xeyriyyə idarəsindən almaq caizdir, ya yox?
Ad: Sabit, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Fazil
Bismillahir-rəhmanır-rəhim
Xeyriyyə idarəsinin vəzifəsi şəri qaydalara əməl etməkdir. bunun üçün onu icarə vermək səhih hökmündədir və sizin üçün bir nöqsan yoxdur. bələdiyyə də əgər xeyriyyə idarəsinin nəzərinə uyğun əməl etsə, nöqsanı yoxdur.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP