Sual (1) : Salam aleykum.sual edirlerki qara rengde namaz qilmaq niye mekruhdu? övladin öz valideynine onun adiyla ve ya hansisa leqebile xitab etmesi dinde caizdir?
Ad: Leyli, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani

Bismillahir-rəhmanır-rəhim

1. Qara rəng də həkim və alim Allahın yaratdığı və diqqət ediləsi gözəl rənglərdən biridir. Lakin, İslamın seçdiyi ilk rəng, ağ rəngdir. İmam Baqir (ə) buyurur: "Ağ geyimdən yaxşı geyim yoxdur". ("Mizanul-hikmə", c.8, s. 472.) Ağ rəngdən sonra sarı və yaşıl rənglər din böyükləri tərəfindən tövsiyə edilmiş və İslamın seçilmiş rənglərindəndir.

Aydındır ki, hər bir rəngin əsər və təsiri vardır. Hər şəraitdə təbir olması mümkündür. Bu təbirlər bəzən o rəngin təbiətinə qayıdır və bəzən də etibari (nisbi)dir. Məsələn, sarı rəngiin təbiəti, gündüz və iaşıqlıdır və etibar baxımından bəzən həyat və yaşayış simvolu kimi fərz edilir. Bəzən də nifrət əlaməti kimi yanaşılır. Ona görə də deyirlər ki, sevdiyiniz adama sarı gül hədiyyə etməyin (baxmayaraq ki, bunun heç bir məntiqi və əqli əsası yoxdur). Elmi baxımdan da diqqəti yönəltmək, xəbər və təhlükə mənasınadır.

Eləcə də qırmızı rəng bəzən eşq, bəzən də qan, müharibə mənasınadır və psixologiyada təhrikedici, həyacanlandırıcı mənayadır.

Qara rəng də bu qaydalardan müstəsna deyildir. İslam baxışında yaşayış, həyat, hərəkət və çalışmaq rəngi, ağ rəngdir. Bütün səy və çalışmalardan sonra aramlıq və təskinlik gecə rəngi olan qara rəngdədir. Bu rəng insanın rahatlanmasına səbəb olur və onun gündüz çəkdiyi əzab-əziyyətlərdən, yorğunluqlardan xilas edir. Mütəal Allah Qurani-kərimdə gecənin qaranlığını rahatlıq vasitəsi və gündüzün işığını çalışmaq zəminəsi kimi qeyd etmişdir. ("Qəsəs" surəsi, ayə 73, "İsra" surəsi, ayə 17, "Furqan" surəsi, ayə 25, "Yunus"  surəsi, ayə 67). Bu qaranlığın ardınca səma ulduzlarla bəzənib gözəl şəkildə cilvələnir. Habelə bu gecənin qaranlığı qəm-qüssə və həyatın qaranlığa çevrilməsi rəmzi kimi təbir edilə bilər. Həzrət Zəhra (s) atası Rəsulullahın (s) vəfatının 8-ci günü o həzrətin qəbrinin üstə gəlib dedi: "Atacan, sən getdin və sənin getməyinlə dünya öz işığını bizdən aldı və öz nemətini bizdən əsirgədi. Dünya sənin hüsn və cəmanlınla nurani və işıqlı idi. Onun işıqlı gündüzü qaralmışdır, yaşlıq və quruluğu zülmət qaranlıqdan xəbər verir....hüzn və qəm həmişə bizimlədir". ("Bihar əl-ənvar", c. 43, səh. 174-180.)

Bu üzdən İslam qara rəngi adi halda və həyatın gündəlik zəminələrində yaxşı bir rəng kimi seçmir. Geyiminə işarə edən bir sıra rəvayətlərdə də gəlmişdir: "Əba, əmmamə və ayaqqabıdan başqa, qara geyim məkruhdur". ("Bihar əl-ənvar", c. 83, səh. 248.)

Bundan əlavə qara rəng digər rənglərə nisbətdə ağırdır. Ona görə də bu rəng fəxr, hətta təkəbbür mənasına da etibarlanır. Bəzən bir şeyi, ya yeri tanımaq üçün nişan qoymaq üçün münasib, bəzən də öz böyüklüyünü və təkəbbürü cilvələndirmək üçün mənalanır. Sonra qara geyimi Fironun geyimi adlandırır: "Qara geyim geyinməyin çünki o Fironun geyimidir".("Bihar əl-ənvar", c. 83, səh. 248.) Bu üzdən də onun geyilməsi münasib deyil.

Bu rəng şadlıq rəngi deyil və üstəlik qəm-qüssə rəngidir. Ona görə də İslam mədəniyyətinin digər rənglərə kimi bu rəngə də baxışı fərqli və mövzu ilə münasibdir. Məsələn hədisdə olduğu kimi əgə fəxr və təkəbbür üçün olmasa, qara əmmamə, qara əba, qara dəri ayaqqabı, qara çadra məkruh olmamasından əlavə insan üçün münasibdir.
Qeyd edək ki, əhli-beyt (ə) məktəbində qara geyimdən yalnız əzadarlıq mərasimlərində istifadə edilir. Yəni çox nadir və müstəsna hallarda, daha həmişəlik və ya adi şəraitdə yox. İbn Əblil Hədid nəql edir ki, Əmir əl-möminin Əlinin (ə) əzadarlığında imam Hüseyn (ə) qara geyimlə camaatın qarşısına çıxdı və onlara xütbə oxudu. ("Şərhu Nəhc əl-bəlağə" c. 16, səh. 22.) Habelə, rəvayətlərdə gəlmişdir ki, imam Hüseynin (ə) əzadarlığında qara geyimdən istifadə edilmişdir. İmam Mühəmməd Baqir (ə) buyurur: "Babam Hüseyn (ə) şəhid olduqdan sonra Bəni-haşim qadınları onun əzasında qara geyindilər, isti ya soyuq havada da (bu rəngli) geyimi dəyişmirdilər". ("Hədaiqun-nazirə fi əhkamil-itrətit-tahirə", c. 7, səh. 118.) Bu və bunun kimi sənədli rəvayətlər əsasında müctəhidlər də həzrət imam Hüseynin (ə) əzadarlığında qara geyimdən istifadə etməyi münasib bilmişlər.

Digər tərəfdən də bəzən qara rəng heybət və əzəmət rəngi kimi qəbul edilib. Peyğəmbər (s) Məkkəni fəth edən zaman başında qara əmmamə var idi.

Qara rəng barədə olan sənədli rəvayətlərə əsasən bəzi fəqihlər qara rəngin məkruh olmasını deyiblər və yalnız əzadarlıqda geyinməyə icazə verilmişdir. Həmçinin, qara rəngli əba, əmmamə, ayaqqabı və çarda geyilməsi icazəli və bəzən münasibdir.

Əlbəttə, bəzi fəqihlərin o cümlədən Ayətullah Sistaninin də nəzərincə, qara geyimin məkruh olması sübuta yetməmişdir, istər namazda olsun, istərsə də qeyri-namazda.

2. Əgər ataya hörmətsizlik olsa, yaxud ata incisə icazəli deyil. Lakin atanın bundan xoşu gəlsə, icazəlidir.

http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (2) : Evlənmək yəni iki tərəfin razılığı. Bəs əqd xütbəsi oxumaq nə deməkdir? Nə üçün dörd kəlmə deməklə bir- birlərinə məhrəm olurlar amma o kəlmələr olmasa bir iş görmək olmur?
Ad: Narman, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei

Bismillahir-rəhmanır-rəhim
Əvvəl lazımdır İslam nəzərindən evlənməyin əhəmiyyətini və əsərlərin yada salaq:

İslam nəzərindən evlənmək ailənin və təbii olaraq cəmiyyətin təşkili üçün müqəddəs bir peymandır və bir çox əsərlərə və nəticələrə malikdir o cümlədən:
Cinsi meyli təmin etmək, nəslin törənməsi, insanın təkamüli, rahatlıq, paklıq və iffət və insanın dininin qorunmasıdır.
Qurani məcid evlənmək barəsində buyurur: Onun nişanələrindən biri budur ki, sizin üçün öz cinsinizdən həyat yoldaşları yaratdıq ki, onların kənarənda rahatlıq tapasız və sizin aranızda məvəddət və rəhmət qərar verdi.( "Rum" surəsi, ayə 21)
İslam Peyğəmbəri də evlənmək haqqında buyurur: İslamda heç bir şeyin əsası qoulmayıb ki, evlənmək kimi böyük Allah yanında sevimli olsun.( "Vəsailüş- şiə", cild 20, səh 14.)
Evlənmək hər iki şəkildə (daimi və müvəqqəti) əqdə ehtiyaclıdır.
"Əqd" lüğətdə "düyün" və "düyün vurmaq" mənasınadır. İstilahda iki fərd ya iki dəstə arasında icad olunmuş rabitəyə deyilir və onun əsasında hər iki tərəf üçün bir- birlərinin qarşısında əhdi peyman icad olur.
Qurani kərim " یـا اَیُّهـَا الَّذیـنَ امـَنـُوا اَوْفـُوا بـِالْعـُقـُودِ..." "Ey iman gətirən kəslər əhdi peymanlara vəfa edin." cümləsi ilə doğru və insani əhdi peymanlara əməl etməyi möminlərə vacib edibdir. ("Maidə" surəsi, ayə 1)
Hər hansı əqdi icad etməyin yolu onun siğəsini inşa etməkdir ki, xüsusi kəlmələrdən təşkil olubdur.
"Evlənmək əqdi" qadınla kişi arasında müştərək bağlılıqdan ibarətdir ki, onun sayəsində iki tərəfin hüquq, əhdi peyman, və məsuliyyətləri qarşıya gəlir.
Amma bu iki əqdə nə ehtiyac var demək lazımdı: Ağıllı insanlar böyük işlərdə ki, əhdi peymana və məsuliyyətə ehtiyaclıdır məsələn böyük ticarət edəndə əqddən istifadə edirlər və ticarətin iki tərəfli razılığına kifayətlənmirlər. Təkcə iki tərəfin razılığını bu cür işlərdə ehtiyac duyulan əhdi peymanı və məsuliyyəti təmin etmədiyini bilirlər və inanırlar ki, bu əhdi peyman əqddə öz əksini tapır.
Bu cəhətdən çünki evlənmək mühüm bir işdir ki, əhdi peymanlıdır. Xüsusi şərait və qanunlar əsasında olmalıdır. O cümlədən bu şəraitdən biri əqd xütbəsinin şəriət göndərən Allah Taala tərəfindən təyin olunmuş xüsusi kəlmələrlə olmalıdır (ki əməli risalələrdə qeyd olunubdur) iki tərəfin razılığı düzdür lazımlı şərtlərdəndir amma təklikdə kifayət etmər bəlkə başqa şərtlərlə birgə olmalıdır.
Əqd xütbəsinin kəlmələrinin əhəmiyətində deməliyik: Allah Taala əqd xütbəsini xüsusi kəlmələrlə (icab və qəbul) icra olmasını evlənməyin şərtlərindən biri qərar veribdir, həqiqətdə bu işlə bu kəlmələri quru və cansız kəlmələr sırasından çıxarıb onlara dəyər və qiymət verib və onları iki əcnəbi və naməhrəm insan (qadın və kişi) arasında zövciyət (ər arvadlıq) yaratmaq üçün müqəddəs vəsiləyə çevribdir.
Xüsusi şərtlərlə (evlənmək iradəsi və qəsdi) olmaq, və ciddi olmaq və..) əqd xütbəsin oxumaq və onun bərəkətli əsərləri və nəticələri adi dörd kəlmə deməklə deyil ki, desinlər bu cür dörd kəlmənin nə təsiri vardır. Bəlkə xütbəni inşası nikah əqdinin səbəblərindən bir hissəsinin icad etməkdir. İki tərəfin qəlbən razılığı sizə siğə olmadan ya siğəsiz evlənmək və yaxud yazıyla ya işarəylə siğə kifayət deyil. Kar və lal insanlardan başqa ki, əqd xütbəsinin inşası üçün vəkil tuta bilmirlər belə bir halda kəlmələrlə inşanın yerinə siğənin inşası yazmaqla və ya işarə ilə olur.( "Təhrirul- vəsilə", səh 246, (lal olan kəslər işarə ilə siğəni icra edirlər)

http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (3) : Namaz qılarkən qəlbən Allaha bağlanmaq üçün nə etməliyəm?
Ad: Allah qulu, Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Namaz Allahın dərgahında ibadətlərin ən üstün mərtəbəsidir. Belə ki, bəndə ibadəti yerinə yetirməklə Allahın müqabilində təslim olduğunu və ona iman gətirdiyini sübut edir. Həmçinin hədislərdə də namaz "möminin meracı, zinəti və dinin sütunu və s. kimi gəlmişdir.
Belə hir qanun varki, "əgər bir şey kamil surətdə həqiqət olaraq qəbul olunursa, onun tərəfdarlarına vacibdir ki, həqiqəti, zəiflədən və ya aradan aparan amilləri aradan qaldırsınlar".
Namaz da eynilə belədir. Belə ki, hər kəs namazı Allaha yaxınlaşmaq üçün ən yaxın vasitə kimi qəbul edirsə, ilkin surətdə ona namazın tələblərini yerinə yetirmək vacibdir. Yəni o, insanı ibadətdən çəkindirən əməllərlə mübarizəyə qalxmalı və onu ibadətə sövq edən əməlləri eşqlə yerinə gətirməlidir. Çünki, bu əmələr namaz vaxtı onu özünü Allah müqabilində qəlbən hiss etməsi üçün olduqca faydalıdır.
Namaz vaxtı qəlbin Allahın hüzurunda necə olması barəsində mətləblər olduqca geniş olmasına baxmayaraq biz burada yığcam olaraq onların bir neçəsinə işarə edirik:
1)- Uca Allahın əzəmətinə kamil surətdə diqqət yetirməklə yanaşı, nə üçün ibadət etdiyi haqında düşünmək:
Allaha ibadət edən şəxs ilk növbədə, ibadət etdiyi məbudun kim olduğunu dərk etməli və həmçinin namaz qılarkən kimin müqabilində durduğunu bilməlidir.
Bildiyimiz kimi bütün kamil sifətlərAllaha məxsusdur. Həmçinin xalis kamilliklər uca Allahın dərgagında cəmlənmişdir. Bu kamilliklərdən biri də Allah taalanın hikmət sifətidir. Sllah taalanın bu sifətə malik olması heç bir yaradılışın bihudə (əbəs yerə) olmadığına bir sübutdur. İnsanda bu yaranmışların biri olmaqla yanaşı, həm də onların ən şərafətlisidir. Təbiidir ki, Allah taalanın ən şərafətli yaranmışı hikmətsiz deyildir. İnsanın yaradıldığında əsas səbəb onun kamillik zirvəsinə çatmasıdır.
Bu zirvəyə yüksəlməyin ən ümdə yolu Allaha bəndəlik etməkdir. Misal üçün: Namaz qılmaq, oruc tutmaq, zəkat vermək, əməli saleh olmaq və s.
Bir sözlə ilahi təkamülə çatmaq üçün ilahinin bizə əmr etdiyi "siratəl müstəqim"lə, düzgün və doğru yolla irəliləmək lazımdır. Allah Taala Qurani kərimdə buyurur:
«وَ أَنِ اعْبُدُوني‏ هذا صِراطٌ مُسْتَقيم‏»
"Mənə ibadət edin! Bu doğru yoldur deyə əmr edmədikmi?" (Yasin surəsi, ayə 61)
Əgər insan ibadətini bilməsə və niyə ibadət etdiyini dərk etməzsə, ibadətin şirinliyi və ləzzəti ona nəsib olmayacaqdır. ,Buna yalnız təfəkkür və düzgün dini baxışlarla yiyələnmək olar.
2)- İbadətlə uyğunluğu olmayan əməllərdən çəkinmək:
İnsanda baş verən hər bir mənəvi təsir, onun keçmiş əməllərinin xalis olduğunu xatırladır. Bu səbəbdən də ibadətin insanlarda qoyduğu mənəvi təsir müxtəlifdir, İbadətdən öncə Allah bəyənməyən əmirlərinə zidd olanvə onunla uyğunluğu olmayan hər hansı bir əməli etməməlidir. Məsələn: "Bir həkim xəstəliyi eyni olan iki xəstə üçün, eyni dərmanları yazmaqla yanaşı, onlara bəzi qida növlərindən çəkinməyi məsləhət bilir.
Xəstələr həkimin göstərişlərinə uyğun olaraq dərmanlardan vaxtı- vaxtında istifadə edirər. Amma xəstənin biri həkimin qadağan etdiyi qidalardan mütəmadi olaraq istifadə edir. Edir. Müalicə müddəti bitdikdə isə, həkimin göstərişinə kamil surətdə əməl edən xəstə şəfa tapır. Amma o biri xəstə həkimin verdiyi dəvalardan istifadə etsədə rejimə (pəhrizə) riayət etmədiyi üçün şəfa tapmır. Çünki, xəstəliyinə zidd olan amilləri aradan qaldırmamışdır."
Əgər bir şəxs batini nuraniliyə (ibadət, Allaha doğru hərəkət) tərəf addımlayırsa, gərək zülmətdən (günah və şeytan) tam surətdə çəkinsin. İmam Sadiq (ə) atası imam Baqir (ə- dan belə nəql edir: "Qəlb üçün ən ziyanlı şey, günahdır". (Usuli kafi, cild 2, səh 268, Zunub babı, hədis1)
Yəni qəlb ilikn yaradılışda pak nurani və hər bir çirkinlikdən amanda olmuşdur.
Amma pis əməllər nəticəsindən qaralaraq öz nuraniliyini əldən vermişdir. İmam Sadiq (ə) bu barədə buyurur:
«كان أبي (ع) يقول: ما من شي‏ء أفسد للقلب من خطيئة، إنّ القلب ليواقع الخطيئة فما تزال به حتّى تغلب عليه فيصيّر أعلاه أسفله»
"Günah insanı ibadət və raz- niyazdan məhrum edər və münacatın şirinliyini insandan alar.( Məhdi Kəni, Məhəmməd Rza, Nöqtehayi ağaz dər əxlaqi əməli, səh 116) Mövləvi öz Məsnəvisindən Şüğeyb peyğəmbərlə günahkarın əhvalatını belə nəql edir: (xülasə)
Bir gün günahkar bəndə Şüğeybə tənə vurur ki, mən gecə- gündüz günah edirəm. Amma bir dəfə də olsun sənin Allahın məni etdiyim günaha görə cəzalandırmayıb. Allah taala Şüğeybə ilham edir:
"Ey Şüeyb! Ona de ki, Allah taala səndən namazın, orucun, zəkatın və bütün yaxşı əməllərin şirinliyini almaqla cəzalandırıb. Həmiçinin sənin nəzərində öz həyatını mənasız edib və sən bu həyatda elə bir şey yoxdur ki, onu eşqlə zövqlə qiymətləndirirsən. Bu həyatın sənin üçün olduqca darıxdırıcıdır. Burada sənin üçün elə bir şey yoxdur ki, sənin üçün maraqlı və ürəkaçan olsun. "Günahkar eşitcək qəflət yuxusundan oyanır və yerindəcə donub qalır.( Məhəmməd Təqi Cəfəri Məsnəvinin şərhi, cild 5, səh 512)
3)- Nəfsin saflaşdırılması:
İnsan gərək öz fitrətinə nəzər salsın və orada olan bütün qara pərdələri yırtaraq nuraniliyə tərəf addımlasın. O qara pərdələr ki, təkəbbür, dünya pərəstlik və qəflət kimi şeylərdən onun qəlbində yaranmışdır. Allah taala Qurani kərimdə buyurubdur:
«قد افلح من زکیها و قد خاب من دساها»
Nəfsin (günahlarından təmizləyən mütləq nicat tapacaqdır. Onu (günaha) batıran isə əlbəttə ziyana uğrayacaqdır.( Şəms surəsi, ayə 9- 10)
4)- Əməli saleh olmaq:
Bədənin bütün işləri ruhun vasitəsi ilə idarə olunur. Bu səbəbdən bütün əməllərin nəticəsi ruhda cilvələnməkdədir. Əgər bədən günaha düşərsə ruh qaralar və ikinci bir günah etmək üçün cürətlənər. Əks halda isə daha da nurani olmaqlıa yanaşı yaxşı işlərdən zövq alar. Bu səbəbdən də əgər insan şəri vacibatları (namaz, oruc zəkat, həmçinin nafilə və gecə namazları) yerinə yetirməklə bərabər yaxşı əməl sahibi olarsa, ibadətlərimizdə süst olmamaqla yanaşı onun ləzzətini də duyacaqdır.
Bir sözlə şirinliyini duymaq, ruhun paklğından aslıdır. Ruh pak və nurani olarsa, ibadət də şirin və yorucu olmayacaqdır.( Əsra, ayə 84.)
«قل کل یعمل علی شاکلته»
5)- Allahla dost olmaq:
Allah taala ilə dost olmağın və həmçinin onun nuru il qəlbi işıqlandırmağın çoxlu şərti var ki, biz onun bir neçəsini burada qeyd edirik:
Dünyaya məhəbbət bağlamamaq,
Dünya məhəbbətini ilahi məhəbbətlə dəyişmək
İnsanı Allahdan uzaqlaşdıran amiləri tanımaq və ondan suğortalanmaq.
Nəfsani istəkləri və ləzzətləri, Allahın istəkləri və məhəbbəti ilə dəyişmək və s.
Nəticə:
Əgər ibadət edərkən qəlbən Allaha bağlanmaq istəyiriksə, onda gərək ilkin surətdə qəlbimizi və ruhumuzu günahlardan və bizi Allahdan uzaqlaşdıran amillərdən çəkindirək. Bundan əlavə Allah bəyənən işlərlə qəlbimizi daha da nurani edərək, onu nəfsani istəklərin müqabilində daha da qüvvətləndirək. Həmçinin qəlbimizi şeytani xəstəliklərdən qoruyaq ki, ilahi nemətlərin (ibadətin) şirinliyini duyaq.
Xəstəlikdən yemək yeməyə halı olmayan və ya onun onun dadını bilməyən xəstələr kimi olmayaq. Bir sözlə "namazdan öncə Allahın evini (qəlbi) təmizləyək ki, namaz vaxtı Allahı ora dəvət etməyə üzümüz olsun."
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (4) : Salam. Mən eşitmişəm ki, dinimizdə baldızla evlənmək düzgün sayılmır. Bu düzdür? Əgər bu haramdırsa onda zəhmət olmasa, şəriət və ağıl baxımdan baldılza evlənməyin haram olmasının dəlili, daha açıq desək iki bacıyla bir vaxtda evlənməyin haram olmasının səbəbini bizə açıqlayın.
Ad: Nazim, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Xamenei

Bismillahir-rəhmanır-rəhim

Müqəddəs İslam dinində bir zamanda iki bacıyla həyat qurmaq düzgün sayılmır. Bunu da qeyd etmək lazımdır ki, iki və yaxud çox bacıyla həyat qurmaq yəni fərqli zamanlarda olsa eybi yoxdur. Başqa cür desək, əgər bir kişi bir qadınla həyat qursa, o qadınla evli olduğu müddətdə onun bacısıyla həyat qura bilməz, istər həmişəlik həyat qurmuş olsun istərsədə müvəqqəti . Əgər təlaq verdikdən sonra qadının iddə vaxtı tamam olmamışdırsa (iddəsi rici olsa) yenə də onun bacısıyla həyat qurmağa hüququ çatmır. Amma əgər öz həyat yoldaşına təlaq verib, və yaxud vəfat etmişdirsə, onun iddəsi tamam olduqda, onun bacısıyla həyat qura bilər (Tozihul-məsaili mərace, cild 2, məsələ 2390 və 2391).
Bu məsələnin şəri dəlilləri fiqh kitablarında geniş gəlmişdir və burda o dəliləri yazsaq belə, qarşı tərəf bunu başa düşmək üçün lazım olan elmləyə yiyələnmədiyi üçün bu dəlilələri qavraması da mümkün deyil. Bu üzdən məsələnin şəri dəlilini yazmırıq.

Amma məsələyə ağıl baxımından yanaşsaq mümkündür islamda bu evliliyin, yəni bir vaxtda iki bacıyla həyat qurmağın hikmət və fəlsəfəsi aşağıdakı kimi olsun:
Birincisi: Qadının öz hörmətini və şəxsiyyətini qoruyub saxlamaqdır, belə ki, qadının qardaşı qızı və ya bacısı qızıyla evlənmək üçün qadının razılığı şərtdir.
İkincisi: İki bacının bir-birinə bağlı olduqları atifə və məhəbbət üzündən bir-birini daha çox sevirlər, amma bir-birinin rəqibi olduğu zaman, bir-birlərinə olan əvvəlki məhəbbəti qoruyub saxlaya bilmirlər. Beləliklə, bu məhəbbət soyuyur və nəticədə həyatlarına zərbə dəyir. Belə halda ailənin dağılması ehtimalı çoxalır; çünki həmişə onların vücudunda məhəbbət və rəqabət arasında müxalifət əhvalı yaranır. (Nümunə təfsiri, cild 3, səh 368)
Üçüncüsü: Bacının əriylə həyat qurmaq, təbiətən qadınlar bacının ərini özlərinə ən yaxın insan bilirlər və onları ən yaxın qohum-əqraba kimi hiss edirlər, bunun üçün də bu iş cəmiyyətdə qəbul olunmur.
Sonda bu nöqtəni qeyd etmək lazımdır ki, sübut olduğu kimi ilahi hökümlər fəsad və məsləhətləri nəzərdə tutaraq sadir olunmuşdur, amma bunların harada məsləhətli olması və yaxud fəsadın qarşısı alınmasının yerlərini bilmək çətin bir məsələdir; çünki:
Birincisi: Elmin müxtəlif hissələrində çoxlu imkanlara ehtiyac vardır.
İkincisi: Bəşər (insan) elmi baxımdan nə qədər inkişaf etsədə bildikləri, bilmədiklərinin qarşısında, damcının okeanın qarşısındakı kimidir: "Elmdən yalnız bir hissəsi sizə verilmişdir".
İlahi övliyalar tərəfindən bütün hökmlərin fəlsəfəsini açıqlamamaq mümkündür. Lakin ola bilsin ki, insanlar üçün bir çox elmi həqiqətlərin kəşf olmadığından bütün hökmlərin sirlərini demək onlar üçün müəmmalı olardı və bu da insanların nifrətinə düçar ola bilərdi.
İmam Əli (ə) buyurur: "İnsanlar bilmədiklərinin düşmənidirlər"( mizanul hikmət, cild 1, səh 214).
Bunun üçün də İlahi övliyalar insanların dərk etdiyi həddə bəzi şəriət hökümlərinin hikmət və fəlsəfəsinə işarə edirdilər.
Beləliklə, din və şəriətin hədəf və məqsədi, insanları hidayət edib yaxşı elm və əmələ doğru dəvət etmək, çirkin fikir və əməllərdən çəkindirməkdir. Bu hədəf şəriətə əməl etməklə hasil olur, baxmayaraq ki, həkimin nüsxə və dərmanlarının fəlsəfəsini və faydasından xəbərsizdir.
Bunu da əlavə edək ki, möminlərin buna yəqinləri vardır ki, din qanunlarını onlara çatdıran insanların elmlərində heç bir xətaya yol verilməzdir. Bəs bu göstərişlərin xeyirli və təsirli olmasına yəqinləri vardır.

http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (5) : Qurani-məcid bir tərəfdən xalqı qisas almağa çağırır və qisası həyat mayası sayır. İlahi kitabda oxuyuruq: “Ey düşüncə sahibləri, bu qisas sizin üçün həyat deməkdir.”[5109] Digər bir ayədə isə xalq mərhəmətə, başqalarını bağışlamağa çağırılır: “O müttəqilər ki... qəzəblərini udar, insanların günahlarını bağışlayarlar. Allah yaxşılıq edənləri sevir.”[5110] Bu iki göstəriş bir-birinə zidd deyilmi?
Ad: hesen, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei

Bismillahir-rəhmanır-rəhim

Əvvəla, unutmamalıyıq ki, İslamdakı bir çox qanunlar ictimai və psixoloji mahiyyət daşıyır. Təsadüf hallarda icra edilən hökmlər insanları bir çox işlərdən çəkindirir. Məsələn, İslam icazə verir ki, öldürülmüş şəxsin yaxınları qatildən qisas alsınlar. Bu göstəriş qətl fəkrinə düşmüş bir çoxlarını uyğun işdən çəkindirir. Onlar bir şəxsi öldürməzdən qabaq istər-istəməz qisas haqqında düşünürlər. Dar ağacını gözləri qarşısına gətirən insan bir çox günahlardan çəkinir.

Bu baxımdan qisas hökmü cəmiyyət üçün həyati bir əhəmiyyətə malikdir. Uyğun hökm qətllərin, təcavüzlərin qarşısını alır. Əslində isə həmin hökmlər təsadüf hallarda həyata keçirilir.

Başqa sözlə, qisasın həyata keçirilməsi yox, qisas hökmünün mövcud olması cəmiyyətdə bir çox təcavüzlərin qarşısını alır. Öz həyatını əldən verəcəyini düşünən insan başqasını qətlə yetirmək fikrindən daşınır.

Uyğun qanuna əsasən, yaxın adamı qətlə yetirilmiş şəxslər intiqam ala bilərlər. Bu yolla cinayətlərin qarşısı alınır. Zorlu bir şəxs tərəfindən qətlə yetirilmiş məzlum bir insanın qanı yerdə qalmır. Bu qisasa dövlət təminat verir. Amma dövlət kimsəni məcbur etmir ki, qisas alsın. Yaxın adamı qətlə yetirilən şəxs qatili bağışlaya da bilər, intiqam da ala bilər.

İslam uyğun iki qanunu tənzimləməklə iki böyük hədəfinə çatmışdır. Əvvəla, qətlə yetirilənin valideynlərinə qisas hüququ verməklə nahaq qanın axıdılmasının qarşısı alınır. Digər bir tərəfdən qətlə yetirilən şəxsin valideynlərinə bağışlamaq imkanı verilir.

Əgər qisas hökmü olmasaydı, nə baş verərdi? Şübhəsiz ki, qisas olmayan yerdə cəmiyyətin əmin-amanlığı təhlükə altında qalır. Bu iki qanun bir-birlərini tamamlayır. Əgər qisas hökmü verildiyi halda, qatilin adamlarına intiqam almaq haqqı verilməsəydi, birinci hökm naqis olardı. Qətlə yetrilən şəxsin adamları azad şəkildə iki yoldan birini seçir: Onlar ya qatildən intiqam alır, ya da onu bağışlayırlar.

Üçüncüsü, diqqətli olmalıyıq ki, qisasın öz yeri var, bağışlamağın öz yeri. Əgər cani elə təhlükəlidirsə ki, onu bağışlamaqla növbəti cinayətlər törənə bilər, şübhəsiz ki, qisas zəruridir. Gəlin etiraf edək ki, cəmiyyətdə elə cinayətkarlar var ki, onları bir an belə azad buraxmaq mümkün deyil. Belə hallarda qətlə yetrilənlərin valideynləri öz hüquqlarından istifadə etsələr yaxşıdır. Yox əgər cinayəti törətmiş şəxs peşiman olmuşdursa və yeni bir həyata qayıtmaq istəyirsə, şübhəsiz ki, belə insanı bağışlamaq daha yaxşıdır. Uyğun hallarda əfvi qisasdan üstün tutmaq lazımdır. Bu iki şəraiti bir-birindən fərqləndirmək bir o qədər də çətin.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (6) : Salam. Allahın adi ilə. Qeyri-qanuni cinsi yaxınlıqda heç bir günahı olmayan qanunsuz doğulmuş uşaqların hakimlik, cəmiyyət namazında imamlıq, fitva vermək kimi mənsəblərdən məhrum edilməsinin səbəbi nədir? Axı nə üçün qanunsuz nikahdan doğulmuş övlad ata-anasının günahlarına şərik olmalı, başqalarının günahından əziyyət çəkməlidir? Bəziləri də deyirlər ki, qanunsuz doğulmuş övladlar heç vaxt behiştə getmir. Ədalətli, hikmət sahibi olan Allahın günahsız bir insanla belə rəftar etməsi mümkündürmü?
Ad: Teymur, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Xamenei

Bismillahir-rəhmanır-rəhim

Uyğun sualı cavablandırmaq üçün bəzi məsələləri açıqlamaq lazım gəlir.
1. Qanunsuz nikah cəmiyyətin əsasını təşkil edən ailə qurumunu hədələdiyindən belə bir nikah qadağan olunmuşdur. Zinakar qadın övladının atasını, övlad isə qohum-əqrəbasını tanımır. Qanunsuz nikahın əxlaqi, psixoloji, ictimai, tərbiyəvi zərərlərini sadalayıb qurtarmaq çətindir. Belə bir nikah insanı sair canlılardan fərqləndirən iffət dəyərini təhlükə altına alır.
2. Bütün cəmiyyətlərdə qanuni nikahı müdafiə edən qanunlar mövcuddur. Ona görə də qanunsuz nikah cəmiyyətdə olan qanunların pozulması kimi hesab olunur. Bu qanunu pozan insanda daxili bir nigarançılıq yaranır. Günah təkrarlandıqca həmin nigarançılıq hissi zəifləyir və adi hal alır.
3. Ata-ananın psixoloji xüsusiyyətləri irsiyyət qanununa əsasən övlada ötürülür. Övlad xarici görünüşcə valideynlərinə oxşadığı kimi, xasiyyətcə də onlara oxşayır. Saçın, gözün rəngi ata-anadan övlada keçdiyi kimi, lovğalıq, sadəlik, tündməcazlıq, mülayimlik kimi xüsusiyyətlər də övlada ötürülür. Yəni insanın formalaşmasında irsiyyət qanunu bütün sahələri əhatə edir. Əlbəttə ki, hansısa digər amillərdən bu oxşarlıq olmaya da bilər. Amma irsiyyət qanunu inkarolunmaz bir faktdır.
Deyilənlərdən belə bir nəticə əldə olunur ki, qeyri-qanuni doğulmuş övladlarda üsyankarlıq, qanunu pozmaq hissləri irsi olaraq meydana çıxır. Onlar başqalarına nisbətən günaha daha meyilli olurlar. Belələri pozğun mühitə düşdükdə heç bir müqavimət göstərmədən təslim olurlar.
Gəlin razılaşaq ki, milli və ictimai mənafelərin qorunmasında bütün ehtiyat tədbirlərini görmək zəruridir. Qeyri-qanuni doğulmuş insanların mühüm ictimai mənsəblərdən məhrum edilməsi həm cəmiyyətin sağlamlığını qoruyur, həm də diqqəti belə bir işin pisliyinə yönəldir. Şübhəsiz ki, millətin, cəmiyyətin taleyini istənilən bir cəhətdən pak insanlara tapşırmaq olar.
Amma deyilənlərdən belə görünməsin ki, insanın yolunu azması üçün yeganə amil onun qeyri-qanuni doğulmasıdır. Qanunsuz doğulmuş övladlar da başqaları kimi həyat yolunu seçməkdə azaddırlar. Onlar da öz istək və iradələri ilə fəzilət yolunu seçə bilərlər. Qanunsuz doğulmuş övladların mütləq günahkar olub, cəhənnəmə getməsi fikri doğru deyil. Onlar da başqaları kimi təqva sahibi olub behişt əhlinə qatıla bilərlər. Həzrət Sadiq (ə) buyurmuşdur: “Qanunsuz doğulmuş övlad tərbiyə yolu ilə vəzifələrinin icrasına vadar olunur. Əgər saleh işlər görsə, yaxşı mükafat alır, əgər pis işlər görsə, cəzasına çatır.”
Azğın xarakter günaha daha çox meyilli olan qanunsuz doğulmuş övladların işini çətinləşdirsə də, onlar daxili meyillərinə qalib gələrək, Allaha itaət göstərdikləri təqdirdə daha üstün və daha dəyərli mükafat alırlar.
Qanunsuz doğulmuş övladlar ona görə məzəmmət olunur ki, onlar təhlükəli vəziyyətdə olduqlarını dərk etsinlər. Onlar irsiyyətdən gəlmiş günah çağırışını boğa bilsələr, behişt əhli olurlar. Belə bir fikir düzgün deyil ki, qanunsuz doğulmuş uşağa heç bir tərbiyə təsir etmir və o cəhənnəm əhli olmalıdır.
Başqa sözlə, qanunsuz yolla doğulmuş uşaqlar xəstə anaların doğduğu uşaq kimidir. Xəstə ananın doğduğu körpə xəstəliyə asanlıqla yoluxduğu kimi, qanunsuz nikahdan doğulan uşaqlar da günaha tez aludə olur. Xəstə ananın doğduğu körpənin sağlamlığına xüsusi diqqət yetirildiyi kimi, günahkar ananın doğduğu uşağın tərbiyəsinə də xüsusi diqqət yetirilməlidir.

Amma qanusuz doğulmuş uşaqların xoşbəxt ola bilməməsi fikri kökündən yanlışdır. Onlar da başqaları kimi doğru yol seçib səadətə çata bilərlər. Sadəcə, qanunsuz doğulmuş övlad öz irsi meyllərini nəzərə alaraq çox diqqətli olmalıdar. Bəzən anadan zəif doğulmuş uşaq yaxşı himayə və fiziki hazırlıq tədbirləri nəticəsində sağlam doğulmuş uşaqdan da güclü olur. Demək, hazırlığın müstəsna əhəmiyyəti vardır. Güclü iradəyə malik olan insan öz nəfs azğınlıqlarının qarşısını ala bilir. Bundan əlavə, qanunsuz doğulmuş övlad günahdan qorunmaqla başqalarına nisbətən daha üstün məqam qazanır. Çünki bu qorunma ona daha böyük mücahidələr bahasına başa gəlir.

http://sual.nur-az.com/az/

Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (7) : Allah həm aşkardan, həm də gizlindən agah olduğu halda, nə üçün qadınlar namaz zamanı örtünməlidirlər?
Ad: Zehra aşiqi, Ölkə: , Müctəhid: Ayətullah Xamenei

Bismillahir-rəhmanır-rəhim

Şübhəsiz ki, Allah-təala bütün hallarda hər şeydən xəbərdardır. O həm də öz bəndələrinə naməhrəm deyil. İbadətə dayanmış insan özünü Allah hüzurunda bilir. Onunla danışır, onunla raz-niyaz edir. Belə bir görüşdə ən münasib libası geymək lazımdır. Əlbəttə ki, qadın üçün ən münasib libas tam örtünməkdir. Qadının örtünməsi iffət və paklıq nişanəsidir. İbadət halına yalnız belə bir libas uyğun gələ bilər.
Namazda örtünmək təkcə qadınlara aid deyil. Kişilərin çılpaq bədənlə qıldığı namaz batildir. Çünki belə bir vəziyyət namazın ruhuna uyğun gəlir və Allah-təalaya qarşı hörmətsizlikdir. Daha yaxşı olar ki, kişilər vacib həddə örtünməkdən əlavə, kamil libasla namaz qılsınlar. Təkcə alt paltarda namaz qılmaq yaxşı deyil. Yetərincə örtünüb namaz qılmaq Allah hüzuruna ehtiram nişanəsidir.

http://sual.nur-az.com/az/

Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.

Sual (8) : Nə üçün namaz ərəb dilində qılınmalıdır?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Sübhani

Bismillahir-rəhmanır-rəhim

Cavabı daha aydın anlamaq üçün sualı bir az açıqlamağa ehtiyac duyulur. Əgər sualdan məqsədimiz bu olsa ki, nə üçün namazın sözlərin ayrı bir dilə tərcümə edək və o dildə qılaq bu suala başqa dillər üçün fakt olaraq yerində qalır. Amma sualdan əsas məqsədimiz bu olsa ki, "niyə məhz ərəb dilində qılınmalıdır? "Yəni hər kəs öz ana dilində qılsın, gərək aşağıdakı mətləblərə diqqət yetirək:

1). Namazın ərəb dilində qılınmasının əsas sənbəblərindən biri budur ki, namaz Allahın əmri olmaqla yanaşı, həm də Peyğəmbərin (s) sünnətidir. Bu səbəbdən sünnətin olduğu kimi qorunması üçün namaz ərəb dilində qılınmalıdır. Bundan əlavə namazı Allahın əmri olaraq tarix boyu qorumağa borcluyuqsa onu olduğu kimi yerinə yetirməliyik. Təbii ki, o başqa dillərə tərcümə olunaraq qılınsa, öz arginallığını əldən verəcəkdir və ona bəzi cümlələr artırılıb azaldılacaqdır. Həmçinin nu yerdə təhrifin baş verməsi təbii olduğu üçün bu təhriflər dinin başqa vacibatlarına da yoluxacaqdır. Bununla da zaman ötdükcə namazın orginallığı, mahiyyəti və məzmunu dəyişəcək aradan gedəcəkdir.

Əgər bir şeyin tarix boyu dəyişməməsi lazım gələrsə və dəyişən halda tamamilə aradan getmiş hesab olunarsa, bu yerdə bir neçə dəyişməz qanuna ehtiyac vardır. Bu qanun heç bir meyar əsasında müqyisə olunmaz və dəyişməz olmalıdır. Necə ki, milli metr, santi metr, metr, kilo, qram barəsində müəyyən olunmuş meyarlar vardır ki. onların tarix boyu dəyişməməzliyinə səbəb olmuşdur.

Həmçinin namazın da dəyişməz olmaması üçün bir neçə əmirlər vardır. Bu əmrlərdən biri namazın ərəb dilində olmasıdır.

2). İslam ümumbəşər bir din olduğu üçün bütün insanları vahid bir cəbhəyə dəvət edir. Amma belə bir cəbhənin yaranması üçün bütün insanların vahid bir dildə bir araya gəlməsi vacibdir. Ərəb dili, dilşunasların etirafına əsasən dünyada buna cavab verən yeganə dildir. Yəni bu xüsusiyyət ərəb dilində kamil surətdə mövcuddur. Bu səbəbdən də ərəb dilini müsəlmanların vəhdət rəmzi kimi tanımaq olar. Bu orginallığı qoruyaraq islam dininin başqa əmirlərinə də üz tuta bilərik. O cümlədən bir qibləyə üz tutaraq namaz qılmağı buna misal gətirə bilərik. Yəni islam dininin vəhdət dini olması onun digər əmirlərində də təcəlla etmişdir.

3). Mümkündür bəzi insanlar belə fikirləşsinlər ki, "öz ana dilinə tanış olmayan bir dildə namaz qılınması və digər əmrlərin yerinə yetirilməsi heç də düzgün iç deyil. Yəni bu əmirlə onlara zülm və sitəm olunur".

Bu şübhənin qarşılığında bunu deyə bilərik ki:

İnsanlar öz işlərinə xatir gün ərzində bir çox onlara yad olan terminləri öyrənməyə məcburlar. (hətta bəziləri bir və ya neçə dil öyrənirlər). Amma onları dünya və axirət səadətinə çatdıra biləcək bir çeyi öyrənmək istəmirlər. bir halda namazın sözləri əvvəldən axıra kimi 20 kəlmədən çox deyil. Bundan əlavə namazın sözlərinin dərin mənalara malik olmasına baxmayaraq sözlərin zahiri tələffüzü onu əzbərləmək və ya oxumaq üçün olduqca sadədir.

4). Dilşunasların nəzərinə əsasən ərəb dili dünyada başa düşüləcək və dərin mənaları kiçik kəlmələrdə əks etdirəcək, ən kamil dildir. (Əl-mizan təfsiri, cild 4, səh 160, nümunə təfsiri, cild 9, səh 300 və cild 13, səh 311)

5). Bütün hökümlərdə və zikrlərdə sözlərin ərəb dilində tələffüz olması vacib deyildir. Necə ki, bəzi Mərcəi- təqlidlərin nəzərinə əsasən nikahın ərəb dilində oxunması vacib deyildir. ( Müəlliqat, Ayətullah Gerami, cild 4, səh 645.)

 İmam Xomeyni və bəzi alimlər bu barədə belə deyirlər:

Əgər bir şəxs siğəni ərəb dilində oxuya bilməsə, vəkil tutmalı və ya öz dilində dəqiq deməlidir. Həmçinin bütün dualarının ərəb dilində oxunması vacib deyildir. Hər bir şəxs namazdan sonra Allahla öz ana dilində raz- niyaz edə bilər. bəzi din alimlərinin nəzərinə əsasən hətta namazda da bəzi yerlərdə duaları (qunut) öz dilində deməyə icazə verirlər. (Ürvətül- vüsqa, cild 3. haşiyə səh 645)

Bunun da əsas səbəbi budur ki, müsəlmanlar namaz qılarkən və ya dua edərkən öz Allahına və deyəcəyinin mənasını bilərək dərk etsin. Əgər heç bir namazın və duanın mənasına diqqət yetirilməsə o zikrlər quru bir virdə çevriləcək.

http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (9) : Mənə içkinin haram buyurulması haqda ayələr və hansı surələrdə izah etmənizi xahiş edirəm
Ad: adsiz, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Xamenei

Bismillahir-rəhmanır-rəhim

1. Allah-taala Quranda şərab məsələsinə dörd mərhələdə toxunmuşdur. Birinci mərhələdə buyurur: “Siz xurma ağaclarının meyvəsindən və üzümlərdən şərab və gözəl ruzi (kişmiş, mövüc, bəhməz, quru xurma və s.) düzəldirsiniz”  Bu mərhələdə üzüm və xurmadan halal və düzgün istifadədən söhbət açılır və faydalı istifadə yolu göstərilir. Bu tərbiyə üslunun ilk mərhələsidir. İkinci mərhələ: “Səndən içki və qumar haqqında Sual edənlərə söylə: "Onlarda həm böyük günah, həm də insanlar üçün mənfəət (dünya mənfəəti) vardır”. Bu mərhələdə bir neçə məsələyə diqqət yetirmək lazımdır. Birinci: Quran şərabın haram olduğunu bildirmək istəyərkən ötəri şəkildə onun günah olduğunu önə çəkir. İkinci: Quranın tərbiyə üsulu çox maraqlıdır. Çünki iki çirkin əmələ qarşı mübarizəni sərt şəkildə başlamır. Üçüncü mərhələ: “Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlamayana qədər və cunub (murdar) olduğunuz zaman - yol ötən müsafirlər müstəsnadır - qüsl edənədək namaza (və ya namaz qılınan yerə) yaxınlaşmayın”. Bu ayə haqqında təfsirçilər arasında bir neçə baxış mövcuddur. 1. Ayədən məqsəd budur ki, müsəlmanlar şərab içdikdən sonra kefləşdikdə (sərxoş vəziyyətdə) namaza yaxın durmasınlar. Bunun iki faydası var: a) Allahla münacat etmək nə dediyini başa düşməkdən, dərk etməkdən asılıdır. Kefli ikən Allahın qarşısında dayanmaq həm ədəbsizlik, həm də faydasızdır. b) Beş namazın vaxtlarının bir-birinə yaxın olması spirtli içki içməyə mane olurdu. Bu bir növ alkoqolizmlə mübarizə idi[439]. 2. Bəzi şiə və əhli-sünnə təfsirçilərinə görə məlum ayə yuxu ilə bağlıdır. Yəni yuxulu ikən namaza yaxın durmayın. Bu bir çox rəvayətlərdə də öz əksini tapmışdır[440]. Digər təfsirçilər isə bu baxışı rədd edir və bildirirlər ki, ayədə məqsəd ümumiyyətlə tam oyaq olmaqdır. “Nə dediyinizi biləsiniz deyə” ifadəsindən aydın olur ki, insanın tam oyaq olmadan (istər yuxudan, istərsə də spirtli içkilərin təsirindən) namaz qılması doğru deyil. 3. Ayədə “صلوه” [səlat] sözündən məqsəd namaz qılınan məkan, yəni məsciddir. Buna dəlil “الاعابری سبیل” ibarəsidir. Deməli, ayə kefli halda məscidə yaxın getməyi qadağan edir. Dördüncü mərhələ: “Ey iman gətirənlər! Şərab da, qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız! Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salmaqdan və namaz qılmaqdan ayırmaq istər. Artıq bu işə son qoyacaqsınızmı?” Ayədə bir neçə məqamın üzərində dayanmaq lazımdır. Birincisi: Ayə şərabın hökmünü qəti olaraq açıqlamışdır. Lakin bu öncəki üç mərhələdə yaranmış hazırlıqdan sonra idi. Belə ki, ayə nazil olduqdan sonra (cahillik dövrünün şərab içənlərindən olan) Ömər ibn Xəttabın cavabı انتهینا .... انتهینا “artıq içməyəcəyik” sözləri oldu. Bu ayə nazil olduqda əlində şərab camı olanlar, camları sındırdılar. Camlar küçələrə töküldü. Cəmiyyət yekdilliklə şəriət hökmünə boyun əydi. Bu, Quranın heyrətləndirici tərbiyə üsulunun təsiri idi. İkinci: Bu ayədə şəraba qadağa qoyulmaqla yanaşı onun fəsadları da açıqlanmışdır.

Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (10) : Nə üçün alimlər öz risalətlərində spirtli içkiləri murdar sayırlar? Anti-mikrob təsirə malik olan spirtli içkilər nə üçün murdar sayılmalıdır?
Ad: Huseyn, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Xamenei

Bismillahir-rəhmanır-rəhim

İslamda bir şeyin murdar sayılmasının səbəbləri var: Əvvəla, zatən pak olmayan şeylər müxtəlif xəstəliklər üçün mənbə olur. Məsələn, nəcis, qan, sidik bu baxımdan İslamda murdar sayılır. İkincisi, zahirən çirkin görünməyən və mənəvi baxımdan pak sayılmayan şeylər var. İslam, məsələn, kafirləri bu baxımında murdar sayır. Belə bir murdarlıq yuyunmaqla, təmizliyi qorumaqla aradan qalxmır. İslam həmin insanları murdar saymaqla müsəlmanları onlarla ünsiyyətdən çəkindirir. Çünki etiqadsız insanlarla ünsiyyət insanın ruhi paklığına zərbə vurur. Əgər murdar kafirlərlə ünsiyyətə icazə verilsəydi, bir çox nadan insanlar onların təsiri altına düşə bilərdi.

Kafirlərlə ünsiyyət onların İslam cəmiyyətinə nüfuz etməsinə səbəb olur. Onlar bu yolla istismarçı planlarını həyata keçirirlər. Amma elmi və iqtisadi mübadilələr üçün məhdud ünsiyyətə icazə verilir. Üçüncüsü, fərdi və ictimai fəsadlar törətdiyi üçün murdar sayılan şeylərdir. Spirtli içkilər bu qəbildəndir. Spirtli içkilər anti-mikrob təsirə malik olsalar da, onların içilməsi bir çox fəsadlara gətirib çıxarır. İslam həmin fəsadların qarşısını almaq üçün spirtli içkiləri murdar sayır.

Şübhəsiz ki, hər bir müsəlman murdar sayılan şeydən uzaqlaşmağa çalışır. Aydındır ki, belə bir çəkinmə spirtli içkilərə aludəçiliyə ciddi təsir göstərir. Bu da spirtli içkilərlə bir növ mübarizədir.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP