Sual (1) : Salam-aleykum. Zehmet deyilse, 2-ci xelifenin qisasinin ebu-Luludan nece alinmasindan yazardiz. Xelife ozu bu barede gosteris vere bilmisdi?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Təəssüflər olsun ki, xəlifənin qətlə yetirilməsindən sonra (yaxud can üstündə olan vaxt) onun oğlu Übeydullah, Hürmüzan və Cüfeynə (Əbu Lölönün qızı) adlı iki günahsız adamı atası Ömərin qətlində əli olması ilə müttəhim etdi və öldürdü. Əgər səhabələrdən biri qılıncı onun əlindən almasaydı və onu tutub saxlamasaydı, Mədinədə olan bütün əsirləri qılıncdan keçirəcəkdi. Übeydullahın törətdiyi cinayət Mədinədə güclü əks-səda yaratdı. Mühacir və ənsar Übeydullahdan qisas alıb Hürmüzanın və Əbu Lölönün qızının intiqamını almasını tam israrla Osmandan tələb edirdilər.[1]

Əmirəl-möminin Əli (ə) Übeydullahdan qisas alınmasına hamıdan çox israr edirdi. O, xəlifəyə belə dedi: "Günahsız öldürülənlərin intiqamını Übeydullahdan al, çünki o, böyük bir günaha batmış, günahsız müsəlmanları öldürmüşdür." Lakin həzrət Əli (ə) Osmanın bu işi görməsindən məyus olduqda üzünü Übeydullaha tutub dedi: "Əgər bir gün əlimə keçsən, Hürmüzanın qisasını səndən alacağam!"[2]

Übeydullahın Hürmüzanı öldürməsi xəbərini ikinci xəlifəyə verdikləri zaman o, bunun səbəbini soruşdu. Dedilər: "Şayiə yayılıb ki, Hürmüzan Əbu Lölöyə göstəriş verib ki, səni öldürsün." Xəlifə dedi:–"Oğlumdan soruşun, əgər bu mətləbə dair şahidi olsa, mənim qanım Hürmüzanın qanının əvəzində olsun, əks halda oğlumdan qisas alın."[3]

Allah sizə yar olsun.

[1] "Təbəqat" (Ibni Səd) -5ci cild, səh.71 (Beyrut çapı)

[2] "Ənsab" (Bilazəri), 5-ci cild, səh.24

[3] "Sünəni Beyhəqi", 8-ci cild, səh.61 (Ofset çapı) 

Sual (2) : Salam-aleykum. Biz Aiseni Quran-Kerimdeki kimi "mominlerin anasi" adlandira bilmerik? Bes "hezret" demek? Onun maviyeni lenetlemesi, Osmani soymesi, h Hesenin(e) babasinin (seas) yaninda defnine mane olmasi ve s barede moteber sunnu menbelerinde melumat var? O, defne mane olanda ne deyirdi? Bes Aiseden h Zehra(e) haqqinda ve s yaxsimenali hedisleri nece basa dusek?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam. 

Bəli, sayılır amma ümmül möminin ləqəbi özlüyündə fəzilət deyil. Peyğəmbər (s) buyurub: Cənnətdə bəzi zövcələrim məni görməyəcəklər. Peyğəmbərin (s) xanımları möminlərin anası olmağı bu demək deyil ki, onlar məsum olub və səhvləri olamyıb, mənası budur ki, onlarla evlənməklik haramdır və ana hökmündədirlər.

Müaviyə Muhəmməd ibni Əbubəkri (Ayişənin qardaşı) öldürdü bu xəbəri Ayişəyə eşidəndə Müaviyəyə lənət oxudu. Təbərinin tarixi cild 6 səh 60, 38 ci ildə baş verən hadisələr və bir çox başqa mənbələr.

Ayişənin Osman barəsində dediyi sözlər qat-qat çoxdur. Elə bunu qeyd etmək kifayətdir ki, nə qədər ki, Osmanın qətlindən və Əli (ə)-la beyətdən xəbərdar deyildi, həmişə Osmana qarşı etiraz edərdi. Lakin həcc mərasimi qurtardıqdan sonra Mədinəyə yola düşüb yolda Sərf adlı bir məntəqədə xəlifənin qətlindən və camaatın Əli (ə)-la beyət etməsindən xəbərdar olan kimi öz mövqeyini tam əksinə dəyişdi və dedi: "Kaş göylər başıma töküləydi! (Bunu deyib tələb etdi ki:) Məni Məkkəyə qaytarın. Çünki Allaha and olsun, Osman məzlumcasına öldürülmüşdür! Mən onun intiqamını alacağam!"
Bu vaxt Osmanın qətl xəbərini gətirən şəxs cürətə gəlib dedi:–Sən ilk adamsan ki, sözünü dəyişirsən. Əvvəllər deyirdin ki, gərək bu "nəsəl"i (axmaq yəhudi qocanı) öldürsünlər, çünki o, kafir olmuşdur. Indi necə deyirsən ki, o məzlumcasına öldürülmüşdür?!
Ayişə dedi:–Onlar xəlifəni tövbə edildikdən sonra öldürmüşlər. Mənim ikinci sözüm birinci sözümdən daha yaxşıdır.
O, Məkkəyə qayıtdıqdan sonra məscidə getdi, "Hicri-Ismail"də bir pərdə asıb orada məskən saldı. Camaat onun ətrafına yığışdı. O dedi:–"Osman günahsız olaraq öldürülmüşdür, mən onun intiqamını alacağam!" 
Təbərinin tarixi cild 3, səh 477.
İmam Həsəni (ə) öz vəsiyyətinə əsasən Peyğəmbərin (s) yanında dəfn etmək istiyirdilər amma Ayişə qatıra minib camaatı cəm elədi və bunun qarşısını aldı. Ayişə deyirdi ki, ev mənimdir mən istəmirəm O, mənim evimdə dəfn olsun. Əl-Müxtəsər fi əxbaril-bəşər cild 1, səh 127.
Ayişə Hz. Zəhraya (s) olan kin-küdurətini gizləyirdi və Hz. Zəhra (s) elə bir şəxsiyyət idi ki, Onun barəsində yalnız yaxşı sözlər yaraşırdı. Həmçinin baxmayaraq ki, Müaviyə Əli (ə) ilə düşmən idi və bunda heç şək və şübhə yoxdur amma bununla belə Əli (ə) barədə təriflər ondan nəql olub. Şafei deyir: Təccüb edirə Əlidən (ə) düşmən dəüşmənçilik üzündən və dostlar Onun düşmənlərinin qorxusundan fəzilətlərin gizlətdilər amma bununla belə kitablar Əlinin (ə) fəziləti ilə doludur.

Allah sizə yar olsun.

Sual (3) : Allahin salami olsun size. deyilene gore ,qebirstanliqdan gelenden sonra ayaq yoluna girib,cixmaq lazimdi. bu seri baximdan duzdumu?Allaha emanet olun
Ad: Sevda, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Bunun şəri bir əsası yoxdur və xürafatdır.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (4) : Cemel doyusunde Telhe ve Zubeyr nece muselmanin olmune bais oldular?yeni olenlerin cemi nece idi
Allahın adı ilə.
Cəməl müharibəsində öldürülənlərin sayı
Tarixdə Cəməl müharibəsində öldürülənlərin sayı dəqiq şəkildə qeyd olunmamış, müxtəlif şəkillərdə nəql edilmişdir. Şeyx Müfid yazır: "Bəziləri öldürülənlərin sayını iyirmi beş min nəfər yazmışlar. Müharibəni alovlandıran Əbdüllah ibni Zübeyr bu sayı on altı min nəfər bilir."
Təbəri öz tarixində öldürülənlərin sayını on min nəfər söyləmiş və onların yarısının Ayişənin, yarısının da Əli (ə)-ın tərəfdarlarından olmasını demişdir. 
Allah sizə yar olsun.
Sual (5) : Salamun əleykum. İslam tarixi nə zamandan başlanıb?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
İslam tarixi (hicri qəməri tarixi) Həzrəti Rəsuli Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm)-in Məkkədən Mədinəyə hicrətindən başlanmışdır.
Əvvəllər ərəblər arasında fil ordusunun Məkkəyə hücum etdiyi il - “Amul-fil” tarixin başlanğıcı sayılırdı. (Peyğəmbər də həmin ildə anadan olmuşdur.) Əbrəhənin sərkərdəliyi ilə böyük bir fil ordusu Kəbəni dağıtmaq üçün Məkkəyə hücum etdilər, amma Allahın qeybi yardımları ilə həlak oldular. Bu zaman ərəblər həmin hadisəni öz tarixlərinin başlanğıcı təyin etmiş və onu “Amul-fil” adlandırmışdılar. Lakin sonralar Həzrəti Əli əleyhissalamın məsləhəti ilə müsəlmanların rəsmi tarixi hicrətdən hesablanıb.
Müsəlmanların müstəqil tarixi yox idi. Buna görə də islam tarixinin başlanğıcı kimi, hər mühüm hadisəni, hətta besəti götürmək istəyirdilər. Besətin əvvəllərində müsəlmanların sayı az olduğundan, həmin günü tarixin başlanğıcı təyin etmək mümkün olmadı. Lakin hicrətin birinci ilində müsəlmanlar böyük qələbə qazandılar. Mədinədə müstəqil islam hökuməti qurulduğu üçün müsəlmanlar tarixin başlanğıcını hicrətdən götürdülər.

Allah sizə yar olsun.
Sual (6) : Salamun əleykum. Ərəbistan yarımadasında bütpərəstlik neçənci ildə tamamilə aradan getdi?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
“Bəraət” surəsinin ilk ayələri nazil olandan sonra Əli (əleyhissalam)-ın vasitəsi ilə bu ayə (hicrətin 9-cu ilində) müşriklərə oxundu. Dörd ay keçməmişdi ki, müşriklər dəstə-dəstə tək Allahlığa, tovhid dininə üz gətirdilər. Hicrətin 10-cu ilində bütpərəstliyin kökü Ərəbistan yarımadasından tamamilə kəsildi.
Allah sizə yar olsun.
Sual (7) : Salamun əleykum. “Zirar” məscidi kimin əmri ilə, harada və nə məqsədlə tikilmişdir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Zirar məscidi Ğəsilul-məlaikə adı ilə məşhur olan şəhidin - Hənzələnin atası Əbu Amirin əmri ilə Quba kədində, müsəlmanların məscidi müqabilində tikilmişdi. Əbu Amir hiss etmişdi ki, dinin hökumət etdiyi bir ölkəni yıxmaq üçün ən yaxşı yol dinin adından istifadə edib dindən başqa bütün pis işləri yerinə yetirməkdir.
Bu məscid Peyğəmbərin əmri ilə dağıdıldı, sütunları yandırıldı və bir müddət zibillik oldu. Zirar məscidinin dağıdılması nifaq (münafiqlərin) hizbinin dağılmasına səbəb oldu, o hizbin kökü kəsildi və onların yeganə havadarı olan Əbdüllah ibni Übəyy Təbuk müharibəsində öldürüldü.

Allah sizə yar olsun.
Sual (8) : Salamun əleykum. Bədr müharibəsi neçənci ildə baş verib? Bu müharibədə Peyğəmbər (s.ə.v.v)-in tərəfdarları, eləcə də düşmən ordusu neçə nəfərdən ibarət idi?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bu müharibə hicrətin ikinci ilində baş verib. Peyğəmbər (s.ə.v.v)-in tərəfdarları 313, düşmən tərəfi isə 950 nəfərdən ibarət idi. Müsəlmanların güclü imanı və fədakarlıqları onları düşmənə qarşı qüvvətli etmiş, bu səbəbə görə də onlar düşmənə qələbə çalmışdılar.
Allah sizə yar olsun.
Sual (9) : Salamun əleykum. Bədr müharibəsində müşriklərin başçılarından kimlər qətlə yetirildi?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bədr müharibəsində öldürülənlər Əbu Cəhl, Ütbə ibni Rəbiə, onun qardaşı Şeybə və oğlu Vəlid, As ibni Səid, Əsvəd ibni Əbdül Əsəd Məxzumi, Üməyyə ibni Xələf, Zümə ibni Əsəd, Əqil ibni Əsvəd, Nəbiyyəh, Münəbbih, Əbul Bəxtəri, Hənzələ ibni Əbu Süfyan, Tüeymə ibni Ədi ibni Nofəl, Nofəl ibni Xüveylid, Haris ibni Zəmə, Nəzr ibni Haris ibni Əbdüddar, Ümeyr ibni Osman Təmimi, Osman və Malik (Təlhənin qardaşları-dır), Məsud ibni Üməyyə ibni Müğeyrə, Qeys ibni Fakəhə ibni Müğeyrə, Hüzeyfə ibni Əbu Hüzeyfə ibni Müğeyrə, Əbu Qeys ibni Vəlid ibni Muğeyrə, Əmr ibni Məxzum, Əbul Munzər ibni Əbi Rəfaə, Hacib ibni Saib ibni Üveymir, Ovs ibni Müğeyrə ibni Lovzan, Zeyd ibni Müleys, Asim ibni Əbi Ovf, Səid ibni Vəhəb (Bəni-Amir qəbiləsinin həmpeymanı idi), Müaviyə ibni Əbdül Qeys, Əbdüllah ibni Cəmil ibni Züheyr ibni Haris ibni Əsəd, Saib ibni Malik, Əbul Həkəm ibni Əxnəs, Hişam ibni Əbu Üməyyə ibni Müğeyrə və s.
Allah sizə yar olsun.
Sual (10) : Salamun əleykum. Ühüd müharibəsi nə vaxt baş verib və bu müharibədə hansı mühüm amil müsəlmanların məğlubiyyətinə səbəb olmuşdur?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Ühüd müharibəsi hicrətin 3-cü ilində baş verib. Aşağıdakı mühüm səbəblər müsəlmanların məğlubiyyətinə səbəb oldu: 1) İkiüzlü və münafiq bir şəxs olan Əbdüllah ibni Übey döyüşün həssas vaxtında islam ordusunun bir hissəsini Mədinəyə qaytardı.
2) İşlərdə hərc-mərciliyin olması və nizam-intizamın olmaması.
3) Müsəlmanların ruhiyyəsinə çox ağır təsir edən Peyğəmbər (s.ə.v.v)-in öldürülmə şayiəsi.

Allah sizə yar olsun.
Go to TOP