Sual (1) : Salam-men bir momine xanimam.YOLDASIM MENIM TAM EKSIMDIR-YOLDASIMIN ISLAH OLMASI UCUN ELIMDEN GELENI EDIREM.BU COX CETINDI.MEN BILMEK ISTEYIREM MEN ZAMAN ONA QARSI CIXA BILEREM NE ZAMAN YOX. MENE BIR MESLEHET VERIN.YENI BELE INSANLA AILE QURAN QADIN UCUN SERI HOKUM NEDIR.ONUN ICAZESI OLMADAN HER HANSI IMKANSIZA KOMEK EDE BILERMMI ONUN ADINDAN..ALLAH SIZDEN RAZI OLSUN
Ad: Zehra, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Xamenei

Bismillahir-rəhmanır-rəhim

Möhkəm bir ailə həyatı davamlı və minnətsiz məhəbbətdən, dostluqdan, geniş təşəkkürdən, bir-birlərinə səmimi rəftardan və bir-birlərinin hüququna riayət etməkdən ibarətdir. Müqəddəs İslam dini ailələri kiçik bir ictimaiyyət adlandıraraqonların möhkəm və davamlı olması üçün hər iki tərəf barədə müəyyən qanunlar nəzərdə tutulmuşdur. Çünki Allah taala bütün hüquqlar üçün müəyyən vəzifələr də təyin etmişdir. Sualı nəzərə alaraq qadınların şəri baxımdan ərlərinin müqabilində olan vəzifələrini və kişilərin qadınlarının üzərində olan hüquqlarını aşağıda qeyd edirik:

1). Kişinin ailə başçılığını qəbul etmək:

Əgər ailədə hər hansı bir problem yaranarsa nəhayət onu kişi həll etməlidir. Əlbəttə, kişinin bu hüququ ona bundan sui-istifadə etməyə icazə vermir. Əksinə kişi bütün çətinliklərin müqabilində öz səbrini və gözəl əxlaqını əldən verməməlidir.

2). Qadın kişinin müqabilində daha təmkinli olmalıdır:

Qadın öz ərinin bütün cinsi və şəhvət istəklərini fiziki və pisixi hazırlığını nəzərə alaraq sözsüz ödəməlidir. Əgər qadının xüsusi bir problemi olarsa (heyz, xəstəlik və s.) bu məsələdə üzürlü hesab olunur.

3). Qadın kişinin harada məskunlaşdığını nəzərə almayaraq ona tabe olaraq onunla getməlidir.

Əgər kişi bu məsələ qadına seçim ixtiyarı verərsə, kişinin məskunlaşdığı yer qadının iffətinə xələl gətirərsə, qadının ictimai imicinə xələl gətirərsə, qadına fiziki və psixi təsir göstərərsə bu zaman qadın ixtiyar sahibidir. Kişinin bu vəziyyətdə onu məcbur etmək hüququ yoxdur.

4). Evdən çıxmaq və evə kimisə dəvət etmək məsələsində kişinin icazəsinin şərt olması:

Qadın bu məsələdə birbaşa kişinin ixtiyarındadır və ondan icazəsiz heç bir addım ata bilməz. Amma əgər dini vəzifəsini yerinə yetirmək üçün və ya (məsələn: həccə getmək, həkimə getmək və s.) ərindən icazə alması qalması onun canına, iffətinə və şərafətinə xələl gətirərsə, qadın evi ərindən icazəsiz tərk edə bilər.

5). Qadın işləmək istədiyi kollektiv üçün ərindən icazə almalıdır.

Əgər kişi icazə verməsə, qadının işləmək hüququ yoxdur.

İndi isə suala bir az da ətraflı surətdə cavab verək

Allah taala qadın və kişini elə yaratmışdır ki, onların biri olmasa nə davam, nə də bəşəriyyətin sağ qalması mümkündür. Əgər onların ikisindən biri olmasa, onların heç birinin ehtiyacları ödənilmiş olmur. Hətta, belə olan halda dini və pisixi təkamülün baş verməsi – istər fərdi və ya ictimai – mümkün deyil. Elə bil ki, bu iki varlıq bir kamil vücudu təşkil edir. Əgər bunların ikisindən biri olmazsa təkamülün olması mümkün deyildir.

Allah taala qadının və kişinin yaradılışında hüquq və vəzifə baxımından elə fərqlər təyin etmişdir ki, onlar öz təkamülünü əldə edə bilər. (Bəqərə surəsi, ayə 233, Nisa surəsi, ayə 4, Nəhl surəsi, ayə 72- 21.) Bundan əlavə psixi və fiziki fərqlərlə onları bir ailədə ortaq həyat sürərək dünya və axirət səadətinə çatmağa sövq etmişdir. Bir sözlə ilahinin qadınla kişi arasında yaratdığı fərq, onların ortaq həyatda yaşayıb təkamülə çatmasına xidmət edir. Onlar bu fərqlərlə bir-birinin ehtiyacını ödəyir, dünya və axirət evlərini abad edirlər.

Kişi və qadının hüququ vəzifəsi üç baxışdan: Fiqh, Əxlaq və hüquq (1) anlamlarından din alimlərinin geniş mövzusu olmuşdur. Bu mətində əsas sual qadının ərinin müqabilində dini vəzifəsi barəsindədir. Bu yerdə əxlaq da psixologiya baxımından hüquq və vəzifə sayıldığı üçün onu da qeyd edirik.

Bunu da qeyd edək ki, qadının fiqh elmi baxımından ərinin qarşısında olan vəzifəsi hüquq elmi baxımından olan vəzifəsi ilə elə də fərqli deyildir. Amma biz burada qadının əxlaq və hüquq baxımından olan vəzifələrini xülasə şəkildə qeyd edəcəyik.

Qadının əxlaq baxımından ərinin qarşısında olan vəzifəsi:

Qadının əxlaq baxımından olan vəzifəsini hədislərə istinad edərək iki dəstəyə bölmək olar. Yəni kişinin ailədə olan dəyəri və əhəmiyyəti və qadının onun müqabilində ki vəzifəsi.

1). Kişinin ailədə olan dəyəri və əhəmiyyəti:

A). Peyğəmbərimiz (s) buyurmişdur: "Əgər Allah Taaladan başqasına səcdə etmək icazəsi olsaydı, əmr edərdim qadınlar ərlərinə səcdə etsinlər."

B). Kşinin qadının üzərində olan haqqı bütün haqlardan üstündür.

S). Qadının cihadı kişinin zəhmətlərinə səbr etməkdir.

Q). Qadının kişini əsəbləşdirmək hüququ yoxdur. Belə olarsa kişi ondan bezər.

V). Kişi qadınından narazı olarsa, qadının əməlləri qəbul deyildir.

C). Əgər qadın ərinin qiymətini bilməsə onun üçün savab yazılmaz. (Məclisi, hilət- əl müttəqin, 6- cı fəsil, 76- 77- ci səhifələr.)

2). Qadının əxlaq baxımından ərinin müqabilində olan vəzifəsi:

A). Əgər qadın ərindən başqasına meyilli olarsa, Allahın yanında zinakar sayılır.

B). Qadın hətta dəvənin üstündə də olsa belə öz ərinin cinsi ehtiyaclarını ödəməlidir. Qadın gecə və gündüz ərinin ehtiyaclarını ödəməyə hazır olmalıdır. Buna hazır olmasa, mələklərin lənətinə düçar olacaqdır.

V). Qadın ərinin icazəsi olmadan müstəhəb oruc tuta bilməz. Əlbəttə, bunu misal olaraq qeyd etdik. Ümumiyyətlə, kişinin razılıq vermədiyi surətdə qadın müstəhəb əməllər edə bilməz.

Q). Qadının namazının uzun olması kişinin cinsi ehtiyaclarının ödənməsinə mane olarsa, savabı azalar.

S). Qadın ərinin icazəsi olmadan sədəqə verə bilməz.

H). Əgər qadın ərinin icazəsi olmadan evdən çölə çıxarsa, mələklər ona lənət yağdırır.

 (Müctəhidlərin nəzərinə əsasən qadın ev işlərinə görə ərindən pul ala bilər.)

X). Əgər qadın ərindən başqası üçün bəzənib ətirlənərsə, onun ibadətləri qəbul olmaz. (Hilət əl-müttəqin 6- cı fəsil, 76- 79- cu səhifələr.)

Qadının hüquq və qanun baxımından vəzifəsi:

Qadının hüquq və qanun baxımından olan vəzifəsini iki yönümdən araşdıraq:

Birincisi; kişinin və qadının müştərək hüquqları və vəzifələri, ikincisi; qadının xüsusi vəzifəsi.

A). Ortaq vəzifələr:

1. Gözəl rəftar: Kişinin və qadının ümdə vəzifələrindən biri budur ki, ailədə xoş əxlaq, xoş rəftar və gülərüz olsunlar. Belə ki, ailədə pis rəftar etmək və əsəbilik yaxşı nəticə vermir.

2). Həmkarlıq: Kişi və qadın gərək ailənin bütün işlərində, xüsusilə ailənin xoşbəxtliyini təmin edən işlərdə bir-birləri ilə məsləhətləşməli və həmkarlıq etməlidirlər. Həmkarlığın ümdə şərtlərindən biri də budur ki, bu həmkarlıq zamana, məkana və camaat arasında olan lazımi adətlərə uyğun olmalıdır. Məsələn: Əgər camaat arasında evdarlıq, uşaq saxlamaq, ona süd vermək qadının və işləyib evə qazanc gətirmək isə kişinin öhdəsindədirsə, bu zaman onu sevə-sevə minnətsiz yerinə yetirməlidirlər.

3). Uşağın tərbiyə olunması: Kişi və qadın hər ikisi uşağın tərbiyə olunmasında məsuliyyət daşıyırlar. Onlar hər bir cəhətdən bu məsələ üçün əllərindən gələni əsirgəməməlidirlər.

4). Sadiqlik və vəfadarlıq: Qadın və kişi ömürlərinin sonuna kimi bir-birlərinə sadiq qalmalı və öz əhdlərinə vəfadar olmalıdırlar.

B). Qadının kişinin müqabilində xüsusi vəzifəsi:

1). Kişinin ailədə olan başçılığın qəbul etməlidir. Əgər ailədə hər hansı bir problemin həlli məsələsi irəli gələrsə, son sözü kişi deməlidir. Əlbəttə kişi bu vəzifəni hüsnü niyyətlə başa vurmalıdır. Onun bundan sui-istifadə etmək haqqı yoxdur. Buna heç bir şəri qanun yol vermir. Bütün işlər İslam dini çərçivəsində olmalıdır.

2). Qadın kişiyə nisbətən təmkinli olmalıdır.

Qadın kişinin bütün cinsi baxımından olan istəklərinə əgər psixi və fiziki hazırlığı varsa, cavab verməlidir. Əgər şəri və qeyri baxımdan üzürlü olsa, eybi yoxdur.

3). Kişi haranı özünə məskən və yaşayış yeri seçərsə qadında orada yaşamalıdır. Əgər kişi bu məsələdə qadına ixtiyar vermiş olarsa, qadın öz məskənini özü seçə bilər. Bundan əlavə, kişinin seçdiyi məskən qadının ictimai nüfuzuna, iffətinə və cisminə xələl gətirərsə bu zaman o, ixtiyar sahibidir.

4). Qadın evdən bayıra çıxmaq və ya evə kimisə dəvət etmək məsələlərində ərinə itaət etməlidir. Lakin, öz şəri vəzifəsini yerinə yetirmək üçün (məsələn, həccə getmək) evdən xaric olarsa, bu zaman ərinin icazəsi lazım deyildir.

Bundan əlavə, evdə qalmaq qadın üçün hər bir cəhətdən zərərli olsa, ərindən icazə almadan evi tərk edərək bayıra çıxa bilər.

5). Hər hansı bir kollektiv və ya müəssisədə işləmək üçün ərinin icazəsi əsas şərtdir.

Bura kimi qadının və kişinin məsuliyyəti qısa şəkildə izah edildi. Bundan sonrakı mövzumuzu kişinin ailədə olan məsuliyyətini izah edəcəyik.

Kişilərin qadınların müqabilində olan vəzifələri:

Kişinin qadının müqabilində olan vəzifəsi iki cəhətdən, əxlaq və hüquq baxımından açıqlanacaqdır.

A). Kişinin əxlaq baxımından vəzifəsi hədislərdə belə bəyan edilmişdir:

Qadınlarla yaxşı rəftar etməyin dəyəri:

a). Həyat yoldaşını sevmək Peyğəmbərin əxlaqıdır. (Ürvətül- vüsqa, mərhum Təbatəbai, Yəzdi, cild 2, nikah kitabı, səhifə 626.)

2). Qadınlara eşqini bildirmək və onlara qarşı məhəbbətini biruzə vermək onların heç vaxt yadından çıxmır.

3). Qadınların səhfini bağışlamaq və üz vurmamaq.

4). Qadınlarla xoş rəftar etmək və onlarla səmimi olmaq.

5). Allah yanında ən sevimli o kəslərdir ki, öz həyat yoldaşı ilə gözəl rəftar etsin.

6). Ən sevimli kişilər o kəslərdir ki, öz həyat yoldaşlarına çoxlu yaxşılıq edərlər.

7). Kişi Allahdan qorxmalıdır ki, "olmaya, öz həyat yoldaşının hüququna riayət etməyə və ona zülm edə".

Əxlaq baxımından vacib nöqtələr:

1). Kişi öz həyat yoldaşına xidmətçi kimi deyil, əksinə xanım kimi baxmalıdır. Ona gül kimi qiymət verməlidir ki, onun iyi və təravəti aradan getməsin. Ondan bacarmadığı işi tələb etməsin.

2). Gündəlik yaşayış üçün lazım olan məişət əşyalarının qadının ixtiyarında qoyulması. Məsələn: imkan qədər zəmanəyə uyğun elektrik malları, geyim, yemək və sair. Bayramlarda isə ona hədiyyə almağı unutmasın.

3). Ailənin mühüm işlərində qadınla məsləhətləşmək ailənin davamına bais olar.

4). Yaxınlıq zamanı bütün etika normalarına riayət etmək.

B). Hüquq baxımından olan vəzifələr:

Bu vəzifədə iki hissəyə ortaq və xüsusi vəfifələrə bölünür. Birinci hissə qadının və kişinin ortaq hüquqlarıdır.

Kişinin qadının üzərində xüsusi olan vəzifəsi və hüququ:

A). Qadının bütün gündəlik tələbatı kişinin öhdəsində olmalıdır.

1). Zamana və məkana uyğun olaraq gündəlik yeyinti mallarının hazırlanması.

2). Zamana və məkana uyğun olaraq geyim əşyalarının hazırlanması.

3). Zamana və məkana uyğun olaraq bəzək əşyalarının hazırlanması.

4). Zamana və məkana uyğun olaraq yaşayış yerinin (ev), hazırlanması.

5). Ev əşyalarının və məişət əşyalarının kişi tərəfindən hazırlanması.

6). Əgər zaman və şərait tələb edərsə, evdə xidmətçinin olması.

7). Qadının bütün xəstəliklərinin dəvası üçün lazım olan hər bir şey kişinin öhdəsindədir.

B). Kişinin qadınla yaxınlıq zamanı öhdəsinə düşən vəzifə:

Bu mövzuda qanun susaraq öz yerini gözəl rəftara və əxlaqa verir.

Amma müctəhidlər bu məsələyə iki prizmadan yanaşırlar:

1). Qadının kişinin üzərində olan vəzifəsi budur ki, qadın bakirə olarsa, toydan sonra kişi gərək onun yanında yeddi gün qalsın. Əgər kişinin ondan başqa üç arvadı varsa dörd gündən bir dəfə onun yanında qalmalıdır. Yəni hər gün bir arvadın yanında qalsın.

2). Cinsi yaxınlıq: Kişinin dörd ayda bir dəfə öz xanımı ilə yaxınlıq etmək hüququ var.

http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (2) : İnsanın liqaullahına (Allahı qəlb gözü ilə görməsinə) mane olan ən mühüm hicab (maneə) nədir?
Ad: , Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Məkarim
Şübhəsiz, özünü sevməkdən, özünü üstün bilməkdən və xudpəsəndlikdən böyük hicab yoxdur. Bəzi əxlaq alimlərinin ifadəsi ilə desək, "ənaniyyət" (“mən-mən” demək) Allah yolunun yolçuları üçün ən böyük maneədir. Liqaullaha nail olmaq yolu "ənaniyyət"i kökündən çıxarıb atmaqdır. Lakin bu iş o qədər də asan deyil. Çünki bir növ özündən ayrılmaqdır.
تو خود حجاب خودى،   حافظ از ميان برخيز!
“Sən özün öz hicabınsan, Hafiz, aradan qalx!”
Lakin bu iş müntəzəm məşqlər etmək, ruhi tərəqqiyə nail olmaq, Allahdan kömək diləmək və Allah övliyalarına təvəssül etmək sayəsində mümkündür. Bəli, bəli! Nə qədər ki, Allahdan qeyrisinə sevgi ot-alağı kökündən ürəkdən qoparılmayıb, Ona məhəbbət tingi inkişaf edib artmayacaqdır.
Allah övliyalarından birinin başına belə bir hadisə gəlir: Nəql edirlər ki, o, cavanlıq çağlarında qəhrəman pəhləvanlar sırasında imiş. Bir gün bu cavan pəhləvana sultanın qədim və şöhrətli pəhləvanı ilə güləşməyi təklif edirlər. Pəhləvanlar camaatın toplaşdığı güləş meydanında qurşaq tutmağa hazırlaşırlar. Sonradan qədim pəhləvanın anası cavan pəhləvanın yanına gəlib qulağına deyir: “Ey cavan! Belə görünür ki, sən bu meydanın qalibisən. Bir ömürdən sonra ləyaqətimizin alçalmasına və çörəyimizin kəsilməsinə bais olma!”
Cavan pəhləvanın daxilində "ənaniyyət" və şah-şöhrət qazanmaqla ad-sanı, şərəf və ləyaqəti ayaq altına qoymaq arasında ağır çəkişmə başlayır. Nəhayət o, öz qərarına gəlir: Müsabiqənin həlledici anında güzəştə gedir, rəqib onun kürəyini yerə vurur və camaatın gözündə xar olur.
İndi onun özündən eşidin: "Kürəyim yerə dəyən zaman qəflətən gördüm ki, hicablar gözümün önündən çəkildi, haqqın təcəlliləri qəlbimdə nur saçmağa başladı. Qəlb gözləri ilə nəyi görməliydimsə, görməyə başladım."
Bəli... Bu bütü sındırmaqla tovhidin əsərləri üzə çıxır.
Sual (3) : ehkami xemse
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Xamenei

Firui-din insanın cismani aləminin tərbiyəsi və mühafizəsi üçün qoyulmuş qanunlardır. Burada göstərilən on maddənin ətrafında çox böyük məsələlər var ki, onların bu kitabda yazılmasına imkan yoxdur. Bu maddələr dünyada insanın işlərini, hərəkətini, rəftarını, davranış qaydalarını, yoldaşa, dosta, özgəyə və cəmiyyətə münasibəti öyrədir. Bu barədə Qurani-Kərimdə həddən ziyadə ayələr, Peyğəmbər və imamların dilindən külli miqdarda hədislər vardır. Bunların hamısı kamil insan yetişdirmək məqsədini güdür; bunlar islamın əxlaq normalarıdır. Əgər insanlar bu normalara əməl etsələr, dünyada misli görünməmiş saf bir cəmiyyət əmələ gələr. Bunlardan bəzisinə nəzər salaq. Əhkami-xəmsə, beş hökm deməkdir. İnsanın bütün işləri və əməlləri beş qismə ayrılır. 

1. Vacib; bunlar o əməllərdir ki, Allah-taala onların icrası üçün insanlara əmr edib. Hər kəs belə əməllərdən eləsə, Allah-taala onun üçün savab yazar, Behişt vəd edər, tərk etsə günah yazar, Cəhənnəm vəd edər Firui-dinin bütün maddələri vacib əməllərdir. 

2. Haram; bunlar vacibin əksi olan əməllərdir, yəni elə əməllərdir ki, Allah-taala onların tərkini əmr edib. Hər kəs belə əməlləri tərk etsə, Allah-taala onun üçün savab yazıb Behişt vəd edər, icra etsə, günah yazıb Cəhənnəm vəd edər. Məsələn, şərab içmək, zina və ləvat etmək, qumar oynamaq, adam öldürmək, qeybət etmək və i.a. Bunlar haramdır, icra etməyi də günahdır. 

3. Müstəhəbb; bunlar o əməllərdir ki, onların icrası üçün Allah-taala savab yazar, Behişt vəd edər, lakin tərk etməyi üçün nə günah yazar, nə də Cəhənnəm vəd edər. Məsələn, namazdan sonra təqib duaları oxumaq, gecə namazı qılmaq, müsəlman meyitinin dəfni mərasimində iştirak etmək, Rəcəb və Şaban aylarında oruc tutmaq, xəstə müsəlmanlara baş çəkmək, yoxsul müsəlmanlara əl tutmaq, qonağa hörmət etmək (hətta əgər kafir olsa da), müsəlmanların istifadəsi üçün quyu qazmaq, su çəkmək, yol düzəltmək, ağac əkmək (bunlara baqiyatus-salihat, yəni baqi olan xeyr işlər deyərlər), əhli-qəbristanı ziyarət etmək və i.a. Bu cür əməllərə müstəhəbb və ya sünnət deyərlər. Belə əməllərin sayı həddən ziyadədir. 

4. Məkruh; bu müstəhəbbin əksidir, yəni o əməllərdir ki, onları tərk etmək üçün Allah-taala savab yazar. Behişt vəd edər, lakin icra etməyi üçün nə günah yazar, nə də Cəhənnəm vəd edər. Məsələn, qəbristanda və ya it olan evdə namaz qılmaq, at və eşşək əti yemək, meyyiti dəfn etməzdən qabaq yalqız qoymaq, meyyitə kətan parçadan kəfən biçmək, kəfəni dəmir alətlə (məsələn, qayçı və ya bıçaqla) kəsmək və s... Bu cür işlərə məkruh deyirlər. 

5. Mübah; bunlar o əməllərdir ki, onları istəyirsən icra et, istəyirsən tərk et, Allah-taala nə savab yazar, nə günah, nə Behişt vəd edər, nə də Cəhənnəm. Məsələn, uzanmaq, yatmaq, durub gəzmək, Orucluq günü olmayan vaxtda halal və pak su içmək və ya çörək yemək, adamlarla adi söhbət etmək (bu şərtlə ki, qeybət və hərzə söz olmasın) və s. Bunlar mübah əməllərdir. Buradan məlum olur ki, insanın hər bir işi bu beş qismdən biri olar. Bunlar əhkami-xəmsə adlanır. İnsan gərək hər bir əməlində bilsin ki, bu əməl əhkami-xəmsənin hansı birindəndir; bilməsə, ola bilər ki, savab əvəzinə günah qazansın. Məsələn, savab qazanmaq məqsədilə Orucluq bayramı və ya Qurban bayramı günündə oruc tutan şəxs, əksinə günah qazanar; çünki bu günlərdə oruc tutmaq haramdır. Hər müsəlmana birinci növbədə vacib olan əməllər firui-dinin on maddəsidir. Bunlardan başqa yenə də vacib əməllər var; məsələn, ata-anaya itaət və onlara himayə etmək, qohumları, yaxın əqrəbanı yad etmək, onlardan xəbər tutmaq (buna siləyi-ərham deyərlər) və s. Bunların hamısını burada yazmağa imkan yoxdur. İndi də haram şeylər haqqında müxtəsər məlumat verək ki, müsəlman qardaş-larımız özlərini Allah-taalanın qəzəbindən və Cəhənnəm əzabından xilas etmək üçün bu əməlləri tanıyıb, onlardan ictinab (pəhriz) etsinlər. Günah və haram sayılan əməlləri iki qismə ayırırlar. Bunlardan bir qisminə «Günahi-kəbirə», yəni böyük günah, o birinə «Günahi-səğirə», yəni kiçik günah deyirlər. Hərçənd günahın böyüyü və kiçiyi yoxdur, çünki günah deyilən şey Allah-taalanın əmrindən çıxmaq, ona etina etməmək, ona qarşı ədəbsizlik etmək deməkdir. Və eyni zamanda  hüquqi cəhətdən də günah fərqlənərək iki digər hissələrə bölünür:

1. «Həqullah günahlar» yəni Allahın əmrindən çıxıb vacib ediklərinə əməl etməmək və ya haram edib çəkindirdiyi şeylərə əməl etmək. Bu günah  bir başa Allahla bəndə arasında olduğundan və digər insanlara aidiyyəti olmadığından Allahın haqqı olan günahlar adlanır.  Məsələn: Namaz qılmamaq, Oruc tutmamaq, Şərab içmək və s..

2.         «Həqqunnas günahlar»dan məq-səd isə ictimaiyyətdə bir şəxsin başqasına etdiyi zülmdən irəli gələn günahlardır. Məsələn: Qeybət etmək, başqasını məsxərə etmək, aldatmaq və s.

Sual (4) : Mehriyye və nəfəqə haqqinda yazi
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Xamenei

"Mehriyyə" və "nəfəqə"

Ailədaxili münasibətlərdə mövcud olan qədim ənənələrdən biri, evləndiyi zaman kişinin öz əmlakından gələcək həyat yoldaşına və ya qayınatasına bağışladığı «mehriyyə» adlı hədiyyə olmuşdur. Bundan əlavə, kişinin öhdəsinə düşən digər ən mühüm vəzifələrdən biri də ailənin yaşayış xərcini təmin etmək idi.

Görəsən, bu adət nəyə əsaslanır? Hansı amillər onun yaranmasına səbəb olmuşdur? Əgər qadın və kişi hər biri öz təbii hüquqlarını əldə ediblərsə, aralarında humanist münasibət qurulubsa və qadına olan baxış insani dəyərlərə söykənibsə, kişinin qadına «mehriyyə» verməsinə və ya ailənin yaşayış xərcini təmin etməsinə ehtiyac varmı? Uzun bir zamanı əhatə edib, bizim dövrə kimi gəlib çıxan «mehriyyə» və ailənin yaşayiş xərcinin təmini sizcə qadının kişiyə qul olduğu dövrlərin yadigarı deyilmi? Halbuki 20-ci əsrin aktual məsələsi olan «İnsan hüquqlarının bərabərliyi» iqtisadi məsuliyyətin yalnız kişi tərəfindən deyil, həm də qadın tərəfindən öhdəçiliyini tələb edir.
 

Mehriyyənin qısa tarixi


Alimlərin nəzərinə əsasən, hələ tarixdən öncə insanlar qəbilə və tayfa şəklində yaşadıqları zaman məlum olmayan səbəblər üzündən qan qohumları ilə evliliyə yol verilməzdi. Buna görə də evlənmək yaşına çatan qəbilə cavanları ailə qurmaq üçün qızı başqa qəbilələrdən seçmək məcburiyyətində qalardılar. Bu dövrlərdə kişi, nəsli davam etdirməkdə ifa etdiyi rolundan xəbərsiz idi. Baxmayaraq ki, ata uşaqların ona oxşarlığını görür, amma bunun səbəbini dərk edə bilmirdi və uşaqların dünyaya gəlməsindəki rolundan xəbərsiz olduğu üçün onları yalnız ananın övladı hesab edirdi. Digər tərəfdən təbii ki, uşaqlar da özlərini ananın övladları hesab edirdilər. Beləcə soy, kişi tərəfindən deyil, qadın tərəfindən tanınar, kişilərə isə sonsuz bir varlıq kimi baxılardı. Kişi, evləndikdən sonra tüfeyli bir varlıq kimi qadının tayfası arasında ömür sürərdi. Qadın, kişinin yalnız qol gücündən və bəzən də cinsi ehtirasının təminçisi kimi ondan bəhrələnərdi. Bütün hüquqlara ancaq qadınların malik olduğu bu dövr, tarixdə «Matriarxat» dövr kimi adlandırılıb.
Çox keçmir ki, kişi, uşaqların dünyaya gəlməsindəki rolunu anlayaraq özünü onların əsas sahibi kimi tanıyır. Bu vaxtdan etibarən qadını tamamilə özünə tabe edib, ailənin başçılığını öz ixtiyarına alır. Bu ikinci mərhələ isə tarixdə «Patriarxat» dövrü adlanır.
Birinci mərhələdə olduğu kimi, bu mərhələdə də qan qohumları ilə evliliyə icazə verilmirdi. Odur ki, oğlanlar qızı başqa qəbilədən seçib, öz qəbilələrinə gətirərdilər. Amma qəbilələr arasında daim baş verən döyüşlər üzündən oğlanlar gələcək həyat yoldaşını qaçırmaq məcburiyyətində qalırdılar. Tədricən, qəbilələr arasında sülh bərqərar olur və qəbilələr dinc həyat tərzini sınaqdan keçirirlər. Bu dövürdə qızqaçırma adəti aradan qalxır. Lakin digər tərəfdən başqa qəbilənin qızı ilə evlənmək istəyən şəxs üçün yeni bir öhdəçilik üzə çıxır: o, bir müddət qızın atasına muzdurluq etməli idi! Məhz bu müddət başa çatıqdan sonra ata qızını oğlan evinə yola salardı.
 Bu adət, ictimai rifahın yüksəldiyi dövrə qədər sürür.Bu məqamda kişi anlayır ki, uzun illər qızın atasına muzdurluq etməkdənsə, ona münasib bir hədiyyə verib, qızı öz evinə aparsın. Beləcə bu əməl, mehriyyənin yaranmasına səbəb olur.
Patriarxat dövrünün matriarxat dövrünü əvəz etməsi, kişinin qadın üzərində tam ixtiyar sahibinə çevrilməsi və ondan cinsi ehtirasının təminçisi kimi istifadə etməsi qadının ictimai və iqtisadi məsuliyyətinin əlindən alınması ilə nəticələnir. O, öz hüquqlarından o dərəcədə məhrum olur ki, əldə etdiyi zəhmət haqqına belə ya əri, ya da atası yiyələnir. Əslində isə kişinin mehriyyə olaraq qayınatasına verdiyi pul və ya ailədə ödədiyi yaşayış xərci, birgə ailə həyatında bir növ qadının iqtisadi istismarına xidmət edirdi.  

İslam hüququ baxımından mehriyyə

Lakin bəşər tarixində sosiloqların toxumadığı başqa bir mərhələ də mövcuddur. Bu mərhələdə kişi evləndiyi vaxt, mehriyyəni (nikah hədiyyəsi) şəxsən qadının özünə təqdim edir və heç kim, o cümlədən qızın valideynləri həmin hədiyyəyə şərik deyildirlər. Bu mərhələnin digər mühüm xüsusiyyəti də ondan ibarətdir ki, qadın, ona verilən hədiyyənin sahibi kimi tanımaqdan əlavə, onun ictimai və iqtisadi hüquqları da qorunur. İlk öncə o, atası və ya qardaşının istəyi ilə deyil, şəxsən özü gələcək həyat yoldaşını seçir. İkincisi, istər ata evində, istərsə də ər evində heç bir şəxsin onu istismar edib, qazancını əlindən almağa ixtiyari yoxdur. Üçüncüsü, onun hüquqi müamilələrində ərin qəyyumluğuna ehtiyac duyulmur və s.
      Bu mərhələdə habelə, qadınla intim əlaqə yalnız evlilik çərçivəsində məhdudlaşır və mehriyyədən əlavə, kişi, evlilik müddəti boyunca ailənin yaşayış xərcini də təmin edir.
 Bu mərhələ, İslam dininin qəbul etdiyi və həmin şərtləri evlilik üçün təyin etdiyi bir mərhələdir. Qeyd olunan şərtlər haqqında İslamın əsas mənbəyi olan müqəddəs kitabımız Qurani-Kərimdə çoxlu ayələr və eyni zamanda məsumlarımızdan rəvayət olunan hədislərimiz vardır.
Məhz bu mərhələdədir ki, qadının «mehriyyə» və yaşayış xərcinin təmini məsələsi barədə anlaşılmazlıq yaranır. Belə ki, öncəki mərhələlərdə mehriyyə, qızın atasına verilir, qız isə ər evinə aparılaraq bir qul kimi istismar olunurdu. Bu halda mehriyyənin fəlsəfəsi, qızın atadan pulla alınmasından, yaşayış xərcinin fəlsəfəsi isə hər bir sahibkarın öz qulu üçün ödədiyi zəruri xərclərdən ibarət olurdu. Əgər qızın atasına müəyyən məbləğ verib, qızını almırlarsa, ərin qadını istismar etmək hüququ yoxdursa və qadın iqtisadi və hüquqi baxımdan tam azaddırsa, hətta həyat yoldaşının qəyyumluğuna belə ehtiyacı yoxdursa onda mehriyyə və yaşayış xərcinin zəruriliyi nədən ibarətdir?


 Mehriyyənin həqiqi fəlsəfəsi

Bizim nəzərimizcə mehriyyə, qadın və kişi münasibətlərini tarazlaşdırmaq və onları bir-birinə qovuşdurmaq üçün atılan ən münasib addımlardan biridir. Sevgi, duyğu məsələsində təbiət etibarı ilə qadın məşuqə, kişi isə aşiq rolunu ifa edir. Ariflər eşq və aşiq-məşuq qanununun bütün kainatda hökm sürdüyünü bildirirlər. Təbii ki, hər bir varlığın özünəxas vəzifəsi vardır. Sanki xaliq, gözəlliyi, qüruru, zərifliyi, zahiri ehtiyacsızlığı qadına, aşiqliyi və ehtiyacı isə kişiyə bəxş etmişdir. Beləliklə, qadının fizioloji gücsüzlüyü, kişinin güc-qüvvətinin müqabilində belə bir şəkildə tarazlaşmışdır. Elə bu fərqlərə əsasən də həmişə - həm matriarxat və həm də patriarxat dövrlərdə - kişi qadına elçilik etmiş və onun razılığını qazanmaq üçün ona hədiyyə bağışlamışdır.
      Nə üçün həmişə kişilər hansısa bir qadına sahib çıxmaq üçün bir-biri ilə rəqabət aparırlar? Halbuki, belə bir hallara qadınlar arasında ya heç rast gəlinmir, ya da çox azdır. Beləcə bütün bu misallar, bizə qadın xarakterindəki həya və ismətdən xəbər verir. Mehriyyə də qadın təbiətinə - onun həya və ismətinə söykənir. Yəni qadın, öz təbiətindən ilham alaraq dərk etmişdir ki, o, öz izzət və qürurunu qorumalı və özünü ucuz tutmamalıdır.
Qarşılıqlı münasibətlərdə də qadının kişiyə qoyduğu təsir, kişinin qadına qoyduğu təsirdən daha çoxdur. Kişi, igidlik, qəhrəmanlıq, alicənablıq, dahilik və s. bu kimi bir çox müsbət keyfiyyətlərin onda formalaşmasında məhz qadına - onun ismət və həyasına - borcludur. Bir sözlə həqiqət bundan ibarətdir ki, kişini, ümumiyyətlə, cəmiyyəti «yaradan» və formalaşdıran qadındır! Əgər qadın, bu mühüm xasiyyətini, yəni ismət və həyasını istərsə, ilk öncə o, qadınlığını itirmiş olur. Sonra isə kişi, tədricən öz kişilik məsuliyyətini unudur və nəhayət ,cəmiyyətin özülü uçulub, aradan gedir.

Qurani-Kərimdə mehriyyə


Müqəddəs kitabımız Qurani-Kərimdə də mehriyyə məsələsinə toxunulubdur. Nisa surəsinin 4-cü ayəsində xüsusi bir incəlik və dəqiqliklə buyurulur:
      وَآتُوا النِّسَاءَ صَدُقَاتِهِنَّ نِحْلَةً...«Və qadınların mehriyyələrini onlara könül xoşluğu ilə və bir hədiyyə kimi verin...»
      Qurani-Kərim bu ayədə 3 əsas məsələyə toxunur:
      - ilk öncə mehriyyəni «səduqə» adı ilə xatırlayır. «Səduqə» sözünün kökü «sidq», yəni doğruluq və düzgünlük deməkdir. Bəs mehriyyə bir növ kişinin məhəbbət və duyğularının doğruluğunun göstəricisi və simvoludur.
      - «səduqə» sözünə «hunnə» şəkilçisini artırmaqla, mehriyyənin yalnız qadının özünə aid olduğunu bildirir.
      - ayədə gətirilən «nihlə» sözü mehriyyənin «hədiyyə»dən savayı bir şey olmadığını açıqcasına bildirir.


      Qeyri qanuni və qeyri şəri evliliklərdə hədiyyə


Qeyd etdiklərimizə bunu da əlavə etmək mümkündür ki, yalnız qanuni və şəri evliliklərdə deyil, hətta qeyri-qanuni evliliklərdə, dırnaqarası azad sevgilərdə də kişi qadına müəyyən hədiyyələr bağışlayır. Məsələn, kişi, öz sövqi-təbiiliyi ilə anlayır ki, qadınla birgə əyləşib yedikləri yeməyin, içdikləri çayın xərcini məhz o ödəməlidir. Deməli, kişinin əylənməsi üçün əsas şərt, pul və maddi imkanın olmasıdır. Bu isə qadının növbənöv hədiyyələrə sahib olması deməkdir. Göründüyü kimi hədiyyə bağışlamaq həm qanuni, həm də qeyri-qanuni evliliklərdə mövcuddur. Bu da qadın və kişinin müxtəlif xarakterlərə malik olduğunu göstərir.
Müasir dünyada «İnsan hüquqlarının bərabərliyi» şuarı altında ailə üzvlərinin hüquqları da özünün təbii axarından çıxarılıbdır. Belə ki, təbiət qanunun əksinə olaraq iki müxtəlif yaranışlı cinsi, yəni qadın və kişini, eyni və oxşar vəzifələrlə yükləməyə çalışırlar. Bundan əlavə rəsmi nikahlarda «mehriyyə» ünvanında qadın üçün heç bir hədiyyə nəzərdə tutulmur və yaşayış xərcini təmin etməkdə qadın da məsuliyyət daşıyır.
Son olaraq bunu qeyd edə bilərik ki, mehriyyə, qadın və kişinin fərqli təbiətlərə sahib olmasının göstərcisidir.

Sual (5) : Musiqinin haram olması
Ad: hesen, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Xamenei

Musiqinin cəmiyyətdə fövqəladə şəkildə yayılması insanların onu düzgün qiymətləndirməsinə mane olur. Hətta pisliyini hiss edə bilmir. Həyat tərzinə çevrilmiş bir işin yaxşı-pisliyini dəyərləndirmək üçün böyük diqqət və ağıl tələb olunur. Amma həqiqətpərəst və bəsirətli insanlar ətraflarındakı gerçəklikləri daim dəqiq dəyərləndirməyə çalışmışlar. Musiqi bir neçə baxımdan araşdırılmalıdır.

1. Kolumbiya universitetinin professoru doktor Volf Adler musiqinin insan orqanizminə və sinir sisteminə zərərləri haqqında deyir: “Ən könül oxşayan musiqilər belə insanın sinir sisteminə mənfi təsir edir. İsti havada dinlənilən musiqinin xüsusi ilə mənfi təsiri var.” Məşhur fransa fizioluqu doktor Aleksis Karl yazır: “Əyləncə ilə ötüşən ömürdən məntiqsiz bir şey yoxdur. İnsanın ağıl və düşüncəsi spirtli içkilərin təsirindən, bir sözlə, ölçü-biçisiz adətlərin təsiri səbəbindən zəifləyir. Düşüncə böhranında televiziya və radionun öz payı var.”

2. Narkotik maddələrin qadağan olunmasının əsas səbəbi bu maddələrin insanı təbii halından çıxarmasıdır. Musiqidə də belə bir xüsusiyyət vardır. Musiqi dinləyən insan təbii halından çıxır, onda ətrafa diqqətsizlik yaranır. Kimi əsəblərini narkotik maddələrlə sakitləşdirir, kimi də musiqi ilə” hər iki halda insanın sinir sistemindəki tarazlıq pozulur.

Spirtli içkilər də məhz insanı təbii halından çıxardığı üçün pislənilmişdir. Bir başa insanın sinir sisteminə təsir edən bu içkilər insanın ağıl və düşüncəsini zəiflədir. İnsanın təbii haldan çıxmasında burun da vasitə ola bilər. Məsələn, burunla qoxulanan heroin insanın əsəblərinə təsir gösərir, onu uydurur.

Məntiqi baxımdan insanın yalnız tibbi məqsədlə, cərrahiyə əməliyyatları zamanı uydurulması müsbət sayılmışdır. Bu məqsədlə insan orqanizmi nə müxtəlif uyudurucular yeridilir. İnsanın uydurulmasında qulaq da bir vasitə ola bilər. Musiqi məhz qulaq vasitəsi ilə insanın sinir sisteminə təsir göstərib, onu təbii halından çıxardır. Musiqiyə aludə olan insan onun təsiri altında ətraf mühitdən təcrid olur.

Yuxarıda deyilənlərdən məlum olur ki, hər bir hiss üzvünün öz uydurucusu var. Orqanizmə spirtli içkilər ağız, heroin burun, musiqi isə qulaq vasitəsi ilə öz təsirini göstərir. Əsrimizdə böyük konsert salonlarında müşahidə etdiyimiz mənzərələr musiqinin uydurucu təsirini təsdiq edir. Yəqin ki, hər birimiz konsert salonlarında ağlı başından çıxan, huşunu itirən gənclər görmüşük. Musiqiyə ifrat aludəçilik səbəbindən bəzi gənclər öz hərəkətlərini nəzarət altına ala bilmir, eynən narkotik maddənin təsiri altında olanlar kimi davranırlar.

Bir müqayisə aparaq: Mahir bir riyaziyyatçı adi vəziyyətdə hər hansı bir məsələni asanlıqla həl edir. Bu insan istər spirtli içki qəbul etdikdə, istər heroin iylədikdə, istərsə də hansısa musiqiyə aludə olduqda həmin məsələni həll etməkdə çətinlik çəkir. Demək, istər narkotik maddələr, istərsə spirtli içkilər istərsə də musiqi insanın düşüncə qabiliyyətini zəiflədir. Musiqinin taktı şiddətləndikcə insanların hissləri daha çox təhrik olur. Böyük rəqs salonlarında qulaq batırıcı oynaq musiqinin təsiri altına düşəndə insaniyyətə sığışmayan hərəkətlərə yol verirlər. İnsanları kollektiv şəkildə heyvani hərəkətlərə sövq edən musiqi deyilmi?! Məgər hansı narkotik maddədə belə güc var?! Zərb alətlərinin diksindirici sədaları altında insanda yalnız və yalnız şəhvət və ehtiras hissləri oyanır. Belə insanlarda mərhəmət, iffət, həya, vətənpərvərlik, iman kimi hislər axtarmağa dəyməz. Şəhvətpərəst kişi və qadınların spirtli içkilərə, narkotik maddələrə və musiqiyə marağı deyilənləri bir daha təsdiq edir. İslam insan səadəti üçün faydalı heç bir dünya ləzzətini faydalı buyurmur. Amma insanı təbii halından çıxarmaqla, onun hisslərini həyəcanlandıran işlər məzəmmət olunur.

Musiqinin insanlarda əxlaqi nöqsan yaratması aşkar bir həqiqətdir. Əksər nəğmələrin mətnini qadın gözəlliyini iffətsiz şəkildə təsvir edən şerlər təşkil edir. Etiraf etməliyik ki, şəhvət dolu nəğmələrə adət etmiş qəlbdə Allah zikrinə yer qalmır. Bir çox nəğmələrdə qadın əndamı elə hayasızlıqla təsvir olunur ki, onu dinləyənlər şəhvətdən başqa heç bir şey haqqında düşünmürlər. İnsanda bir belə mənfi emosiya yaradan şey ilahi dində halal sayıla bilərmi?! Qeyd etməliyik ki, İslam musiqini yox, ğinanı haram buyurmuşdur. Ğina insanı şəhvətə təhrik edən, onu təbii haldan çıxaran musiqilərə deyirlər. Amma musiqi üçün belə bir sərhədin təyin olunması asan iş deyil. Vətənpərvərlik hisslərini alovlandıran hərbi marşları və bu kimi digər musiqiləri şəhvət doğuran musiqilərə qatmaq fikrində deyilik. Amma özünüz düşünün, hansı eyş-işrət məclisindən hərbi marş dinlənilir?!

Sual (6) : Saqqal saxlamaq barədə dəlil vardır?
Ad: Zamin, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Hər bir məsələdə olduğu kimi saqqal saxlamaq məsələsində də islam dini orta həddə rəftar etməyi məsləhət görmüşdür.Bizim şəriətdən əvvəlki şəriətlərdə də saqqal saxlamaq mövcud idi. Həzrət Musa (ə) şəriətində saqqal qırxmağa icazə verilmirdi. Saqqalı qırxmaq təhqir və hörmətsizlik hesab edilirdi. Həzrət Musa (ə) bir gün bəni İsrail möminləri ilə Tur dağına gedərək dua etdi. Orada olanlardan hər duadan sonra amin deməklərini istəyib saqqalı qırxanları nifrin etdi. (Əvvəlin danişqah və axirin peyğəmbər, c,15, s,243-263).
Bizim şəriətimizdə də saqqal saxlamaq zəruri və onu ülgüclə qırxmaq haram iş sayılmışdır.
Peyğəmbər (s) ölkə başçılarına məktub yazaraq onları islam dininə dəvət etdi. Onlardan biridə İranın təkəbbürlü şahı idi ki, o, peyğəmbərin məktubunu cırıb ayaq altına atdı və peyğəmbərin həbs edilməsinə əmr verdi. Şahın adamları şərafətli paltarlarını geyinib saqqallarını qırxıb öz xəyalları ilə desək mədəni bir insan kimi o həzrəti tutmaq üçün peyğəmbərin yanına getdilər. Peyğımbər (s) onları saqqalı qırxıq halda görcək narahat olub buyurdu: Vay olsun sizə kim sizə demişdir ki saqqalınızı qırxıb, bığınızı uzadasınız? Onlar bu işi şahın əmri ilə gördüklərini dedilər. Peyğəmbər buyurdu: Lakin mənim Rəbbim bığı qırxıb saqqal saxlamağa əmr etmişdir. (Biharul-Ənvar, c,20, s,389-390, Məkatibur-Rəsul, c,1, s,90).
O dövrdə Yəhudilər də saqqallarını qırxdığına görə peyğəmbərimiz bu barədə müsəlmanlara xüsusi göstəriş verib buyurdu: Bığınızı qırxıb saqqal saxlayın və özünüzü Yəhudilərə oxşatmayın. Həmçinin başqa bir hədisdə buyurmuşdur: Bığınızı qırxıb saqqal saxlayın və özünüzü Məcusilərə oxşatmayın. Məcusilər saqqallarını qırxır və bığını uzadırdı.Amma biz müsəlmanlar bığı qırxıb saqqal saxlayırıq və saqqal saxlamaq Allah taalanın yaratdığına uyğundur. Vəsailuş-Şiə, c,1, s,423, Məkarimul-Əxlaq,s,67).
O həzrət başqa bir hədisdə buyurmuşdur: Özünü bizdən başqasına, qeyri müsəlmanlara oxşadan bizdən deyildir. (Nəhcül-Fəsahə,s,509). O həzrət bir hədisdə belə buyurmuşdur: Saqqalı qırxmaq müslə (işkəncə) sayılır və hər kəs müslə edərsə Allah ona lənət etsin. (Vəsailuş-Şiə,1,s,59). Qurani kərimdə həlak olmasından xəbər verilən tayfalardan biri də Həzrət Lutun (ə) qövmüdür. Peyğəmbər (s) buyurmuşdur ki Allah taala onları 10 günahın ucbatından həlak etdi. Onlardan biri də saqqalı qırxıb bığı saxlamaq idi.Müstədrəkul-Vəsail,c1,s,407.
Həbabə Valibiyyə belə deyir: Bir gün gördüm ki İmam Əli (ə) əlinə bir qamçı almış pulsuz balıq satanları vura-vura deyir: Ey Bəni israilin məsx olmuş balıqlarını satanlar və ey bəni Mərvan qoşunu! Furat ibni Əhənf bəni Mərvan qoşununun kimliyini soruşduqda imam buyurdu: Onlar bir tayfa idilər ki saqqallarını qırxıb bığını uzadardılar.Ona görə də Allah taala onları məsx edib heyvanlara çevirdi.(Usuli Kaffi, c,2 s,252, h,3.)
İmam Əli (ə) başqasının saqqalına zərər yetirib onun tamam aradan getməsinə yaxud da yarımçıq vəziyyətə düşməsinə səbəb olanlara diyə diyə hökmünü vacib edirdi. Vəsailuş-Şiə, c,19, s,262.
Üzü qırxmağa aid hökmlər
Məsələ 323: Üzü qırxmaq, yaxud maşınla vurmaq, əgər qırxmaq sayılırsa, ehtiyat-vacibə görə caiz deyildir, bu hökmdə bütün kişilər eyni hökmdədir, Allahın hökmü camaatın məsxərə etməsi, yaxud məclisə hakim olan fəzanın səbəbilə dəyişdirilmir. Deməli, həddi-büluğa təzə çatan şəxs, yaxud üzü qırxmadığı halda camaatın onu məsxərə edəcəkləri şəxs, yaxud toy gecəsində olan kişi və sair kimi hallarda üzünü qırxarsa, yaxud qırxmaq sayılacaq dərəcədə üzünü maşınla götürərsə, ehtiyat-vacibə görə caiz deyildir.
Mənbə:İmam:"Tovzihul-məsail","müxtəlif məsələlər", səh.26; "İstiftaat", 2-ci cild, səh. 21,30.
Təbrizi: "Tovzihul-məsail", 2833-cü məsələdən istifadə etməklə.
Xamenei: İstifta.
Fazil: "Camiul-məsail", 1-ci cild, 955, 956 və 957-ci suallardan istifadə etməklə. Bəhcət: Üzün tükünü qırxmaq caiz deyildir.  "Tovzihul-məsail", "müxtəlif məsələlər", məsələ: 4. Sistani: Üzü qırxmaq ehtiyat-vacibə görə haramdır. "Məkasibi mühərrəmə", məsələ: 46. Məkarim: Üzü qırxmaq və s. kimi şeylər ehtiyatın xilafınadır. İstifta. Məsələ 324: Üzün bir hissəsini qırxmağın hökmü onun hamısını qırxmağın hökmündədir. İmam: "İstiftaat","məkasibi mühərrəmə", Sual:84. Bəhcət:"Tovzihul-məsail", "müxtəlif məsələlər", məsələ: 4. Xamenei: İstifta.
Təbrizi: Ehtiyat-vacibə görə, gərək çənə və onun ətrafını da qırxmasınlar və dibdən vurmasınlar, belə ki, ona "saqqalı vardır"-deyilə bilsin, üzün qalan hissəsini qırxmasının eybi yoxdur. İstifta.
Fazil: Saqqalın ətraflarını ülgüclə və yaxud onun kimi şeylərlə təmizləməyin işkalı yoxdur. İstifta.
* NƏTİCƏDƏ: Kişilər ehtiyat-vacibə görə öz saqqallarının bir hissəsini qırxa bilməzlər, amma saq-qa¬lı səliqəyə salmaq üçün qırxılan miqdar istis¬nadır. Məsələ (Sual) 325: Boğazın altında və yanaqlarda olan tükləri qırxmaq caizdirmi?
Cavab: Əgər saqqalı qırxılmaq aid edilməyəcək miqdarda olarsa, əksinə, onun səliqəyə salınması hesab olunarsa, işkalı yoxdur. İmam, Təbrizi, Xamenei: İstifta. Bəhcət: "Tovzihul-məsail", "müxtəlif məsələlər", məsələ: 4. Fazil: "Camiul-məsail", 2-ci cild, 755-ci sualdan istifadə etməklə.
Məkarim: Bu hissələrin qırxılmasının işkalı yoxdur. İstifta. Məsələ (Sual) 326: Saqqalın həddi nə qədərdir ki, ondan qısa olmamalıdır?
Cavab: Camaat arasında "saqqalı vardır"-deyiləcək miqdarda saxlamaq kifayətdir.
İmam, Bəhcət, Təbrizi, Fazil və Məkarim: İstifta.
Məsələ (Sual) 328: Müsəlmanın saqqalını qırxmaq işi haram sayılırmı?
Bəhcət: Haramdır və onun müqabilində pul almaq caiz deyil.
Sistani: Saqqal qırxmağın ehtiyat-vacibə görə caiz olmadığı hallarda, ehtiyat-vacibə görə onun müqabilində muzd almaq caiz deyildir.
"Minhacus-salihin","Məkasibi mühərrəmə", məsələ: 46.
Fazil və Xamenei: Ehtiyat-vacibə görə caiz deyildir.
Məsələ (Sual) 329: Mənim işim toz-torpaqla yanaşıdır və üzümü qırxmağa məcburam, çünki əgər üzümü qırxmasam, toz-torpaq onun üstünə hopacaqdır. Mənim işim haramdırmı?
Cavab: Saqqalı qırxmaq əhvətə görə haramdır və qeyd olunan dəlil üz qırxmaq üçün əsas deyildir. Siz bu hökmdə başqaları ilə fərqlənmirsiniz.
İmam: "İstiftaat", "məkasibi mühərrəmə", Sual: 87.
Xamenei: İstifta.
Fazil: "Camiul-məsail", 1-ci cild, Sual: 959.
Bəhcət: Üzü qırxmaq haramdır və qeyd olunan dəlil üzü qırxmağın halal olmasına bir əsas deyildir. İstifta.
Məkarim: Əgər zərurət tələb edərsə, üz qırxmaq caizdir. İstifta.
Məsələ (Sual) 330: Tükün daha inkişaf etməsi üçün onu qırxmaq olarmı?
Bəhcət: Caiz deyildir. Xamenei: Ehtiyat-vacibə görə caiz deyildir. Cəmiyyətdə kişi və qadın münasibətləri kitabından...
heqiqet.az
İlahiyatçı C.Ağayev
Go to TOP