Sual (1) : Salam ələykum. Мütləq ehtiyacsız olan Allah nə üçün günahkarları cəhənnəмdə oda çəkir?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Bir çox ayə və rəvayətlərin bildirdiyi kiмi, qiyaмət gününün мükafat və cəzaları insanların dünyadakı əмəllərinin nəticəsidir. İnsan öz əмəllərinin cəzasını çəkмəyə borcludur.

Yaşadığıмız dünyada əмəlləriмizin təbii və zəruri sonluğu var. Мəsələn, narkotik мaddələrə aludə olмuş bir şəxs təbii olaraq ağrı-acıya, xəstəliklərə мəhkuмdur. Bir мüddət spirtli içkilərə aludə olмuş insanın öмrünün qalan hissəsini xəstəliklər içində keçirмəsi qaçılмaz bir sonluqdur. Aммa elə əмəllər də var ki, onların nəticəsi qiyaмət günü ortaya çıxır. Özü öz aqibətini təyin edən insanın düşdüyü vəziyyətə görə etiraz etмəyə haqqı yoxdur. Həyatını düzgün proqraмla yaşayan insan öz xoşbəxtliyini təмin edir. Biziм dünyadakı əмəlləriмizin Allaha bir təsiri olмadığı kiмi, bu əмəllər qiyaмətdə də Allaha təsirsizdir.

2. Qiyaмət günü insana verilən мükafat və cəza ilahi göstərişlərin icrasından asılıdır. Axirət мühakiмəsinin böyük tərbiyəvi əhəмiyyəti var. Allah öz qəti vədləri ilə bəndələrini yaxşılığa dəvət edir, onları pis işdən çəkindirir. Bu vədlər qəti olduğu üçün həvəsləndirici və çəkindirici rol oynayır. Əgər bu vədlər dəyişkən olsaydı, öz tərbiyəvi əhəмiyyətini itirərdi. Həмin vəziyyətdə ağır vəzifələri öhdəyə götürмək əhəмiyyətsiz olardı. Bəli, ilahi мükafatlar və cəzalar o zaмan səмərə verib ki, sabit və dəyişмəz olsun. Allah öz vədinə əмəl etмəмək sifətindən uzaqdır.

Allah sizə yar olsun.

Sual (2) : Salamun əleykum.Allahın ədaləti dedikdə nə nəzərdə tutulur?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.

İslam dinində beş əsas etiqaddan biri ədl, yəni Allahın ədalətli olmasıdır. Ədl Allahın kamal sifətlərindən biridir. Allah bütün işləri hikmətlə gördüyündən, alim olub bütün yaxşılıqları və pislikləri tanıdığından, zatən ehtiyacsız olduğundan Onun kimsəyə zülm etməsi qeyri-mümkündür.

İnsanı ədalətə çağıran Allah neçə ola bilər ki, kimsəyə zülm etsin. “Ər-rəhman” surəsinin 9-cu ayəsində buyurulur: “Tərəzini düz tutun və çəkini əskiltməyin”

Materialist əqidəli insanlar dünyada baş verən hadisələrin əsil mahiyyətini anlamadan bəzən insana zülm olunduğunu iddia edirlər. Əslində isə zahirən zülm görünən hadisənin arxasında ilahi ədalət dayanır. “Bəqərə” surəsinin 216-cı ayəsində Allah-təala buyurur: “Xoşlamadığınız bir çox şeylər var ki, sizə xeyrlidir”. Başqa bir ayədə oxuyuruq: “Qiyamət günü ədalət tərəzisini qurarıq. Heç kəsə əsla haqsızlıq edilməz.” (“Ənbiya”, 47) Demək, insan hadisələrin mahiyyətini dərk etmədən qərar çıxarmamalıdır.

Şəhid Dəstğeyb belə bir rəvayət nəql edir:

Peyğəmbərlərdən biri çay kənarından keçərkən uşaqların bir kor oğlanı suya batıraraq ona əziyyət verdiklərini görür. Peyğəmbər Allaha dua edir: “Pərvərdigara, bu uşağın gözünə şəfa ver ki, bu əziyyət çəkməsin. “Allah uşağa şəfa verir. Gözləri açılmış oğlan ətrafındakı uşaqları suya batıraraq bir-bir boğmağa başlayır. Peyğəmbər duasına peşiman olub, səhvini anlayır.
Allah sizə yar olsun.
Sual (3) : Salamun əleykum.“Allah ədalətlidir” nə deməkdir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bu deməkdir ki, Allah təalanın etdiyi hər bir iş hikmət və məsləhət üzərində qurulmuşdur. Heç bir şeyi əbəs, faydasız və nahaq yerə yaratmamışdır.
Allah sizə yar olsun.
Sual (4) : Salamun əleykum.Allahın ədaləti barədə əqidəmiz nədir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.

Bizim etiqadımıza görə Allahın kamal, sübuti sifətlərindən biri Onun adil (ədalətli), heç kəsə zülm etməməsidir. Onun mühakiməsində, hökmündə zülmə yol yoxdur. Ona itaət edənlərə, əmrinə tabe olanlara savab verəcək, fərmanları müqabilində üsyan edənləri isə cəzalandıracaqdır. Öz bəndələrini, onların taqətləri olmadığı şeylə vəzifəli etməz, layiqli olduqlarından artıq cəzalandırmaz.[i]

Biz inanırıq ki, Allah-Taala bir yaxşı işi, ondan daha yaxşısı olmadığı halda, həmin yaxşı işi tərk etmir, qəbahətli, pis və bəyənilməz iş də görmür. Çünki O, yaxşı işi görməyə, pis işi tərk etməyə qadirdir və O, yaxşının yaxşı, pisin pis olmasına elmlidir. Habelə, yaxşı işi tərk, qəbahətli işi görməyə ehtiyacı da yoxdur. Yaxşı iş Ona zərər yetirmir ki, onu tərk etməyə möhtac olsun. Həmçinin, pis iş görməyə ehtiyacı yoxdur ki, onu yerinə yetirsin. Digər tərəfdən, O, hikmət sahibi (həkim)dir, deməli labüd olaraq işləri də hikmətli, ən kamil nizamla uyğun olmalıdır.[ii]

Əgər Allah-Taala zülm etsə və qəbahətli, çirkin iş görsə (O, belə şeylərdən çox-çox uzaqdır!) bunun səbəbi aşağıda qeyd olunan dörd işdən biri ola bilər:

1. Bu iş barədə cahil olsa və qəbahətli olmasını dərk etməsə;

2. Bu iş barədə alim olub bunu görməyə məcbur olsa və tərk etməkdə aciz olsa;

3. Bu iş barəsində alim olub görməyə məcbur da olmasa, amma ona ehtiyacı olsa;

4. Bu işə alim olub məcbur da deyil. Bu halda yalnız həvayi-nəfs üzündən, əbəs yerə görə bilər.

Bu hallardan heç biri Allah barəsində yol verilə bilməz, qeyri-mümkündür. Əks halda nöqsanlıq olardı. Halbuki, Onun Müqəddəs Zatı sırf kamaldan ibarətdir. Deməli hökm edib deməliyik ki, O, zülm etməkdən, qəbahətli iş görməkdən pak və münəzzəhdir.

Amma bəzi müsəlmanlar Onun qəbahətli iş görməsini caiz (mümkün) bilmişlər.[iii] Habelə, bəziləri demişlər ki, Allah, itaətində müti olan bəndələri cəzalandırıb, üsyanlarları, hətta kafirləri belə cənnətə daxil edə bilər, Öz bəndələrinə, onların taqət və qüdrətləri dairəsinə sığmayan itaətlər vacib edə bilər və yerinə yetirmədikləri təqdirdə onları cəzalandıra bilər. Bu firqə ardıcılları Ondan zülm, zorakılıq, yalan, hoqqabazlıq kimi işlərin, hikmət üzündən olmayan, məqsədsiz, faydasız, əbəs və məqsədyönlü olmayan işlərin baş verməsini caiz bilmiş və bu ayəyə istinad etmişlər.

“O, etdiyi işlər barəsində hesab verməz, lakin onlar (etdiyi işlərdən) sual olunarlar.”[iv]

Allah-Taala barəsində batil əqidədə olub Ona zalım, cair, səfeh, oyun-oyuncaqçı, yalançı, hiyləgər, qəbahətli işlər görüb yaxşı işlərdən uzaq olan (bu sayaq işlər Ona əsla yaraşmaz) sifətlər təsəvvür edənlərin fikirləri eynilə küfürdür. Halbuki, Allah-Taala Quranda buyurur:

“Allah bəndələr üçün heç vaxt zülm istəməz.”[v]

“Allah fəsadı sevmir.”[vi]

“Biz göyləri, yeri və bunların arasında olanları oyun-oyuncaq oynayanlar kimi yaratmadıq.”[vii]

“Mən cinni və insanı Mənə ibadət etmələrindən başqa iş üçün yaratmadım.”[viii]

İlahi, Sən pak və münəzzəhsən, bunları batil yerə xəlq etməmisən!


[i]Ədalətbirkəsə, onunözhaqqıqədərəvəzverməkdir, zülmisəbuhaqqıverməkdənimtinaetmək, verməməkdir. Allah-Taalasondərəcəadil, kəramətli, bəxşişvəyaxşılıqedən, rəhimliolubəməllərəəvəzverməyivədetmiş, həttayaxşı, bəyənilənarzularıfikirdənkeçirməküçündəyaxşımükafatzəmanətvermişdir. Həmçinin, vədetmişdirki, yaxşıişlərüçünəlavəəvəzdəverəcəkdir.

“Yaxşıvəsalehəməllərgörənlərüçünyaxşıvəartıqəvəzveriləcək.” (“Yunis”surəsi, 26)

AllahQurandaxəbərvermişdirki, xeyirəməlsahibləriüçünlayiqolduqlarındanonqatartıqsavabveriləcəkdir.

“Bəndəyə, yaxşıişgördüyühalda, əlavəolaraq 10 qatsavabveriləcək.”

“Birbəndəpisişgörərsə, layiqolduğundanartıqcəzalandırılmaz.” (“əl-Ənam”surəsi, 160)

Sonraisəəfvizəmanətveribbağışlamaqvədəsiveribbuyurur:

“VəhəqiqətənSəninRəbbincamaatınzülmlərinəqarşıməğfirətsahibidir.” (“Rəd”surəsi, ayə 6.)

Başqabiryerdəbuyururki:

“HəqiqətənAllah, Onaşərikqoşulmasınıbağışlamırvəşirkdənbaşqabütüngünahları, istədiyibəndələrüçünbağışlayacaq.” (“ən-Nisa”surəsi, 48)

Allahbəndələriiləədalətbərqəraretməyiəmredibzülmdənçəkindirir, buyurur:

“HəqiqətənAllah, ədalətbərqəraretməyə, ehsanverməyəəmredir.” (“ən-Nəhl”surəsi, 90) “Təshihul-etiqad” (AeyxMüfid), səh.103.

[ii]İmamiyyəşiələriAllahınədalətliolmasınaetiqadbəsləməyiəqidəüsullarından (üsulidindən) bilirlər. Buqanunəslindəmüstəqilbirəsldeyil, Haqq-Taalanınsifətlərisırasındadır. Onunvacibül-vücudolubcəmalvəkəmalsifətləriniözündəcəmetməsitovhdinxüsusiyyətlərindəndir. Amma“Əşairə”məzhəbiOnunədalətliolmasıməsələsiiləmüxalifətetdiyindən, əqlinhökmetdiyigözəllikvəpisliyiinkaredibdeyirlər:“gözəllikyalnızşəriətingözəlbildiyi, pislikisəyalnızşəriətinpishesabetdiyidir. ƏgərAllah-TaalaOnunəmrinəitaətedənbirşəxsicəhənnəmdə, fərmanlarındanboyunqaçırıbmüxalifətedənləriisəcənnətdəəbədisaxlasa, buişOnunüçünqəbahətlisayılmaz, çünkiO, Özmülkündətamixtiyarsahibidir.

“O, etdiyiişlərbarəsindəhesabverməz, lakinonlar (etdiyiişlərdən) sualolunarlar.” (“Ənbiya”surəsi, 23)

“Ədliyyə”məzhəbardıcıllarıisədeyirlərki, bunəzəriyyələrdəhakimyalnızəqldirvəşərihökmlərinəslaroluyoxdur. Olsada, yalnızonlarıtəkidedir. Əqlbəziişləringözəl, bəziişlərinisəqəbiholmasınıhökmetməkdətammüstəqildir. Əqlhökmedirki, qəbahətli, çirkinişlərigörməkAllahüçünqeyri-mümkündür. ÇünkiO, hikmətsahibidir, qəbahətliişisəhikmətləziddir. Deməli, Onunəmrinəitaətedənlərəəzabverməkzülmdür. ZülmisəqəbahətliişdirvəAllah-Taaladanbaşverməz. BuməzhəbardıcıllarıbuyollaədalətliliksifətiniAllahüçünisbatedir, başqasifətlərideyil, yalnızədalətiayrıcaşəkildəqeydedirlər. “Ədliyyə”məzhəbiardıcılları“Əqligözəllikvəpislik”qaydasıvasitəsiiləbəzikəlammüddəalarını (“lütf”, “nemətverənəşükrünvacibliyi”, “möcüzədənəzərinvacibliyi”kimiqanunları) isbatedir, cəbrvəixtiyarkimiçətinməsələləridəməhzbuəsasdaqoyurlar.

Ətraflıməlumatüçünbax: AeyxKaşifül-Ğita, “Əslüş-şiəvəüsuluha”, səh.120; AeyxTureyhi, “Mətarihun-nəzər”, 4-cüfəsil, səh.164.

[iii]Qeydolunanlar“Əşairə”məzhəbininəqidəüsullarındandır. Onlardeyirlərki, “Allah-Taalabütünqəbahətli, çirkinişləri–zülm, şirk, zorakılıq, düşmənlikvəs. kimigörübonlararazıolduvəsonraonlarıbəyəndi.” (BunlarhamısıAllahaiftiradır!) Bubatiltəfəkkürtərzindənmüfəssəlməlumatalmaqüçünbax:ƏllaməHilli, “Nəhcül-həqq”, səh.85;“Aərhül-əqaidvəhaşiyətuhu”, səh.109, 113;“Əl-miləluvən-nihəl”, 1-cicild, səh.85, 88, 91;İbniCəzm, “Əl-fəsl”, səh.66, 69;Quşçu, “Aərhut-təcrid”, səh.373.

[iv]“Əl-Ənbiya”surəsi, 23-cüayə.

[v]“Əl-Mömin”surəsi, 31-ciayə.

[vi]“Əl-Bəqərə”surəsi, 205-ciayə.

[vii]“Əd-Duxan”surəsi, 38-ciayə.

[viii]“Əz-Zariyat”surəsi, 56-cıayə.


Allah sizə yar olsun.
Sual (5) : Salamun əleykum.Seyyidlərin digər insanlardan üstünlüyü Allahın ədaləti ilə uyğun gəlirmi?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.

Seyidlərin əksəriyyətinin dünyadan imanlı halda getmələrinin Allahın ədaləti ilə heç bir ziddiyyəti yoxdur. Çünki Allahın ədalətinə əsasən, hər kəs öz qabiliyyəti, əməlləri, niyyəti və danışığı əsasında haqqını alır. Seyidlər də başqaları kimi, ixtiyar sahibi olaraq, müxtəlif çirkinliklər, xətalar və azğınlıqlar müqabilində haqq yola yönəlsələr, özlərini azğınlığa düşməkdən qoruyub saxlayacaq, Allahın adələti sayəsində varlıq aləminə hakim nizama görə, dünyadan mömin gedəcəklər.

Digər tərəfdən, genetik və irsi amil baxımından, seyidlərin əsil-nəsəbi imamlarla əlaqələnir. Bu, onların doğru yola yönəlmələri və mömin olmaları üçün daha da münasib bir şərait yaradır. Lakin bu amil imanlı olmaq üçün müxtəlif zəruri amillərdən təkcə biridir. Buna görə də, bəzi seyidlər bu xüsusiyyətlərə malik olduqları halda onların doğru yoldan uzaq düşdüyünün şahidiyik. Çünki onlar əyri və batil yol seçmiş, çirkin əməllərə yol verərək azğınlığa düşmüşlər. Allah-taalanın ədalətinə əsasən bir insan öz ixtiyarı ilə doğru yol seçib, bu yolda qədəm götürsə və təkamülə çatması üçün səy etsə, müsbət nəticəyə çatar və imanlı halda dünyasını dəyişər. Seyidlərin əksəriyyəti, genetiki amildən əlavə, öz ixtiyarı və iradəsi ilə doğru yol seçmişdir. Bunun müqabilində, Allah-taala öz ədaləti sayəsində onlara gözəl nəticə əta etmişdir. Digər tərəfdən, Allahın ədaləti tələb edir ki, bir insan öz istək və iradəsi ilə azğın yol seçib, bu yolda qədəm götürərsə, acınacaqlı aqibətə düçar olar, imansız halda dünyadan gedər. Məhz bu səbəbdən bəzi seyidlər öz istək və ixtiyarları ilə batil yol seçmişlər. Bunun müqabilində Allah-taala Öz ədaləti əsasında, onlar üçün acınacaqlı aqibət qərar vermişdir.
Allah sizə yar olsun.
Sual (6) : Salamun əleykum.Nə üçün insanlar fərqli doğulur? Əgər Allah ədalətlidirsə, nə üçün biri istedadlı, o biri isə istedadsız, biri gözəl, o biri isə çirkin doğulur?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.

İnsanların fərqli doğulmasının bir səbəbi, ictimai və fərdi çatışmamazlıqlarıdır. Məsələn, var-dövlətli insanların övladları fəqirlərin övladlarına nisbətən sağlam, gözəl və istedadlı olurlar. Cəmiyyəti varlı və kasıba bölən isə, Allah deyildir. Amma insanlar arasındakı fərqlərin bir hissəsi yaranış qanunlarından doğur. Əgər insanlar fərqləndirilməsəydilər, bir zavodun istehsal etdiyi məhsul kimi bir-birlərinə oxşayar və həyat maraqsız olardı. Dünyada iki tam eyni insanın olmaması gözəllik deyilmi?!

Bir şeyi də qeyd edək ki, cəmiyyət də insan orqanizmi kimi müxtəlif əzalara ehtiyaclıdır. Kamil insanın gözə, qulağa, dilə ehtiyacı olduğu kimi, kamil cəmiyyət də müxtəlif sahələrdə zövqlü və istedadlı insanlara ehtiyaclıdır. Amma bu o demək deyil ki, bəstəkar yaxşı yaşamalı, fəhlə isə, kasıbçılıqla ömür sürməlidir. İnsanın qəbul etdiyi qidanın enerji orqanizmin bütün üzvlərinə paylandığı kimi, cəmiyyətin də qazancı bütün təbəqələrin ehtiyaclırın ödəməlidir. Cəmiyyətdə memarın öz, fəhlənin də öz iş sahəsi var. Hər bir insan Allahdan aldığı istedad payı qədərində də məsuliyyət daşıyır.


Allah sizə yar olsun.
Sual (7) : Salamun əleykum.Nə üçün insanlar fərqli yaradılıb?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.

Əlinə qələm götürmüş yazıçı əgər bütün səhifələrdə hərfləri eyni ardıcıllıqla düzsə, onun yazdığına heç kim kitab deməz, onunla maraqlanmaz. Əgər sözlər, cümlələr, səhifələr bir-birindən fərqlənirsə bunu zülm adlandırmaq olmaz. “T” hərfi deyə bilməz ki, nə üçün mən ayaq üstə qalmışam, amma “ş” oturub!

Qab-qacaq sexində müxtəlif ölçülü qablar hazırlansa da, kimsə sex rəisini bu fərqə görə ittiham etmir. Çünki, hər ölçüdə olan boşqabın öz təyinatı var.

İnsanların fərqli yaradılması zülm yox hikmətdir. Hər bir insan ona verilmiş imkanlar həddində cavabdehdir. Ömür boyu korları məsxərəyə qoyub, özü naməhrəmə baxmaqdan çəkinməyən insan qiyamət əzabı ilə qarşılaşacağı vaxt −“kaş kor olaydım” deyə təəssüf edəcək.


Allah sizə yar olsun.
Sual (8) : Salamun əleykum.“Təfviz” nə deməkdir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
“Təfviz” insanın həyatda etdiyi bütün işlərdə sözün əsl mənasında tamamilə azad və müstəqil olması deməkdir. Belə əqidə sahibi düşünür ki, onun qarşısını alan, bu və ya digər işi ona zorla gördürən və çətin anlarda onun dadına çatan heç kəs yoxdur. Belə insan həqiqətdə Allahı tanımamış olur. “Mən bu işi mütləq görəcəyəm” - deyən insan sanki tam azadlıq sahibidir və sanki sabah nə baş verəcəyini dəqiq bilir. İnsan başa düşüb bilməlidir ki, dəqiqəbədəqiqə, saniyəbəsaniyə bu dünyanın sahibinə tabedir. Əgər ölüm hökmü bizim üçün imzalansa, bir dəqiqə belə yer üzündə diri qala bilmərik. “Mənim işimin, Mənim qüdrətimin qarşısını heç kəs ala bilməz” kimi sözlər əslində əbəs və mənasız sözdən başqa bir şey deyildir.
Allah sizə yar olsun.
Sual (9) : Salamun əleykum.“Əmrun beynə əmreyn” nə deməkdir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.

“Cəbr” və “Təfviz” haqqında olan hər iki fikrin səhv və yanlış olduğunu gördük. Buradan bəşərin öz işlərində qismən iradə və ixtiyar sahibi olmasını başa düşürük. Qurani-kərimin 18-ci surəsinin 23-24-cü ayələrində buyurulur: “Heç bir şey barəsində “Mən onu sabah edəcəyəm” - demə ancaq “İnşaallah (əgər Allah istəsə, Allah qoysa) edəcəyəm!” de. (İnşaallah deməyi) unutduğun zaman Allahı yada salıb, “ola bilsin ki, Allah məni bundan haqqa daha yaxın olan bir yola yönəltsin” - de.”

Deməli, bəşər təsir edəndir, amma tam müstəqil deyil. Nə tam ixtiyar sahibi, nə də öz hərəkət və işlərində tam müstəqil deyildir. İxtiyar və iradəsi var, o, təsir edəndir. Buna baxmayaraq, öz ixtiyarında olan və yerinə yetirdiyi işlərdə tam müstəqil deyil. “Əmrun beynə əmreyn”-in əsl mənası da budur.
Allah sizə yar olsun.
Sual (10) : Salamun əleykum.Qəza-qədər dedikdə nə başa düşülür? Əgər qəza-qədər dedikdə bəndələrin taleyinin müəyyən edilməsi, onların tale yolunu getməyə məcbur olması, tale müqəddəratını poza bilməməsi nəzərdə tutulursa, onda “insanın çalışqanlıqdan başqa bəhrəsi yoxdur” ayəsi necə izah olunmalıdır? Bu ayəyə əsasən, hər bir insanın ixtiyarı öz əlindədir və qəza-qədərin onun taleyinə təsiri yoxdur.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.

Qəza-qədər məsələsi bəşər tarixi boyu insanları düşündürmüş bir məsələdir. Belə bir etiqad hansısa millətə aid deyil. Bizim səmavi kitabımız və islami hədislərimiz bu məsələyə daha diqqətlə yanaşsa da, o, bütün bəşəriyyəti narahat edən bir məsələdir.

Təəssüf ki, qəza-qədər məsələsi ilə lazımınca tanış olmayan insanların izahları insanlarda bu məsələyə tərəddüdlü münasibət yaratmışdır. Onlar qəza-qədər anlayışını insan iradəsini məhdudlaşdıran bir qayda kimi qəbul edirlər. Bəzən onu müsbət qiymətləndirərək insanın pis işlərə məcbur olduğunu bildirir, öz günahlarını qəza-qədərin ünvanına yazır, bəzən isə mənfi qiymətləndirərək, insanın bir sıra vəzifələr qarşısında aciz olduğunu iddia edir, insani vəzifələrindən boyun qaçırırlar. Bu mənada qəza-qədər əfsanədən başqa bir şey deyil. Qəza-qədərin mahiyyətini real həyatda axtarmaq lazımdır. Onun formalaşmasında insanın iradəsindən başqa digər təsirli amil oyxdur. Qəza-qədər haqqında yanlış təsəvvürə malik insanları inandırmaq çətindir ki, qəza-qədər insan iradəsinə müsbət və ya mənfi təsir göstərə bilməz. Bu insanlar adət etmişlər ki, öz səhvlərini, nöqsanlarını hansısa qeybi bir səbəblə əlaqələndirsinlər. Bu baxımdan qəza-qədər onların əlində bəhanəyə çevrilmişdir. Onlar qəza-qədər bəhanəsi ilə bir çox məsuliyyətlərdən boyun qaçırırlar.

Bu gün qərb cəmiyyətinin də bir hissəsi yanlış qəza-qədər inancına oxşar olan “tarixi zərurət” məsələsini ortaya atmışdır. Onlar bir çox hadisələri tarixi zərurət hesab edərək, müqavimət göstərmir, ictimai vəzifələrindən boyun qaçırırlar. Amma bəsirətli insanlar üçün aydındır ki, Allahın təqdiri insan iradəsini nəyəsə vadar etmir.
Allah sizə yar olsun.
Go to TOP