Sual (1) : Salamun əleykum. Әqidә kitаblаrındа bildirilir ki, Аllаh-tәаlаnın sifәtlәrindәn biri Оnun görәn (bәsir) vә еşidәn (sәмi) оlмаsıdır. Bеlә bir suаl yаrаnır ki, görмәk gözә, еşitмәk qulаğа аid оlаn хüsusiyyәtdirsә, bu хüsusiyyәtlәri Аllаhа nеcә аid еtмәk оlаr? Мәgәr Аllаh bu sаyаq sifәtlәrdәn pаk dеyilмi?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Görмәk göz önündә оlаn sәhnәlәrin bеyinә ötürülмәsi, еşitмәk isә sәs dаlğаlаrının qulаğа çаtмаsındаn ibаrәtdir. Амма “Аllаh görәn vә еşidәndir” dеyәrkәn bütün sәhnәlәrin vә sәslәrin Оndаn gizli оlмаdığı bildirilir. Bаşqа sözlә, insаnlаrın gözlә gördüyü vә qulаqlа еşitdiklәrindәn Аllаh Öz sоnsuz еlмi vаsitәsi ilә хәbәrdаr оlur.

Bu bахıмdаn әqidә vә din аliмlәri hәмin iki sifәti Аllаhın sоnsuz еlмi kiмi bәyаn еdirlәr. Оnlаr dеyirlәr: “Görәn vә еşidәn insаnın хüsusi görмә vә еşitмә аpаrаtlаrı vаsitәsi ilә uzun fәаliyyәtlәrdәn sоnrа әldә еtdiyi nәticә оnun görмәli vә еşitмәlilәrdәn хәbәrdаr оlмаsındаn ibаrәtdir. Әgәr Аllаh-tәаlа kiмi bir vаrlıq hаnsısа fiziki vаsitәlәrsiz görмәlilәrdәn vә еşitмәlilәrdәn tам şәkildә аgаh оlursа, оnun hаqqındа “görür vә еşidir” dемәk мüмkündür.”

İnsаnın dа görüb-еşitмәsinin маhiyyәti оnun görмәli vә еşitмәlilәrdәn хәbәrdаr оlмаsıdır. Fiziki fәаliyyәtlәr isә görмә vә еşitмә üçün мüqәddiмәdәn ibаrәtdir. Әgәr bir şәхs bütün мüqәddiмәlәrsiz görмәli vә еşitмәlilәrdәn хәbәr tutа bilәrdisә, оnun dа hаqqındа “görür vә еşidir” dеyә bilәrdik.

İnsаn маddi vаrlıq оlduğundаn, fiziki оrqаnlаrsız fәаliyyәt göstәrә bilмәdiyindәn мәluмаtı vаsitәsiz әldә еdә bilмir. Аllаh-tәаlа isә маddәdәn üstün vаrlıqdır. О, bir şеyi dәrk еtмәk üçün vаsitәyә еhtiyаc duyмur. Vаrlıq аlәмi bütün incәliklәri ilә Оnun hüzurundаdır. Аllаhın bir hәqiqәtdәn аgаh оlмаsı üçün hеç bir мüqәddiмәyә еhtiyаc yохdur. Çünki bütün görмәlilәr vә еşitмәlilәr оnun hüzurundаdır, О, hәr şеydәn хәbәrdаrdır.

Allah sizə yar olsun.

Sual (2) : Salamun əleykum. Allah мərhəмətli olduğu halda nə üçün Quran və hədislərdə Allah qorxusu tövsiyyə olunur? Мehriban və bağışlayan Allahdan qorxмağın nə мənası var?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Bilмəliyik ki, мüsbət qorxu insana əhatə olunмuş ilahi neмətlərdən biridir. İnsanda мüdafiə hissini yaradan da qorxudur. Əgər insan təhlükəli мəqaмlarda qorxмasaydı, мəsələn, yırtıcı heyvanlardan, uçмaqda olan evdən, təhlükəli xəstəliklərdən qorunмasaydı, qısa zaмanda boş yerə мəhv olub gedərdi. İnsan мəhz bu qorxu hissi səbəbindən yoluxucu xəstəliklərdən çəkinir, uçuruм qarşısında ehtiyatlı olur, təhlükəli hücuмlardan özünü мüdafiə edir. Əgər insanda təhlükə qorxusu olмasaydı, çoxlarının aqibəti ölüмlə nəticələnərdi. Aммa söhbətiмizin мövzusu мəntiqi və ağrılı bir qorxudur. Əsassız, мəntiqsiz qorxu pislənilir və belə qorxu “cübn” adlandırılır. Cübn insanı inkişafdan saxlayır, onu bir çox neмətlərdən мəhruм edir. Yersiz qorxu odur ki, insan heç bir dəlil olмadan qorxuya düşsün. Cihad мeydanında qorxub qaçмaq, əlbəttə ki, мəzəммət olunası bir işdir.

Qurani-мəcid buyurur: “Allahın мəqaмından qorxub, nəfsini cilovlayan kəsin yeri hökмən behiştdir.” Ayədə “Allahdan qorxu” əvəzinə “Allahın мəqaмından qorxu” ifadəsi işlədilмişdir. Bəs Allahın мəqaмından qorxмaq nə deмəkdir? Allahın мəqaмından qorxu dedikdə Onun ədalət və мühakiмəsi nəzərdə tutulur. Bəs Allahın ədaləti kiмin üçün qorxuludur? Başqasının haqqına təcavüz etмəyən çox insanlar üçün Allah ədalətindən qorxu yoxdur. Aммa əмəl naмəsi qara olanlar, başqalarının haqqına təcavüz edənlər, fitnə-fəsad girdabına yuvarlananlar təbii olaraq Allahın ədalətindən qorxurlar. Çünki ilahi ədalət əsasında bu insanlar öz əмəllərinin cəzasına мəhkuмdurlar. Allahın qəzəbinə düçar olмaq qorxulu deyilмi?

Deyilənlərdən мəluм olur ki, Allahın ədalətindən qorxu insanın öz günahlarından, günahlarının cəzasına çatмasından qorxudur.

Əмirəl-мöмinin (ə) öz buyruqlarından birində bu мəsələyə belə işarə edir: “Yaxşı olar ki, hər bir fərd yalnız öz nalayiq əмəlindən qorxsun.”

Sual oluna bilər ki, əgər Allah qorxusu insanın öz günahından qorxudursa, nə üçün мəsuм iмaмlar və övliyalar da Allahdan qorxмuşlar? Təbii ki, мəsuм iмaмların və övliyaların günahı olмaмışdır. Onların qorxduğu şey “tərke-оvladır”. Tərke-оvla dedikdə yaxşı işlərin tərk olunмası nəzərdə tutulur. Elə işlər var ki, bu günah sayılмadığı halda Allah dostları üçün qəbahətdir. Övliyalara qarşı tələblər adi insanlara qarşı tələblərdən fərqlənir. Adi bir insan üçün halal olan bir iş  övliyalar üçün büdrəмə sayıla bilər.

Allah sizə yar olsun.

Sual (3) : salam aleykum ve rehmetullah. Uluhiyyet, ubudiyyet, rububiyet barede melumat vermenizi xahish edirik. evvelceden tesekkurler

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam. 

1. Uluhiyyət yəni Allahlıq və ilahilik məqamı. Əgər deyilirsə xiristianlar Hz. İsanın uluhiyyətinə inanırlar yəni Onu Allah bilirlər.
2. "Ubudiyyət" yəni bəndəlik, insanın, Allah müqabilində özünü kiçik hesab etməsi və zillətdə olmasını bilməsidir.
3.  Rübubiyyət – Rəbb sözündəndir. Lüğətdə tərbiyə edici, yardımçı, islah edən və s. mənaları ifadə edir. 
Allahın mütləq rübubiyyətinin mənası budur ki, məxluqlar hər bir vücudi işdə Mütəal Allaha bağlıdırlar.
Daha ətraflı saytımızın kitabxanasında olan kitabdan oxuya bilərsiz.
Kitabın adı:Əqidə üsullarının təlimi cild. 1 ONUNCU DƏRS

Allah sizə yar olsun.

Sual (4) : Salamun əleykum.Allahın təqdirləri nədir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.

Əgər Allah-təalanın təqdirləri ilə tanış olsaq, görəcəyik ki, varlıq aləmində real həyatdan kənar qəza-qədər adlı hərəkətverici bir qüvvə yoxdur. Allahın təqdirləri varlıq aləminə hakim olan qaydalar toplusundan ibarətdir. Bu qaydalar insanın xoşbəxtlik və bədbəxtlik yollarını qəti şəkildə müəyyənləşdirmişdir. Amma insan hər hansı bir yolu seçməkdə azaddır. Məsələni aydınlaşdırmaq üçün misallar göstərək:

1. Tənbəl, bir-birləri ilə didişən, təbii gücünü səmərəsiz işlərə sərf edən, zamanını və mühitini tanımayan, öz xeyrini düşünüb, başqalarını unudan millətlər haqqında Allahın təqdiri (qanunu, yazısı) budur ki, bu millətlər tez-gec bədbəxt olmalıdırlar. Amma zəhmətkeş məhrumları haqqında düşünən, sinfi fərqləri aradan qaldırmağa çalışan, insan şəxsiyyətini qiymətləndirən, varlıları yoxlullarının haqqını ödəyən millətlər haqqında isə Allahın təqdiri budur ki, bu millət daim rahatlıqda, tərəqqidə olsun. Normal düşüncəyə malik olan hansı insan bu iki təqdirin reallığını inkar edə bilər?!

Allah-təalanın bu təqdiri, bir növ yazısı dünyadakı bütün xalqlara aiddir. Millətlərin taleyində onların istəyindən başqa bir şey amil sayılmır. Biz insanlar isə öz səthi mühakimələrimizə əsaslanaraq, hansısa bir yolu seçir, bu yolun təbii zərərləri ilə qarşılaşdıqda qəza-qədəri günahlandırırıq. Hansı ki, qəza-qədər insana yox, insanın seçdiyi yola aid bir məsələdir.

2. Böyük imkanlarla, polad əsəblərlə, dərin düşüncə ilə həyata qədəm qoymuş gəncin qarşısında iki təqdir dayanır. Hər şey bu gəncin hansı təqdiri seçməsindən ibarətdir. Bu gənc öz maddi və mənəvi imkanlarını elm və bilik təhsilinə və ya ticarətə sərf etsə, xoşbəxt bir həyat sürəsidir. Amma bu sərmayələrdən sui-istifadə edib, öz imkanlarını şərabxorluğa, qumarbazlığa, cinayətə sərf etsə, özü öz əli ilə xoşbəxtliyinin üzərinə qara xətt çəkəsidir. Onun imkanları əlindən çıxası, sağlamlığı əldən gedəsi, düşüncəsi korşalasıdır. Bəli, hər iki təqdiri Allah müəyyənləşdirmişdir. Amma Allah bu təqdirlərin seçimində insanı azad qoymuşdur. Bir müddət azğın yolda olmuş insan öz taleyini dəyişib, doğru yola qayıda bilər. Bu yolla o öz taleyini də dəyişmiş olar. Allah insana çirkin yoldan qayıtmaq, etdiklərindən peşiman olmaq, xoşbəxtlik yolunda qədəm götürmək imkanı vermişdir.

3. Xəstələnmiş insan həkimə müraciət edib, müalicə olunduqda şəfa tapır. Təbii ki, bu insan həkimə müraciət etməsə, düzgün müalicə almasa, sağlamlığını itirəsi, yatağa buxovlanasıdır. Hər iki yolu Allah müəyyənləşdirmişdir. Seçim insanın əlindədir. Seçilmiş yolun aqibətini isə Allah müəyyənləşdirmişdir.

Siz varlıq aləmindəki ilahi sünnələrə, qaydalara nəzər salmaqla qəza-qədərin əsil mahiyyətini açıqlayan yüzlərlə nümunələr tapa bilərsiniz.


Allah sizə yar olsun.
Sual (5) : Salamun əleykum.Varlıq aləmində səbəb-nəticə qanunu hakimdir; bu qanunlar heç bir istisna olmadan cərəyan edir. Bu qanunlara əsasən, dünyada hər bir varlığın yaranması müəyyən səbəblərə (gerçəkləşmənin səbəb və şərtlərinə) bağlıdır. Onların hamısının gerçəkləşməsi fərz olunduqda (bu, tam illət (səbəb) adlanır) onun vücuda gəlməsi (fərz olunan məlul) zəruri (cəbri) olur. Onların hamısının, yaxud bəzi qisminin olmaması ilə həmin varlığın vücuda gəlməsi qeyri-mümkündür. Siz bu nəzəriyyə barədə nə deyə bilərsiniz?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.

Bu nəzəriyyənin dəqiq şəkildə araşdırılmasından aşağıdakı iki mətləb aydın olur:

1. Hər hansı bir varlığı (məlulun) onun tam illətinin məcmusu ilə, həmçinin tam illətinin hissələri ilə müqayisə etdikdə onu tam illətlə olan tənasübü zərurət nisbətində (cəbr) olacaqdır. Onun tam illətin hissələrin hər birinə olan münasibəti (onların hər biri “naqis (natamam) illət” adlandırılır) “imkan” nisbətidir. Çünki illətin bir hissəsinin məlula olan nisbəti “vücudun zərurətini” deyil, yalnız ona “vücud imkanı” verir.

Buna əsasən, hər bir varlığı öz vücudunda özünün tam illətinə zəruri bağlılığı olan, onun bütün varlığına zərurət hakim kəsilən varlıq aləmi bir sıra zəruri və qəti hadisələrdən tənzim olunmuşdur. Bununla belə onun hissələrində “imkan” sifəti (özünün tam illətindən başqa şeylərlə müəyyən nisbəti və əlaqəsi) öz yerində qalmaqdadır.

Qurani-Kərim öz təlimlərində bu zəruri hökmü “ilahi qəza” adlandırır. Çünki bu zərurətin mənşəyi varlıq aləminə vücud verən Allahdır. Buna görə də heç bir qanundan kənar hallara yol verilməyən, ədalətli olan, istisna və seçkilik qəbul etməyən qəti bir hökm və qəzadır.

Allah-taala buyurur:

“...Bilin ki, yaratmaq da, əmr etmək də Ona məxsusdur...”[i]

Başqa bir yerdə buyurur:

“(Allah) bir işi hökm edəndə ona “ol!” deyər, o da dərhal vücuda gələr.”[ii]

“Allah hökm edir, Onun hökmü üçün heç bir təqib edən yoxdur.”[iii]

2. İllətin (səbəbin) hissələrindən hər biri məlula (nəticə) münasib əndazə və meyar verir, məlulun yaranması da tam illətin onun üçün müəyyən etdiyi əndazələrin məcmusuna müvafiq şəkildə olur. Məsələn, insan üçün tələffüzü vücuda gətirən illətlər təkcə mütləq tənəffüsü icad etmir, əksinə ağızda və burundakı müəyyən qədər havanı müəyyən zaman, məkan və şəkildə müəyyən əndazədə tənəffüs yolu ilə ciyərlərə göndərir. Görməyi insan üçün vücuda gətirən illətlər (insan da onların bir hissəsidir) qeyd və şərt olmayan gözləri vücuda gətirmir; əksinə o, gözləri icad edir ki, onun vasitələri hər bir cəhətdən onun üçün təyin olunubdur. Bu həqiqət bütün dünya varlıqlarında, eləcə də onda baş verən hadisələrdə heç bir istisna olmadan cərəyan edir və qüvvədədir.

Qurani-Kərim öz təlimlərində bu həqiqəti “qədər” adlandırır, onu bütün varlıqların mənşəyi olan Allaha nisbət verib buyurur:

“Həqiqətən Biz hər bir şeyi qədər ilə xəlq etdik.”[iv]

Başqa bir ayədə buyurulur:

“Elə bir şey yoxdur ki, onun xəzinələri Bizim yanımızda olmasın; Biz də onu yalnız məlum qədərdə nazil edirik.”[v]

İlahi qəza səbəbi ilə yaradılış aləmində yer tutan, qərarlaşan hər bir varlıq və hadisənin vücudu zəruri və qaçılmazdır. Həmçinin qədər səbəbi ilə vücuda gələn hər bir varlıq və hadisə Allah tərəfindən onun üçün müəyyən olunmuş əndazədən azacıq da olsa, kənara çıxmır.


[i] “Əraf” surəsi, ayə-54

[ii] “Bəqərə” surəsi, ayə-117

[iii] “Rəd” surəsi, ayə-41

[iv] “Qəmər” surəsi, ayə-49.

[v] “Hicr” surəsi, ayə-21 İmam Sadiq (ə) buyurur: “Allah-taala bir şeyi iradə etdikdə onu müqəddər edir, müqəddər etdikdə qəza edir, qəza etdikdə imza (icra) edir.” “Biharul-ənvar”, (Kompani çapı) 3-cü cild, səh-34


Allah sizə yar olsun.
Sual (6) : Salamun əleykum.Zəlzələ, sel və tufan ilahi əzabdırmı, yoxsa onların maddi səbəbləri vardır? Yaponiya kimi tikinti qanunlarına, texniki-təhlükəsizlik qaydalarına riayət etməklə ilahi əzabın qarşısını almaq olarmı?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.

Baş verən müxtəlif ağır təbii hadisələr, o cümlədən sel, zəlzələ, tufan yalnız əzab vermək məqsədi daşımır, əksinə onun əlavə olaraq çoxlu müsbət nəticələri də vardır. O cümlədən: ilahi nemətlərin xatırladılması, qəflət yuxusundan oyatmaq, istedadların çiçəklənməsi, yer üzündə həyatın davamı, eləcə də zalımların, inadkarların və tüğyançıların əzaba düçar edilməsi və s. ağır təbii hadisələrin hədəfi hesab oluna bilər. Bundan əlavə, müxtəlif maddi səbəblərinin olması ilə eyni zamanda bir hadisənin ilahi əzab olması da mümkündür. Çünki ilahi əzablar həm Allahın sünnəti əsasında, həm də səbəb-nəticə qanunu əsasında nazil olur.

Başqa sözlə desək, varlıq aləmində hər bir hadisə Allahın iradə və istəyi əsasında baş verir və Allah-taalada Öz iradəsini səbəb-nəticə qanunu əsasında tətbiq edir. Maddi səbəblər ilahi iradənin bir hissəsi və Allahın istəyinin məcmuəsi daxilində qərar tutur. Deməli, ağır təbii hadisələrin baş verməsi təbii səbəblər əsasında və Allahın iradəsi ilə olduğu kimi, onların qarşısının alınması və ya dağıdıcılıq qüvvəsinin nisbətən azaldılması da maddi qanunlar əsasında və ilahi istək çərçivəsindədir. Onların qarşısının alınmasının mümkünlüyü ilə o əzabdan hədəfin müəyyən şəxslərə və ya tayfalara əzab verilməsi olması arasında heç bir ziddiyyət yoxdur.

İnsanların başına gələn bəlalar iki qisimdir: təbii bəlalar və əxlaqi bəlalar (daxili və xarici bəlalar). Öz yerində sübut olunmuşdur ki, insanların əxlaqi rəzalətləri öldürücü bəlalardır və təbii bəlaların mənşəyi ola bilər. Ümumi bir təsnifatla bunun hər ikisi ilahi əzab ünvanına malik ola bilər. Amma diqqət yetirmək lazımdır ki, ilahi əzab rifah, firavanlıq və dünya imkanlarından lazımi dərəcədə bəhrələnməklə eyni zamanda baş verə bilər; ilahi əzab növlərini sel, zəlzələ və s.də xülasə etmək olmaz.
Allah sizə yar olsun.
Sual (7) : Salamun əleykum.Hər illət öz sinxindən məlul yaradırsa bəs necə olub ki, Allah mücərrəd olduğu halda maddə yaradıb?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Allah mücərrəd olsa da sonsuz qüdrəti sayəsində maddi varlıq yaratmağa qadirdir. Digər tərəfdən, “maddiyyət” vücudun mahiyyətidir. Mahiyyət isə xaricdə mövcud deyil. Əşyanı təmsil eədn vücuddur. Demək Allahla maddi varlıq arasında “vücud” adlı müştərək cəhət var. Allahın vücudu ali və müstəqil, maddi vücud isə məhdud, naqis və tamamilə Allahdan aslı olan vücuddur. Buna əsasən, Allahın maddi varlıq yaratması üçün heç bir heç bir müşkül qarşıya çıxmır.
Allah sizə yar olsun.
Sual (8) : Salamun əleykum.Allahın kölgəsində olmaq nə deməkdir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Sözsüz ki, «Allahın kölgəsi» ifadəsi məcazi məna daşıyır. İnsan çətinliklər, gözlənilməz üzücü hadisələr zamanı, yalnız Allaha sığınmalı və ondan yardım diləməlidir. Allahın lütfü olmadan hər hansı çətinlikdən qurtulmuş qeyri-mümkündür. Allah-təalanın lütfünə bu sayaq dərin bağlılıq, insanı əbədi səadətə çatdırır. Dünya həyatı boyu Allahın lütfündən faydalanan insan haqqında məcazi olaraq, «bu şəxs Allahın kölgəsidir», deyirlər. Həzrət Peyğəmbər (s) bir hədisdə belə buyurur: «Yeddi dəstə insanı Allah-təala öz ərşinin kölgəsində yerləşdirmişdir (O zaman ki, onun kölgəsindən başqa kölgə yoxdur): ədalətli rəhbər; ömrünün əvvəlindən Allaha bəndəlik etmiş gənc; qəlbi Allahın ibadətgahına bağlı olan və hər zaman ora dönmək barədə düşünən şəxs; Allaha itaət yolunda başqaları ilə birlikdə çalışan və onlardan ayrıldıqda belə, ruhən onlarla olan şəxs; Allahın adı çəkiləndə, gözündən yaş gələn şəxs; gözəl qadının dəvəti qarşısında «mən Allahdan qorxuram» deyən şəxs; ehtiyaclılara yardım göstərib, sədəqəni gizlində verən şəxs»
Allah sizə yar olsun.
Sual (9) : Salamun əleykum.Deyirlər ki , Allahın iki əli var və hər ikisi sağdadır. Burada sağ və iki dedikdə nə nəzərdə tutuur?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
"Ləysə kə mislihi şəy" (Ona bənzər heç bir şey yoxdur.)("Şura", ayə: 11)"Vələm yəkun ləhu kufuvən əhəd" (Onun heç bir tayı-bərabəri (bənzəri) də yoxdur!”)("İxlas", ayə: 4)kimi ayələrə və həmçinin əqli dəlillərə əsasən, Allah cism deyil və Onun heç bir varlığa oxşarlığı yoxdur. Qurani-kərimdə "Yədullahi fəvqə əydihim" "Allahın əli onların əllərinin üstündədir". (Fəth, ayə: 10) ayəsində məqsəd Allahın qüdrətinin bütün qüdrətlərdən üstün olmasını bildirməkdir.
Allah sizə yar olsun.
Sual (10) : Salamun əleykum.Allahşünaslıq bəhsində bəyan olunmuşdur ki, Allah cisim deyil və gözlə görünmür. Cisim və materiya qoxulu kəlmələri Ona aid etmək düzgün sayılmır. Bununla belə, rəvayətlərdə nəql olunur ki, Allah-təala gözəldir və gözəlliyi sevir. Deyilənlərdən belə bir nəticə çıxarıla bilər ki, Allah göz vasitəsi ilə görünür. Çünki gözəllik gözlə müşahidə olunan bir gerçəklikdir. Digər bir rəvayətdə bildirilir ki, bu dünyada insanlardan ehtiyacsızlıq və başqalarına kömək üçün ruzi dalınca gedən insan qiyamət günü çöhrəsi ay tək parlaq halda öz Allahı ilə görüşəsidir. Bu hədisdəki “görüş” kəlməsi də Allahın cisim olması fikrini yarada bilər.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.

Qurani-kərimdə və dini rəhbərlərin buyuruqlarında bəzən Allah haqqında elə təbirlə rastlaşırıq ki, bu təbirlər insanın zehnində Allahın cisim olması təsəvvürünü yaradır. Məsələn, “Allah sizin işlərinizi görür” və s. hansı ki, Allah-təalanın cismə aid xüsusiyyətlərdən uzaq olduğuna əminik. Demək, uyğun təbirlərə münasibətdə diqqətli olmalı, onların məcazi mənalarını dəqiqləşdirmək lazımdır. İslam tarixində “mücəssəmə adlandırılmış firqələr haqqında məlumatlar vardır. Bu firqələrin adından göründüyü kimi, onlar Allahın cisim olduğunu iddia etmişlər. Belə bir əqidənin yaranmasının əsas səbəbi yuxarıda misal çəkdiyimiz ayə və rəvayətlərin düzgün dərk olunmamasıdır.

Hansı ki, Allah-təalanın cisim olmadığını açıq-aşkar bildirən ayə və rəvayətlər kifayət qədərdir. Bu ayə və rəvayətlərdə Allahın cisim olmadığı, onun müqəddəs zatının oxşarsızlığı bildirilir. Aydın olur ki, Allahın görüb-eşitməsini bəyan edən ayələrdə gözlə görmək, qulaqla eşitmək nəzərdə tutulmur. Müqəddəs buyuruqlarda “görmək, eşitmək” ifadələri məcazi məna daşıyır.

Qeyd edilməlidir ki, nitqimizdə işlətdiyimiz kəlmələr gündəlik ehtiyaclarımızın aradan qaldırılması üçün nəzərdə tutulmuşdur. Biz Allah, Onun sifətləri, axirət haqqında danışarkən gündəlik işlətdiyimiz sözlərdən istifadə etməyə məcburuq. Nitqimizdəki sözlər maddi mahiyyət daşısa da, biz həmin bu sözlərlə qeyri-maddi həqiqətlər haqqındakı düşüncələrimizi bəyan edirik. Məsələn, Allah-təalanın bütün danışılan sözlərdən xəbərdar olduğunu bildirmək üçün “Allah hər şeyi eşidir” deyirik. Hansı ki, bu “eşitmə “qulaqla eşitmə deyil. Allaha aid edilən “görmə də “eşitmə kimi məcazi məna daşıyır.

Beləcə, əgər deyilirsə ki, Allah gözəldir, söhbət maddi gözəllikdən getmir. “Allah gözəldir” deyərkən Onun həqiqi kamilliyi nəzərdə tutulur. Çünki Allah-təala ağlımıza gələn və gəlməyən bütün kamilliklərin sahibi olan bir varlıqdır. Belə bir vücudun insanlar tərəfindən gözəl adlandırılması təbiidir. “Allahla görüş” dedikdə isə bizim dünya həyatımızdakı görüş yox, Allahın qüdrətinin, ədalətinin müşahidəsi nəzərdə tutulur. Allahın vücudunun nişanələri və sifətlərinin təzahürləri ilə görüş Onun özü ilə görüş sayılır. Əmirəl-möminin (ə) buyurur: “Nə gördümsə, gördüyümdən qabaq, gördüyümdən sonra, gördüyümlə eyni vaxtda Allahı da gördüm.” Həzrət (ə) nəzərdə tutur ki, bütün mövcudları müşahidə edərkən Allahın elm və qüdrətini görmək olar.
Allah sizə yar olsun.
Go to TOP