Sual (1) : Salam Allahın Rehmeti uzerinize olsun.Sualim etiqadla baqlidir xais edirem etrafli cavab veresiniz. bilirik ki Allah insanlari ibadet etmek ucun yaradib insanlarin ibadetinin Allaha ne zereri ne faydasi var Allah insanlari niye ore yaradib? ateistlerin Allahin var olmamasina ne kimi subutlari var? Ateizimin banisi kimdir? Ateizim sehf olmasini hansi subutlarla darmadaqin etmek olar? Allah razi olsun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam. 

A: Allahın xaliq olmaqlığı bunu tələb edir ki, insanı yaratsın.

B: Yaradılış qanunu hikmət və məqsəq üzərində qurulmuşdur.

C: Kainatın və yaradılışın yaranmasından nəticə və məqsəd insandır; çünki hər bir şey onun üçün yaradılış və o bütün yaranmışların ən gözəldir. O cür ki, onun Allah bütün yaradanların ən gözəlidir.

D: İnsanın yaranmasından məqsəd, hər bir şey olsa nəticə ehtiyacsız olan Allaha yox insana qayıdır.

E: İnsanın əsl yaradılışından ən son məqsəd və nəticə, insanın həqiqi səadətə, kəmala və insaniyyətə yol tapmasıdır. Bütün bunlar o haqq olan Allahı tanımağa yol tapmaq və ona ibadət etməyə imkan yaradır.

 

Ətreaflı cavab

Bu məsələ sabit olmuşdur ki, Allahın hər bir sifət və adları istər Allahın zatına bağlı olsun, bu surətdə Allahı zatının özü olması deməkdir. Misal üçün bu cür sifətlər: elm, qüdrət, malik və halimiyyət kimi sifətləri. İstərsədə felə nisbət verilmiş olsun və buna yermində fel sifətləri deyilir: misal üçün, mürəbbi raziq, xaliq iradə və Allahın rəhməti kimiləri Allahın (sübuti) sabit sifətlərindəndir. Allah taala bunların vasitəsilə davamlı olaraq öz feyzini bəndələrinə çatdırır və bu xəlq etməyin özü bunu tələb edir ki, arası kəsilmədən xəlq etsin (Allah taala hər gün bu şən və işdədir.[1]

Burada diqqətə çarpan mətləb budur ki, bəs Allah taala həkimdir və həkim şəxs mənasız iş görməz. yaradılışın qanunu hədəf və məqsəd üzərində Allah taalanın o uca məqsədinə uyğun bərpa olmuşdur. Bunda heç bir ümidsizlik və peşimançılıq görünməmiş və bu dünyanın hər bir zərrəsi və onun nizamı dillərdə gəzir.

Yoxdur heç bir nöqtəsində adi çatışmamazlıq, mən bu cür söz- söhbətsiz bir məsələ görürəm.

Quran ayələrinin əsasında, yaradılışın xaliqi, bütün yaradılışları oyuncaq və üstündə yaratmışdır. Bu gözəl yaradılmışın ən kiçik hissəsini də qiymətli hədəf və məqsədə uyğun yaratmış və onlardan heç biri işsiz və mənasız deyil.

Bu dünyada heç bir şey işsiz deyil.

Onun əsl mənbəsi bizlərə aşkar deyil.

Bu nöqtəni də diqqətdən qaçırmaq lazım deyildir ki, dünyanın və kainatın tanınmasından son nəticə və məqsəd insan olmuşdur. Daha açıq desək, Allah taala dünyanı yaratdı ki Adəmi xəlq etsin; çünki o bütün yaradılmışların ən yaxşısıdır. O cür ki, onun rəbbi xaliqlərin ən yaxşısıdır. Hədis Qüdsidə buyurur: (Ey Adəm övladı hər şeyi sənin üçün yaratdım, səni isə özüm üçün)[2]

İndi isə bu mövzunu açıqlayaraq əsl bəhsə başlayıb deyirik: İnsanın yaradılmasından məqdəs və nəticə hər nə olarsa insanın özünə qayıdır. Allah taalaya heç bir xeyri yoxdur çünki o hər bir imkanlardan ehtiyacsızdır və beləliklə insana heç bir ehtiyacı yoxdur.

(Ey insanlar! Siz Allaha möhtacsınız, yalnız Allahdır ki, ehtiyacsız, ibadət və sitayişə layiqdir).[3]

(Musa, İsrail peyğəmbərinə dedi: Əgər siz və yer üzündəki bütün insanlar kafir olsa belə Allaha heç bir zərəri yoxdur; çünki o ehtiyacsız və bundan ucadır).[4]

İmam Əli (ə) məruf həmmam xütbəsində buyurur: (Allah taala varlığı yaratdığı zaman onların günah və itaətindən amanda olub və onlara ehtiyacsız idi; çünki günahların günahı ona heç bir ziyan verməz və ibadətlərini ona heç bir xeyri yoxdur.[5] (ibadətə əmr etmək və günah iş görməyin qadağan olmasının xeyri insanlar üçündür).

İnsanın yaranması haqda Quranda bir neçə ayə vardır ki, onlardan hər biri bunun bir növünə işarə edir. Misal üçün? (Mən cin və insan yaratdım ki, yalnız mənə sitayiş etsinlər)[6] başqa bir yerdə isə oxuyuruq: (Ölüm və həyatı yaratdı ki, sizi imtahan etsin, sizin hansı biriniz daha çox yaxşı əmələ sahib olacaq)[7] (Yəni imtahan və tərbiyə nəticəsində kamil insan olmaq).

Başqa bir yerdə isə gəlmişdir: (Amma insanlar hər an müxtəlifdirlər, və rəbbinin rəhm etməsi (rəhməti kamil olmaqları üçün) üçün onları yaratmışdır)[8].açıqlandığı kimi, bütün bu yazılmışlar bir nöqtədə sona çatır və o da insanın kamilləşib hidayət olmasıdır. Bundan məlum olur ki, insanın yaradılışının son nəticə və məqsədi, insanın yüksək dəyərə, səadətə, kamala və ən uca kəramətə yol tapmasıdır. Bütün bunlar Allahı tanımaq, bəndəlik və onun qarşısında ibadət etməklə həyata keçir, və bunun nəticəsindədir ki: Allaha bəndəlik etmək qiymətsiz bir gövhərdir ki, onun batini rububiyyətdir).[9] Buna yol tapan insan, biz insanların hamısının Allah yanında sultandır.

İmam Sadiq (ə)- dan bir rəvayətdə oxuyuruq:

İmam Hüseyn (ə) öz əshabının qarşısına gəlib buyurdu: (Allah taala insanları yaratmadı yalnız onu tanımaq üçün, ona ibadət və bəndəlik etdiklərində, başqalarına ibadət etməyə ehtiyacları yoxdur).[10]


[1] - Ər- rəhman surəsi, ayə 29 (کل یوم هو فی شأن)

[2] - Əlmənhəcul- qəba, cild 5, səh 516, Elmul yəqin , cild 1, səh 38,

"یابن آدم خلقت الاشیاء لأجلک و خلقتک لأجلی"

[3] - Fatir surəsi, ayə 15, ("یا ایها الناس انتم الفقراء الی الله و الله هو الغنی الحمید")

[4] - İbrahim surəsi, ayə 8, ("و قال موسی ان تکفروا انتم و من فی الارض جمیعاً فإن الله لغنی حمید")

[5] - Nəhcül- bəlağə, Feyz, səh 11, həmmam xütbəsi

"اما بعد ، فإن الله سبحانه و تعالی خلق الخلق حین خلقهم غنیاً عن طاعتهم ، آمناً من معصیتهم ،

 لأنه لاتضره معصیة من عصاه ، و لاتنفعه طاعة من أطاعه"

[6] - Zariyat surəsi ayə 56 (و ما خلقت الجن و الانس الا لیعبدون)

[7] - Mülk surəsi, ayə 2 ("الذی خلق الموت و الحیاة لیبلوکم ایکم احسن عملاً")

[8] - Hud surəsi, ayə 118 və 119 ("و لایزالون مختلفین الا من رحم ربک ولذالک خلقهم")

[9] - Misbahul şəriə fi həqiqətul- ubudiyyə. ("العبودیة جوهرة کنهها الربوبیة")

[10] - İləluş- şəraye, Səduq, Əl- mizan nəql etdiyinə əsaslanaraq, cild 18, səh 423

("ان الله عزوجل ما خلق العباد الا لیعرفوه، فإذا عرفوه عبدوه، فإذا عبدوه استغنوا بعبادته عن عبادة من سواه")

http://islamquest.net


“Ate­izm” ter­mi­ni ilk də­fə 1577-ci il­də Av­ro­pa­da iş­lə­nib. Am­ma eti­mo­loq­lar bu sö­zün ta­ri­xi­nin 3-cü əs­rə ge­dib çıx­dı­ğı­nı id­dia edir. Yu­nan di­lin­dən tər­cü­mə­də “al­lah­sız” mə­na­sı­nı ve­rir.
Daha ətraflı saytın etiqadi suallar tohid bölmünə müraciət edin.
Allah sizə yar olsun.
Sual (2) : Salamun əleykum.Təbii fəlakətlərin səbəbi nədir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Son dövrlər planetimizi bürümüş təbii fəlakətlərin səbəbi hamını maraqlandırır. Əslində isə, bu sualın cavabı olduqca sadədir. Allah-təala buyurur: «Allah bir şəhəri misal gətirir. O şəhər əmin-amanlıq və arxayınlıq içində idi. Ruzisi də hər yerdən bol-bol gəlirdi. Lakin əhalisi Allahın nemətini inkar etdi. Allah da həmin şəhərin sakinlərinə etdikləri əməllərə görə, aclıq və qorxu bəlası daddırdı»[4166].
Qurani-kərimdə Nuhu inkar edənlərin selə qərq olduğu, Ad və Səmud tayfalarının günahkarlıqları müqabilində dəhşətli sarsıntıya bürünərək diz üstə düşüb qaldıqları, qadınları qoyub, kişilərə şəhvətlə yanaşan Lut tayfasının əzab yağışına düçar olduğu və başqa ibrətamiz əhvalatlar rəvayət olunur. Hər bir millət Allaha etiqadı müqabilində üç böyük nemətlə mükafatlandırılır: əmin-amanlıq, gələcəyə inam, gen-bol ruzi.
İmam Sadiq (ə) buyurur: «Bəni-İsraildən bir tayfa o qədər gen-bolluq, rifah içində yaşayırdı ki, hətta uşaqlarının oyuncaqları da qida maddələrindən hazırlanmışdı. Amma bu tayfa axırda bir günə düşdü ki, həmin oyuncaqları yeməyə məcbur oldu»[4167].
Demək, bütün bəlaların, eləcə də, təbii fəlakətlərin səbəbi, «İnsanların dünyanı axirətdən üstün tutmasıdır»[4168].
[4166] «Nəhl» surəsi, ayə 112.
[4167] «Təfsire Nurus-səqəleyn» 3-cü cild, səh. 91.
[4168] «Nəhl» surəsi, ayə 107.
Allah sizə yar olsun.
Sual (3) : Salamun əleykum.Hər bir müsəlmanın ilk əvvəldə bilməli olduğu etiqadı nədir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Hər bir insan kəlmeyi-şəhadətini yəni, “Əşhədu ən la ilahə illəllah və əşhədu ənnə Məhəmmədən rəsulullah” (şəhadət verirəm ki, Allahdan başqa tanrı yoxdur və Məhəmməd Allahın elçisidir) – deməklə müsəlman olur və bütün İslam qanunları onun üçün tətbiq olunur. Bədəni pak və himayəsində olan həddi buluğa çatmayan övladları da müsəlman və pak olurlar. Onun müsəlman qadınla ailə həyatı qurmasına və alver etməsinə icazəsi var. Bu iqrarın əsası olaraq dinin ən mühüm vacib göstərişlərinə, o cümlədən, namaz, oruc, xums, zəkat və həcc kimi əməllərin yerinə yetrilməsi, qeyb aləminə, mələyə, qiyamətə iman, behişt və cəhənnəmi qəbul etmək, bütün peyğəmbərlərin Allah-taala tərəfindən peyğam gətirənlər kimi təsdiq etməsi lazımdır.
Bundan əlavə, Quranın, İslam Peyğəmbərinin (sələllahu ələyhi və alihi və səlləm) və Məsumların (əleyhimussalam) təkidli sifarişlərinə əsasən “on iki imamın” vilayəti qəbul olunmasa İslam və onun göstərişlərinə əməl etmək kamil sayılmır və Allah-taala onun əməllərini qəbul etmir. Aydındır ki, İslamı qəbul edən insanın batini də şirk və münafiqlikdən pak 50olmalıdır. Çünki, belə olsa zahiri əməllərinin də ona heç bir faydası olmaz və onu ilahi qəzəb və giriftarçılığa salıb, ondan ötrü təqdir olunmuş əbədi səadət və kamala yetişməkdən saxlayacaq.
Daha geniş cavab
İslam lüğətdə təslim olmaq və əmri qəbul etmək mənasındadır. Dini terminologiyada isə İslam Peyğəmbərinin (sələllahu ələyhi və alihi və səlləm) vasitəsi ilə Allah-taala tərəfindən Qiyamətə kimi bütün bəşəriyyətə göndərilmiş son, əbədi (heç vaxt ləğv olunmayan) ilahi şəriət və qanunlardır.
Bu dini başqa dinlərdən ayıran ən mühüm cəhət, İslam Peyğəmbərinin (sələllahu ələyhi və alihi və səlləm) peyğəmbərlərin sonuncu olmasına etiqad bəsləmək və aşağıdakı ünvanlarda pak tövhid maarifini qəbul etməkdir;
a) Zati tövhid; yəni, Allah-taala təkdir, şəriki və bənzəri yoxdur, cüzlərdən təşkil olunmamış və mürəkkəb deyildir;
b) Yaradılış və pərvərişdə tövhid; yəni, varlıq aləminin yaradanı və tədbir töküb saxlayanı Odur. Amma Ondan qeyriləri hətta mələklər də varlıq aləmində yalnız Onun bəndələri, işçiləri və Onun əmrini icra edənlərdir;
c) Şəriətdə tövhid; bəşər aləminə təkcə qanunvericilik səlahiyyətinə yalnız Allah-taala malikdir. Digərləri ancaq, Allah-taalanın onlara verdiyi ixtiyarlar əsasında və bu çərçivədə şəriətdə izah və açıqlamalar verə bilərlər;
d) İlahiyyətdə tövhid; yəni, varlıq aləmində pərəstişə və ibadətə layiq yalnız Odur və digər tağut və məxluqatların bu məqama ləyaqətləri yoxdur.
Ona görə də bu iki əsas şərtin iqrarı və onun icrası (əməl olunması) İslama daxil olmaqda zəruridir. İslam dinində “La ilahə illəllah” kəlməsi tövhidin bütün mənalarını özündə cəm edir və İslam Peyğəmbərinin (sələllahu ələyhi və alihi və səlləm) risalətinə (gətirdiyi dinə inam) və sonuncu peyğəmbər olmasına iqrar isə bu dinin sonuncu olması və təbii olaraq, digər dinlərin və yolların vaxtının sona çatması, bununla da Allah-taala tərəfindən göndərilmiş bu Peyğəmbərin (sələllahu ələyhi və alihi və səlləm) gətirdiyi bütün vacib əməllərə əməl edib, qadağan elan etdiklərini isə sözsüz qəbul etməsinə dəlalət edir.
Bu cəhətdən hər kəs bu iki əslə iqrar etsə, həmin anda digər din və məktəblərdən ayrılır və müsəlmanların sırasına daxil olur. Müsəlmanlara aid bütün hökmlər o cümlədən, onunla daimi ailə həyatı qurmaq, alver, özünün və himayəsində olan həddi buluğa yetişməmiş övladlarının bədənin paklığı və sair.. ona da aid olur. [261]  Həmçinin, bu müsəlmanın canı hamı üçün möhtərəmdir, onun canını və malını müdafiə edib qorumaq, İslam hakiminə və islami cəmiyyətə vacibdir. Qeyd etmək lazımdır ki, adi müsəlmanlarda gizlin şirk - o cümlədən, nəfsə pərəstiş, dünyapərəstlik və məqam sevmək kimi meyllər (günah olmasına baxmayraq) insanın dini nəzərdən İslamdan çıxmağına səbəb olmur.
On iki imamçıların etiqadına əsasən, Quran ayələri və Məsumlardan (əleyhimussslam) nəql olunan rəvayətlərə görə, on iki İmamın (əleyhisussalam) hamısının İslam Peyğəmbərinin (sələllahu ələyhi və alihi və səlləm) canişini kimi qəbul etmək imanın kamil olması və əməllərin Allah-taalanın dərgahında qəbul olmasının əsas şərtlərindən biridir. Çünki, Quranın və İslam Peyğəmbərinin (sələllahu ələyhi və alihi və səlləm) risalətinin və göstərişlərinin təsdiqin lazıması o cümlədən, Quran və Peyğəmbərin (sələllahu ələyhi və alihi və səlləm) Əhli-Beytinin (əleyhimussalam) yolunun tutulmasına əmr etmələri hər bir müsəlmana onların əmrlərinə itaəti vacib edir və onların əmrindən çıxmaq bir növ Allahın və Peyğəmbərinin (sələllahu ələyhi və alihi və səlləm) göstərişlərinə əməl etməmək kimi qələmə verilir.
Qeyd etmək lazımdır ki, şiə əqidəsinə görə böyük günah sahibləri günahkar olmalarına baxmayaraq İslamdan xaric olmadıqlarına görə əhli-təsənni də məsum İmamların (əleyhimussalam) vilayətlərini qəbul etmədiklərinə görə böyük günah sahibləri olmalarına baxmayaraq müsəlmandırlar və islami hökmlər onlara da aiddir. Onlarla bir mühitdə yaşamaq və həyat sürməyin heç bir maneəsi yoxdur.
Amma “xaricilər” adlı firqə böyük günah sahiblərini və fasiqləri müsəlman saymır və onları kafir hökmündə bilib onların qanlarını və malların özlərinə mübah bilirlər. Mötəzilə etiqadında olanlar isə böyük günah sahiblərini nə mömin və nə də kafir sayır. Vəhhabilər isə möhrün üzərinə səcdə etməyi, məsum İmamların (əleyhimussalam) zirehlərinə əl sürtüb təbərrük etməyi bir növ şirk sayır və şiyələri “müşrik” kimi qələmə verirlər.
Beləliklə, hər bir müsəlman o zaman İslamdan tam şəkildə bəhrələnir ki;
a) Tövhidi (Allahın təkliyini) bütün cəhətləri ilə qəbul etmiş olsun; b) İslam Peyğəmbərinin (sələllahu ələyhi və alihi və səlləm) gətirdiyi şəriətə və Onun sonuncu peyğəmbər olmasına inanmış olsun; v) İslam Peyğəmbərinin (sələllahu ələyhi və alihi və səlləm) bütün buyurduqları və qadağan etdiklərinə, o cümlədən, vilayət məsələsinə (özündən sonrakı rəhbərin təyin edilməsi) iman gətirmiş olsun; q) Ölümdən sonrakı həyatı qəbul etsin, Quranın və İslam Peyğəmbərinin (sələllahu ələyhi və alihi və səlləm) bu mövzuda açıqladığı cüziyyatlara imanı və etiqadı olsun.
Quran-Kərimdə imanın ölçüsü belə açıqlanır: “Yaxşı əməl: 1) Allaha, 2) Qiyamət gününə, 3) Mələklərə, 4) Kitaba, 5) Peyğəmbərlərə iman gətirməkdir.” [262]  Küfr, münafiqlik və Allah-taalaya aşkar şirk qoşmaq İslamdan və imandan çıxıb əbədi cəhənnəmə daxil olmağa səbəb olur. [263]  Əsl və həqiqi iman şəriət göstərişlərinə əməl etməklə birgə olduğuna görə Allah və Rəsulunun (sələllahu ələyhi və alihi və səlləm) göstərişlərinə əməl etmədən izhar olunan İslam şəriət hökmlərinin zahirdə ona aid olmasına baxmayaraq, ancaq zahiri və əməlsiz iman olub onun əbədi səadət və hidayətinə səbəb olmaz. Bu cəhətdən Allah-taala Quranda pak həyatı ələ gətirmək yolunun iman və saleh əməllə bir olmasını açıqlayır. [264] 
Bu iki əsldən birini seçmiş insan yəni, iman gətrib saleh əməl yerinə yetirməsə və ya saleh əməl sahibi olub imanı olmasa, sanki bir qanadlı quş kimi heç vaxt uçmağa, əbədi səadət və xoşbəxtlik qülləsinə qalxmağa qüdrəti çatmaz. Yalnız həyatında dönüş yaradıb saleh əməllə İslama olan imanını izhar edən insan Allah dərgahına yaxınlaşıb behişt və pak həyatı ələ gətirə bilər.
Bu halda bir neçə məsələyə xüsusi diqqət etmək lazımdır: 1) İman və saleh əməl arasında birbaşa əlaqə vardır. İman hər nə qədər yüksək dərəcədə olsa, saleh əməllərin keyfiyyəti və günahlardan çəkinmək daha çox olacaq. Həmçinin, saleh əmələ hər nə qədər çox diqqət olunsa günahlardan çəkinmək və iman qəlbdə daha da çoxalıb möhkəmlənər. Bu da insanı səadətin qülləsinə və insaniyyətin ən yüksək səviyyəsinə çatdırar. Əksinə, günahlara təkid etmək insanın qəlbindən tədriclə imanı aradan aparır və bu imanın süstlüyünə səbəb olur.
2) Digər peyğəmbərlərin kitabları və şəriətlərinə inanmaq və təsdiq etmək onlara əməl etmək mənasında deyildir. Çünki, onlardan bəzilərinin şəriəti öz tayfalarına məxsus olmuş, bəziləri isə sonradan gəlmiş şəriət vasitəsi ilə vaxtı sona yetib aradan getmişdir. Beləliklə, onları qəbul etmək əslində, onların qanunlarına əməl etmək yox, bəlkə də Allah-taalanın seçdiyi peyğəmbərlərə ehtiram və onların məqamlarını və zəhmətlərini dəyərləndirmək mənasındadır.
3) İbadət əməllərində hər bir müsəlmanı qeyri-müsəlmandan ayıran ən mühüm amil dinin şaxələrində (füruiddində) özünü göstərir. Həddi buluğa yetişən hər bir müsəlmana dinin əsas şaxələrini (əməllərini) öyrənib əməl etmək vacibdir. Bu şaxələr və vaciblərin hər birin inkarı dinin inkarına gətirib çıxarır. Beləliklə, onlardan hər birinin inkarı əslində İslamdan çıxmağa səbəb olur və bu əməl sahibi mürtəd adlanır. Əlbəttə, mürtədliyin özünə məxsus şəraiti var ki, əgər o şərait tam şəkildə cəm olsa (məs, fitri mürtəd və kişi olmaq və sair..) belə şəxs ölüm hökmünə məhkum olur.
Başqa tərəfdən insanın bu mövzuları inkar etmədən onlara əməl etməsə bu, insanı behiştin dərəcələrindən salır və əgər ömrünün sonuna qədər bu əməlindən qayıtmasa, axirətdə əbədi cəzaya məhkum olar.
4) Müsəlmanda iman mütləq olmalıdır. Çünki, adətən iman ayrı-seçkilik qəbul etməz. Yəni, İslam dininə iman gətirən əsl mömin heç vaxt deməz ki, “mən dinin bir qisminə iman gətirmişəm, amma bəzi məsələlərinə iman gətirməmişəm”. Quranda belə rəftara, nəfsə pərəstiş və insanın öz nəfsi istəklərinə tabe olmaq deyilir və sonda küfrə səbəb olur. Allaha, Qiyamətə və peyğəmbərlərə iman gətirən şəxs belə rəftar etməz. [265] 
5) İman və saleh əməlin zəif və yüksək dərəcələri vardır. Bütün mömin salehlər eyni məqamda qərar tutmurlar. Allah dərgahında və behiştdə bir məqamda deyillər. Bəs, İslam maarifindən istifadə etməklə imanı dərinləşdirmək, saleh əməllərin kəmiyyət və keyfiyyətinə diqqət etməklə isə imanın yüksək dərəcələrinə nail olmaq lazımdır.
Əlavə məlumat üçün ədəbiyyat:
Sübhani Cəfər, Miləl və nihəl, c.2; mərkəz müdriyyət hövzə, ikinci çap, Qum, 1366 günəş ili, səh.53
Şəhristani Əbdul-Kərim, Miləl və nihəl, c.1-2; Misir, ikinci çap, 1375 hicr qəməri, səh.46.
Səidi Mehr Məhəmməd, İslamın kəlam elminin təlimi, c.1-2; Taha, ikinci çap, 1381-ci günəş ili, Qum, səh.161-163, birinci cilddən, səh.135; ikinci cilddən.
Tusi Xacənəsrəddin, Kəşful-murad, Şəkuri, dördüncü çap, 1373-cü şəmsi ili, Qum, səh.454.
Misbah Yəzdi Məhəmməd Təqi, Quranda əxlaq, c.1; İmam Xumeyni (rəh) adına elmi-təhqiqat müəssisəsi, Qum, səh.122-145.
Misbah Yəzdi Məhəmməd Təqi, Etiqad təlimləri, c.3; İslam təbliğatı təşkilatı, on ikinci çap, 1376-cı günəş ili, Qum, səh.126, 163.
[261]  Əlbəttə, kitab -əhlinin bədənin pak olması haqqında islam alimləri arasında müxtəlif nəzəriyyələr var və bu haqda müctehidlərin risaleyi əməliyyə kitablarına müraciət edə bilərsiniz.
[262]  Bəqərə surəsi, 177, 285; Nisa surəsi, 136.
[263]  Nisa surəsi, 105, 145.
[264]  Nəhl surəsi, 97; Bəqərə surəsi, 103; Nisa surəsi, 57, 122.
[265]  Bəqərə surəsi, 85; Nisa surəsi, 150, 151.


Allah sizə yar olsun.
Sual (4) : Salamun əleykum.Cəmiyyətdəki ictimai-siyasi dəyişikliklərin səbəbkarı kimdir? İnsan, yoxsa Allah?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Allah-təala buyurur: «Hər hansı bir tayfa öz vəziyyətini dəyişməsə, Allah da onun vəziyyətini dəyişməz» «Rəd» surəsi, ayə 11.
Ayədən göründüyü kimi, bütün millətlərin talehi, onların öz əllərindədir. Onların xoşbəxtlik və bədbəxtliklərinin ilkin səbəbkarı özləridir. Öz xoşbəxtliyi üçün çalışmayan millətin Allah-təaladan nə isə gözləməsi, əbəsdir.
Ayə və hədislərin göstərişlərinə əsasən, cəmiyyətdəki bədbəxtlikləri aradan qaldırmaq istəyən millət, ilk əvvəl öz düşüncəsində inqilab etməlidir. Öz imanı, əxlaqındakı zəif nöqtələri tapıb, xalis bir tövbə ilə çirkinlikdən təmizlənməyən cəmiyyətin səadətə çatması mümkünsüzdür. «İnsanın xoşbəxtliyi və bədbəxtliyində Allah təsirsizdir» demək də düzgün deyildir. Allah-təala hər bir insanı təqib edib, qoruyan mələklər qərar vermişdir. Onlar doğru yol seçənlərə yardım göstərərlər. Azğınlığı seçənlərin isə, əzabı artırılar. Məsələn, ədalət və həqiqət uğrundən canından keçən millətlər, ədalətli hakimlə mükafatlandırılır, günah və azğınlığa meyilli millətlər isə, zalım hakimlə cəzalandırılırlar.

Allah sizə yar olsun.
Sual (5) : Salamun əleykum.Allahın vəlilərinə (məsumlara, peyğəmbərlərə, həzrət Zəhra (s.ə) və 12 imama) təvəssül etmək Allaha şərik qoşmağa (şirkə) səbəb olurmu?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
“Təvəssül” bir şəxsin başqa hörmətli bir şəxsi özü ilə Allah arasında vasitə seçib Allaha yetişməsi deməkdir. Təvəssülün aşağıdakı növləri vardır:
1. Yaxşı əməllərə təvəssül etmək. Sünnü alimi Cəlaləddin Süyuti bu haqda rəvayət edərək deyir: “Allaha itaət etmək və Onun sevdiyi, razı olduğu əməllləri yerinə yetirməklə Allah dərgahına yaxınlaşmaq olar.”[3722]
2. Allahın ləyaqətli bəndələrinə təvəssül etmək.
Qurani-kərim Yusifin qardaşlarının dilindən belə hekayət edir: “Yəqubun övladları öz atalarına dedilər: “Ey ata, böyük Allahdan bizim günahlarımızın bağışlanmasını istə, çünki biz səhvə yol vermişik.” Yəqub dedi: “Tezliklə öz Rəbbimdən sizin günahlarınızın bağışlanmasını istəyəcəyəm. Həqiqətən O, bağışlayan və mehribandır.”
Qeyd olunan ayədən aydın olur ki, Yəqubun övladları bağışlanmaq üçün öz atalarına təvəssül etdilər.
3. Güclü mənəviyyata, Allah yanında xüsusi hörmət və məqama malik olan şəxslərə təvəssül etmək olar.
İslam dininin əvvəllərində ilahi övliyalara təvəssül etmək o qədər adi hal idi ki, o dövrün şairləri Peyğəmbəri (s.ə.v.v) Allah dərgahında vasitə edirdilər.
Səvad ibni Qarib Peyğəmbərə (əleyhissalam) qoşduğu qəsidədə belə yazmışdı.
“Şəhadət verirəm ki, Allahdan başqa bir məbud yoxdur. Sən hər bir gizli işdən xəbərdarsan. Şəhadət verirəm ki, Sən, ey əziz və paklar övladı, bütün peyğəmbərlərin arasında Allaha çatmaq üçün yaxın və vəsiləsən.”[3723]
Peyğəmbər bu şeri Səvad ibni Qaribdən eşitdikdə heç vaxt onu bu işdən çəkindirmədi, onu şirk və bidətçiliklə müttəhim etmədi.
[3722]  “Əd-dürrül-mənsur”, 2-ci cild, səh.280, Beyrut çapı
[3723]  “Əddürərüs-səniyyə” Seyyid Əhməd ibni Zeyni Dehlan, səh.29, Təbəranidən nəqlən
Allah sizə yar olsun.
Sual (6) : Salamun əleykum.Allah dostlarının təvəllüd və ya vəfat günlərini təntənəli keçirmək şirk sayılırmı və bidətə səbəb olurmu?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bu sualın cavabının mənfi olması gün kimi aydın məsələdir, lakin yarana biləcək şübhələri aradan qaldırmaq üçün bu məsələnin şəri sübutlarını sizin nəzərinizə çatdırırıq.
Qurani-kərim müsəlmanları Peyğəmbərin (s.ə.v.v) Əhli-beytini sevməyə dəvət edərək buyurur: “(Ey Peyğəmbər, ümmətə) de ki, mən sizdən, risaləti təbliğ etməyimin müqabilində ən yaxın qohumlarıma qarşı məhəbbət göstərməkdən başqa bir şey istəmirəm.”[3724]
Onların təvəllüd və vəfatları ilə əlaqədar olaraq mərasimlərin təşkil olunması bir növ Peyğəmbərə (s.ə.v.v) ehtiramdır. Qurani-kərim Peyğəmbərə (s.ə.v.v) yardım etməkdən əlavə, onun məqamını uca tutmağı da hidayət və səadətin meyarları hesab etmişdir: “Ona (Peyğəmbərə) iman gətirənlər, inananlar və hörmət bəsləyənlər, yardım edənlər və ona nazil etdiyimiz kitaba tabe olanlar səadətə çatanlardır”.[3725]
Bu cür mərasimləri təşkil etmək eynilə Allahın əmrlərinə itaət etməkdir. Allah təala Qurani-kərimdə Peyğəmbərin (s.ə.v.v) cəlalından söhbət edərək buyurur: “Sənin ad-sanını, şan-şöhrətini ucaltmadıqmı?”[3726]
Bu mübarək ayədən aydın olur ki, Allah təala Peyğəmbərin cəlalının bütün dünyada genişlənməsini istəyir və Özü də Quran ayələrində onun məqamını tərifləyir. Biz də Allahın kitabına tabe olaraq onların xatirələrini əzizləyir, şəhadət və doğum günlərini qeyd edirik. Onların xatirələrini dirçəltməklə Allaha itaət edib öz məhəbbətimizi bildiririk.
[3724] “Şura” surəsi ayə.23
[3725] “Əraf” surəsi, ayə-157
[3726] “İnşirah” surəsi, ayə-4


Allah sizə yar olsun.
Sual (7) : Salamun əleykum.İnsan öz etiqadını hansı yollarla gücləndirə bilər?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Müsəlman fərd əqidə əsasları və dini prinsiplərə inamını o qədər gücləndirməlidir ki, uyğun sahədə müxaliflər tərəfindən hücuma məruz qaldıqda müqavimət göstərib, qəti dəlillərlə əqidəsini müdafiə edə bilsin.
Söhbətin bu əsnasında dini inancları möhkəmləndirmək yollarından bəzilərini nəzərdən keçirsək münasib olar:
Birinci yol varlıq aləmi və onda baş verən hadisələr haqqında dərindən düşünməkdir. İnsan öncə özünü tanımağa cəhd etməlidir. O öz zatında mövcud olan qüvvələri yetərincə tanımalı, öz mürəkkəb zahiri quruluşunu, yəni cismini nəzərdən keçirməli, ruhundakı tutumları, vicdan və fitrətini dəyərləndirməlidir. Bu halda insan rahatlıqla varlıq aləminin yaradıcısına inanır. Həzrət Peyğəmbər (s) uyğun mövzu ilə bağlı buyurur: “Özünü tanıyan hər kəs, şübhəsiz, Rəbbini tanıyacaq.”[79]
Qurani-məcid müxtəlif məqamlarda insanların varlıq nizamına diqqətinə xüsusi əhəmiyyət verir. Bir məqamda buyurulur: “Məgər dəvənin quruluşuna baxmırlar ki, necə yaradılıb? Səmalar necə yüksəldilib, dağlar necə qərar verilib, yer necə açılıb və hamarlanıb?”[80] Başqa bir məqamda buyurulur: “Həqiqətən, yerin və göyün yaranışında möminlər üçün, sizin yaranışınızda və Allahın yer üzünə yaydığı canlıların yaranışında inananlar üçün, gecə-gündüzün gediş-gəlişində, onlar arasındakı fərqdə, Allahın səmadan nazil etdiyi və ölü torpağı diriltdiyi ruzidə (yağışda), küləklərin əsməsində düşüncə sahibləri üçün nişanələr var.”[81]
İkinci yol varlıq aləmi və ondakı mövcudlar haqqında yazılmış müxtəlif kitabların mütaliəsidir. İnsan botanika, astronomiya, zoologiya kimi müxtəlif sahələrlə bağlı elmi kitabları mütaliə etməklə ətrafı ilə tanışlıq üçün faydalı məlumatlar əldə edə bilər. Uyğun mövcudlar və məxluqlar, hər bir varlığa hakim olan qanunlar barədə düşünməklə bütün bunları ərsəyə gətirmiş qeybi qüvvəyə inanmaq mümkündür.
Bu baxımdan etiqad əsasları mövzusunda yazılmış kitabların da mütaliəsi faydalıdır. Uyğun kitablarda əqidə əsaslarının sübutu üçün dəlillər göstərilir. Kəlam və fəlsəfə kitabları nümunə göstərilə bilər. Hər bir insan öz düşüncəsi tutumunda bu kitablardan faydalanıb üsulidin sahəsində öz inanclarını möhkəmləndirə bilər.
Üçüncü yol etiqad əsasları sahəsində nəzər sahibi olan alimlər və mütəfəkkirlərlə üzbəüz söhbətdir. İnsan bu yolla öz etiqadındakı zəif nöqtələri müəyyənləşdirib onların islahı istiqamətində addım ata bilər.
Dördüncü yol uyğun ehtiyacların aradan qaldırılması üçün Allahdan yardım və hidayət diləməkdir. İnsan Allahla daha artıq rabitədə olduqca ona daha da yaxınlaşır, onu daha yaxşı tanıyır və şübhələri aradan qalxır.
Məşuq aşiqinə salmasa nəzər,
Aşiqin səyləri gedəsi hədər.
İnsanın etiqadlarının güclənməsində və əbədi səadətində Allah zikrinin böyük təsiri var.
[79]  “Biharul-ənvar”, c. 2, s. 32, hədis 22
[80]  Surə 88, “Ğaşiə”, ayələr 17-20
[81]  Surə 45, “Casiyə”, ayələr 3-5

Allah sizə yar olsun.
Sual (8) : Salamun əleykum.Bəşərin Allahı tanıması mümkündürmü? Mümkünsə, hansı həddə qədər və bu tanımağın dəyəri nədir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Insan müxtəlif yollarla Allahı tanıya bilər. Bu maarif, ola bilsin ya əqli, ya da qəlbi yolla olsun. Bəzən filosoflar və hikmət sahibləri hüsuli elm (insanın beş dərk qüvvəsi vasitəsi ilə ələ gətirdiyi elm), hiss və əql vasitəsi ilə Allah-taalaya elmi ələ gətirirlər. Bəzi şəxslər isə, ariflər kimi, hüzuri elm (insanın batini hissi ilə ona gələn agahlıq) vasitəsi ilə öz məşuqlarına mərifət tapırlar və buna şühud (batini gözlə görmək) deyilir. Məslən, atəşin varlığına yəqinlik tapmaqdan ötrü bəzən, əlamət olaraq tüstünün olması kifayətdir. Bəzən isə, atəşin özünə birbaşa baxmaqla atəşi dərk etmək olur. Yaxud bədənin bir miqdarını atəşdə yandırmaqla onun varlığına yəqinlik tapılır və hiss olunur.
Hər halda bu iki qaydada, yəni, hüsuli və hüzuri elmdə bəzən yol, qayda və hədəf bir olur; məsələn, fərd ilahi ayələri və kainatın nəzmini mütaliə etməklə Allah-taalanın varlığına çatır. Bəzən də belə deyil, yəni, qayda və yol və ya yol və hədəf birdir. Məsələn, fərd, öz nəfsini tanımaqla Allaha çatır və bu ikinci qismə aiddir. İlahi sifətlər və adlarda təfəkkür etməklə Allaha yetişən yol isə üçüncü qism maarifdəndir.
Bu qismlərin hansı birində yol və hədəf bir olsa və insan öz ələ gətirdiklərini müşahidə edə bilsə belə maarif ən yüksək mərtəbəyə malikdir. Ayə və rəvayətlərdə bu üç yol bəyan olunmuşdur və qeyd olunmuşdur ki, Allah-taalanın varlığından aydın və zahir heç bir şey yoxdur. Ona görə də Onun vasitəsi ilə Ona yetişmək olar. Allah elə bir varlıqdır ki, Onu görməkdən ötrü başqasına ehtiyac yoxdur. Əgər Onun müşahidəsindən qafiliksə, bunun səbəbi gözümüzün önündə olan qəflət pərdəsinin hüsuli və hüzuri elmlərimizin üstünü örtməsidir.
Bizim elmə elmimiz yoxdur. Bu mürəkkəb elmə çatmaqdan ötrü zülmət və nur hicablarını gözümüzün önündən uzaqlaşdırmalıyıq. Ona görə də Allahı tanımaq haqqında deyilir ki, bu elm fitridir və əgər bu yolda hansısa elmdən istifadə edilirsə bu səbəb deyil, ayıqlıq üçündür.
Əlbəttə, qeyd etmək lazımdır ki, Allah-taalanın zatının və sifətlərinin dərinliyi nə hikmət sahibinin dərk qüdrətində və nə də ariflərin müşahidəsində məhdudlaşmır. Bundan başqa yerdə qalan digər xüsusiyyətlər dərk və şühud olunmaq qabiliyyətinə malikdirlər.
Daha geniş cavab:
Bu suala cavab verməkdən ötrü əvvəlcə maarif və tanışlıq vasitələri ilə tanış olmaq lazımdır. O da üçdür; hiss, əql və qəlb.
Zahiri hiss üzvləri, əşyanın sırf zahiri və onun təsirləri ilə bağlıdır və onun batininə nüfuz edə bilmir. Həmçinin, insana verdiyi geniş məlumata baxmayaraq zaman və məkan cəhətdən məhduddur.
Əql, elə bir xüsusi qüvvədir ki, əsas vəzifəsi külli məfhumların (dərk olnumaq qabiliyyəti olan şeylərin) dərkidir. Bu cəhətdən insan üçün çox böyük əhəmiyyətə malikdir və vəzifələrindən biri də hansısa bir məsələdə dəlil gətirməklə onu isbat etməkdir. (istidlal).
Amma tanışlıq vasitələri bu iki yola münhəsir deyil və insan qəlb yolu ilə də əzəmətli maarif ələ gətirə bilər. Həmçinin, qəlb digərlərinin dəlil yolu ilə ələ gətirmək istdiklərini batini müşahidə yolu ilə ələ gətirir və ariflər Allahı bu yolla tanımağa daha çox üstünlük verirlər.[82] Başqa sözlə desək, ümumi şəkildə mərifət ya hüsuli, ya da hüzuri və şühudidir.
Hüsuli mərifət, fəlsəfi və əqli dəlilləri nəzərə almaqla zehni məfhumların nəticəsində ələ gəlir. Hüzuri mərifət isə əvvəlcədən fərdin yanında heç bir məna, məfhum və zehni surətin vasitəsi olmadan ələ gəlir. Hüzuri mərifətə irfani və şühudi mərifətləri misal göstərmək olar ki, bu zaman bir şeyin əsl həqiqəti batini gözlə müşahidə olunur. Əlbəttə, hüsuli (əqli) mərifətdə hiss və təcrübə kimi məqəddimələrdən də istifadə etmək olar. Məsələn, təfəkkür yolu ilə kainatın nəzmində Allah-taalanın qüdrət əlamətlərinə diqqət yetirib bununla da sadə dəlil ələ gətirmək olar. Amma, bir yerdə ki, insan daha çox mərifət ələ gətirmək istəsə, sırf əqli müqəddimələrdən bəhrələnməlidir.
Hər halda diqqət etmək lazımdır ki, birincisi, insanların əlində olan təcrübə laboratoriyaları, təhqiqat müəssisələri və sırf təcrübi elmlərin sayəsində Allah-taalanın isbat və ya inkarını ələ gətirmək olmaz.[83] Çünki, təcrübə hissinin əhatəsi o qədər azdır ki, əzəmətli metafizik aləmə əl tapa bilmir və bu yolda sırf əqli müqəddimat dəlillərindən bəhrələnmək lazımdır. İkinci; baxmayaraq ki, islami mətnlərdə həqiqətə çatmaqdan ötrü kainat[84] və onun möcüzəlikləri haqqında düşünmək sifariş olunub, amma bir məsələdən qafil olmaq lazım deyil ki, belə araşdırmalar və varlıqların qurluşu və nəzmi haqqında düşünmək yalnız, bütün bunların arxasında ilahi qüdrət və hikmətin olmasını anlamaqdan ötrüdür. Yoxsa, sırf belə araşdırmalarla Allah-taalanın Özünün zatı və ya sifətlərinin keyfiyyəti və sair haqqında açıq və aydın maarif ələ gətirmək olmaz.
Amma, hüzuri mərifət üç cür təsəvvür olunur: a) səbəbin (illətin) nəticəyə (məlula) olan hüzuri elmi; b) mücərrəd varlığın öz zatına olan hüzuri elmi; v) nəticənin (məlulun) səbəbə (illətə) hüzuri elmi.
Yaranmışların Allah-taalaya hüzuri elmləri (mərifətləri) birinci və ikinci qismdən yox, məhz üçüncü qismdəndir. İnsanın qüsur və məhdudiyyəti Allah-taalaya olan mərifətinin azlığına səbəb olur. Allah-taalanın bütün varlıqlara (o cümlədən insana) yaxın olmasına baxmayaraq, yaranmışların özlərinin naqisliyi və məhdudiyyəti səbəb olur ki, Ondan müxtəlif məsafələrdə qərar tutsunlar.
Mühəqqiq Tusi (rəh) mərifət haqqında yaxşı bir məsəl çəkərək yazır: “Allah-taalaya mərifət tapmaq atəşi tanımaq kimidir. Atəşi tanımağın ən son mərtəbəsi başqasında atəş haqqında bəzi sifətləri eşitməkdir. İkinci mərtəbəsi, uzaqdan atəşin olmasına elm ələ gətirməkdir; üçüncü mərtəbəsi isə atəşi hiss edib, nurunu görməkdir; ən son mərtəbəsi isə o atəşdə yanıb kül olmaqdır.”[85]
Bu məqamda bir məsələni də qeyd etmək lazımdır ki, bu mövzuda mərifət bəhsində bəzən Allah-taalanın varlığının sübutundan və bəzən də Onun xüsusiyyətləri və sifətlərindən söz gedir. Hər iki mövzuda insan həm təfəkküründən və həm də qəlbinin köməyindən bəhrələnə bilər. Başqa sözlə desək, həm hüsuli elmdən və həm də hüzuri elmlərdən istifadə edə bilər. Birinci yol “burhan”, ikinci yolu isə “irfan” yolu adlanır. Əlbəttə, burhan fəlsəfəsindəki adi mərifət yolu irfan yolu ilə ələ gələn mərifətə çata bilməz.
Hər halda istər əql və istərsə də qəlb vasitəsi ilə üç yolla Allah-taalaya nisbət mərifət ələ gətirmək olar. Hər halda salik və mütəfəkkir məqsədinə çatmaq üçün hərəkət etdiyi yolda üç haldan xaric deyil. 1) Yol gedən; (salik); 2) yol (məslək); 3) hədəf (yolun sonu). Bunların hər üçü biri digərindən ayrıdır. Məsələn, insan kainatın yaradılışı və nəzmi haqqında mütaliə və təfəkkür edərək və belə nəticəyə gəlir ki, varlıq aləminin əvvəli var və bu aləm ehtiyacsız və mütləq bir qüdrət sahibinə möhtacdır, bununla da insan öz məqsədinə, yəni, Allah-taala haqqında mərifətə çatır. Ayə və rəvayətlərdə bu yolla mərifətə çatmağa çox dəvət olunur.[86]
2. Gedən üçün yol eynidir. Məsələn, insan öz batini aləmində fikirləşir ki, mən kiməm? Haradan gəlmişəm, nəyə görə iradələr və istəklər mənim öz ixtiyarımda deyil? Nəyə görə öz qəlbimi ram edə bilmirəm ki, mənim icazəm olmadan heç bir fikir qəlbimdən keçməsin.....? Bəzən insan, bir növ Allaha çatır.
Əmirəl-möminin Əli (əleyhissalam) bu yolu belə təfsir edir: “Allah-taalanı möhkəm iradələrin zəifləməsi, çətin düyünlərin açılması və niyyətlərin pərakəndə olmasından tanıdım.”[87] “Hər kəs özünü tanısa Rəbbini də tanıyar.”[88]
Quranda oxuyuruq: “Ey iman gətirənlər! Nəfslərinizi qorumaq sizin borcunuzdur. Siz doğru yolda olsanız, (haqq yoldan) azanlar sizə heç bir zərər yetirə bilməzlər.”[89] Bu yol, əvvəlki yoldan dərin və daha faydalıdır.
3. Yol, hədəfin özüdür. Yəni, yol gedən arif və alim, öz məqsədinə diqqət etməklə arzusuna çatır. Bu yol, nə dərin yoldur. Çünki, kainatda və özündə olan möcüzəliklərin dərki mərhələsindən keçib mütləq şahidə diqqət etməklə başa düşür ki, mütləq şahid Allahdır. Quran buyurur: “(Ya Peyğəmbər!) Məgər Rəbbinin hər şeyə şahid olması (sənin dediklərinin doğruluğuna) kifayət deyilmi?!”[90] Əvvəl O tanınır və qəlbin gözü ilə görünür. Sonra sonsuz kainat. Çünki, O, yerin və göylərin nurudur. “Allah göylərin və yerin nurudur.” "Məgər göyləri və yeri yaradan Allaha da şübhə etmək olarmı?!”[91]Ona görə də Peyğəmbərinə (səllallahu ələyhi və alihi və səlləm) xitabən buyurur: “(Ona belə deyiləcəkdir:) "Sən (dünyada) bundan (bu müdhiş günə uğrayacağından) qafil idin. Artıq bu gün gözündən pərdəni götürdük. Sən bu gün sərrast görürsən!"[92] Nə həqiqətdən, nə də özündən xəbərin var idi. İmam Hüsyen (əleyhissalam) Ərəfə duasında həmin üçüncü yolun adını çəkir və buyurur: “İlahi! Səndən qeyrisinin nuru var ki, Səni işıqlandırsın?! Və Səndən qeyrisində elə bir nur var ki, Səndə yoxdur! Nə vaxt qeybdə oldun ki, Səndən ötrü dəlilə ehtiyac olsun! Nə vaxt uzaq idin ki, yaratdıqların və əsərlərin bizi Sənə yaxınlaşdırsın!”[93]Uzaqda deyilsən ki yaxına, çığırım! Qeybdə deyilsən ki, Səni axtarım! Səni (qəlb gözü ilə) görməyən gözlər kor olsun! İlahi! Səndən səninlə görüşü istəyirəm! Sənin vücudunla özünə dəlil istəyirəm!” Bu sözlərdə bəyan olunur ki, mənəvi yol gedən insan üçün Alllah-taala yer və göyələrdən və ağacların yarpaqlarından da 67aşkardır. İmam Sadiq (əleyhissalam) bu mövzuya belə işarə edir: “Hazır və aşkar olan əvvəl özünü sonra isə sifətlərini tanıtdırmalıdır. Amma qeybi sifətin mərifəti Onun zatından özünə müqəddəmdir.” Necə ki, həzrət Yusifin (əleyhissalam) qardaşları əvvəl Yusifin özü barəsində fikirləşdilər sonra onu tanıdılar. “Onlar dedilər: sən Yusifsən? Yox, Yusif sənsən?” yəni, qarşılarında olananın özü haqqında düşündülər və sonra başa düşdülər ki, o Yusifdir. Başqalarından bu haqda soruşmadılar.[94]
Bu anlamlardan istifadə etməklə sübut olunmuşdur ki: Mümkün varlıqlar elə həqiqətlərdəir ki, Allah-taalaya tam şəkildə bağlı və Onun səyəsində yaranan varlıqlardır. Əks təqdirdə onların özlüyündə ehtiyacsız olmaları qarşıya çıxır. Nəticədə onların varlığı vacib olar və bu da qeyri-mümkün və batildir. Deməli, onlar bütün varlıqları ilə Allah-taaalya bağlı olub, Onsuz görünmələri qeyri-mümkündür. Yəni, nəticənin (məlulun) müsətəqil təsəvvür olunması qeyri-mümkündür. Çünki, hər bir varlıq maddi də olsa, öz varlığında Yaradana bağlı olduğuna görə onların dərk və təsəvvürü Yaradanla birgə nəzərə alınır.[95]
Əlbəttə, elm iki növdür: Bəsit (sadə) elm və mürəkkəb elm; həmçinin cəhalət də bu hissələr bölünür. Sadə elm, hər hansı bir mətləbə heç bir dərin və ikinci mərifət olmadan sadə elmi olmuş olsun. Mürəkkəb elm odur ki; bu elmdə məsələyə ikinci mərifət olsun. Yəni, şəxs bilsin ki, bilir. Biz də belə hesab edirik ki, hər kəs istər hüsuli və istərsə də hüzuri yol ilə Allah haqqında məlumat əldə etməlidir. Yəni, insanın istər hüsuli və istərsə də hüzüuri yolla əldə etdiyi mərifət istər-istəməz, Allah-taalaya olan elmlərdəndir.[96] “Onu hər kəs, hətta cahil də tanıyır”[97]
Hətta, şəkkidə olan insan da öz şübhəsini bilməzdən əvvəl, Allah-taalanı görür (qəlbən hiss edir) çünki, onun şəkkinin səbəbi Allahdır. Onun şəkki də Allaha bağlı olmağından xəbər verir. Bəli, bəziləri elmin nə olduğunu bilmir və bu dərkdən qafildirlər. Əgər həzrət Əlinin (əleyhissalam) “Elə bir şey görmədim ki, ondan əvvəl Allah-talanı (qəlb gözümlə) gördüm.”[98] Yaxud başqa yerdə buyurur: “Mən (qəlbi gözümlə) görmədiyim Allaha ibadət etmərəm!”[99]– deməsi buna görədir ki, o Həzrətin elmə elmi var idi. İmam (əleyhissalam) o dərəcəyə çatmışdı ki; “Şərq də, Qərb də Allahındır: hansı tərəfə yönəlsəniz (üz tutsanız) Allah oradadır.”[100]Bəs, sahibsiz tərəfi müşahidə etmək mümükün deyil. O iradə ölümü ilə (iradə ölümü, insan özü öz ruhunu bədəninidən çıxarması və yenidən öz bədəninə qaytarmasına deyilir) həyatda olan halda Allahı qəlbi gözlə müşahidə edən və Allahdan qeyrisinin gizlində olmasını görən bir arifdir. Yalınz, Yaradan müşahidə olunur və zahirdir. Ona görə də Həzrət başqa yerdə buyurur: “Əgər pərdələr gözümün önündən açılsa, zərrə qədər yəqinliyim artmaz.”[101]
İnsanın mərifət gözünün qarşısını alan şeyə hicab (pərdə-örtük) deyilir. Hicab ya zülmət ya da nuranidir. Qaranlıq hicab maddi örtükdür və onda üç şeyin olması lazımdır; örtülən, örtən və örtürülən. Amma, nurani örtükdə iki şey var; örtülən və örtürülən. Bu hissədədə örtük örtürülənin çox nuraniyyəti və ya dəqiq örtülənin zəifliyindəndir. Məsələn, insan bəzən divar və ya tozun təsirindən günəşi görə bilmir.[102]Bəzən də günəşin nurunun şiddətindən və ya gözlərinin zəifliyindən günəşi müşahidə etməkdən məhrum olur.
Hər halda üzündə bir örtük pərdəsi var,
Cahan gözündə gizlindir, aşkarlığından.
Allahla məxluqu arasında məxluqundan başqa bir pərdə yoxdur.[103]Əgər insan qaranlıq pərdələrini və mənəmliyini kənara qoysa da nuraniyyət pərdəsini kənara qoymaq üçün də çalışmalıdır. Çünki, Şəbaniyyə munacatında Allah taaladan nuraniyyət hicabının parçalanması istənilir.[104]İslam Peyğəmbərindən (səlləllahu ələyhi və alihi və səlləm) və Əhli-Beytdən (əleyhimussalam) başqa kimsənin nur pərdələrini tam şəkildə məhv etməyə qüdrəti yoxdur. Əlbəttə, Haqq-taalanın zat və sifətlərinin dərinliyinə çatmaq hətta, İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) və Əhli-Beytin (əleyhimussalam) qüdrətində deyil[105]və o Həzrətlərin nurani varlığı bu muşahidə üçün pərdə rolunu oynayırlar. Çünki, mümükün varlıq öz məhdudiyyətindən və ona təyin olunmuş hüduddan kənara çıxa bilməz. Onlar, aləmin Pərvərdigarına (Allah tarafindən onlara verilmiş) öz (məxsus) məhdud baxışından qəlb gözləri ilə baxırlar.
Deməli, hər alimin elmi həmin alimin özünün varlığının hüdudunda özü ilə Allah-taala arasında nurani pərdə olur. Həzrət Əli (əleyhissalam) belə buyurur: “Ağılları öz sifətinin sərhəd və hüdudlarından agah etməmiş (çünki onun zatının eyni olan sifətləri üçün hədd-hüdud yoxdur) və (ancaq) onları vacib həddə özünü tanımaqdan məhrum etməmişdir.”[106] Digər tərəfdən, bütün mümkün aləmin varlıqları Haqqın nişanələridir və həqiqətin güzgüsüdürlər.[107] Həmçinin, bütün varlıq aləmi varlıq sahibindən kənarda deyillər. Bəs, onların Haqqdan başqa heç bir varlığı yoxdur və yalnız, Haqqın camalını göstərirlər. Baxmayarq ki, uşaqlar (uşaq fikirli insanlar) Onu ayrıca varlıq bilirlər.
Başqa tərəfdən, “O, elə bir məbuddur ki, dərin düşüncəlilər belə Onu dərk edə bilməzlər. Əql və fikir dəryasına dalanlar (düşüncə dənizinə baş vuranlar) Onun zatının əslinə vara bilməzlər. (Vücudu mümkün olan Onun zatının həqiqətlərini necə dərk edə bilər?)”[ [108] Ona görə də Allah-taalaya mərifət həmişə acizliyə[109] etirafladır. Bunun da səbəbi yalnız, məchulun məlumun miqdarına olan nisbəti, yaxud, sonsuzun sonluğa nisbəti kimidir. Sonda qeyd olunmalı məsələ budur ki: bəzi rəvayətlərdə fitri mərifətdən söz açılır və o da əvvəldə bəhs etdiyimiz hüzuri elmdən sayılır.
68İnsanın fitrəti iki qismə bölünür: a) heç bir müəllim olmadan insanda olan mərifətlər və anlamlar; b) yaranışın təbiətinə uyuğun olaraq insanda olan meyylər və istəklər. Birinciyə “Fitri Allahşünaslıq”, ikincisinə isə “Fitri Allaha pərəstlik deyilir. Amma qeyd olunduğu kimi “fitri Allahşünaslıq” və “fitri Allahapərəstlik” lazımi agahlıqla olan mərifət deyildir. Yəni, bu adi insanların Allah-taalanı artıq fikirləşmədən qəbul etməsinə səbəb olan həddə deyil.
Amma, Allahı tanımaq fitri olduğuna görə bu yolda ələ gələn dəlillər insan üçün səbəb yox, tənbeh və ayıqlıqdır. Səbəblə axtarışda insan fikirləşir ki, nə isə təzə bir şey kəşf etmişdir. Amma insan tənbeh olduqdan və məqsədinə çatdıqdan sonra bu hissin öncədən onunla olduğunu fikirləşir. Ona görə də Quran və rəvayətlərdə pərdənin kənara çəkilməsindən söz gedir. Bu isə səbəb axtarmaq yox, əksinə tənbeh və ayıqlıq deməkdir.
İstifadə olunmuş ədəbiyyat:
A) Təhrir təmhid, Əh-Qəvaid, Ayətullah Cavad Amuli, 1-ci cildin ikinci bölməsi, səh-1-dən 61-ə qədər və 722-dən 785-ə qədər.
B) Rəhiqin məxtum, Ayətullah Cavad Amuli, 1-ci cildin ikinci bölməsi, səh-188, 189, 193, 201.
Q) Təfsir mövzuyi, Ayətullah Cavad Amuli, 1-ci cild, səh-162-dən 175-ə qədər.
D) Rəhiqin məxtum, Ayətullah Cavad Amuli, 1-ci cildin üçüncü bölməsi, səh-534.
Ç) Məbəniye mərifət dini, Məhəmməd Hüseynzadə, səh-36-44.
X) Əl-Mizan, Əllamə Təbatəbai, 6-cı cild, səh-85-105.
O) Amuzeş əqaid, ayətullah Misbah Yəzdi, səh-35-62.
T) Seyri dər Nəhcül-Bəlağə, Şəhid Mütəhhəri.
F) Quran, irfan və burhan əz həmdigər cüdayi nədarəd, (Quran, irfan və bürhan bir-birindən ayrı deyillər) Ayətullah Həsənzadə, səh-141-142-143.
[82]  Doğrudur ki, nəql əsasında da Allah haqqında maarif ələ gtirmək olar. Amma, əvvəlcə nəqlin etibarı sabit olduqdan sona mətni dəlildir. Həmçinin, Məsumların (əleyhimussalam) hədisləri əql və qəl üçün müqayisə mənbəyi də ola bilər.
[83]  Şeyx Səduq (rüh), Ət-Tövhid, səh-293, bab isbat hüdus aləm, hədis əvvəl.
[84]  Fussilət surəsi, 53.
[85]  “Liqaullah” kitabından, ayətullah Həsənzadə, səh-26-27. (xülasə ilə)
[86]  Taha surəsi, 50; Səcdə surəsi, 71; Əla surəsi, 3; Ali İmran surəsi, 190.
[87]  Nəhcül-Bəlağə, qısa kəlmələr, 250 (tərcümə, Məhəmməd Dəşti)
[88]  Şərh İbn Əbil-Hədid, 20-ci cild; Əsrarul-Bəlağə, səh-88.
[89]  Maidə surəsi, 105.
[90]  Fussilət surəsi, 53
[91]  İbrahim surəsi, 10. Nur surəsi, 35.
[92]  Qaf surəsi, 22.
[93]  Məfatehul-cinan, səh-469.
[94]  Töhəful-Uqul, Kalamuhu fi vəsfil-məhəbbət, səh-342.
[95]  Əsfar, 1-ci cild, səh-113-120.
[96]  “Heç bir varlıq Allahsız bir şeyi dərk edə bilməz, Allahı da Allahsız dərk etmək olmaz.” Ət-Tövhid, Sifatiz-zat vəl-əfal, 7-ci hədis, səh-143.
[97]  Ət-Tövhid, babut-Tövhid, və fi təşbih, 15-ci hədis, səh-58.
[98]  Əsfar, 1-ci cild, səh-117.
[99]  Kafi, 1-ci cild, Babu ibtalur-rəviyyə, 6-cı hədis; Ət-Tövhid, bab ma caə fir-rəviyət, 6-cı hədis.
[100]  Bəqərə surəsi, 115.
[101]  Şərh İbn Meysəm.
[102]  Örtük pərdəsinin açıq şəkli yoxdur amma, tozlu yolda otur bəlkə baxa bildin. (Hafiz)
[103]  İmam Kazim (əleyhissalam) buyurur: “Allah-taala ilə Onunu yaratdıqları arasında yaranmışlardan başqa pərdə yoxdur. Ət-Tövhid, səh-179. Bab nəfyil-məkan vəz-aman vəl-hərəkət ənhu təaala. 12-ci rəvayət.
[104]  “Qəlblərimizin nurani olub Sənə tərəf baxmasına xatir nur hicablarını parçala ki, Sənin əzəmətinə mülhəq olsun!”
[105]  Ali İmran surəsi, 30; “Allah sizi Öz əzabından çəkindirir.”
[106]  Nəhcül-Bəlağə, xütbə-49.
[107]  İmam Riza (əleyhissalam) İmran Sibi ilə elmi bəhsində buyurur: “Nə O yaranmışdadır və nə də yaranmaş Ondadır. Güzgü kimi nə sən ondasan və nə də o səndədir. Güzgü kimi ilğım deyil ki aldadıcı görünüşü olmuş olsun. Həm də hər bir həqiqətin Onun surətini nişan verməkdən başqa bir surəti yoxdur.” Şeyx Səduq, Ət-Tövhid, səh-434-435.
[108]  Nəhcül-Bəlağə, birinci xütbə.
[109]  “İlahi! Səni lazımi mərifətlə tanımamışıq!” Biharul-Ənvar, 71-ci cild, səh-23; Birinci rəvayət belə də nəql olunur.”İlahi! lazım olan kimi Sənə bəndəçilik edə bilmədik!” Miratul-uqul, 8-ci cild, səh-146.
Allah sizə yar olsun.
Sual (9) : Salamun əleykum.Əgər bütün insanlar ömrünü etiqad əsasları ilə bağlı mütaliə və araşdırmaya sərf etsələr, cəmiyyət iflic olar, kimsə başqa bir işə vaxt ayıra bilməz. Bu nöqtə nəzərə alınarsa, etiqad əsaslarında təqlid yolu ilə getməyən insan nə etməlidir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Məqsədimiz bu deyildi ki, hamı kəlam alimi (mütəkəllim) və ya filosof olmalıdır. Sadəcə, bildirmək istədik ki, insanın imanı şüar səviyyəsində qalmamalı, kiçik bir şübhə ilə rastlaşan zaman puça çıxmamalıdır. Bu işi hamı bacarar. İnsan ətrafında baş verən kiçik bir hadisəni araşdırmaqla öz etiqadının düzgünlüyünü anlaya bilər. Əl çarxı ilə ip əyirən qoca qarının əhvalatını nümunə göstərə bilərik. Uyğun hadisə deyilənləri təsdiqləyir. Bir şəxs ondan Allahını necə tanıdığı barədə soruşur. Qoca qarı əlini çarxdan çəkir və çarx dayanır. Qarı deyir: “Hətta bu kiçik və sadə çarx hərəkət üçün mən qoca qarının köməyinə möhtacdır. Necə ola bilər ki, əzəmətli varlıq aləmi qadir yaradana möhtac olmasın?!”
Allah sizə yar olsun.
Sual (10) : Salamun əleykum.İnsan talehini özü yazır, yoxsa onun talehi Allah tərəfindən yazılır? Əgər Allah yazırsa, onda nə üçün onu kafir yaradır ki, nəticədə insan cəhənnəmə gedir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.

Varlıq aləmində səbəb-nəticə qanunu hakimdir; bu qanunlar heç bir istisna olmadan cərəyan edir. Bu qanunlara əsasən, dünyada hər bir varlığın yaranması müəyyən səbəblərə (gerçəkləşmənin səbəb və şərtlərinə) bağlıdır. Onların hamısının gerçəkləşməsi fərz olunduqda (bu, tam illət (səbəb) adlanır) onun vücuda gəlməsi (fərz olunan məlul) zəruri (cəbri) olur. Onların hamısının, yaxud bəzi qisminin olmaması ilə həmin varlığın vücuda gəlməsi qeyri-mümkündür. Bu nəzəriyyənin dəqiq şəkildə araşdırılmasından aşağıdakı iki mətləb aydın olur: 1. Hər hansı bir varlığı (məlulun) onun tam illətinin məcmusu ilə, həmçinin tam illətinin hissələri ilə müqayisə etdikdə onu tam illətlə olan tənasübü zərurət nisbətində (cəbr) olacaqdır. Onun tam illətin hissələrin hər birinə olan münasibəti (onların hər biri “naqis (natamam) illət” adlandırılır) “imkan” nisbətidir. Çünki illətin bir hissəsinin məlula olan nisbəti “vücudun zərurətini” deyil, yalnız ona “vücud imkanı” verir. Buna əsasən, hər bir varlığı öz vücudunda özünün tam illətinə zəruri bağlılığı olan, onun bütün varlığına zərurət hakim kəsilən varlıq aləmi bir sıra zəruri və qəti hadisələrdən tənzim olunmuşdur. Bununla belə onun hissələrində “imkan” sifəti (özünün tam illətindən başqa şeylərlə müəyyən nisbəti və əlaqəsi) öz yerində qalmaqdadır. Qurani-Kərim öz təlimlərində bu zəruri hökmü “ilahi qəza” adlandırır. Çünki bu zərurətin mənşəyi varlıq aləminə vücud verən Allahdır. Buna görə də heç bir qanundan kənar hallara yol verilməyən, ədalətli olan, istisna və seçkilik qəbul etməyən qəti bir hökm və qəzadır. Allah-taala buyurur: “...Bilin ki, yaratmaq da, əmr etmək də Ona məxsusdur...” Başqa bir yerdə buyurur: “(Allah) bir işi hökm edəndə ona “ol!” deyər, o da dərhal vücuda gələr.” “Allah hökm edir, Onun hökmü üçün heç bir təqib edən yoxdur.” 2. İllətin (səbəbin) hissələrindən hər biri məlula (nəticə) münasib əndazə və meyar verir, məlulun yaranması da tam illətin onun üçün müəyyən etdiyi əndazələrin məcmusuna müvafiq şəkildə olur. Məsələn, insan üçün tələffüzü vücuda gətirən illətlər təkcə mütləq tənəffüsü icad etmir, əksinə ağızda və burundakı müəyyən qədər havanı müəyyən zaman, məkan və şəkildə müəyyən əndazədə tənəffüs yolu ilə ciyərlərə göndərir. Görməyi insan üçün vücuda gətirən illətlər (insan da onların bir hissəsidir) qeyd və şərt olmayan gözləri vücuda gətirmir; əksinə o, gözləri icad edir ki, onun vasitələri hər bir cəhətdən onun üçün təyin olunubdur. Bu həqiqət bütün dünya varlıqlarında, eləcə də onda baş verən hadisələrdə heç bir istisna olmadan cərəyan edir və qüvvədədir. Qurani-Kərim öz təlimlərində bu həqiqəti “qədər” adlandırır, onu bütün varlıqların mənşəyi olan Allaha nisbət verib buyurur: “Həqiqətən Biz hər bir şeyi qədər ilə xəlq etdik.” Başqa bir ayədə buyurulur: “Elə bir şey yoxdur ki, onun xəzinələri Bizim yanımızda olmasın; Biz də onu yalnız məlum qədərdə nazil edirik.” İlahi qəza səbəbi ilə yaradılış aləmində yer tutan, qərarlaşan hər bir varlıq və hadisənin vücudu zəruri və qaçılmazdır. Həmçinin qədər səbəbi ilə vücuda gələn hər bir varlıq və hadisə Allah tərəfindən onun üçün müəyyən olunmuş əndazədən azacıq da olsa, kənara çıxmır. Alın yazısı ilə Qəza və Qədər eynidir.

Eger e-email poçtunuz latin qrafikasini tanimasa, göstərilən linkdən oxuyun:

http://haqyolu.com/faqs/view/2950/q:IHHJmXph


Allah sizə yar olsun.
Go to TOP