Sual (1) : Salam. Axı nə üçün haмı naмazı ərəb dilində qılмalıdır? Мəgər hərə öz dilində naмaz qılsa, İslaм dini daha sürətlə yayılмazмı?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Əslində naмazın ərəb dilində qılınмası onun üмuмbəşəri olмası əlaмətidir. Çünki bir cərgədə dayanмış, bir cəbhədə fəaliyyət göstərən cəмiyyət eyni bir dildə danışмağa мəcburdur. Hər bir insanın ana dilindən əlavə üмuмdünyəvi bir dilə də ehtiyacı var. Belə bir dil olмadan cəмiyyətdə kaмil birliyi təмin etмək мüмkünsüzdür.

Bu gün dünyanın bir çox мütəfəkkirləri belə bir əqidədədirlər ki, dünya vahid dövlət halına gələnədək bəşəriyyət həqiqi xoşbəxtliyə çatası deyil. Bu мəqsədlə мüxtəlif proqraмlar hazırlanмışdır. Həмin proqraмın bir мaddəsi də beynəlмiləl dildir.

Bir sözlə, bütün dünya мüsəlмanlarının vahid bir dildə ibadət etмəsi birlik nişanəsidir. Мütəxəssislərin fikrincə, ərəb dili dünyanın ən geniş və iмkanlı dillərindəndir. Bütün мüsəlмanlar ərəb dilindən beynəlмiləl bir dil kiмi istifadə etмəklə islaмi birliyi təмin edə bilərlər.

Bundan əlavə, naмazın vahid bir dildə qılınмası onu təhriflərdən, xürafatdan qoruyur. Мəluм мəsələdir ki, мüxtəlif səviyyəli tərcüмələr ilkin мətni dəqiq şəkildə ifadə edə bilмir. Naмazın ərəb dilində qılınмası ilə onun ruhu qorunur. Ona görə də hər bir мüsəlмan iмkan daxilində ərəb dilini öyrənмəlidir. İstənilən bir мillətin nüмayəndəsi naмazın bir səhifəlik tərcüмəsini qısa bir zaмanda öyrənə bilər.

Bir sözlə, İslaмın bütün etiqadi və əмəli мəsələlərinin əsasını tövhid təşkil edir. Naмaz vahid qibləyə doğru, мüəyyən vaxtda, vahid bir dildə qılınır. Bütün bunlar vəhdət nişanəsidir.

Əgər həcc мərasiмi zaмanı Мəkkədə olsaq, ayrı-ayrı мillətlərin bir cərgədə duraraq eyni bir dildə “Əllahu Əkbər” sədasını eşitsək, bu vəhdətin əzəмətini duyarıq. Əgər həмin мərasiмdə eyni bir cüмləni hərə öz dilində deyərdisə, uyğun əzəмətdən əsər-əlaмət qalмazdı.

Allah sizə yar olsun.

Sual (2) : Salamun əleykum. Deyilir: Əgər niyyət pak olsa bəsdir və dua və ziyarətə daha ehtiyac yoxdur; bu doğrudurmu?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bu şeytanın insanları dua, ziyarət və digər əməllərdən uzaqlaşdırmaq üçün olan bir hiyləsidir, çünki dua və təvəssül imamların vasitəsi və Allahın bir başa olan əmri ilə insanların öhdəsinə qoymuşdur. İnsanlara nümunə və qəlblərinin saf olmasına dualar səbəb olub məsum imamlarla daha çox əlaqə yaratmağa səbəb olmuşdur. Bütün bu dua və təvəssüllərlə bu uca məqamdan bəhrələnmək olmaz və bu dualarla qəlbin pak və təmiz olması da lazımdır. Yəni lazımdır ki, insan təmiz qəlblə dua etsin və bu ilahi vasditəylə əlaqə yaratsın ki, çətinliklərdən nicat tapdıqdan əlavə istəklərini alaraq, qəlbini nurlandırıb, ilahi övliyalarla əlaqə yaratsın ki, çətinliklərdən nicat tapdıqdan əlavə istəklərini alaraq, qəlbini nurlandırıb, ilahi övliyalarla əlaqə yaradaraq öz çöhrəsini gözəlləşdirsin.
Demək olar ki: Pak niyyətlə dua, ziyarət oxuyub rabitə yaratmaq, az bir illət olaraq insanı kamilləşdirməkdən başqa bir şey deyildir, onlardan birinə qovuşmaq bəzi o birisindən ehtiyacsız etmir; başqa sözlə desək, bir şeyi sabit etmək, digərlərini nəfy etmir (qadağan etmir). Yəni əgər deyilirsə, "Təmiz niyyət lazımdır" və ya deyilsə: "Təvəssül, dua və ziyarət lazımdır" o demək deyildir ki, birinə əməl etdikdə o birisinə ehtiyac yoxdur.
Bəli! əgər həqiqi niyyəti olsa və onu yerinə yetirməyə qüdrəti olmasa, Allah öz lütf və kərəmiylə o işin savabını onun üçün yazar: Amma bu qanunu qüdrəti olub bu işdən boyun qaçıran şəxsin haqqında demək olmaz; belə şəxslər özlərini aldatmışlar! Elə ki, su içməyi təsəvvür etmək və yaxud su içməyi niyyətində keçirmək susuzluğu aradan qaldırmır!

Allah sizə yar olsun.
Sual (3) : Salamun əleykum. Həzrət Peyğəmbər (s) buyurur: “İmanlı insanın niyyəti onun əməlindən üstündür. Kafirlərin niyyəti onların pis əməllərindən də pisdir.” Axı necə ola bilər ki, bir insanın niyyəti onun əməlindən üstün və ya alçaq olsun?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Yuxarıda qeyd olunan hədis İslamın məşhur hədislərindəndir. Bu hədisi həm sünni, həm də şiə alimləri nəql etmişlər.
Uyğun hədis ayrı-ayrı alimlər tərəfindən müxtəlif cür təfsir olunmuşdur. Biz bu təfsirlər içində daha münasib saydığımız təfsiri nəzərinizə çatdırırıq:
Möminin niyyəti və himməti onun əməlindən daim üstündür. Mömin şəxs nəzərdə tutduğu xeyir əməlin onda bir hissəsini görmüş olsa da, xeyir niyyətinə görə böyük mükafatla mükafatlandırılır.
Əksinə, kafir şəxs Allaha inanmadığından və əməlinin cəzasından qorxmadığından onun vücudu çirkin fikirlər ocağıdır. O daim hansısa pis bir iş görmək haqqında düşünür. Hansısa maneələrə görə həmin çirkin niyyətlərini həyata keçirə bilməsə də, onun niyyəti çirkinliyində qalır. Ona görə də həzrət buyurur ki, kafirin niyyəti onun əməlindən də pisdir. Haqqında danışdığımız hədis imam Baqir (ə) tərəfindən nəql olunmuşdur.

Allah sizə yar olsun.
Sual (4) : Salamun əleykum. Mən dualari ərəbcə oxuyanda həc bir zövq almiram. Siz yazdıgınız təqibatlar bizim kitablarda ərəbcədir Mümkündürmü siz aşagıdak duaların tərcüməsini gondərəsiz?yani aşagıdakı duaların-- Zohr namazının təqibində "La ilahə illallahul əzimul həlim...", Əsrin təqibində "Əstəgfirullahəlləzi la ilahə illa huvəl həyyul-qəyyum...", şam namazının təqibində "İnnəllahə və məlaikətəhu yusəllunə əlan nəbi...", işanın təqibində "Əllahummə innəhu ləysə li ilmun bu məvzii...", sübh namazı təqibində isə "Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmmədin vəhdini lima..." Birdə yazdigınız dualar məfatihul cinandaki hər namazin ozunə məxsus dualardı?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Zöhr namazının təqibi
Əzəmətli və səbirli Allahdan başqa Allah yoxdur, Böyük ərşin rəbbindən başqa məbud yoxdur. Aləmlərin rəbbinə həmd-səna olsun. Allahim, həqiqətən mən Səndən rəhmətinə səbəb olacaq şeyləri və məğfirət iradəni, hər yaxşılıqdan bir mənfət, hər günahdan amana qalmağı istəyirəm. İlahi məni bağışlanılmaz günahlardan, sevincə çevrilməyəcək kədərlərdən, şəfası olmayan dərdlərdən, gizli saxlanılmaz eyiblerden, çoxalmayan ruzilerden, amana çevrilmeyecek qorxulardan, tükənməz psiliklərdən, sənin razılığın və mənim məsləhətim olmayan istəklərdən saxla və onların əksini əta et, ey mehribanların ən mehribanı, dualarımı həyata keçirt ey aləmlərin rəbbi.
Əsr namazının təqibi
Məğfirət-günahlarımın bağılanmasını diləyirəm diri, əbədi, rəhman və rəhim, cəlal və əzəmət sahibi olan Allahdan ki, ondan başqa məbud yoxdur. Və Ondan zəlil, təvazökar, qüssəli yoxsul, giriftar, Sənə pənah gətirən, heç bir zeyir və zərərə malik olmayan, olum və ölüm , həşr ixtiyarı əlində olmayan bir bəndə olaraq tövbəmin bağılanmasını diləyirəm.
Ey Rəbbim, doymayan nəfsdən, xuşusuz qəlbdən, faydasız elmdən, dərəcəsi olmayan namazdan, qəbul edilməyən duadan Sənə panah gətirirəm.
Ey Rəbbim, Səndən çətinlikdən sonra asanlıq, sıxıntıdan sonra asayiş, məçəqqətdən sonra emin-amanlı diləyirəm.
Ey Rəbbim, malik olduğum hər nemət səndəndir, Səndən başqa məbud yoxdur, günahlarımı bağışla, Sənə tərəf qayıdıram!
Şam namazının təqibi
Həqiqətən, Allah və mələklər Peyğəmbərə (s) salam verirler, ey iman gətirənlər,siz də ona ardıcıl olaraq salam verin.
Ey Rəbbim, Məhəmməd peyğəmbərə (s), övladlarına, Əhli-beytinə (ə) salam ola.
İşa namazının təqibi:
Ey Rəbbim, həqiqətən ruzimin mənşəyinə elmim yoxdur, həqiqətən qəlbimdən keçən günahların (məhvini) tələb edirəm, ona görə şəhər-şəhər gəzəcəyəm, ona görə də sərgərdan olub bilmirəm ki, axtardığım səhrada, dağada, yerdə, göydə, dənizdə, çöllükdə kimin əlində və öhdəsindədir. Həqiqətən (sonra) bildim ki, onun elmi və vasitələri sənin yanındadır. Onu şəfəqti ilə bölən, mərhəməti ilə səbəb edən Sənsən.
Ey Rəbbim, Məhəmmədə (s) və onun ailəsinə salam de, ey Rəbbim ruzimi genişləndir, əldə olunmasını asanlaşdır, qaynağını yaxın et, məni mənim üçün daxilində ruzi təyin etmədiyin şeylə zəhmət və məşəqqətə salma, çünki Sən mənə zülm verməkdən ehtiyacsızsan, mən sənin mərhəmətinə ehtiyaclıyam, Məhəmmədə (s) və onun ailəsinə salam de. Öz fəzlinlə mənə ehsan et. Həqiqətən Sən böyük fəzl sahibisən.
Sübh namazının təqibi
Ey Rəbbim, Məhəmmədə (s) və ailəsinə salam de. Məni öz iznin ilə ixtilaflı məsələlərdən hidayət et. Həiqətən Sən istədiyini doğru yola hidayət edənsən.
İnsan musteheb emelelrden lezzet aldigi qeder onlari icra etmelidir. Meslen, on sehifelik duani oxuyarken yaliniz bir sehifesinden lezzet ala, ruhu qidalana bilirse, hemin bir sehife ile kifayetlenmelidir, eks teqdirde diger sehifeleri oxumaq ozunu yormaqdan başqa bir şey deyil.
Qeyd etdiyimiz teqiabatlar Mefatihul-cinanda namazin xas teqibleridir.

Allah sizə yar olsun.
Sual (5) : Salamun əleykum. Mən bilmirəm nə edim:( nə qədər dua edirəm nəzir deyirəmki davamlı olaraq sübh namazına oyanım əlimi Qurana basmışam andda içmişəm amma yenə də bəzən yatıb qalıram artıq xəcalət çəkirəm Allahdan: ( utanıram əlimi qaldırıb dua etməyə. Nə üçün mən şübhə oyana bilmirəm? Mənə xüsusi əməli göstərişlər deyə bilərsizmi? Bəlkə mən çoxlu təqibat edirəm ruhumu cox yükləyirəm? Bu ola bilərmi? Mən etdiyim təqibatları yazım siz deyin Bəlkə bunlardan hansısa iradəmi sustləşdirir? Bu mənim sübh namazından sonrakı təqibatımdır: 1.Fatimeyi Zəhra (ə) ın zikri 2. Şukur səcdəsi 3. Məfatihul cinandakı umumi təqibatdan--1-ci,2-ci,3-cu,5-ci,6-cı,7-ci,8-ci,9-cu,10-cu,12-ci,14-cu,17-ci təqibatları edirəm (məndəki kitab azərbaycan dilindədi ama dualar ərəbcədir) 4.10 dəfə Qədr surəsi 5. 70 dəfə Ya Allahu 6. 70 dəfə istigfar 7. 100 dəfə salavat 8. Günün duası zikri 9. Günün imamının ziyarəti və namazı 10.Aşura ziyarəti 11. Əhd duasi 12. Ər Raziq zikri 308 dəfə 13. Ruzi üçün dualar 14. Üç dəfə ixlas surəsi, bir dəfə Fələq və bir dəfə Nas surəsini oxuyuram sondada azəri dilində dua edirəm. Mənim o qədər elmim yoxdur, daha dogrusu ustadım yoxdurki sual verim. Bəlkə mənim o qədər tutumum yoxdur.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Duani, təqibatı çox oxumaq yox, onu mənəvi halla, dərk edərək oxumaq əsasdir. Siz mustəhəb əməlləri az, amma ləzzətlə yerinə yetirin. Şubhəsiz, həddindən artiq mustəhəb əməllər həm adamı yorar və həm də insanı gündəlik işlərdən saxlayar. Həm də bir hədisdə deyilir ki, şeytan üçün bu yetər ki, insani bir mustəhəb əməldən digər mustəhəb əmələ sovq etsin. Qısası, Islam dinində ifrat və təfrit kəskinliklə pislənib.
Sübh namazına oyanmaqdan ötrü çalişin tez və dəstamazla yatın. Yatarkən Ayətul-kürsünü oxuyumaği unutmayın. Həmçinin sübh namazına oyanmaq üçün "Kəhf" surəsinin son ayəsini oxumaq tövsiyə edilib. Habelə, yatarkən səmimi qəlbdən Allahdan sübh namazına qalxmanızı diləyin.

Allah sizə yar olsun.
Sual (6) : Salamun əleykum. Bildiyimiz kimi günlər məsum imamlar arasinda bölunub mən hərgun onları ziyarət edirəm bilmək istərdim ziyarətdən sonra həmin gunun imamına hədiyyə namazı qılım? Ya ziyarət namazı qılım? Hansı fəsilətlidir? Həmdəki imam Xomeyninin (r.a) kitabında yazılıbkı günün imamına təvəssül etməliyik necə edək; ərəbcə yoxsa ana dilində? Hansı fəzilətli olar?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Qeyd etdiyiniz kimi hər günün öz duasi və ziyarəti var. Siz dua və ziyarəti oxuyandan sonra həmin günə aid olan məsumun namazını qıla və ya duasini oxuya bilərsiniz. Hər iki əməlin fəziləti var. Müstəhəb namaz qilib və ya dua oxuyarkən mənəvi halınıza baxın, hansına daha çox meyillisinizsə, onu yerinə yetirin.
Əgər ərəb dilini oxuya bilir və mənasını da anlayırsınızsa, ərəb dilində oxumaq daha yaxşıdır, əgər bilmirsinizsə, öz dogma dilinizdə məsumla dua və munacat edin.

Allah sizə yar olsun.
Sual (7) : Salamun əleykum. Allah-təala Nuhun (ə) hansı duasını qəbul etmədi?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
İlk ülul-əzm peyğəmbər olan Nuhun (ə), öz tayfasından çəkdiyi əzab-əziyyət Qurani-kərimdə geniş şərh olunmuşdur. «Biz səni ancaq özümüz kimi bir insan sayırıq» deyən bu tayfa o qədər azğınlaşımışdı ki, hətta «qorxutduğun əzabı gətir görək»-deyə meydan oxuyurdu. Nəhayət, Allahın əzabı nazil olur və Allah-təala «zülm edənlər barədə mənə müraciət etmə, çünki onlar suda boğulacaqlar»,-deyə Nuha (ə) qarşıdakı əzab barədə məlumat verir. Nuhun gəmi düzəltdiyini görən tayfa onu məsxərəyə qoyur, hətta doğma oğlu bu işi istehza ilə qarşılayır. Allahın əmri ilə hər heyvandan bir cüt və ailə üzvlərini gəmiyə götürən Nuh (ə) oğlunu dəvət etdikdə, belə cavab alır: «Mən bir dağa sığınaram, o da məni qoruyar». Su yer üzünü bürüyüb, gəmini öz ağuşuna aldıqca, əzaba düçar olan tayfa dalğalar altında görünməz olur. Oğlunu əzaba düçar olanlar içində görən Nuhun qəlbində atalıq hissi baş qaldırır. Allah dərgahına üz tutub deyir: «Pərvərdigara, oğlum mənim ailəmdəndir. Sən mənim ailəmi bu tufandan xilas edəcəyini vəd vermişdin». İstəyinə müsbət cavab alacağını ümid edən Nuh peyğəmbərə buyurulur: «O sənin ailəndən deyildir. O qeyri-saleh bir əməldir. Elə isə bilmədiyin bir şeyi məndən istəmə. Sənə cahillərdən olmamağı nəsihət edirəm». Bir an atalıq hissinə qapılmış Nuh, dərhal peşman oldu və Allahdan bağışlanmaq dilədi. Əslində, Allahdan istənilən bir şəxsin bağışlanmasını istəmək günah deyildir. Nuh da bir insanın bağışlanmasını dua etmişdi. Onun duasının qəbul olunmaması, Allah-təalanın bütün işlərdə ədalətə istinad etməsindəndir. Günah uçurumuna yuvarlanmış, hətta qeyri-saleh əməl adlandırılmış bir şəxs, olduqca həssas bir məqamda bağışlana bilməzdi.
Allah sizə yar olsun.
Sual (8) : Salamun əleykum. Qorxudan həyacandan azad olmaq üçün Peyğəmbərin (s), əhli-beytin (s) oxuduqları, tovsiyə edikləri duadan bizə yazmağınızı xahiş edirəm.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
İmam Sadiq (ə) buyurub: İmam Əli ibn Hüseyn (ə) buyururdu ki, bu kəlmələri oxuyanda cin və insin heç bir zərərindən qorxmuram:
Bismillahi və Billahi və minəllahi və iləllahi və fi səbilillahi və əla milləti rəsulullahi səlləllahu ələyhi və alihi. Əllahümmə iləykə əsləmtu nəfsi və iləykə vəccəhtu vəçi və iləykə əlcətu zəhri və iləykə fəvvəztu əmri. Əllahümmə, ihfizni bi hifzil imani min bəyni yədəyyə və min xəlfi və ən yəmini və ən şimali və min fəvqi və min təhti və ma qibəli. Vədfə ənni bi həvlikə və quvvətikə. Fəinnəhu la həvlə vəla quvvətə illa bikə.

Allah sizə yar olsun.
Sual (9) : Salamun əleykum. Bir kitabda bildirilir ki, “Nüdbə” duasında şiəliklə uyuşmayan nöqtələr var. Və bu nöqtələr keysaniyyə firqəsinin əqidəsini xatırladır. Kitabda belə yazılır: “Nüdbə” duasında həzrət Mehdiyə (ə) müraciətlə soruşulur: “Bilmirəm haradasan, harada qərar tutmusan? Rəzəvi, yoxsa Zi-tuva dağındasan?” Başa düşmürəm ki, bir çox dini mərasimlərdə əsrin imamına müraciətlə oxunan bu duada nə üçün o Zi-tuva və Rəzəvi dağında axtarılır? Axı bu yerlər keysaniyyə firqəsinin əsrin imamı hesab etdiyi Məhəmməd Hənəfiyyənin yeridir? Onların əqidəsinə görə Məhəmməd Hənəfiyyə məhz bu dağda qeybə çəkilmişdir və oradan da zühur edəcəkdir. Həmin firqədən olanlar bu dağın ətəyində və ya üzü bu dağa dua edərək onun zühur edib qiyam qaldırmasını diləyirlər. Axı həzrət Mehdinin (ə) bu dağla hansı bağlılığı var? Axı o, məxsus bir yerə sığınmamışdır?! Biz inanırıq ki, o hər yerdədir və hər şeyi görür. Sadəcə, biz onu tanımırıq. Ona görə də həzrətin harada gizlənməsi barədə danışmaq on iki imamçı şiələrin əqidəsi ilə uyğun deyil.” Bu duanı dəqiq şəkildə mütaliə etdikdə görürük ki, duanın ortasında rabitəsiz olaraq qeybdə olan imama müraciət edilir. Belə bir müraciət nə dərəcədə düzgündür?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Doğrudan da, “Nüdbə” duası maraqlı və mənalı dualardan biridir. Bu dua olduqca məntiqli, rəvan və nizamlıdır. Mahiyyət baxımından “Nüdbə” duası elmi, inqilabi, etiqadi, siyasi, eləcə də həssas bir duadır. Əgər bu duadakı ifadələrin dərin məfhumuna yol tapa bilsək, onun ictimai mübarizələrdə ilham mənbəyi olduğunu anlayarıq.
Duada həzrət Peyğəmbərin (s) besətinin fəlsəfəsinə, onların qısa tarixçəsinə, həzrət Peyğəmbərin (s) qiyamına Əmirəl-mömininin xilafətinə işarə olunur. Quran və rəvayətlərdən gətirilən canlı sübutlarla həmin xilafətin haqq olduğu sübuta yetirilir, eləcə də, imamların dəvəti növbə ilə yada salınır. Bu yolla duanı oxuyanın diqqəti həzrət Mehdinin (ə) qiyamına yönəldilir. Sonra isə aşiqanə bir tərzlə əsrin imamına xitab olunur. Onun qiyamına şövqün izharından sonra həzrətin islahedici inqilabı şərh edilir və dua bir neçə təsirli istəklə başa çatır. Duanın əsil mahiyyəti yuxarıda deyilənlərdir. Duanın keysaniyyə əqidəsinə oxşarlığı qətiyyətlə rədd olunmalıdır. Amma əvvəlcə həmin məzhəb haqqında bir qədər açıqlama vermək yaxşı olar. Sonra isə duanın özündən gətirilən dəlillərlə həmin yersiz irada cavab verək:
Keysaniyyə əqidə kitablarında bildirildiyi kimi, dörd imama inanan şiə firqəsidir. Onlar həzrət Əlinin (ə), imam Həsənin (ə), imam Hüseynin (ə) imamətini qəbul edir və iddia edirlər ki, Məhəmməd Hənəfiyyə də imamdır. Bu firqə ona görə keysaniyyə adlandırılmışdır ki, onun öndə gedənlərindən birinin adı Keysan olmuşdur. Bu şəxs özünü Əli (ə) aşiqi kimi tanıtdırmışdır. Bəziləri də Muxtar ibn Əbi Ubeydənin ləqəbinin Keysan olduğunu iddia edirlər. Qeyd edirlər ki, Muxtar da bu məzhəbin daşıyıcılarından olmuşdur.
Qeyd edək ki, keysaniyyə firqəsi bir neçə şöbəyə parçalanmışdır, amma onların ən məşhur şöbəsinin əqidəsinə görə Məhəmməd Hənəfiyyə hazırda diridir və Rəzəvi dağında, Mədinənin ətrafında yaşayır. Allah bu şəxsin ixtiyarında su, bal arıları qoymuşdur. Guya bu şəxs intizarında olduğumuz Mehdidir (ə) .
Bu firqənin ardıcıllarından olan məşhur Ərəb şairi Kəsir öz şerində imamların sayının dörd olduğunu bildirir. Sonra isə Məhəmməd Hənəfiyyənin Rəzəvi dağında qeybə çəkilməsinə işarə olunur. Bu gün həmin firqənin ardıcılları çox azdır.
Qayıdaq söhbətin əvvəlinə: Nüdbə duası qəti şəkildə keysaniyyə əqidəsini inkar edir və bu dua on iki imamçı şiə əqidəsinə tam uyğundur. Bəzi dəlillər göstərək:
1. Nüdbə duasının üç cümləsində həzrət Mehdinin (ə) ata-babalarına işarə olunur və bildirilir ki, o, Xədicənin, Fatimənin övladıdır. Hansı ki, Məhəmməd Hənəfiyyəni Xədicə və Fatimənin övladı hesab etmək olmaz. Onun anası Cəfər qızı Xəblə Hənəfiyyədir. Bəs Nüdbə duası hansı əsasla keysaniyyə əqidəsinə oxşadılır? Əgər şübhə yaradan Rəzəvi kəlməsidirsə, duadakı üç cümlə bütün şübhələri aradan qaldırmalıdır.
2. Duada oxuyuruq: “Haradadır imam Hüseynin (ə) övladları? Salehdən sonra saleh, doğruçudan sonra doğruçu? Haradadır Allaha doğru bir başqa yol? Bir başqa seçilmiş? Haradadır parlaq günəşlər, aylar, ulduzlar, haqq ayininin bayraqları elm və bilik sütunları? Sonra isə tək halda belə soruşulur: “Haradadır Allahın ehtiyata saxladığı...” Bu cümlələrdən aşkar şəkildə görünür ki, imam Hüseyndən sonra müxtəlif imamlar olmuşdur. Onların biri digərinin ardınca gələrək ümmətin islahı, onların Allaha doğru dəvəti, elm və bilik üçün qiyam etmişlər. Nəhayətdə isə Allahın son ehtiyatı tək şəkildə bəyan olunur.
Bütün bunları nəzərdə saxlayaraq “Nüdbə” duasına qarşı irad bildirmək yersizdir. Axı keysaniyyə əqidəsində olanlar imam Hüseynin (ə) övladlarını müqəddəs bilmirdilər. Onlar həqiqi imamları rəsmi şəkildə tanımır və Məhəmməd Hənəfiyyəni imam sayırdılar. Həzrət Əlinin (ə) vilayəti zikrindən sonra imamlara işarənin görməməzliyə vurulması təəccüb doğurur. Elə düşünürük ki, keysaniyyə əqidəsinin inkarı üçün yuxarıda zikr olunan cümlələr kifayətdir.
3. Duada həzrət Mehdiyə (ə) xitabən deyirik: “Canım sənə fəda olsun, gizlisən, amma bizsiz deyilsən; uzaqsan, amma ayrı deyilsən...” Bu cümlələrdə həzrət Mehdini (ə) öz yanımızda bilirik. Bu onu göstərir ki, biz həzrəti gözəgörünməz hesab etmirik. Biz inanırıq ki, o tanınmaz şəkildə cəmiyyətdə olur və sabit bir ünvanı yoxdur.
4. Yuxarıda deyilənlərdən məlum oldu ki, bu duada ardıcıl şəkildə keysaniyyə firqəsinin xürafi əqidəsi inkar olunur. Dua on iki imamçı şiə əqidəsi ilə tam uyğundur.
İndi isə Rəzəvi kəlməsini araşdıraq. Məşhur yazıçı Yaqut Həməvi Bəqdadi yazır: “Rəzəvi Mədinə ətrafında bir dağdır. Rəzəvi ona mənsub olana deyilir. Həzrət Peyğəmbər (s) bu dağ haqqında buyurmuşdur: “Rəzəvi Allahın razı olduğu bir dağdır.” Sonra müqəddəs dağların adı çəkilir və deyilir: Əram ibn Əsbəh Sələmi deyir ki, Rəzəvi dağı ilə Yənbə arasında bir günlük məsafə var. Bu da Mədinənin yeddi mənzilliyindədir. Bu dağı seyr edənlərin biri xəbər verir ki, orada bol su və ağac var. Bu həmin dağdır ki, keysaniyyə tayfası Məhəmməd ibn Hənəfiyyənin orada olduğunu güman edir.
“Nüdbə” duasında Rəzəvi kəlməsindən sonra işlənmiş “Zi-tuva” kəlməsi Məkkə ətrafındakı dağlardandır. Onunla Məkkə arasında bir fərsəx məsafə var. Bu dağdan Məkkədəki evlər görünür.
İmam Baqirdən (ə) nəql olunmuş bir rəvayətdə deyilir ki, həzrət Mehdi (ə) Zi-tuva yolu ilə Məkkəyə daxil olar, əvvəlcə Bədr mücahidləri sayda mücahidlərlə Kəbə evinin kənarına gələr, qələbə bayrağını orada dalğalandırar.
Yuxarıda deyilənlərdən məlum olur ki, Rəzəvi müqəddəs dağlardandır. Peyğəmbərdən nəql olunmuş rəvayət də bunu təsdiq edir.
Demək, Rəzəvi dağı keysaniyyə əqidəsindən daha çox on iki imamçı şiələrin əqidəsi ilə bağlıdır. Olsun ki, keysaniyyə tayfası öz məqsədlərinə çatmaq üçün bu dağın müqəddəsliyindən istifadə etmişlər. Ona görə də nüdbə duasında Rəzəvi dağının adının çəkilməsini keysaniyyə əqidəsi ilə yox, bu dağın müqəddəsliyi, onun müqəddəsliyi haqqında Peyğəmbər buyruğu ilə əlaqələndirmək lazımdır.
Deyilənlərə başqa bir sübut Zi-tuva dağının adının çəkilməsidir. Çünki bu dağın keysaniyyə əqidəsi ilə heç bir əlaqəsi yoxdur. Bunu da qeyd etmək lazımdır ki, “Nüdbə” duasında həmin iki dağın adı çəkiləndən sonra “və başqaları” ifadəsi işlənmişdir. Demək, keysaniyyə düşüncəsinin əksinə olaraq, on iki imamçı şiələrin əqidəsinə görə həzrət Mehdinin (ə) xüsusi bir məkanı yoxdur. O bütün yer üzündə ola bilər. O öz babası həzrət Peyğəmbər (s) kimi həm Həra dağında, həm Kəbədə, həm Mədinədə, həm də yer üzünün başqa nöqtələrində ola bilər. Biz ümid edirik ki, bu sayaq xırda iradı olan kəslər öz suallarını geniş müzakirəyə çıxarmazdan qabaq, mütəxəssislərlə məsləhətləşəcəklər. Mütəxəssislər onları qane etməyəcəyi təqdirdə həmin sualı azad şəkildə bildirmək olar. Qaneedici cavab olduqda isə bu sayaq suallarla insanların düşüncə rahatlığını pozmamaq daha yaxşıdır.
Qeyd etmək lazımdır ki, “Nüdbə” duası haqqında tərtib olunmuş bir kitabçada təəccüb doğuran bəzi iradlar olunmuşdur. Bu yersiz iradların heç bir elmi əsası yoxdur. Onlardan bəzilərini nəzərdən keçirək:
Duanın mətnində belə bir cümlə var: “Məhəmmədin (s) ailəsi ilə dostluğu onun üçün mükafat qərar verdin və Quranda buyurdun ki, sizdən dostluqdan savay əvəz istəmirəm” ayəsi ilə ziddiyət təşkil edir. Guya Quranda heç bir əvəz istənilmədiyi halda, duada belə bir istək bəyan olunmuşdur. Hansı ki, duada irad tutulan cümlənin davamında izahat verilərək deyilir: “Sizdən əvəz olaraq istədiyim mənim yox, sizin xeyrinizədir...” Bundan əlavə, Əhli-beytlə dostluq məsələsinə Quranda da toxunulmuşdur. Bu dostluq bəşəriyyətə doğru yolu tapmaqda bir köməkçidir. Demək, həqiqətən də, həzrət Peyğəmbər öz Peyğəmbərliyinin müqabilində heç bir əvəz istəməmişdir. İstədikləri isə yalnız və yalnız xalqın xeyiri üçündür.
Bir sözlə “Nüdbə” duasına münasibətdə irəli sürülən iradlar duanın mətninə diqqətsizlikdən qaynaqlanır.

Allah sizə yar olsun.
Sual (10) : Salamun əleykum. Bu gün şiə müsəlmanlar arasında geniş yayılmış “Nüdbə” duasının etibarlı bir mənbəsi varmı?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
“Nüdbə” duası mötəbər sənədə malik, ali, fəsih, dəyərli, könül oxşayan bir duadır. Əgər bu duanı oxuyan şəxs kamil agahlığa malik olarsa, onun oxuduğu dua cəmiyyəti islaha sövq edər, zülmlə mübarizəyə qaldırar.
Amma bəzilərinin bu duaya qarşı mənfi münasibətini anlamaq olmur. Bəzən onun mətninə, bəzən də onun mənbələrinə hücum edilir. Hansı ki, onun nə məzmununda bir nöqsan var, nə də sənədi etibarsızdır. Bu dua daha çox keysaniyyə əqidəsinə oxşarlığına görə tənqid olunmuşdur. Əvvəlcə ən əsas iradlardan birinə cavab veririk:
Bəziləri duanı “Onun ruhunu səmalara apardın” cümləsini şiə əqidəsinə uyğun saymırlar. Bildirirlər ki, merac təkcə ruha aid deyil. Amma duanın mətninə diqqətlə nəzər salsaq, uyğun irad yersiz görünər. Duanın ən ilkin mənbələrindən biri Məhəmməd ibn Cəfər əl Məşhədinin “Məzare-kəbir” kitabıdır. Bu alim altıncı əsr alimlərindəndir. Onun kitabında duanın uyğun cümləsi belə ifadə olunmuşdur: “Onu səmalara meraca apardın.” Həmin mətndə ruh sözü işlədilməmişdir.
Duanın ikinci qədim nüsxəsi “Məzare-qədim” kitabındadır. Bu kitabın da müəllifi altıncı əsrdə yaşamışdır. Həmin kitabda da uyğun cümlə “Onu göylərə meraca apardın” kimi işlənmişdir.
Yalnız Seyyid ibn Tavusun “Misbahuz-zair” kitabında “ruh” sözü işlədilmişdir. Demək, duanın ilk üç mənbəsindən (sənədindən) ikisində ruh kəlməsi işlədilməmişdir.
Üçüncü mətnin də müxtəlif nüsxələri vardır. Bugünkü dua kitabları da həmin mənbədən götürüldüyündən uyğun cümlədə ruh kəlməsi işlədilmişdir. Duanın ilk mənbələrində isə ruh kəlməsi yoxdur.
Yuxarıda qeyd edildiyi kimi, dua üç məşhur kitabda verilmişdir: 1. Altıncı əsrin məşhur mühəddisi Məhəmməd ibn Cəfər əl Məşhədinin “Məzare-kəbir” kitabı; 2. “Ehticac” kitabının müəllifi mərhum Təbərsinin “Məzare-qədim” kitabı; 3. Seyyid Rəziyyəddin ibn Tavusun “Misbahuz-zair” kitabı.
Mərhum Əllamə Məclisi də “Biharul-ənvar” kitabının iyirmi ikinci cildinin 262-ci səhifəsində həmin duanı nəql etmişdir. Hər üç kitabda dua Məhəmməd ibn Əliyy ibn Yəqub ibn İshaq ibn Əbi Qurzədən və Məhəmməd ibn Hüseyn ibn Süfyan əl Bəzəvfərdən nəql olunmuşdur. İkinci şəxs əsrin imamının kiçik qeybəti dövründə yaşamış və adətən, imamın naibləri vasitəsi ilə onunla təmasda olmuşdur. Müəllif bildirir ki, bu duanın oxunmasının həzrət Mehdi (ə) göstəriş vermişdir.
Duanı ilk dəfə nəql edən bu iki şəxs dövrünün mötəbər alimlərindəndir. Məhəmməd ibn Hüseyn ibn Süfyan Bəzəvfəri şeyx Müfidin ustadlarındandır. Şeyx Müfid bu ustadı daim xoşluqla yad etmişdir. “Əz-zariə” kitabının müəllifi “Nüdbə” duasının Məhəmməd ibn Hüseyn Bəzəvfərinin kitabında verildiyini bildirir. Bəli, duanın mənbələri etibarlıdır. Uyğun dua hansısa az tanınmış şəxs tərəfindən nəql edilməmişdir. Əgər onun sənədləri mötəbər olmasa belə, vacib olmayan işlərin sənədinin araşdırılması zəruri deyil. Ona görə də uyğun duanın mənbələrinə bu qədər ciddi yanaşmağa dəyməz. Ciddi dəlillərə əsasən İslam alimləri müstəhəb işlərin və duaların mənbələrini son nöqtəyədək araşdırmırlar. Əgər uyğun məsələ məşhur bir kitabda nəql olunmuşdursa, bununla qənaətlənirlər. Bizim əlimizdə olan ən məşhur duaların da çoxunun yalnız bir mənbəsi vardır. Bu sahədə ciddi araşdırma aparanlar İslam fiqhinin uyğun qaydasından xəbərsizdirlər.
Uyğun duaya barışmaz münasibətlə yanaşan müəllif bildirir ki, hər kəs həmin duanın mənbəsini tapsa, onu on min tümən pulla mükafatlandıracaq. Müəllifin nəzərinə çatdırırıq ki, bu yazıları oxuduqdan sonra vəd etdiyi məbləğin heç olmaya onda birini yoxsullara paylasın ki, gələcəkdə uyğun məsələyə qayıtmasın.

Allah sizə yar olsun.
Go to TOP