Sual (1) : assalamaleykum!qadin abort edenden sonra,nece gunden sonra namaz qila biler?saq olun
Ad: elxan, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Körpənin hər hansı hissəsi ananın bətnindən göründüyü andan qadının gördüyü bütün qanlar nifas qanı sayılır.
Nifas qanının bir andan çox gəlməməsi mümkündür, amma 10 gündən çox olsa nifas hesab olunmur. Nifas qanı dayandıqdan sonra, qadın qüsl edib, ibadətlərini yerinə yetirməlidir.

http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (2) : alam mən namaza 15 yaşımda başladım 9 yaşımda yox bəs onon qəzlarını qılmalıyam
Ad: Kemale, Ölkə: , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Büluq həddinə çatdıqdan sonra namaz, oruc və s. dini təklifləri yerinə yetirmək sizin üçün vacib olur. Qız uşağının büluq həddinə çatması bu iki əlamətdən biri ilədir:
1.Aybaşı olması.
2. Hicri-qəməri tarixiilə 9 yaşının tamam olması. Bunların hansı biri tez baş versə, qız büluğ həddinə çatmış olur və şəri vəzifələrini yerinə yetirməlidir. Əgər bundan gec yerinə yetirsə, qəzasını etsin.

http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (3) : salam aleykum allah sizden razi olsun size bir sualim var eger kisi qadina yaxin durarsa mutleq qusul almalidir ve kisi qadinin dodagindan opse eger qadin yeniden qusul almalidir yoxca destamaz almalidi evvvelceden tesekkler
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Sualın fərzində qüsl və dəstəmaz lazım deyil. Cənabət qüslü iki şeyə görə olur: Biri duxul (yəni cinsi əlaqədə olmaq) olması ilə, biri də spermanın xaric olması ilə.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (4) : Salam. Men ölkəmizdən qıraqda yaşayıram. bura çox böyük şəhərdir. piyada yolları həmişə izdihamlı olur. qadın kişi elə qarışıq olur ki. amma elə keçidlər də var ki ora olduqca xəlvətdir və yolu uzaqdı deyə gedib-gələni olmur. Mən də hicalı xanımam. soruşmaq istəyirəm ki mən bir hicablı qadın olaraq bu izdihamlı yolla gedə bilərəmmi? Metronu da ki bilirsiniz nece qarisiq olur. Əvvəlcədən təşəkkür edirəm
Ad: Aliye, Ölkə: Rusiiya, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Qadınlar çox izdihamlı olan ictimai məkan və keçidlərdən istifadə etməməli, habelə xəlvət xiyaban və keçidlərdən də istifadə etməməlidir. Yaxşı olar ki, nə çox izdihamlı, nə də çox xəlvət olan gediş gəliş məkan, vasitə və keçidlərdən istifadə etsinlər.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (5) : Salam bu bir xanimin sualidir.Salam.ALLAHin nezeri ve lutfunde olasiz inwallah.Deyirsiz ALLAHin buyurdugundan sohbet gedirse valideyne qulaq asma.BESbu cahil ere neyleyesen .Qohumdu,gelini ne baw baglamaga qoymur ne oruc tutmaga.Evvelden evlerinde namaz qilib.oruc tutub.Evlenenden sonra wert qoyur ki baw baglasan ya oruc tutsan redd ol get atanin evine.Bir bawqa qiz hicabliydi bele qebul elemiwdi kebinleri kesildi niwanda.Qiz toyu da oldu kocmeye bir hefte qalmiw gelib dediler ki biz aparandan bawin acib qolaciq qicaciq geyindireceyik.bu qiz biabir oldu kimdi onu alan -sualim budu ki indi qiz niwanin qaytardi.Evli neylesin bowansin vacibata gore ?Bele cahil er cox var qohum-qonwuda.tewekkurler
Ad: Zehra, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bizə ünvanlanan suallardan aydın olur ki, təəəssüflər olsun ki, belə hallar mövcuddur. Hər halda sualın fərzində onun vəzifəsi hicaba riayət etməyi üstün tutmaqdır. Qeyd edim ki, hicablı olmaq üçün xüsusi hicab geyimlərindən istifadə etmək vacib deyil. Əgər bədənini tamilə örtən uzun və bir az enli geyim geyinsə və başını yaylıqla örtsə, kifayətdir. İnşallah, bu geyimin qarşısını almazlar. Əgər buna da imkan verməsələr, onda naməhrəm qarşısına çıxmasın.
Habelə namaz, oruc və s. kimi ibadətləri də yerinə yetirməlidir. Lakin namaz kimi vaxtı geniş olan ibadətləri vaxtın əvvəlində qılmayıb, vaxtın sonuna kimi fürsət tapdığı zamana kimi təxirə sala bilər.
Əgər onun vacib ibadət və itaətlərini, hicab kimi şəri vəzifələrini yerinə yetirməyə qoymasalar, həmin yerdə qalmamalıdır.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (6) : Salam aleykum. Qız adət olan halda onun kəbinin oxusalar onun hökmü nədir? əgər kebini oxumağa gediləndə qız bunu utandığından heç kimə deməyibsə onda necə olacaq?
Ad: Fatime asiqi, Ölkə: , Müctəhid: Ayətullah Sübhani
Bismillahir-rəhmanır-rəhim
Eybi yoxdur və bu halda nikah əqdi düzgündür.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (7) : Risalədə qeyd etmisiniz ki, heyz, hər ayda, bir neçə gün müddətində, qadınların bətnindən xaric olan bir qandır. Nütfə bağlanan zaman uşağın qidasıdır. Bu məsələ aşağıda şərhi verilən məsələləri nəzərə almaqla elmi meyarlarla müvafiq deyil. Buna görə də xahiş edirik ki, daha artıq izah edəsiniz. Hər bir baliğ qadında yaisəlikdən öncə aylıq adət dövrü adətən aşağıdakı mərhələlərdən ibarətdir: 1) Rəhimin (uşaqlığın) həcminin artması dövrü. Bu mərhələdə qadının bətni strogen hörmonlarının ifrazı nəticəsində qalınlaşır. Bətnin divarlarının qalınlaşması onun uşağı qəbul etməsi üçün hazırlaşmasına görədir. 2) Hamiləlik baş verərsə və rüşeym əmələ gələrsə, mövcud rüşeym bətnin borularından keçib bətnə daxil olur. Bu qalın və qanla dolu layı özünə yuva seçir. Rüşeym burada bir müddət qan vasitəsi ilə daşınan qida maddələri ilə qidalanır və inkişaf edir. Həqiqətdə rüşeym qida kimi qanın özündən qidalanmır. Yalnız qan vasitəsilə nəql olunan oksigen və qida maddələrindən istifadə edir. 3) Yuva seçimindən təxminən üç həftə sonra ciftin əsası qoyulur. Burada ciftin vəzifəsi bətnin qalınlaşmış toxumalarından oksigen və qida maddələrini alıb göbək bəndi vasitəsilə rüşeymə ötürməkdir. Habelə rüşeymin həyat fəaliyyətlərindən əmələ gəlmiş karbon qazlarını ananın qanına ötürür. Ciftin digər vəzifəsi isə analıq hormonlarının ifrazıdır ki, bu da aylıq adətin qarşısını alır. 4) Hamiləlik baş verməsə bətnin qalınlaşmış və qanla dolu divarları xarab olaraq sökülməyə başlayır ki, bu da aylıq adət adı ilə məşhurdur. Qanaxma qurtarandan sonra bətnin divarları yenidən rüşeymin qəbul edilməsinə hazırlaşır. Yəni qalınlaşmağa və qanla dolmağa başlayır. Buna görə də qadın hamilə olanda yuxarıda sözü gedən xas hormonların ifrazı üzündən adətən qanaxma keçirmir. (Nəinki, rüşeym o qanı yeyir.) Yəni əsas etibarilə qanaxma baş vermir ki, rüşeym onu yesin. 5) Yuxarıda sadalanan bütün mərhələlərə müxtəlif hormonların ifrazı sayəsində nəzarət olunur. Əgər bu hormonları iynə və ya yemək vasitəsilə qadına təzriq etsək, aylıq qanaxma baş verməyəcəkdir. Bütün bunları nəzərə alsaq qanı hansı şəkildə uşağın qidası adlandırmaq olar?
Ad: Sevda, Ölkə: rusiya, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Burada bətnin divarlarının qan sızdırdığı və rüşeymin onu yediyi nəzərdə tutulmamışdır. Məqsəd budur ki, hamiləlik zamanı qan ananın damarlarında toplanır, cift vasitəsilə və ya digər yolla rüşeymə ötürülür. Qida maddələrini və oksigeni rüşeym həmin ana qanından alır. Necə ki, süd verən zaman adətən aylıq adət baş vermir. Çünki, qanın bir hissəsi südə çevrilib körpənin yeməyi olur. Əgər desək ki, qan uşağın yeməyidir, məqsəd sizin yazdığınız yox, bu mənadır.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (8) : Salam aleykum. Adet hali goren bir xanim qadinliq orqanlarinda fibroma deyilen xestelikden eziyyet cekdiyi ucun qadinliq orqanlarini goturtdurdu ve daha heyz gormur.bildiyimiz kim bele olan halda da diger fesadlar ortaya cixir.bu ele bir haldiki gunun mueyyen saatlarinda bas tutur.bezen de namazda oldugu vaxta tesaduf edir.o xanim Namazda olarken bu hallar bas verir ve bele meqamda bu hallar onnan gedene qeder namazi nece qilir hec ozude bilmir.Namazdan cixmaga bele telesir.men bilmirem onun o halini nece yazam ama qisaca deyimki dehset derece de urek sixilmasi,esebilik,istilenme hetta şaxtali havada olsa bele olur.namazda da istilik tutanda qollarini birlesdiremmir sanki paltar bedenine deyende bedeni alisib yanir bu hal bir nece saniye olur.ama bu saniyeler erzinde namazini yaxsi qilammir.O xanim bilmek isteyirki namazda bu hal bas vererken ne etmelidi?
Ad: , Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əgər bu halda namazın şəkli pozulmasa, namazı düzgündür.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (9) : Bəzən ictimaiyyətdə qadına qarşı mənfi fikirdə olduğu haqda fikirlər söylənir. Məsələn, deyilir ki, qadının ağlı naqisdir, yaxud qadın ərinə etiraz etsə cəhənnəmdə yanacaq. Halbuki kişi öz qadınına zülm edəndə, spirtli içkilər içəndə onun haqqında deyilmir ki, Cəhənnəmdə yanacaqdır. Dinimizdə qadının heç bir üstünlüyü yoxdur? Nə üçün insanlar qadınlar haqqında belə sözlər səslənir?
Ad: Fatime sevgisi, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
İslam dininin qadın və onun hüquqları ilə bağlı tərzi-təfəkkürünə nəzər salın. İslam dini qadını kişi kimi tam mənasında müstəqil və azad sayır. Qadını sevməyi peyğəmbərlərin xüsusiyyətlərindən biri hesab edir. مِنْ اخْلاقِ الْانْبِياءِ حُبُّ النِّساءِ Digər hədisdə oxuyuruq: Hər kəs həyat yoldaşına əzab-əziyyət verməklə onu malını verib canını qurtarmağa məcbur etsə, Allah onun əri üçün cəhənnəmdən aşağı cəzaya razı olmayacaq. Çünki Allah-taala zülm olunan qadına görə yetim (və onun tapdanmış hüquqları) üçün qəzəbləndiyi qədər qəzəblənər. Peyğəmbərdən (sallallahu əleyhi və alih) nəql olunan digər hədisdə deyilir: Cəbrayıl qadın barəsində o qədər tapşırıqlar verdi ki, güman etdim, aşkar günahdan başqa səbəbdən talağ (boşanma) məsləhət deyil. Eləcə də çox saylı ayə və hədislər İslam dinində qadının rolunu və dəyərini göstərir. Onları mütaliə etməklə aydın olur ki, İslam dininin qadın və onun hüquqları haqda mənfi fikirdə olması fikri yanlışdır və bu sözü deyən insan İslam qanunlarından bixəbərdir.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (10) : Salam. bağışlayın bir söz soruşum. Heyz yəni aybaşı qutrandan sonr onun quslunu nece vermek lazimdir? saq olun.
Ad: Kemale, Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Heyz qüslü eynilə cənabət qüslü kimidir. Yalnız niyyət fərq edir. Bundan əlavə cənabət qüslündən sonra namaz üçün dəstəmaz lazım deyil, amma heyz qüslündən sonara namaz üçün dəstəmaz lazımdır.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Go to TOP