Sual (1) : salam aleykum ve rehmetullah. Ewitmiwik ki, Ellame Meclisi kimi alimler Sefevi dovletinin eleyhine olub ve onu qeyri qanuni hesab edib. Bu ne derece dogrudur? Umumiyetle Sefeviler dovrunde hansi alimlerimiz Sefevi dovletinin eleyhine olublar?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Sәfәvi dövlәti çох gеniş bir әrаziyә hаkim оlаn vә müstәqil, öz fikir vә düşüncәlәrinә әsаslаnаn ilk şiә dövlәtidir. Şiәlәrdәn qаbаq zеydilәrin İrаnın bәzi nöqtәlәrindә, еlәcә dә оndаn хаricdә dövlәtlәri оlub. Misir vә İrаn Fаtimilәri dә, İsmаili şiәlәri kimi dövlәtlәr qurmuşdulаr. Mоnqоl şаhlаrındаn оlаn Хоdаbәndә dә şiәliyi qәbul еdib vә Sәrbеdаrаn dа şiә оlub. Lаkin bunlаrın hеç biri şiә fiqhini әsаs tutаn vә şiәnin siyаsi nәzәrlәrinә hәttа аz dа оlsа еhtirаm qоyаn bir quruluşа mаlik оlmаq üçün şiә idеyаlаrını nәzәrә аlmаyıblаr. İlk dәfә Sәfәvi dövlәtindә şiә ruhаnilәrinә cәmiyyәtin siyаsi işlәrinin bir hissәsini әllәrinә аlmаq icаzәsi vеrilib.

Sәfәvilәrlə alimlərin münasibəti yaxşı olub. Mühәqqiq Kәrәki, Şеyх Bәhаi Mir Dаmаd, Feyz Kaşani, Hüseyn Xansari, Mühəqqiq Səbzivari və Əllamə Məclisikimi Sәfәvi dövlәti ilә әmәkdаşlıq еtmiş bir çoxgörkәmli аlimlərin tәrcümеyi hаlışәrh olunub. Әlbәttә Sәfәvilәrin iki yüz оtuz illik hаkimiyyәti dövründә еlә аlimlәr dә tаpmаq mümkündür ki, оnlаr Sәfәvi dövlәti ilә әmәkdаşlıq еtmәyә rаzı оlmаyıb. Оnlаrın bu rәftаrlаrının sәbәbi bәzәn dindә еhtiyаtа әsаslаnmаq, şаhlаrlа yоldаşlıq еtmәkdәn çәkindirәn bәzi rәvаyәtlәrin tәsiri аltınа düşmәk, bәzәn dә dәrs vә tәhisil ilә mәşğul оlаrаq siyаsi mәsәlәlәrә dахil оlmаmаq оlub.

Şаh Sülеymаnın zаmаnındа görkәmli аlim оlduğu vә sаysız-hеsаbsız kitаblаr yаzdığınа görә sеçilmiş simа şәklini аlmış Әllаmә Mәclisi h.q. 1098-ci ildә İsfаhаnın şеyхul-islаmı tәyin еdildi. Әllаmә Mәclisi оnun bаrәsindә rәsmi hökm yаzılmаsа dа Şаh Sülеymаnın vәfаtınа h.q. 1105-ci ilin sоnunа kimi hәmin vәzifәni dаşıyıb vә оndаn sоnrа dа Şаh Sultаn Hüsеyn tәrәfindәn hәmin vәzifәyә tәyin еdilib.

Ümumilikdә dеmәk оlаr ki, Әllаmә Mәclisi dә digәr şiә аlim vә fәqihlәri kimi Sәfәvi dövlәtinә mеylli аdаm оlub vә yеgаnә şiә dövlәti оlаn vә оnun nәzәrincә hеç оlmаsа bir аz әdаlәtli vә şәriәtә еtiqаdı оlаn bu dövlәtin hәmişә – әlbәttә әdаlәtli vә şәriәtә еtiqаdı оlmаq şәrti ilә – bәrqәrаr qаlmаsını аrzulаyıb. Bu, tәхminәn bütün şiә аlimlәrinin nәzәri оlub.

Uyğun mövzuyla əlaqədar aşagıdakı kitaba müraciət edin:

Sәfәvilәr tаriхi (zühurdаn süqutаdәk)

Allah sizə yar olsun.

Sual (2) : Salam-aleykum. Bu dogrudurmu ki, xevaricler arasinda bir nefer bele sehabe olmayib?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Xeyr doğru deyil, xəvariclərin arasında səhabələrdə olub, o cümlədən Abdullah ibni vəhəb rasibi, Əbu Vail Şəfiq ibni Sələmə və s.

Allah sizə yar olsun.

Sual (3) : Salam-aleykum. Mumkunse 1-ci xelifenin vergi odemeyen muselmanlara qarsi doyusunden yazardiz. V e umumiyyetle onun hansi sehabelerle konflikti olmusdur?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Zəkatı Əbu Bəkrin hökumətinə verməkdən boyun qaçıran bütün tayfalar bir məqsədi güdmürdülər. Bu baxımdan onları bir neçə qrupa bölmək olar:

1. Bir qrup qeyri-müsəlmanlar idi ki, zəkatı cizyə hesab edərək, onun yalnız Peyğəmbərə verildiyini, ondan sonra isə bu işdən azad olduqlarını deyirdilər.[1]

2. Bir qrup adi müsəlmanlar Peyğəmbərin (s) vəfatını bəhanə edərək zəkat verməkdən imtina edib, onun vacibliyini dandılar. Onlar namaz qılsalar da, paxıllıq və sərvət sevgisi onları bu işdən saxlayırdı.[2]

3. Bə`zi imanlı müsəlmanlar Əbu Bəkrin hökumətinin qanunsuz olduğu üzündən onun mə`murlarına zəkar vermir və inanırdılarki, belə bir vaxtda zəkatı özlərindən olan fəqir və möhtaclar arasında bölmək lazımdır.[3]

Üçüncü qrupun nümayəndələri Mədinəyə gəlib Əbu Bəkrlə bu məsələ barəsində söhbət etdikdə, Əbu Bəkr demişdir: “Allaha and olsun, namaz qılmamaqla zəkat verməmək arasında heç bir fərq görmürəm, onların arasında fərq qoyanlarla müharibə edəcəyəm![4] Allaha and olsun, əgər Peyğəmbərə zəkat verdikləri kimi mənə zəkat verməsələr, onlarla döyüşəcəyəm!”[5]

Belə nəzərə çarpır ki, Əbu Bəkrin bu qruplara qarşı eyni mövqedən çıxış etməsi təbliğat yönünə malik idi. Çünki camaatı namaz qılan, lakin zəkat verməyən müsəlmanlara qarşı yürütmək çox çətin və qəbuledilməz bir məsələ idi.

Xəlifənin əqidəsinə görə, onlarla mürtəd kimi rəftar etmək, döyüşmək, qadın və uşaqlarını əsir tutmaq lazımdır. Bu nəzər o qədər əsassız və ifrat dərəcədə idi ki, hətta Ömər ibn Xəttab onunla müxalifət etdi və sonralar Əbu Bəkrin əsir etdiyi adamları buraxdı.[6] Əbu Bəkr onlara qarşı siyasətində onların mövcud əqidələrinə əsla diqqət yetirmədi. O, bundan narazı və qəzəbli idi ki, nə üçün bu qəbilələr onunla Peyğəmbərin (s) hökuməti arasında fərq qoyurlar?

Ətraf qəbilələri məhkum etdikdən sonra müxaliflərin mövqeyi xəlifəyə bəlli oduqda, o, dərhal müxtəlif məntəqələrə on bir qoşun göndərib göstəriş verdi ki, hər qəbilənin müsəlman şəxsləri yol əsnasında bu qoşunlara qoşulsunlar. Burada on bir bayraq ucaldı ki, onların bə`ziləri aşağıdakılardan ibarətdir:

1. Tüleyhə və Malik ibn Nüveyrənin əleyhinə yollanan Xalid ibn Vəlidin qoşunu;

2. Yəmaməyə[7] Müseyləmənin əleyhinə yollanan Əkrəmə ibn Əbi Cəhlin qoşunu;

3. Əsəvd Ənsinin qoşunundan sağ qalanlarla döyüşməyə yollanan Mühacir ibn Əbi Üməyyənin qoşunu;

4. Qəzaə, Vədiə və Haris qəbilələrinə doğru yollanan Əmr ibn Asın qoşunu;

5. Dəba[8] əhalisinə doğru yollanan Hüzeyfə ibn Mühəssinin qoşunu;

6. Əkrəmənin qoşununu tə`qib edən Şərhəbil ibn Həsənənin qoşunu.

Xəlifə belə bir sərəncam verdi: “Mən bu qoşunları mə`mur etmişəm ki, dindən çıxan hər bir kəsi qılıncdan keçirsin, yandırsın və əhli-əyalını əsir tutsunlar. Əgər tövbə edib, Islamın əlamətini – azanı, sonra isə zəkatı – aşkar etsələr, bu hökmə şamil olmurlar.”[9]

Bu göstərişlə onun sərkərdələri yola düşdülər. Xalid ibn Vəlid, Tüleyhə ilə döyüşməyə mə`mur olundu və Teyy qəbiləsinin köməyi ilə onlarla müharibə etdi. Müharibənin əvvəlində məğlub olsalar da, axırda Tüleyhənin qoşununa ağır zərbələr endirdilər və bununla da o yalançı Peyğəmbər arvadı ilə birgə Şama qaçdı.[10]

Elə həmin günlərdə Əyas ibn Abdullah (Fücaə) Əbu Bəkrin tərəfindən mürtədlərlə döyüşə yollandı, nəhayət, Nəcddə bir quldurla rastlaşdı, onu tutub xəlifənin yanına gətirdilər. Xəlifə də onun “Bəqi” qəbiristanlığında diri-diri yandırılmasını əmr etdi.

Xalid, Tüleyhənin Şama qaçmasından sonra və Müseyləmə ilə müharibəyə başlamazdan qabaq Bəttahda (Bəni-Yərbu qəbiləsinin mərkəzi) qoşununu bölərək ətraf qəbilələrə doğru yolladı. Onların bir qrupu Malik ibn Nüveyrəni[11] Bəni-Yərbu qəbiləsindən bir dəstə ilə birlikdə əsir tutdular. Bəni-Yərbu qəbiləsi, Xalidin qoşunu ilə rastlaşdıqda, əvvəlcə azan deyib, hamılıqla namaz qıldılar.[12] Lakin əsir edildikdən sonra Xalidin əmri ilə öldürüldü.

Tarixdə göstərilir ki, Bəni-Yərbu qəbiləsinin öldürülməsində əsas məqsəd Xalid ibn Vəlidin qəbilənin rəisi Malik ibn Nüveyrənin arvadı ilə evlənmək istəyi olmuşdur. Malik gözəllikdə tayı-bərabəri olmayan arvadı ilə Xalidin yanına getdi. Xalid onu görcək Malik ibn Nüveyrəyə dedi: “Allaha and olsun, səni öldürməyincə, arvadına nail ola bilməyəcəyəm.”[13] Bundan sonra Xalidin göstərişi ilə Malikin boynunu vurdular, dahasonra o qəbilənin kəsilmiş başlarını od vurub yandırdılar.[14]

Xalidin bu qəbiləni öldürməkdə başqa bir məqsədi də onun və Əbu Bəkrin onlarlqədim ixtilaf və kin-küdurətləri idi.[15]

Tarixçilər yazırlar: “Peyğəmbərin (s) vəfatından sonra Malik ibn Nüveyrə zəkat vermək və Mədinənin vəziyyətini öyrənmək üçün o şəhərə gəldi. Intizarın əksinə olduğu kimi, Əbu Bəkri xilafət kürsüsündə gördükdə, tə`nə ilə ona dedi: “Əli ibn Əbi Talib haradadır ki, sən minbərdə əyləşmisən?!”

Həqiqət budur ki, Malik ibn Nüveyrə öz qəbiləsinin ən qeyrətli və şücaətli şəxsi idi. Mədinənin bir neçə fərsəngliyində böyük bir ordu yerləşdirmişdi ki, bu da Əbu Bəkrin hökuməti üçün ciddi təhlükə sayılırdı. Onun qətlə yetirilməsi ilə Əbu Bəkrin böyük düşmənlərindən biri sıradan çıxır və bununla da digər müxaliflərin gözünü qorxudurdu. O zaman Mədinədə Xəzrəc tayfasının rəisi (Sə`d ibn Übadə), Qüreyşin başçısı (Əbu Süfyan) və Bəni-Haşim tayfasının sevimlisi (Əli ibn Əbi Talib (ə)) Əbu Bəkrlə müxalif idilər. Əgər Malikin ölümünün səbəbi yalnız Xalidin onun arvadını ələ keçirmək idisə, o, Maliki məxfi öldürməklə arzusuna çata bilər, özünü və hökuməti müxaliflərin danlağı və e`tirazı ilə üzləşdirməzdi.

Malik ibn Nüveyrənin qətl xəbəri hər yerə yayıldıqdan sonra səhabələr Xalidə e`tiraz etməyə başladılar. Ömər ibn Xəttab da e`tiraz edənlər sırasında idi, hərçənd, onunla Xalid arasında heç vaxt səfa-səmimiyyət olmamışdır. Ömərin bu e`tirazının ciddi olduğunu dəqiq bilmək olmur. Adi olaraq siyasi hadisələrdə hökumətə qarşı ümumi e`tirazlar artdıqda, hakim dairənin tənqidləri müəyyən qədər həmin e`tirazların qarşısını alır. Bu nəzəriyyəni təsdiqləyən budur ki, vəziyyət sakitləşdikdən sonra Əbu Bəkr xalqın, eləcə də Ömərin e`tirazlarına azacıq belə diqqət yetirmir və Xalidi əsla cəzalandırmadan deyirdi: “Xalidin qılıncı Allahın siyirilmiş qılınclarından biridir və Allahın siyirdiyi qılıncı qınınaqoymaq olmaz.”[16]

Xəlifənin bu siyasəti Xalid ibn Vəlidi daha da məğrur etdi. Xəlifənin bu mövqeyindən sonra o, Yəmamənin müxaliflərinə qarşı döyüş zamanı Mücamə ibn Zürarənin qızı ilə nikah bağlayaraq, təntənəli toy mərasimi keçirtdi. Xəlifə keçmişdə onu müdafiə etdiyi üçün qoşun daxilindən kimsə ona e`tiraz edə bilmirdi. Lakin bir vaxt gəlib çatdı ki, Əbu Bəkr ona “Müsəlmanlardan iki yüz nəfər öldürüldüyü halda, sən orada toy mərasimi keçirirsən?!” – deyə e`tiraz etdikdə, o xəlifəyə bildirdi ki, sənin mənə e`tiraz etməyinə səbəb Ömərin hərəkətidir.[17] Elə bil, Xalid xatircəm idi ki, əgər xəlifə tərəfdarları tərəfindən tənqid atəşinə tutulsa da, yenə xəlifə onu gördüyü işlərinə görə məzəmmət etməyəcəkdir.

Təbəri yazır: “Əbu Bəkr öz nümayəndə və əsgərlərindən əsla intiqam almır, sanki siyasətində mə`mur və əsgərlərini cəzalandırmaq əzmində deyildi.”

Allah sizə yar olsun. 


[1] “Tarixi siyasiye Islam”, 1-сi сild, səh. 216.

[2] “Tarixul-ərəb vəl-Islam”, 1-сi сild, səh. 216.

[3] “Tarixul-üməm vəl-müluk”, 3-сü сild, səh. 241-244.

[4] “Əl-bidayətu vən-nihayə”, 6-сı сild, səh. 311.

[5] “Səhihi Müslüm”, 1-сi сild, “iman” kitabı, səh. 35, “əl-əmru bi-qitalin-nasi hətta yəqulunə. . . ” bölümü.

[6] Bidayətul-müсtehid”, 1-сi сild, səh. 250; “Tarixi Yə`qubi”, 2-сi сild, səh. 139; “Əl-fütuh”, 1-сi сild, səh. 18-19.

[7] Omanla Həzrəmovt arasında geniş və böyük bir əyalətdir və onun ən böyük şəhərinin adı Həсərdir. (“Dairətul-məarif, Fərid Vəсdi, 10-сu сild, səh. 954. )

[8] Omanda məşhur bir qəsəbənin adıdır. (“Mö`сəmül-büldan”, 4-сü сild, səh. 30. )

[9] “Tarixul-üməm vəl-müluk”, 3-сu сild, səh. 226-227.

[10] Tüleyhə hiсrətin 9-сu сilində Islamı qəbul etsə də, 10-сu ildə mürtəd oldu. Şama qaçdıqdan sonra Əbu Bəkrin vəfat etdiyi vaxta qədər Kəlb qəbiləsi ilə yaşadı, nəhayət, Ömərin xilafəti dövründə Mədinəyə gəlib, onunla bey`ət etdi və Qadisiyyə müharibəsində və Iranın fəthində iştirak etdi. (“Əl-kamilu fit-tarix”, 2-сi сild, səh. 45. )

[11] Bu hadisə, eləсə də sünnü tədqiqatçılarının Xalid ibn Vəlidin Malik ibn Nüveyrə və onun qəbiləsinə etdiyi zülm barəsində bax:  “Tarixi Dəməşq”, 7-сi сild, səh. 37; “Tarixul-xəmis”, 2-сi сild, səh. 233; “Əl-isabə”, 1-сi сild, səh. 414 və 3-сü сild, səh. 357; “Səhihi Müslüm”, 2-сi сild, səh. 37; “Tarixi Əbul-Fida”, 1-сi сild, səh. 157; “Sünəni Ibn Maсə”, 2-сi сild, səh. 453; “Əl-kamilu fit-tarix”, 4-сü сild, səh. 149; “Xəsaisu Əmirilmu`minin (ə)”, səh. 27.

[12] “Əl-kamilu fit-tarix”, 2-сi сild, səh. 3694 “Tarixul-Islam”, 1-сi сild, səh. 353.

[13] “Tarixi Yə`qubi”, 2-сi сild, səh. 110; “Əl-isabə”, 3-сü сild, səh. 337; “Tarixul-Islam”, 1-сi сild, səh. 353.

[14] “Əl-qədir”, 7-сi сild, səh. 158-180.

[15] Malik ibn Nüveyrə Peyğəmbəri-Əkrəm (s) tərəfindən sədəqə yığmağa mə`mur olunmuşdu. O, Peyğəmbər (s) vəfat etdikdən sonra o həzrətin сanişinini görmək üçün Mədinəyə gəldi. Əli ibn Əbi Talib (ə)-ın yerinə Əbu Bəkr ibn Əbi Qühafəni gördükdə, buna e`tiraz edərək Mədinədən çıxdı və ondan sonra sədəqə və zəkatları onun üçün göndərмәdi. Əbu Bəkr də Xalid ibn Vəlidin başçılığı ilə onun qaldığı yerə qoşun göndərdi. Xalid hiylə işlədərək, onun amanda olduğunu bildirərək, qəbiləsini öldürdü, arvadını ələ keçirtdi, Malikin başını odda yandırdı, qəbilə qadınlarını əsir tutdu və qənimətlərlə Mədinəyə qayıtdı. (“Abdllah ibn Səba”, 1-сi сild, səh. 199-207. )

[16] “Əl-bidayətu vən-nihayə”, 6-сı сild, səh. 322; “Сamiul-bəyan fi təfsiril-Qur`an”, 4-сü сild, səh. 1406-1411.

[17] “Əl-fütuh”, 1-сi сild, səh. 43. 

Sual (4) : Salam. Aisenin maviyeye satdigi ev hansi ev olub ve bu dogrudur ki, maviye onu cox baha alib?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Ayişə öz hücrəsini Müaviyəyə 180 və ya 200 min dirhəmə satdı bu şərtlə ki, Ayişə ömrünün axırına kimi o evdə otursun. Təbəqatul-kubra cild 8 səh 165.

Allah sizə yar olsun.

Sual (5) : Salam. Osmanin defni haqda melumat vererdiz zehmet olmazsa.
Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Osmanı öldürüb, zibilliyə atdılar 3 gün orda qaldı sonra yəhudi qəbiristanlığında basdırdılar. Əlmocəmul-kəbir cild 1 səh 78 hədis 109.

Allah sizə yar olsun.
Sual (6) : salam aleykum ve rehmetullah. Səlim ibn Qeys kimdir? bu doğrudur ki, İmam Sadiq (ə.s) onu kitabını özü şəxsən yoxlayıb və səhih kitab olduğunu təsdiqləyib? Əvvəlcədən təşəkkürlər
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam. 
Süleym ibn Qeys hicrətdən iki il öncə dünyaya göz açıb və hicrətin 70 və ya 76 cı ilində vəfat edib. İmam Əli (ə) , İmam Həsən (ə) , İmam Hüseyn (ə) və İmam Səccadın (ə) səhabəsi olub. Həmçinin İmam Baqiri (ə) dərk edib. İmam Səccada (ə) bu kitab oxunub və İmam təsdiq edib. İmam Sadiq (ə) bu kitabı şiələrə sifariş edib. Amma bu kitab barəsində alimlərin müxtəlif nəzəri var, bəzilərinin nəzəri budur ki, sözügedən kitabda dəyişikliklər aparılmışdır. Bəzi alimlər isə hazırda olan kitabı Səlim ibn Qeysin yox başqa birisinin yazdığını və mötəbər olmadığını deyirlər.
Allah sizə yar olsun.
Sual (7) : Salam. Dogrudan Aqil ibn abu Talib muaviyenin(l) serkerdelerinden olub? Ve umumiyyetle muaviye(l) kimleri satin ala bildi kimleri yox?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam. 

Əqil ibni Əbu Talib Müaviyənin sərkərdələrindən olmayıb bəlkə o qoca vaxtında hətta gözləri görmürdi və ehtiyac üzündən onun yanına getdi amma O Hz. Əlinin (ə) haqq olmağına inanırdı qəlbi həmişə Əli (ə)-la idi. Deyirdi: Müaviyənin süfrəsində oturub, Əlinin (ə) arxasında namaz qılmaq ləzzətlidir. Müaviyə Ondan istədi ki, Əlidən (ə) təbərri etsin amma Əqil qəbul etmədi. Ümumiyyətlə dünya malına həris olanları Müaviyə ala bilirdi o cümlədən İmam Həsənin (ə) sərkərdəsi Übeydullah ibni Abbas idi.

Allah sizə yar olsun.

Sual (8) : Salam deyerli mominler! Eshitdiyime gore Omeri olduren adam mecusi olub ve Iranda onun qebri var. Muselmanlar onun qebrini ziyaret edib ona dua edirler. Bu dogrudurmu? Allah sizlerden razi olsun!
Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam. 

İranda olan qəbir Ömərin qatilinin qəbri deyil bəlkə adları oxşar olduğu üçün səhf tanınıb. Bu qəbir 200 il əvvəl yaşamış bir dərvişin qəbridir. Hal-hazırda ora ziyarət olunmur çünki oranı bağlayıblar. Öməri öldürən şəxsin adı Firuz künyəsi Əbu Lolo ləqəbi isə Şücaud-din, iranlı əsir olur. Əsirlikdən öncə dini məcusilik ya xiristianlıq olub sonralar isə müsəlman olur. Onun müsəlman olmağına çoxlu dəlillər var hətta bəzi Əhli-sünnə mənbələrindədə yazılıb, başqa dəlil budur ki, O Öməri mədinə məscidində qətlə yetirdi özüdə sübh namazı vaxtı. O, müsəlman olmasaydı məscidə girməyə icazə verməzdirlər. Əhli-sünnə çalışırlar onu məcusi kimi qələmə versinlər amma həqiqət belə deyil. O, müsəlman və mömin olub. Onun əvvəli məcus olubsa Ömərində əvvəli müşrik olub.

Öməri nə üçün öldürməyi barədə ixtilaf var, bu səbəblərdən biridə Hz. Əlinin (ə) intiqamını almasıda deyilib. Ömər ibn Xəttab Hicri-Qəmərinin iyirmi üçüncü ili Həccə getdi. Qayıddıqdan sonra ətraf şəhərlərdən bir dəstə əmir onunla görüş və məşvərət üçün Mədinəyə gəldilər.Müğəyrə ibn Şöbə (Kufənin əmiri) və onun xidmətcisi Firuz Əbu Lölö onların arasında idi. Buna baxmayaraq ki, xəlifə Əcəmlərin Mədinədə yaşamasına icazə vermirdi amma Muğəyrə xəifədən Firuzun Mədinədə qalmasının icazəsini istədi.Çünki o bir sənətkar insan kimi Mədinə camaatına xeyri dəyirdi. Bir gün Firuz Mədinədə özünü xəlifəyə catdirib, ona öz ərbabından şikayət etdi ki, o hər gün məndən on dirhəm vergi alır və mənim bu qədər pulu verməyə imkanım yoxdur. Xəlifə soruşdu: Sənin peşən nədir? O cavabında dedi: Dülgərlik, dəmirçilik, rəngsazlıq. O dedi: Bu qədər peşə ele bu qədər məbləğ çox deyil. Eşitmişəm sən ele dəyirman düzəldirsən ki, günəşlə işləyir! O dedi: Əgər sağ qalsam sənin üçün elə dəyirman düzəldəcəyəm ki, Məğribə və Məşriqə səs salsın. O iki nəfər bir-birindən ayrıldıqdan sonra xəlifə dedi: Bu qul məni təhdid etdi. Bu hadisədən üç gün kecməmişdi ki, Firuz öz təhdidini əməli etdi. 

Allah sizə yar olsun.

Sual (9) : Salam. 1. H.Resulullah, 1-ci ve 2-ci ve 3-cu xelifelerin doyuslerde oldurdukleri kesler haqda ne melumat var? Hansi esasa 2-ci xelife doyusken, cesur adam kimi geleme verilir?2. bezi sehabelerin islamin ilk gunlerinden Resulullahi(saas) qebul etmelerine, doyuslerde canlarini tehlukeye atmalarina regmen, sonradan donuk cixmalarini nece izah edirsiniz?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
1. H.Resulullah, 1-ci ve 2-ci ve 3-cu xelifelerin doyuslerde oldurdukleri kesler haqda ne melumat var? 
Peyğəmbərin əli ilə ölənlərdən biri Übəyy bin Xələf idi ki, peyğəmbər Öhüd müharibəsində, özünü Əbi Talib dərəsinə yetirdi. Kafirlər hücum edirdilər. O həzrətin köməkləri də onun ətrafını tutmuşdu ki, ona xəsarət dəyməsin. Amma Übəyy qüreyş qəhrəmanlarından idi. O peyğəmbərə hücum elədi. Peyğəmbər də özünü qorumaq üçün ona bir zərbə endirdi və o yaranın nəticəsində həlak oldu. Furuği Əbədiyyət, c.2, 85-86.
Diqqət etmək lazımdır ki, peyğəmbər müharibələrdə rəhbər idi. Ona görə də adətən rəhbərin ətrafını əhatə edir və kimisə ona yaxınlaşmağa qoymurlar. Ona görə də ola bilsin elə də çox sayda insanlar onun əli ilə öldürülməsin. Digər bir tərəfdən islam sülh və məhəbbət dinidir. Hətta islamın zühurundan peyğəmbərin vəfatına qədər bütün müharibələrdə öldürülənləri biz nəzərə alsaq, 2000 nəfərdən çox ola bilməz. O ki qaldı xəlifələrin öldürdükləri şəxslər barədə deməliyik ki, heç bir tarix kitablarında yoxdur ki, o xəlifələr hansısa güclü qəhrəmanla qarşı-qarşıya gəlsin və şücaətlə onu qətlə yetirsin. Belə bir şey tarixdə baş verməmişdir. Ola bilsin onlar, meydanda haldan gedib, yaranın nəticəsində yıxılıb qalanları öldürmüşlər. Çünki onlar həmişə meydandan qaçmışlar. Ayişə nəql edir: Atam nə vaxt Öhüd müharibəsini yad edirdi ağlayır və deyirdi: Mən birinci adam idim ki meydandan qaçım. Təbəqat ibn Səd, c.3, s,155. Tarixul-Xəmis, c.1, s.431.
Kuleyb nəql edir: Ömər minbərdə deyirdi: Mən öhüddə dağın başına qalxdım.Bir nəfər Yəhudi deyirdi: Məhəmməd(s) öldürülmüşdür. əd-Dürrül-mənsur, c.2, s.80. Fəthul-Qədir, c.1, s.388
Bəli... Aləmlərə rəhmət olaraq göndərilmiş Peyğəmbər (s) döyüş bayrağını Əbu Bəkrə verir və onu Xeybər qalalarına tərəf göndərir. Əbu Bəkr bir dəstə adamla qalalara tərəf hərəkət edir. Böyük sünni alimlərindən olan Hakim Nişapuri nəql edir:
فإن رسول الله صلّى الله عليه وآله بعث أبابكر إلى خيبر فسار بالناس وانهزم حتى رجع
"Peyğəmbər (s) Əbu Bəkri Xeybər qalalarına tərəf göndərdi. Əbu Bəkr bir dəstə adamla getdi və məğlub olub geri döndü." Mustədrək, c.3, s.37.
Tarix səhnəsində onsuz da bir ؛ücaət və qəhrəmanlığı olmayan Əbu Bəkr məğlub edilmi؛ ؛əkildə geri dönür. Daha sonra Peyğəmbər (s) bayrağı ضmər ibn Xəttaba verir. ömər haqqında isə sünni alimləri belə nəql edirlər:
هزموا عمر و أ صحابه فجاؤوا يجبّنونه ويجبّنهم
"Ömər və onun adamları məğlub oldular. (Döyüş meydanından) qayıtdıqda isə, Ömərin adamları onun qorxduğunu, Ömər isə adamlarının qorxduğunu deyirdi." Mustədrək 3/37; Kənzul-Ummal 10/462; Camiul-Əhadis 30/423; Məcməuz-zəvaid 6/151
Bəli... Ömər qorxub döyüş meydanından qaçır. Qaçması azmış kimi, öz adamlarını belə qorxaqlıqda ittiham etməkdən çəkinmir.
Peyğəmbər (s) Əbu Bəkrlə, Ömərin biabırçı məğlubiyyətindən sonra buyurdu:
لأعطينّ اللواء غداً رجلا يحب الله ورسوله ويحبه الله ورسوله
"Sabah bayrağı elə bir ؛əxsə verəcəm ki, o, Allahı və onun Rəsulunu sevir. Allah və Onun Rəsulu da onu sevir." Musnədi-Əhməd 5/358; Məcməuz-zəvaid 6/150; Sunənul-Kubra (Nəsai) 5/108 və 111; Mustədrək 3/437
Hansi esasa 2-ci xelife doyusken, cesur adam kimi geleme verilir?
İkinci xəlifə isə şücaətli, cəsur deyil, sadəcə bəd əxlaq bir insan olubdur. Buna çoxlu sübutlar da vardır. O islamdan qabaq da, xoşəxlaq insan olmamışdır.
Ömər bir gün Əbubəkrin qızı Ümmu Gülsumun elçiliyə getdi. Ayişə bu barədə Ümmü Gülsuma təklif irəli sürdü. Ümu gülsum dedi: Mən onu xoşlamıram. Ayişə dedi: Xəlifəni istəmirsən? Ümmü Gülsum dedi: Bəli istəmirəm çünki o  pis rəftar və qadınlarla yaxşı rəftarlı deyildir. əl-kamil fit-Tarix, c.3, s.54-55, Tarix Təbəri, c.4, .s,200.əl-İqdul Fərid, c.6, s.98.
Bezi sehabelerin islamin ilk  gunlerinden Resulullahi(saas) qebul etmelerine, doyuslerde canlarini tehlukeye atmalarina regmen, sonradan donuk cixmalarini nece izah edirsiniz?
Buna tam təbii baxırıq. Çünki onlar məsum deyildilər. Hətta sünnilər özləri səhabələrin məsumluğuna inanmırlar. Onları da başqa insanlar kimi adi insanlar hesab edirlər. Digər bir tərəfdən, Quranda Alah taala imanlarını əldən verən insanlardan danışır və təfsirə baxsanız onların ən bariz nümunələrindən biri, Bələm Bauradır. Bir ömür ibadət etdikdən sonra yolunu azır və axırı cəhənnəm əhlindən olur. Ona görə də peyğəmbərin kənarında qalmaq, və hətta onun evinin içində nəfəs alıb həyat sürmək heç də insanın xoşbəxtliyinə zamin durmur. İnsanın gördüyü işlər əsas rol oynayır. Belə olmasaydı Həzrət Nuhun (ə) oğlu da peyğəmbər oğlu olduğu üçün, sudan nicat tapar və qərq olmazdı.
Allah sizə yar olsun!
Sual (10) : Salamun əleykum.Nə üçün həzrət Müslim imkanı olduğu halda ibn Ziyadı öldürmədi?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Qurani-kərim və Əhli-beyt buyuruqlarında düşmənə zülm və hiylə yolu ilə qalib gəlmək pislənilir. Həzrət Əlinin (ə) hakimiyyəti dövründəki müharibələrdən birində İslam düşmənləri meşədə gizləndilər. Bir şəxs Həzrətə (ə) meşəni yandırmağı təklif etdi. İmam buyurdu: “Zülmlə qələbə qazanmaq olmaz.”
Həzrət Müslim də Əhli-beyt məktəbinin yetirməsi idi. Xəstə Hanini yoluxmağa gələn ibn Ziyadın qətlə yetirilməsi Müslimə təklif olunanda ev sahibi Hani bu təklifə etiraz etdi. Müslim ibn Ziyadı öldürməməsini belə əsaslandırır: “Mən onu iki şeyə görə öldürmədim: evinə qan tökülməsini istəməyən Haninin etirazı və həzrət Peyğəmbərin (s) bir buyuruğuna görə. Həzrət buyurmuşdur: “Qəfil hücum əqidəsinə yol bağlıdır...” “Vəqətüt-təf”, s. 114.

Allah sizə yar olsun.
Go to TOP