Sual (1) : zehmet olmasa fətva və qəzavətin mənasını deyin.
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Fazil

Bismillahir-rəhmanır-rəhim
Fətva - nəzər vermək və müctəhidin istinbat elminə aid olan dəlillərlə ələ gətirdiyi ümumi hökmlərdən xəbər verməkdir. Fətva yalnız müctəhidin müqəllidləri üçün əsasdır.
Qəzavət - Camiuş-şərait qazinin insanlar arasında ədavət və düşmənçiliyi aradan qaldırmaq üçün hökm çıxarmasıdır. Məsələn deyir: “Bu mal Əmrə yox, Zeydə məxsusdur və ya bu gün ayın əvvəli - fitr bayramıdır və s. “ Camiuş-şərait olan qazinin hökmü bütün mükəlləflər üçün əsasdır.

http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (2) : Az (qəlil) su hansı suya deyilir?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanir-rəhim
Kürr miqdarından az olan və yerdən qaynayıb çıxmamış su az (qəlil) su sayılır.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (3) : Kürr su hansı suya deyilir?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanir-rəhim
Kürr su dedikdə vacib ehtiyata əsasən uzunluğu, eni və dərinliyi üç qarış yarım olan qabı dolduran su nəzərdə tutulur. Kürr suyun çəkisi də müəyyəndir. Bu su üç yüz səksən dörd kq. və ya üç yüz səksən dörd l. olmalıdır. Qarışla ölçü apardıqda orta bir qarış nəzərdə tutulur.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.

Sual (4) : Axar (cari) su nəyə deyilir?
Ad: Elnur, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanir-rəhim
Torpaqdan qaynayan və axan sular bulaq və kəhriz suyu, eləcə də, dağlarda toplanmış qardan süzülüb gələn davamlı sular kimidir.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP