Sual (1) : Salam-aleykum. Mumkundyrse, sunnu mezheblerinin yaranmasi haqda yazardiz. Onlar hamisi xelife desteyiyle meydana cixib? Niye mehz 4 mehzeb? 2-ci, 3-cu, 4-cuye ne ehtiyac var idi? Hansi mehzeb banisi xelife ile konfliktde olub? abu Henife ve basqalari ozlerini i Sadiqden(e) ustun bilirdiler?

Əleykumus-salam. Sualınızın cavabın saytın kitabxanasında olan kitabdan oxuya bilərsiz.

İslam məzhəbləri ilə tanışlıq

http://kitab.nur-az.com/az/lib/view/238

Sual (2) : Salam Allahin Rehmeti uzerinize olsun. ateistler bulari diyiler deyilir ki islam heqiqeten butun dinlerden kamildirse qiyamete qeder quvvededirse niye gore boyuk gudretli olan Allah niye gore tekce islami dini gondermedi?basqa dinlerde gonderdi. ateistler diyirki bilmirem hansi ayeni diyirler bele gunes gunduzler insanlarin axsam Allahin huzurunda olur. xais edirem eqli delillerle etrafli cavab yazin. Allah Razi olsun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam. 

Həqiqi din olan tövhid dini üç müştərək əsasa malikdir:
1. Yeganə Allaha etiqad bəsləmək;
2. Axirət aləminə inam bəsləmək, bu dünyada olan əməllərə görə mükafat və cəza gününə iman bəsləmək;
3. Bəşərin hidayət olunması üçün Allah tərəfindən peyğəmbərlərin məbus olmasına etiqad bəsləmək. (Erfan)
Deməli, ruh və dinin həqiqəti - Allah qarşısında təslim olmaq və itaət etməkdir.
Peyğəmbərlərin (ə) vasitəsilə istədiyi şeylər bütün millətlər üçün eyni olmuşdur. Quranın buyurduğu kimi səma dinlərinin ruhu bir şeydir.
Quran heç bir zaman din kəlməsini cəm halda işlətməmişdir. Quranın bu dinə İslam adını qoymasının səbəbi o deyildir ki, tarix boyunca dinlər bu adla məşhur olmuşdur. Bu cür adlandırmağında məqsəd odur ki, dində bir həqiqət vardır ki, onu İslam adı ilə daha yaxşı izah etmək olar. İkincisi isə bütün insanlar bütün şəraitlərdə sabit fitrətə və vahid həqiqətə malikdirlər. Din də insan səadətini təmin etmək üçün gəldiyinə görə, dinlərin cürbəcür olması mümkün deyildir. Ona görə də bütün dinlər öz zamanlarında insan səadətini təmin edən ən yaxşı yol olmuşdur.
Beləliklə demək olar ki, İlahi dinlər üsullarında bir-biri ilə fərqlənmirlər. Onların bir-biri ilə fərqi bəzi firuid-din məsələlərindədir. Bu da zamana görə dəyişir. İslam dininin lap əvvəldən insana nazil olmamasının bir neçə səbəblərini bəyan etmək olar:
1. İbtidai insanların geniş bir məsələləri dərk etməyə hazırlıqları yox idi. İslam dinindən əvvəl bəşər fikri büluğa çatmamışdı və ona görə də geniş məsələləri dərk etmək qabiliyyətinə malik deyildi. İnsan yavaş-yavaş, mənzil-mənzil dini ona göndərilən peyğəmbərlərin (ə) vasitəsilə dərk etməyə çalışırdı. Bu yolla da əbədi səadətə tərəf hidayət olunurdular. Son nübuvvəti qəbul edə bilmək üçün hazırlanırdılar.
2. Vəziyyətin dəyişməsi. İnsanın müxtəlif torpaqlardakı yaşayış vəziyyəti bir-biri ilə eyni deyildir. Vəziyyətlərin müxtəlifliyi, xüsusilə də həyatın və ictimai rabitələrin qarışıq olması dini hökmlərə az-çox öz təsirini qoymuşdur. Bu aydındır ki, əgər peyğəmbərlər (ə) bu günün qarışıq vəziyyətinə uyğun olan dini min il əvvəlki insanlar üçün şərh etsəydilər, əbəs bir iş görmüş olardılar. Bundan başqa, sonrakı zamanlarda onu tətbiq etmək də çətin olardı.
Ancaq İslam zühur edən zaman insanların fikri büluğa çatması imkan verdi ki, təkamül məsələlərini bir dəfəyə dərk etsinlər. İslam Peyğəmbərindən (s) sonra İmamların (ə) vasitəilə bu göstərişlərlə düz yola hidayət olundular. Böyük qeyb zamanında isə İslamşünaslar, alimlər, fəqihlər icdihad əsasında vəhyi təfsir edə bilir və onu bu günün şərtlərinə uyğun cavablandırırlar. Başqa bir tərəfdən isə, Həzrət Peyğəmbərin (s) şəxsiyyəti elə idi ki, qəbul etdiyi bütün vəhyləri lazımlı səviyyədə dərk edə bilirdi. Elə bir mərhələ yox idi ki, onu başa vurmamış olsun. Xatəm o kəsdir ki, bütün mərhələləri başa vurmuşdur və keçmədiyi mərhələ qalmamışdır.

Allah sizə yar olsun. 

Sual (3) : Salamun əleykum. İslamın sürətli inkişaf etməsinə hansı işlər səbəb olmuşdur?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
İslam tarixini təhlil edərkən aydın olur ki, bu bu asimani dinin sürətlə inkişafına on şey səbəb olmuşdur. Onlar aşağıdakılardır: 1) Quranın cazibədarlığı və islamın həqiqi-ilahi bir din olması. 2) Peyğəmbər (s.ə.v.v) və müsəlmanların şücaətli və səbirli olması. 3) İslam dininin yoxsullara rəğbət bəsləməsi. 4) Peyğəmbər (s.ə.v.v)-in camaat ilə məntiqi rəftarı və mehrban davranışı. 5) Peyğəmbər (s.ə.v.v)-in şəxsiyyətinin yüksək, əxlaqının əzəmətli olması və nəticədə camaatın ona tərəf cəzb olunması. 6) Peyəğmbər (s.ə.v.v)-in Allah təalaya tam təvəkkül etməsi və islamın möhkəm bir din olması. 7) Müsəlmanların şəhadəti iftixar bilib cihada rəğbət göstərmələri. 8) Bütün varlığı ilə islam yolunda vuruşan, müsəlmanların yenilməz qəhrəmanı Həzrəti Əli əleyhissalamın varlığı. 9) Qeybi yardımlar və Peyğəmbər (s.ə.v.v)-in möcüzələri. 10) Bəni-Haşim qəbiləsinin və sair qohum-əqrabanın könüllü olaraq o həzrətə yardım etmələri.
Allah sizə yar olsun.
Sual (4) : Salamun əleykum. Azərbaycana islam nəzaman gəlib və kim tərəfindən olub?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
İslam dininin Azərbaycana gəlişi barədə müxtəlif fikirlər və fərziyələr irəli sürülüb. Bəziləri İslamın bura qılınc vasitəsilə, bəziləri əhalinin könüllü olaraq ərəblərin ağalığına keçməsi barədə yazsalar da, məsələ bir az fərqli olub.
Əziz Peyğəmbərimiz (s) zühur edəndə Azərbaycan Sasani imperiyasının tərkibində idi. O zaman Aəzrbaycan Araz çayından cənubda yerləşən ərazilərə deyilirdi, şimal hissə, yəni hazırkı Azərbaycan Respublikasının ərazisi Arran adlanırdı. Arran yarımmüstəqil, əsasən xristianların yaşadığı bir ərazi, Azərbaycan isə imperiyanın digər bölgələri kimi zərdüştiliyin geniş yayıldığı ərazi olub. Hətta Azərbaycan Zərdüşt dinin mərkəzi sayılırdı. Bütün İran imperiyası Sasani şahənşahlarının zülmündən, Xəzər və Bizans dövlətləri ilə müharibələrdən iqtisadi və mədəni tənəzzülə uğramışdı. Belə bir durumda, ilk olaraq Allahın elçisi Sasani şahənşahına məktub yazaraq onu İslam dininə dəvət edir. Bu cür davranışdan qəzəblənən şah məktubu cırır və dəvəti rədd edir.
Həmin zamanın qüdrətli hakimlərinə məktub yazıb dinə dəvət etməklə yanaşı, Həzrət Peyğəmbər (s) çüxtəlif bölgərə təbliğatçılar göndərirdi. Beləliklə də, Sasani imperiyasının müstəmləkələrindən biri olan Yəmənə Həzrət Peyğəmbər (s) İslam dinin təbliği üçün Həzrət Əlini (ə) göndərir və yəmənlilər İslamı qəbul edirlər. İlk dəfə iranlı və azərbaycanlılar İslam dini ilə yaxından məhz yəmənlilər vasitəsi ilə tanış olurlar. Bəzi tarixçilərin fikrincə, hətta İran və Azərbaycan əhalisinin bir hissəsi ərəb işğalından öncə İslamı qəbul etmişdilər.
Eyni imperiyanın tərkibində olan İranla Azərbaycanın tarixi və mədəni bağlılığını nəzərə alsaq, iki ölkədən birində baş verənlər birbaşa digərinə də təsir göstərirdi. İlk dəfə Sasani ordusu ilə müsəlman-ərəb qoşunları xəlifə Əbu Bəkrin dövründə qarşılaşırlar. Bu qarşıdurma da hətta nisbətən müstəqil xristian Arran hakimləri Sasanilərin tərəfində döyüşürlər. Əbu Bəkr ərəb fəthlərinin ilk dövründə müsəlman qoşunlarına belə əmr etmişdi:” İnsanları şikəst etməyin, nə kiçik uşaqları, nə qocaları, nə də qadınları öldürməyin; meyvə ağaclarını tələf etməyin, heyvanları tələf etməyin. Siz hücrələrdə dini ayinlə məşğul olan adamların yanından keçəcəksiniz; onları rahat buraxın və ibadətlərinə mane olmayın. Sizi qəbul edən hər bir şəhər və xalq ilə müqavilə bağlayın, onlara verdiyiniz vədlərə sadiq olun.” Xəlifə Ömərin dövründə Sasani İmperiyası məğlub oldu və Azərbaycan digər bölgələr kimi də müsəlmanların tabeçiliyinə keçdi.
Demək olmaz ki, bu fəthdən əhali əziyyət çəkdi. Çünki əblər əhalinin əmlakını əllərindən almır, onları İslamı qəbul etməyə məcbur etmirdilər, yerli adət-ənənələrə hörmətlə yanaşırdı. Elə bu səbədəndir ki, Azərbaycan xalqı İslamdan öncəki adət-ənənələrini bu günə kimi qoruyub saxlayıb.Əhalinin digər hüquqları da pozulmurdu. Əlbəttə, müasir meyarlarla yanaşsaq islamlaşma prosesində nöqsan tapmaq olar, ancaq unutmayaq ki, bu hadisələr dünyanın cəhalətə mürtəkib olduğu orta əsrlərin əvvəllərində baş verirdi. Həmin dövrün meyarları ilə, müsəlmanlar fəth olunmuş xalqıların hüquqlarını qoruyurdu. Bu isə imperiya siyasətindən və sonsuz müharibələrdən bezmiş əhali üçün olduqca mühüm idi və onlar könüllü olaraq xilafətin tabeçiliyinə keçirdilər. Bu işdə artıq öncədən Azərbaycan və İran ərazilərində müsəlmanların olması və yerli camaatın İslam dinin gözəlliyi ilə tanış olduğu təsir göstərmişdi. Azərbaycan qısa bir zamanda tamamilə müsəlmanlaşdı. Arran ərazisi xristian olaraq qalırdı və xilafətin tərkibinə yalnız xəlifə Osmanın dövründə daxil oldu. Artıq Həzrət Əlinin (ə) dövründə Azərbaycanın əksəriyyəti müsəlman olmuşdu. Buna baxmayaraq Girdman əmirliyi xrisitian olaraq qalırdı. Sonralar İslam hakimiyyəti altında Arran vəAzərbaycan vahid vilayətə birləşdi.
Allah sizə yar olsun.
Sual (5) : Salamun əleykum. İslam dini küfr ölkələri ilə əlaqələrə necə baxır?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
İslam fitrət dinidir. İnsan isə fitrətən azadlığa meyllidir. Müsəlmanların azadlığına xələl gətirməyən əlaqələr İslamda mümkün sayılır. Ana paltarını bulaşdıran uşaqdan qaşığı alıb özü yedirtmək istəyəndə uşaq etiraz edir. O, hər vəchlə müstəqil olmağa can atır.
İslamın ilk on ilində müsəlmanlar ibadət zamanı üzlərini Beytül-müqəddəsə tuturdular. Mədinəyə hicrətdən sonra yəhudilərin “hanı sizin öz qibləniz” kinayələri ilə qarşılaşan peyğəmbər isə vəhy intizarında idi. Nəhayət, vəhy nazil oldu və Allah müsəlmanlara Məscidül-həramı (Kəbə) qiblə təyin etdi. “Bəqərə”, 157.
Müsəlmanların hər hansı bir işdə özünü kafirlərə oxşatması da haramdır. Özünü kafirlərə oxşadanlar əslində müsəlmanlığı alçaldırlar.
Allah sizə yar olsun.
Sual (6) : Salamun əleykum.İslamın mənası nədir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Qurani-kərimin bəzi ayələrində “İslam” və ondan düzələn digər sözlərdən istifadə olunmuşdur.[149]
İslam dedikdə bəzən insanı Allah-taalaya tam təslim etmək istəyən ilahi dinlərin, bəzən Allahın yeganəliyi və Onun rəsulu həzrət Məhəmmədin (s) haqq olmasına dildə şəhadət vermək, bəzən də iman nəzərdə tutulur.[150]
Ümumi şəkildə belə bir nəticə çıxarmaq olar ki, İslam təslim olmaq deməkdir. Qəlbən İslamı qəbul etmək iman adlanan etiraf və yəqindən, dildə İslamı qəbul etmək, onu iqrar edib şəhadət verməkdən, bədəni və xarici görünüşülə İslamı qəbul etmək Allah-taalanın əmrlərini yerinə yetirməkdən, İslamı mütləq qəbul etmək isə insanın bütün yönlərinə aid “təslim”çilikdən ibarətdir. Təbii ki, belə bir İslam həmişə imanla birgədir. Beləcə, hər bir müsəlmanı mömin də adlandırmaq olar. Lakin İslam bəzən yalnız dildə, yaxud əməldə görünür. Qurani-kərim belə insanları daxilən kafir olmaları aşkarlanana qədər müsəlman hesab edir.
[149]  “Ali-İmran” surəsi, ayə: 19 və 85; “Bəqərə” surəsi, ayə: 28; “Hücurat” surəsi, ayə: 14; “Zuxruf” surəsi, ayə: 69 və s.
[150]  “Yunis” surəsi, ayə: 84.


Allah sizə yar olsun.
Sual (7) : Salamun əleykum."Əl- islam" sözünün mənası bu ayəyə əsasən ("انّ الذين عنداللَّه الاسلام") Allahın müqabilində təslim olmaq mənası verdiyini yazırlar. Həmçinin bu mənaya əsasən "əl- islam" sözü məsdər, ismin kökü adlandırılır. Xahiş edirik bununla bağlı açıqlama verəsiz.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
İslam sözü lüğətdə "Allahın" müqabilində kamil surətdə təslim olmaq" deməkdir. Yəni heç bir qeyd və şərt olmadan ilahi qanunlara tabe olmaq. Din deyəndə isə "bəşəriyyətin bütün hallarda (ictimai və fərdi) ilahi qanunlara əsaslanması və Allahla insanların rabitəsi" başa düşülür. Bu səbəbdəndə bütün əsrlərdə peyğəmbərləri qəbul etmək onların gətirdiyi dinə (qeyd- şərtsiz) kamil surətdə təslim olmaq deməkdir. Həmçinin hər hansı bir zamanda yeni peyğəmbərlərin gəlişilə insanların vəzifəsi öz şəriyyətlərindən yeni gəlmiş peyğəmbərin şəriyyətinə keçmək və onun dediklərinə kamil surətdə təslim olmaqdır. Belə nəticə alırıq ki, tarix boyunca gəlmiş peyğəmbərlərin hədəfləri biz olduğu və onlar insanları bir- dinə (islam) dəvət etdikləri, həmçinin bir- birlərinin gətirdiklərini (şəriyyət baxımından) tamamladıqları üçün, insanların vəzifəsi yeni dinə əməl etməkdir.
Məqam və fəzilət baxımından onların arasında fərq olsada,[151]hədəflərində zərrə qədər də fərqin olması mümkün deyil. Çünki, onlar tək olan Allah tərəfindən bəşəriyyətin hidayəti üçün, göndərilmişdirlər. Amma bir- birinin ardınca gələn peyğəmbərlərin gətirdikləri din, insanların ümumi şəriyyətinə uyğun olduğu üçün heç bir tayfanın və ya qövmün əvvəlki peyğəmbərin dinində qalmaq hüququ yoxdur. O, yalnız yeni gəlmiş peyğəmbərlərin dininə əməl etməklə öz zamanında dinini və imanını kamil etmiş olar.
Bu bəyana əsasən demək olar ki, Məhəmməd (s) sonuncu peyğəmbər olduğu üçün islam dinində şəriyyətlərin sonuncusu olaraq qiyamətə kimi davam edəcəkdir.
Yəni bütün dinlərin ən kamili və sonuncusu Məhəmmədin (s) gətirdiyi şəriyyətdir. Bu səbəbdən də Allah taalanın əmrinə əsasən bütün dünya insanları öz dinlərindən əl çəkib sonuncu və ümum bəşər olan islam dinini qəbul etməlidirlər. Əks halda isə onlar Allah yanında dinsiz, kafir və Allahın əmrlərinə tabe olmayan insanlar sırasına daxil olacaqlar.
Daha geniş cavab
Allahın müqabilində təslim olmağın özünə aid mərtəbələri və dərəcələri vardır:
Bütün yaranmışların (həmçinin insan) Allah müqabilində ixtiyarsız təslim olması (təkvini):
Yəni yaradılış, yaranmışların növləri və cinsləri, onların yaşayışı, cürbə- cür hallara düşmələri və nəhayət ölümləri və sair... bunların heç birinin ixtiyarı öz əllərində deyil. İstəsəkdə- istəməsəkdə bunlar təbiət aləmində baş verəcəkdir. [152]  Çünki bunların ixtiyarı və malikiyyəti ulu Tanrının hökmüilədir. Bu səbəbdən bütün ilahi düşmənlər o cümlədən kafirlər və müşriklər və sair... istər- istəməz bu əmrə ixtiyarsız olaraq tabedirlər. [153] 
İslam dinin nəzərinə əsasən əgər insan, səhf yollarla tərbiyələnməsə öz fitrəti sayəsində tövhidə yetişər və şirkdən uzaqlaşar. İbrahim peyğəmbər bunun bariz nümunəsidir. O, öz fitrəti sayəsində təbiətə baxaraq ulu tanrıya yetişdi və ona belə münacat etdi: Yeri və göyü yaradan Allaha tərəf gedirəm və özümü onun müqabilində təslim edirəm" [154] 
İslam, dinə təslim olmaq mənasındadır: Yəni bütün ilahi əmrləri səmimi qəlbdən və qeyd şərtsiz yerinə yetirmək və bu əmrin nəticəsində bir çox istədiyi şeylərin tərk olması və bütün ilahi maarifin, o cümlədən əxlaq təlim- tərbiyəsinin qəbul olunması deməkdir. Belə təslim olmaq əsil dindarlıq iddiasında olmaq deməkdir. Yəni əgər şəxs özünü dindar sayırsa, gərək dinin bütün əmrlərinə özünü tamamilə tabe etsin və bu yolda əlindən gələni əsirgəməsin.
Əgər dinin əmrləri onun nəfsi istəklərinə uyğun olmazsa belə, gərək qəbul etsin. [155] 
Bu səbəbdən də əgər hər bir şəxsin peyğəmbəri ona "bir müddətdən sonra öz dinini məndən sonra gələnin dini ilə əvəz et desə onun əsas vəzifəsidir ki, öz peyğəmbərindən sonra dediklərini kamil surətdə yerinə yetirsin. Məsələn: Əgər yəhudi dinində olanlar həqiqətən Musanın (ə) ardıcılı idilərsə islam dinini qəbul etməli idilər. Həmçinin İsanın dinin də olanlar da Məhəmməd peyğəmbərin dinini qəbul etməlidirlər. Bunun nəticəsində müsəlmanlıq və islam dini bütün dünyada hakim din olmalı idi. Amma təəssüf ki, belə deyil.
İslam dini sonuncu din olduğu üçün ən kamil din olaraq qalır. [156]  Bu səbəbdən də ondan öncə olan dinlər nəsx olmalıdır.
Allah- Taala islam dinini sonuncu din olaraq bəyan edir. Buna əsasən də islam dinindən başqa heç din Allahın hüzurunda qəbul deyil. Çünki islam dini bütün islami dinlər və peyğəmbərlərin Allah tərəfindən haqq olduğunu və həmçinin özünü dinlərin ən kamil dini olaraq gəlməsini bəyan edir. Bundan əlavə xristian və yəhudi dini islam dininə əsasən naqis olduqları və bəşəriyyətin ehtiyaclarına cavab verə bilmədikləri üçün Allah dərgahında qəbul olunmur. [157] 
Ayədə olan "əl- islam" sözündən yuxarıda qeyd etdiyimiz dörd hissəni asanlıqla görmək olar. Əsil həqiqət yolçusu olanlar və öz axır- aqibətinin xeyirli və səadətli olmalarını istəyənlər gərək öz fitrətlərinin tövhid nidasına cavab verərək islam dinini qəbul etməlidirlər. Həmçinin islam dinini qəbul etməklə bütün ilahi peyğəmbərlər və dinlərin qəbul etmiş olur. hər kəs islam dinini qəbul etsə, əsil səadət və hidayət yoluna qədəm qoymuş olur. [158] 
İslam dinini qəbul etməyin dərəcələri və mərhələləri vardır ki, aşağıda qeyd olunmuşdur:
1. Kəlmeyi şəhadəti dildə demək və islam dininin bəzi əməllərini yerinə yetirmək, islamı zahiri surətdə qəbul etməkdir. Hər çənd bunun əqidəyə və imana təsiri və faydası olmasa belə...
Amma bunun əsas faydası odur ki, o şəxs müsəlman sayılaraq islamın bütün qanunlarından istifadə etmək hüququna malik olur. Məsələn, nikah, bədənin paklığı və sair... [159] 
2. İslam, Allaha qəlbən, yəqinliklə iman gətirmək bütün ilahi əmirləri səmimi qəlblə yerinə yetirmək deməkdir. Baxmayaraq ki, bəzən iman gətirən şəxs yolda büdrəyir və bir çox məkruhatlara yol verir. [160] 
3. İslam, Allah və peyğəmbəri səmimi qəlbdən qəbul etmək və onların razılığını qazanmaq üçün əlindən gələni etmək, həmçinin onların müqabilində xuzu və xuşu (əyilmək) etməkdən yorulmamaq deməkdir. Bundan əlavə zərrə qədər də olsun 15belə peyğəmbərə imama şəkk etməmək və onların dediklərini canla- başla yerinə yetirməkdir. [161]  Belə olan halda bəndə özünü Allaha təslim edərək, özünü Allahın "məmluku" və Allahı da özünün "maliki" bilərək, o şeyi yerinə yetirir ki, tək Allah ondan razı olsun. O şeyi sevir ki, Allah onu sevir."
4. Bəzən də "İslami; Allaha təslim olmaq belədir ki, bəndə özündə heç bir azadlıq hiss etmir və heç nəyə Allahın razılığı olmadan iradə etmir. Nəyisə iradə etsədə o işdə Allahın eşqi və razılığı o dərəcədə olur ki, bəndə o işi yerinə yetirməkdə özünü fəda edir və cismini unudaraq gecə- gündüz övliya Allah "məqamına yetişməyə və Allahın sadiq bəndəsi olmağa can atır. Bu məqama çatdıqda isə səbirsizliklə liqaullahı", əcəli gözləməyə başlayırlar. Onlar o kəslərdirlər ki, nə keçmişlərinə baxıb təəssüflənərlər, nə də gələcək onlar üçün qəm- qüssəlidir və əllərindən gedən dünya malı üçündə kədərlənməzlər. [162]  Onlar hər an Allahın razılığı üçün "ləbbeyk" deyən kəslərdir. Onlar üçün baş verəcəklərdə heç bir qorxu hissi yoxdur. [163]  Bunun bariz nümunəsi Kərbəla vaqiyəsidir. [164] 
Xülasə budur ki, islam dinini qəbul etmək Allahın bütün əmrlərini sırfən yerinə yetirmək və Allahın müqabilində tam şəkildə itaətkar olmaq deməkdir. [165] 
Digər tərəfdən isə islam dini vilayət, (həzrət Əlinin Qədir- xumda imam seçilməsi). Mövzusu ilə tamamlandığı [166]  və "kamil din" adlandığı üçün, imaməti qəbul etməmək, Allah müqabilində "sırf təslim" sayılmaz. Allah müqabilində o şəxsin imanı kamildir ki, imaməti, islamın vacibatından saysın və Əli (ə)ı peyğəmbərdən sonra haqq canişin olaraq tanısın. Əgər kimsə bunu qəbul etməsə nə imanı, nə də dini kamil deyildir. Allah taala Qurani kərimdə buyurur: Ey o kəslər ki, iman gətirmisiniz! Allaha və peyğəmbərinə itaət edin. Nə onun sözünü eşitdiyiniz zaman ondan üz çevirməyin! O kəslərdən olmayın ki, deyirdilər: "Eşitdik" amma həqiqətdə eşitmirdilər. Allah yanında yer üzündə bəzən məxluqatın ən pisi dərk etməyən korlar və lallardır. Ey iman gətirənlər! Allaha və peyğəmbərinə xəyanət etməyin və öz əməllərinizdə də xəyanəti rəva görməyin" [167]  və de ki, "Haqq din Allahdandır. Kim istəyir inansın və kimdə istəyir inanmasın və kafir olsun. Biz zalımlar üçün belə bir atəş hazırlamışıq ki, onun pərdələri onu bürüyəcəkdir." [168] 
"Səqəleyn "hədisi" həm sünni və şiə rəvayətləri arasında fərqlidir. Allah taala bu hədisdə bizi Qurandan və əhli- beytdən ayrılmamağımızı sifariş etmişdir. Yəni hər kəs bunun ikisindən birini seçsə yalnız zahirdə islamda iman gətiribdir və onun əmələri qəbul həddə deyildir. Çünki Allah Taala peyğəmbərin vasitəsi ilə bizi qiyamətə kimi, bu iki əmanətdən ayrılmamağı və onlara xəyanət etməməyi əmr etmişdir.
Deməli islam dini vilayət dinidir. Yəni islam dini vilayətsiz sırfən təsdiq olunmur.
Mənbələr:
Şirazi, Mirzə Əbu Talib, əsvarul əqaid, məktəbul islam, çap 1, 1377, Qum, kulu məktəb və sair təfasir zil ayat məzkure dər pavərəqha.
Təbatəbai, Məhəmməd Hüseyn, Əl- mizan, in ticarət islami, Qum, cild 1, səh 300- 308, cild 7, səh 342- 347, cild 3, səh 120- 123 və 331- 339
Qummi Məşhədi, Məhəmməd ibn Məhəmməd Rza, kənzul- dəqaiq, müəssiseyi təbə və nəşr vezarət ərşad, çap 1, 1411 q. Tehran, cild 4, səh 123 və 442, cild 3, səh 56- 58
[151]  İsra surəsi, ayə 55, Bəqərə surəsi, ayə 253
[152]  Ali İmran surəsi, ayə 83, Rəad surəsi, ayə 15, Fussilət surəsi, ayə 15
[153]  Göstərici: İxtiyar və məşiyyət ilahi sual 153, Ənkəbut surəsi, ayə 98
[154]  Ənam surəsi, ayə 79
[155]  Əhzab 36, Ənam surəsi, ayə 122- 127, Nisa surəsi, ayə 60- 70
[156]  Əhzab surəsi, ayə 40, R. K. Mütəhhəri, Mürtəza, Xatəmiyyət
[157]  Ali İmran surəsi, ayə 79- 95
[158]  Ənam surəsi, ayə 153, Maidə surəsi, ayə 15- 19
[159]  Hucurat surəsi, ayə 144
[160]  Zuxruf surəsi, ayə 69, Bəqərə surəsi, ayə 208, Hucurat surəsi, ayə 15
[161]  Nisa surəsi, ayə 65, Möminun surəsi, ayə 1- 3
[162]  Yunus surəsi, ayə 62
[163]  Hədid surəsi, ayə 23, Ali- İmran surəsi, ayə 153
[164]  Fəcr surəsi, ayə 27- 30
[165]  R. k. Əl- mizan cild 1, səh 300- 303
[166]  R. K. Həmaye: Təhrif və məzahib qeyri şie, səh 260, Maidə surəsi, ayə 3- 6 və s.
[167]  Ənfal surəsi, ayə 20- 27
[168]  Kəgf surəsi, ayə 29


Allah sizə yar olsun.
Sual (8) : Salamun əleykum.Bütün müsəlmanlar mömindir, yoxsa müsəlmanla mömin arasında fərq var?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
“Nəsr” surəsinin ikinci ayəsində insanların dəstə-dəstə Allahın dininə daxil olduqları bildirilir. “Hucurat” surəsinin 14-cü ayəsində isə bəyan olunur ki, “hələ ki, iman sizin qəlbinizə daxil olmayıb.” Ayədən göründüyü kimi, insanların dinə daxil olması kifayət deyil və müsəlman olmaqla mömin olmaq arasında fərq var.
Dindarlığın mərhələləri var: qızma, qaynama və bişmə. Həm isti, həm də qaynayan şey soyuya bilər. Amma bişmiş şey yenidən çiy ola bilməz.
Dinə daxil olmaq asandır. “Əşhədu ənla ilahə illəllah və əşhədu ənnə Muhəmmədən rəsulullah” deyən şəxs müsəlman olur. Bu qızma mərhələsidir.
Peyğəmbərin səhabələri qaynar bir eşqlə cəbhəyə gedər və haqq yolunda canlarından keçərdilər. Bu, qaynama mərhələsi idi. Amma Quran bu insanlara buyurur: “Ələ keçirdiyiniz qənimətin beşdə birini xüms ödəyin.”[169]“Onların öz Rəbbi yanında dərəcələri vardır.”[170] “İman gətirmədikləri halda “Allaha və qiyamət gününə iman gətirdik” deyənlər var.”[171]
Bəli, şəhadət kəlmələrini deyənlər, hətta peyğəmbərlə çiyin-çiyinə vuruşanlar üçün qarşıda həqiqi imana aparan yol var. Həqiqi imana çatmaq üçün bir çox mərhələlərdən keçmək lazım gəlir.
[169]  “Ənfal”, 41.
[170]  “Ənfal”, 4.
[171]  “Bəqərə”, 8.


Allah sizə yar olsun.
Sual (9) : Salamun əleykum. Müsəlmanla mömin arasında nə kimi fərq var?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Quran buyurur: “Allah İbrahimə “Rəbbinə təslim ol” buyurduqda, İbrahim “aləmlərin Rəbbinə təslim oldum (müsəlman oldum)” deyə cavab verdi. “Bəqərə”, 131
Ayədən göründüyü kimi Allahın əmrləri qarşısında təslim olan insan müsəlman olur. Amma müsəlmanlığın dərəcələri vardır.
“Hucurat” surəsinin 14-cü ayəsində oxuyuruq: “Bədəvilər “biz iman gətirdik”, dedilər. De ki, siz iman gətirmədiniz “Biz islamı qəbul etdik”, deyin. Çünki hələ iman qəlblərinizə daxil olmamışdır.” Demək, İslamın ilkin dərəcəsi onu dil ilə qəbul edib, şəhadət kəlməsini deməkdir.
İslamın ikinci dərəcəsində olanlar onu dil ilə qəbul edib, xeyir iş görənlərdir. İnsanın Allaha qəlbən itaəti İslamın üçüncü dərəcəsinə aiddir. Dördüncü dərəcədə olan insanlar isə bütün varlığını Allahın ixtiyarında görən övliyalardır.
İmam Sadiq (ə) buyurur: “Çox vaxt bəndələr sadəcə müsəlman olaraq qalır, möminliyə yol tapa bilmirlər. Allahın qadağan etdiyi günahlara yol verən şəxsi mömin yox, müsəlman kimi qəbul etmək lazımdır.

Allah sizə yar olsun.
Sual (10) : Salamun əleykum.İslamda keyfiyyət, yoxsa kəmiyyət əsas götürülür?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
İslamda bəzən kəmiyyətə, bəzən də keyfiyyətə əhəmiyyət verilir. Məsələn, camaat namazında adamların sayı nə qədər çox olarsa, savab da bir o qədər çox olar. Amma sədəqənin miqdarı yox, sədəqə verənin səmimiyyəti (ixlas) əsas götürülür. Əhli-beytin yetimlərə, miskinlərə və əsirlərə verdiyi sədəqələr miqdarına görə yox, onu verənlərin xalisliyinə görə yada salınır.
Bəzi məqamlarda həm keyfiyyət, həm də kəmiyyət əsas sayılır. Məsələn, Quran həm çox zikr etməyi, həm də müti olmağı tapşırır.“Əhzab”, 41; “Muminun”, 2.

Allah sizə yar olsun.
Go to TOP