Sual (1) : Salamun aleykum Basqa planetlerde yasayisin olmasiyla bagli dinimizin movqeyini oyrenmel isterdim.Quranda bununla bagli melumat varmi ? (deqiq bilmirem ama sehv etmiremse Ellame Tebetebainin nezerince bele bir sey heqiqete uygundu)
Ad: Farid Fateh, Ölkə: Gence, Müctəhid: Ayətullah Xamenei

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Varlıq aləмi o qədər geniş və əzəмətlidir ki, bu əzəмət qarşısında bütün aliмlər heyrətdədirlər. Yalnız biziм qаlаktikаdа yüz əlli мilyard ulduz vardır. Onların bir çoxu biziм günəşə oxşayır. Varlıq aləмinin genişliyini nəzərə aldıqda inanмaq olмur ki, həyat təkcə yer üzərindədir. Hər halda astrоnoмların fikrincə, günəş sisteмindəki digər planetlərdə həyat olмası ehtiмalı zəifdir. Hələ ki aparılan tədqiqatların nəticəsi həмin planetlərdə həyat olмası fikrini təsdiqləмir. Aммa bütün deyilənlər hələ ki fərziyyədir. Çünki biz günəş sisteмinin digər planetlərindən birindən yerə doğru baxsaydıq, güмan ki, yerdə həyat olмadığını zənn edərdik. Başqa planetdə olanlar biziм planet haqqında araşdırмa aparsaydılar, öldürücü oksigenlə əhatə olunмuş yerdə həyat olмadığını düşünərdilər. Onlar haradan bilsinlər ki, insan orqanizмi həмin bu oksigenlə tənəffüs alмaq üçün tənziмlənмişdir! Yerdən başqa planetlərə göndərilən stansiyalar üç yüz kiloмetrdən şəkillər çəkirlər. Bu şəkillər əsasında qəti bir söz deмək çətindir.

Мəşhur dünya astrоnoмlarının yazdığı “Biz dünyada tək deyilik” kitabında bildirilir ki, yerdən kənarda həyat мövcuddur. Hətta onların fikrincə, yerdən kənar həyat daha inkişaf etмiş səviyyədədir. Əgər təkcə biziм qаlаktikаdа yüz əlli мilyarda yaxın ulduz varsa, eləcə də, hər bir ulduz sisteмinin öz planetləri olarsa, həмin sisteмlərdə həyat olмadığını iddia etмəyə heç bir əsasıмız yoxdur. Hər halda bu işlə мəşğul olan elмi мərkəzlərdə tədqiqatlar davaм etdirilir.

Bu мəsələyə мünasibətdə İslaмın мövqeyi aydındır. Quran və islaмi hədislər on dörd əsr bundan öncə uyğun sualları cavablandırмışlar. Həмin мövzuda danışмazdan qabaq bir мühüм nöqtəni qeyd edək:

Мüvəhhid, allahpərəst bir fərdin nəzərində varlıq aləмi ilahi hikмətlə yaradılмışdır. Bütün varlıq aləмi hikмətlə yarandığı təqdirdə bu nəhayətsiz okeanın təkcə bir nöqtəsində həyat olмası şübhə doğurur. Canlı həyatın yalnız yerdə olмası ilahi hikмətlə bir araya sığмır. Qurani-мəciddə səмadakı canlı varlıqlar yad edilərək, Allahın qüdrətinin vəsfində belə buyurulur: “Göyləri, yeri və orada canlıları yaradıb yayмağı Onun qüdrət nişanələrindəndir...” Başqa bir ayədə oxuyuruq: “Göylərdə və yerdə olan bütün мəxluqlardan elə biri yoxdur ki, Rəhмanın hüzuruna bir qul kiмi gəlмəsin.” Bu kiмi ayələrdən görünür ki, səмalarda canlı və düşüncəli varlıqlar мövcuddur. Onlar da Allah qarşısında vəzifəlidirlər və qiyaмət günü Allahın hüzuruna toplanasıdırlar. Uyğun мövzuda bir rəvayət də nəql etмəklə kifayətlənirik: Əмirəl-мöмinin (ə) ulduzlar haqqında belə buyurur: “Bu ulduzlar yer üzərindəki şəhərlər kiмi şəhərlərdir...”

Şəhidlər ağası həzrət Hüseyn (ə) öz duasında belə deyir: “Pərvərdigara, kəlмələrinə, sözlərinə, hikмət ocaqlarına, səмalarına və yerinin sakinlərinə and verirəм!” Duanın мətnindən aydın şəkildə görünür ki, səмaların da sakinləri vardır. Bəzi alilмlər səмa sakinlərinin мələklər olduğunu bildirsələr də, bu baxışın qəti bir dəlili yoxdur.
Allah sizə yar olsun.
Sual (2) : Salam deyerli mominler! Size bezen suallar verirem amma cavab gelmir. Asan suallara tez cavab gelir, amma bir az mezheb meselesi ve ya mubahiseli sual olanda sizden bir ses cixmir. Bunun sebebini yazin xahish edirem. Shiye olan kes hec bir suali cavabsiz qoymamalidi. Cavab gozleyirem.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam. 
Sayta gələn bütün suallara 48 saat ərzində cavab verilir. Bəzən fiqhi bölməyə göndərilən sual yeni məsələ olduğundan və ya kitablarda olmadığı üçün müctehidin dəftərinə müraciət olunur və bu səbəbdən bir miqdar gecikir. Mümkündür sual verən email ünvanını  doğru yazmasın və cavab məqsədə çatmasın. Təbiidir ki, asan suala cavabda rahat olur bəzi suallar isə təhqiq və axtarışa ehtiyac olduğundan çox vaxta aparır. Sualınıza tez cavab almaq üçün sual növünü doğru seçin fiqhi sualı ümumi bölməyə və ya əksinə göndərməyin çünki, hər bölməyə ayrı-ayrı şəxslər nəzarət edir, əks halda sual geri qayıtarılır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allah sizə yar olsun.
Sual (3) : Sual: Salam! Menim teqlidim aga Lenkeraniye idi. O dahi shexs Allahin rehmetine qovshduqdan bir muddet sonra teqlidimi Aga Xameneyiye niyyet etdim. Amma aga Xameneinin risalesi elimde yoxdur. Yalniz lazim olanda ruhanilerden aganin fetvasi barede sorushuram. Bu meselede bir problem yoxdur ki?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Ayətullah Xameneinin 2cilddə ŞƏRİ SUALLARA CAVABLAR adlnda kitabının elektron variantını saytımızın kitabxanasından oxuya bilərsiz.
Əgər ruhanilərin dediyindən Xaminei ağanın fitvalarına yəqinlik hasil olursa, onda hеç bir еybi yoxdur.
Allah sizə yar olsun.
Sual (4) : Səlamun Əleykum. Saytınızın kitabxanası nə vaxt aktiv olacaq?
Allahın adı ilə.   
Əleykumus-salam. 
Saytın kitabxanası neçə müddətdirki aktivdir. İnşəllah tezliklə danlodda mümkün olacaq.
Allah sizə yar olsun. 


Sual (5) : Salam,, men bu gece seher subh namazina yaxin yuxuda is yerimde otaqima daxil oluram cox pis qorxulu halda heyacanli halda dini kelamlar soyleyirem ve birden azan vermeye baslayiram yuksek sesle bir anda sag elime kitab verilir balaca ki sozleri unutsam burdan oxuyum kitab o halda verilir ki sozlerde cetinlik cekirem ve kitabi acib davam eleyirem amma cox oxuya bilmirem ani halda yuxudan ayiliram bunun menasini bolmek isderdim
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Yuxu üç qismdir: yozumu olan ilahi, doğru yuxular; insanı doğru yoldan azdıran şeytani yuxular; bir iş haqqında çox düşünməkdən yaranmış əsassız yorğunluq yuxuları. Təəssüf ki, yuxu yozmaqı bacarmırıq. İnşəllah yuxunuz xeyirlidir.
Allah sizə yar olsun.
Sual (6) : Salam. Haram pulla məscid tikmək olarmı?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam. 
Şəriət hökmlərinə əsasən, heç bir şəxsin, haram yolla qazandığı pulu xərcləmək hüququ yoxdur. «Tövbə» surəsinin 18-ci ayəsində oxuyuruq: «Allahın məscidlərini yalnız Allaha və qiyamət gününə iman gətirən, namaz qılıb zəkat verən və Allahdan başqa heç kəsdən qorxmayanlar təmir edə bilərlər».
Məscid tikməyin əhəmiyyəti barədə hədislər çoxdur. Həzrət Peyğəmbər (s) buyurur: «Hər kəs hətta quş yuvası ölçüsündə olsa da məscid tikərsə, Allah-təala behiştdə onun üçün bina ucaldar». 
Başqa bir hədisdə Həzrət (s) buyurur: «Hər kəs məsciddə bir çıraq yandırsa, nə qədər ki, bu çıraq məscidi işıqlandırır, mələklər onun bağışlanmasını diləyər»
Məscidin abadlaşdırılması müqabilində vəd edilən mükafatlar əslində iki dəstəyə aiddir: Bunlardan biri halal pulla məscid binasını tikənlər, ikincisi məscidi mənəvi cəhətdən düzgün istiqamətdə abadlaşdıranlardır. Haram pulla məscid tikmək günah olduğu kimi, məsciddə dinlə uyuşmayan söhbətlərə yol vermək də günahdır. Bir sözlə, «İlk gündən binası təqva üzərində qurulmuş məscid, namaz qılınmağa daha layiqdir»
Allah sizə yar olsun.
Sual (7) : Nə üçün dünyada həm çirkinlik, həm də gözəlliklər mövcuddur? Nə olardı ki, Allah-taala yalnız gözəllikləri yaradaydı?!
Bismillahir-rəhmanir-rəhim. 
YARADILIŞDAKI FƏRQLƏR
Allah-taala varlıq aləmini ən gözəl və ən kamil şəkildə yaratmışdır. Bu kamil və gözəl aləm məxluqlar arasında fərqlərin mövcudluğunu zəruri edir. Biz fərqlərə malik dünyada birinə yaxşı, digərinə isə pis deyərək, “nə üçün bu yaxşıdır, o isə pisdir?” – sualını veririk. Halbuki dünyada pis olmasaydı, yaxşı da olmazdı. Bu, eynilə qaranlıq və işıqlı səhnələri olan rəsmə bənzəyir. Onu gözəl göstərən iki fondan – həm qaranlıq, həm də işıqdan ibarət olmasıdır. Əgər şəkildə hər yer işıq olsaydı, həmin şəkil öz gözəlliyini itirər və istənilən lövhə alınmazdı. Görəsən, dünyada pislik olmasaydı, gözəllik mövcud olardı? Əgər pis insan olmasaydı, yaxşı insan olardı? Bizim bir şeyi gözəlliklə vəsf edib, ona heyran olmağımız bütün dünyanın eyni formada olmamasından irəli gəlir. Əgər bütün dünya eyni, bütün insanlar yaxşı, bütün bəşər cəmiyyəti imam Əli ibn Əbutalibin (ə) və digər yaxşı insanların xüsusiyyətlərinə malik olsaydılar, artıq dünyada imam Əli (ə), digər təqvalı və gözəl insanlar tanınmazdı. Deməli, bizim yaxşı və gözəl adlandırdığımız şeylər öz yaxşılıq və gözəlliklərinə görə, çirkin şeylərin pislik və çirkinliklərinə borcludur.
Allah sizə yar olsun.





Sual (8) : Salam.Xahis ediremyuxu,yuxu yozumu ve yuxu gormek haqqinda melumat veresiniz
Allahın adı ilə.
Əleykumus-salam.
Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: “Düz danışan şəxslərin yuxusu doğrudur.” Həmçinin buyurmuşdur: “Bizi yuxuda görən şəxs, sanki aşkara görmüşdür, çünki Şeytan mənim surətimə düşə bilməz.” Peyğəmbərlərin yuxu görməsi Allah tərəfindən olan bir növ ilhamdır.
İmam Sadiq (ə) öz səhabələrindən birinə buyurdu: “Doğru və yalan yuxular haqqında fikirləş, gör onlar bir-birlərinə necə də qarışmışdır. Bütün yuxular doğru olsaydı, hamı peyğəmbər olardı; əgər hamısı yalan olsaydı, onda yuxunun heç bir faydası olmaz, artıq bir iş sayılardı.”
Yuxu üç qismdir: yozumu olan ilahi, doğru yuxular; insanı doğru yoldan azdıran şeytani yuxular; bir iş haqqında çox düşünməkdən yaranmış əsassız yorğunluq yuxuları.
Adi insanların gördüyü yuxuya əsasən əməl etməsi, məntiqi deyildir və yuxuda verilən göstərişə mütləq əməl olunması xürafatdır.
Yuxunu elə yuxu kimi qəbu edin. Hər bir halda, gördüyünüz yuxuları həmişə yaxşıya yozun, pis yuxu gördükdə sədəqə verin.
Allah sizə yar olsun.

Sual (9) : Salamun əleykum. Mənim sualım "ələm"lə bağlıdır.(Məhərrəmlikdə üzərinə qara bayraqlar asilan,əl şəkilli taxtadan hazırlanmıs ələm) Bəzən bu ələmlər vasitəsilə olunan caduların yeri tapilir. Mən bilmək istərdim ki, buna inanmaq dogrudurmu? Dinimizdə ələm anlayisi varmı? Xahis edirəm mənə ətraflı cavab yazin.
Allahın adı ilə.   
Əleykumus-salam.        
İslamda müstəqil olaraq ələm (bayraq) adlı müqəddəs sayılacaq bir dəyər yoxdur. Ələm anlayışı İslam ordusunun önündə gedən sərkərdələrin əlində bayraq tutmasından irəli gəlmişdir. Ümumiyyətlə, keçmişdə hər bir ordunun ələmdarı olmuşdur. Ələmdar (bayraqdar) ordunun sayılıb-seçilən döyüşçülərindən biri olurmuş. İmam Hüseynin (ə) Kərbəladakı ələmdarı isə onun qardaşı hz. Əbəlfəzl olub. O, Kərəbəlada böyük fədakarlıq göstərmiş, axırda isə hər iki qolu kəsilərək İslam uğrunda şəhid olub. Daha sonralar isə Əhli-beyt (ə) sevərlər Kərbəla ələmdarını və onun qollarının kəsilməsini yad edərək əza mərasimlərində əllərində bayraq (ələm) tutmuşlar. Kimlərin isə bu ələmdən pis niyyətləri üçün istifadə etməsi xurafatdır. Belə saxtakar insanlar İslam maarifindən xəbərsiz şəxsləri aldadaraq pul qazanmağa başlamışlar. Belələrinə inanmaq əsla düzgün deyil.
Allah sizə yar olsun.
Sual (10) : Salam. Cadu, tilsim, falaçma, Quaranla fala baxma nə qədər doğrudur və bunların məntiqi nədir? Onuda qeyd edim ki, bəzən onlarin dedikləri düz olur.
Allahın adı ilə.   
Əleykumus-salam.        

Cadu var, lakin günümüzdə onu bilən adam ya yoxdur və ya da həddindən artiq azdir. Ona gorə də bu kimi şeylərə fikir verməyin. Hər bir halda əgər cadunun edilməsinə əmin olsaniz, evdə üç dəfə Təkfir surəsini oxuyun. Bu, cadunun üzə çixmasina səbəb olacaq.

Quranla yaliniz istixarə edilir. Yəni bir iş görmək istədikdə, məsləhət və şəvərətdən sonra ortaq nəticəyə gəlmədikdən sonra bir işi görüb görməmək üçün Quranla, təsbihlə istixarə edilir. Istixarədə konkret olaraq "yaxşidir" və ya '"pisdir" cavabi verilir. Kiminsə Quran vasitəsilə uzun-uzadi fal açması, gələcəkdən xəbər vərməsi həqiqqətə uygun deyil.

Allah sizə yar olsun.
Go to TOP