Sual (1) : Salam ələykum. Həzrət Zəhranın (ə) (Fatimənin) həzrət Mehdinin (ə) nümunəsi, idealı olması nə deməkdir?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Həzrət Mehdi (ə) bir məktubda öz mübarək xətti ilə şiələrə duadan sonra bir neçə məsələyə toxunur: “Həzrət peyğəmbərin qızı Fatimə mənim üçün ideal və yaxşı nümunədir.”[1]

Bəs həzrət Mehdi (ə) həzrət Fatimənin (ə) hansı söz və rəftarını nümunə saymışdır? Bəyan olunmuş ehtimallardan üçünü nəzərdən keçirək:

1. Həzrət Fatimə (s) ömrünün sonunadək heç bir zalım hakimə beyət etməmişdir. Həzrət Mehdi (ə) də heç bir zalım hakimin qarşısında öhdəçilik götürməmişdir.

2. Şiələrdən bəziləri həzrətin imamətini qəbul etmirdilər. Həzrət onlara cavab olaraq buyurur: “Əgər icazəm olsaydı, elə edərdim ki, haqq söz aşkarlanardı və heç bir şübhə qalmazdı. Amma mən həzrət Zəhranın yolunu gedirəm. O xanım hakimiyyət haqsız yerə Əlidən alınsa da, heç vaxt qeyri-adi vasitələrdən istifadə etmədi. Mən də onun yolunu gedirəm. Öz haqqımı almaq üçün qeyri-adi yollardan faydalanmıram.”

3. Həzrət buyurur: “Əgər sizin hidayətiniz şövqündə olmasaydıq, gördüyümüz zülmlər səbəbindən sizdən üz döndərərdik.” Həzrət xanım Zəhraya (s) işarə ilə buyurur ki, düşmənlər həzrət Zəhraya (s) nə qədər əziyyət versələr də, müsəlmanlar bu zülm qarşısında sussalar da, xanım heç vaxt müsəlmanlara duadan əl çəkmədi, hətta başqalarını özündən üstün tutdu. Mən də bu zülmlərə dözürəm və sizə canıyananlığı, duanı, göstərişi əsirgəmirəm.

Allah sizə yar olsun.

[1] “Əl-Ğeybət”, s. 286.

Sual (2) : Allahin salami ve rehmeti uzerinize olsun-1)niye bizde ovliya yoxdu eger varsa niye adlarina hec bir menbede rast gelinmir.bu qedermi dindarlarimizin imani zeifdirki icimizden hec olmasa birdenede olsun allah esqiyle yanib tutusan biri cixmir. 2]SINIQ QELB DINIFILMINDE OQLANA SUAL VERILIR .KI KIME ARXALANIRSAN DEYIR EHLI BEYTE.NIYE ALLAHA YOX MEHZ EHLI BEYTE.UMUMIYYETLE NIYE SIE EHLININ HER KELMESI ALLAH PEYQEMBER YOX EHLIBEYTDIR

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

1. Adətən övliyalar gizli həyat sürürlər və insanlar onların məqam və kəramətlərindən xəbərsiz olurlar. Övliya sözünün mənası dost deməkdir, hədisdə buyrulur:

Allahdördşeyidördşeydəgizlədib: 1. ÖzrizasınıOnaedilənitaətlərdə. Heçbiritaətiyüngültutmayın. Çünki, olabilərki, Allahınrazılığıməhzhəminitaətdəolsun. 2. Özqəzəbinigünahlarda. Heçbirgünahıkiçikbilməyin. MümkündürməhzhəmingünahAllahınqəzəbinəsəbəbolsun. 3. İsticabəti (bəndələrinəcavabverməyi) dualarda. Heçbirduanıfaydasızbilməyin. Mümkündürməhzhəminduamüstəcabolsun. 4. Özdostlarınıdabəndələrininarasında. Heçbirbəndəyəe`tinasızyanaşmayın, çünkiolabilərki, məhzhəminbəndəAllahındostuolsunvəsadəcəsizonutanımamışolasınız.

 2. Əhli-beyt Peyğəmbərimizin (s) bizə qoyub getdiyi iki əmanətdən biridir.

“Həqiqətən mən sizin aranızda iki ağır əmanət qoyuram ki, onlara sarıldığınız vaxta qədər məndən sonra heç vaxt yolunuzu azmayacaqsınız. Onların biri digərindən böyükdür: Allahın kitabı asimandan yerə doğru çəkilmiş bir ipdir, digəri isə Əhli-beytim olan İtrətimdir. Agah olun, bu ikisi “Kövsər” hovuzunda gəlib mənə qovuşana qədər bir-birindən ayırmazlar.

Həmçinin Qurandada Peyğəmbərin (s) əhli-beytinə sifariş olunur. 

Şura surəsi 23. Bu, Allahın, iman gətirərək yaxşı işlər görmüş bəndələrini müjdələdiyi həmin şeydir. De: «Sizdən bunun (ilahi tapşırıqların çatdırılmasının) müqabilində qohumlarım barəsində (qəlb və əməldə olan) məhəbbətdən başqa bir muzd istəmirəm.» Kim bir yaxşı iş görsə (daha artıq məhəbbət göstərsə), Biz onun üçün həmin işdə yaxşılıq (savab) artırarıq(onun təbii mükafatına ən azı on dəfə artıq əlavə edərik). Həqiqətən Allah bağışlayan və qədirbiləndir.

Peyğəmbər (s) Əhli-beyti Nuhun gəmisinə oxşatmışdır. 

Əba Zərr buyurur: Mən özüm Peyğəmbərdən (s) eşitdim. O həzrət buyururdu: «Mənim Əhli-beytim eynilə Nuhun gəmisinə bənzəyir. Gəmiyə minən nicat tapacaq, ondan uzaqlaşan isə məhv olacaqdır.»

Əlbətdə şiələr Əhli-beyti Allahdan və ya Peyğəmbərdən (s) (nəuzu billah) nə üstün bilirlər və nə saymamazlıq edirlər. 

Hətta Şafei məzhəbinin imaına da belə iradlar olurdu. Şafei Əhli-beyti (ə) o qədər sevmişdir ki, hətta rafizilikdə (şiələrə verilən mənfi ad) qınanmışdır. Hətta buna görə onu həbs etmişlər. Həmin vaxt yazdığı şerdən iki misra: 
 
Əhli-beyti (ə) sevmək rafiziliksə,
Rafizi desinlər bu aşiq kəsə.
Ümumiyyətlə şiəlikdə bütün əməllər Allahın əmri, Peyğəmbərin buyruğuna əsasəndir.   

Allah sizə yar olsun.

Sual (3) : salam hz Eli qizini Omere nece olubki verib hakkini qesb etmish adamla qohum olmaq?
Ad: samiyusuf, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam. 
Hz. Əlinin (ə) qızı Ümmi Gülsümün Ömərlə evlənməyi ixtilaflı məsələdir, hətta evlənməyin qəbul edən alimlər bu məsələnin məcburi surətdə baş verdiyin deyirlər Hz. Əli (ə) bu işdə heçdə razı olmayıb amma Ömər Hz. Əlini (ə) təhdid edir ki, əgər razı olmasan yalançı şahid gətirib səni oğurluqda müttəhim edib əlini kəsdirəcəm. Sünnilər bunu Ömərə fəzilət sayırlar. İmam Əli (ə) ilə onun dostluğu kimi cilvələndirirlər. Amma, sünnilərin bu barədə nəql etdikləri hədislər olduqca ziddiyyətlidir. Həm sənəd, həm də mətn baxımından zəifdirlər. Şiə mənbələrinə əsasən isə, İmam Əli (ə) bu işə məcbur edilib. İmam Baqir (ə) bu hadisə ilə bağlı buyurub: "Bu bizdən qəsb edilmiş namusdur".
Allah sizə yar olsun.
Sual (4) : Imam Eli (e) 3gununde dunyaya geldiyi zaman Mominin suresinnen aye deyib deyirler ,Peygember(s)-den evvel Quran ayesi demek ne derecede duzgundu ?

Bismillahir-rəhmanir-rəhim.

Əsl cavabdan əvvəl bir neçə məsələni diqqətə çatdırmaq istərdik;

 a)  Belə bir rəvayət bəzi hədis mənbələrində gəlib. Salam verdikdən sonra imam Əli (əleyhissalam)  İslam Peyğəmbərinə (səlləllahu ələyhi və alihi və səlləm) Möminlər surəsindən ayələr tilavət etmişdir.[1]

 b) Rəvayətin sənədlərini araşdırdıqda məlum oldu ki,bəzi sənədlər qeyri-mötəbər və rəvayəti nəql edən şəxslərin pis ya yaxşı insanlar olması haqqınıda tarixdə alimlər arasınında ixtilaf var.Amma, rəvayətin mətnini digər mötəbər və dəqiq köklərə əsasən qəbul etmək olar və o da bundan ibərətdir ki:

 1.Məsum İmam (əleyhissalam)  kamil insan nümünəsi olub,Quranın insaniyyət haqqındakı hökmlərini özündə təcəssüm etdirən və natiqi Qurandır.Müsəlmanların əlində olan yazı şəkilindəki Quran isə sakit və ya danışmaz bir Qurandır.[2]

 2.Digər səmavi kitabların tamamlayıcısı olan Qurani-Kərimin nazil olması mərhələsi hələ nur almində,ilk növbədə İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) və məsum İmamların (əleyhimussalam)pak ruhlarına nazil olmuşdur. Necə ki, Quranda ayələrdən birində oxuyuruq: “(Ya Rəsulum!) Həqiqətən, Qur’an sənəhikmət sahibi olan, (hər şeyi) bilən Allah tərəfindən təlqin (vəhy tə’lim) olunur.”[3]  Ayədə həmin məsələyə işarə olunur ki,İslam Peyğəmbərinə (səlləllahu ələyhi və alihi və səlləm) arada heç bir vəhy mələyi olmadan nur aləmində,Quranın həqiqəti ona nazil olur. Ondan sonra isə pak və məsum İmamların (əleyhimussalam) ruhlarına nazil olur.[4] Bəzi rəvayətlərdə Quranın birinci mətrəbəsinə işarə olunmuş və ondan “peyğəmbərlərdən ötrü həqiqətlər” ünvanı ilə ad aparılmışdır.Bu həqiqətlər əslində, kəlmə və sözlər yox, elə həqiqətlərdir ki,heç bir zamana məhdud olmadan İslamdan əvvəl və ya sonraya aid olması arasında heç bir fərq yoxdur.Quranın mərtəbələri o dərəcədədir ki, onun hər bir mərtəbəsi müəyyən həddə, bütün peyğəmbərlərə agahdır.Hər bir peyğəmbər bir növ xüsusi bir mərtəbədə Qurana bağlı olub.[5] Baxmayaraq ki, Quranın ən yüksək və kamil həqiqəti yalnız,İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) qəlbinə nazil olmuşdur.

    Bütün qeyd olunmuşları nəzərə alaraq belə nəticəyə gəlmək olar ki:

 1.Bu rəvayətin İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) risaləti ilə heç bir ziddiyyəti yoxdur və rəvayət heç də İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) risalətindən əvvəl Quranının mahiyyətindən xəbərsiz olmasına da dəlalət etmir. Çünki,Quranın nazil olmasının neçə mərtəbəsi var ki, onun ilk mərtəbəsi   nur aləmində İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) pak ruhuna nazil olmuşdur. Belə ki, o Həzrətin dünyadakı maddi cismindən başqa, nur almində müəyyən həqiqəti də vardır.Necə ki, həzrət İsa (əleyhissalam)  təvəllüdündən dərhal sonra belə tilavət etmişdir: “Mən Allahın bəndəsiyəm. O,mənə səmavi kitab vermişdir və məni peyğəmbər qərar vermişdir.”[6]  Halbuki,həmin anda o Həzrətin əlində heç bir kitab yox idi. Deməli, hələ bu dünyaya gəlməmişdən əvvəl nur aləmində,Allah-Taala o Həzrətə ilahi kitab nazil etmişdir.

 2.Nur aləmində Quranının nurani həqiqəti, İmam Əlinin (əleyhissalam)  də pak ruhuna nazil olmuşdur.Ona görə də İmam Əlinin (əleyhissalam)  təvaəllüdündən dərhal sonra İslam Peyğəmbərinə (səlləllahu ələyhi və alihi və səlləm) Quran ayələrindən tilavət etməsi o Həzrətdən ötrü heç də təzə bir məsələ deyildir. Çünki, İslam Peyğəmbəri (səlləllahu ələyhi və alihi və səlləm) əvvəldən Quranın elminə vaqif olmasından əlavə,Allah-Taalanın izni ilə bütün aləmin və Quranın həqiqətlərinə də alim və agahdır.

Allah sizə yar olsun.

________________________________________

[1] Şeyx Tusi, Əmali, səh.708; Darus-Səqafə çapxanası, Qum, 1414 h.q; Məclisi, Məhəmməd Baqir, Biharul-Ənvar, c.35; səh18, Vifa müəssisəsi, Beyrut, 1404h.q;

[2] Saytda mövzu: “Məsum İmamların (əleyhissalam)  Qurana nisbət fəzilət və üstünlükləri”, sual 10232 (sayt 10152); “İslam Peyğəmbərinin (səlləllahu ələyhi və alihi və səlləm) Qurana üstünlüyü”, sual 3899 (sayt 4177).

[3] Nəml surəsi 6

[4] Təyyib Seyyid Əbdül-Hüseyn, Ətyəbül bəyan fi təfsiril-Quran, c.9, səh.107,354, c.10; səh.285, 286, İslam nəşriyyatı, Tehran, ikinci çap, 1378 şəmsi ili.

[5] Saytda mövzu: Qurannın həqiqət və mərtəbələri, sual 10688 (sayt 12360); Quranın nazil olma mətrəbələri və ilahi vəhydə kəlmənin rolu, sual 3234 (sayt: 4076), Quranan nazil olması, sual 140 (sayt 1017)

[6] Məryəm surəsi 30

http://islamquest.net

Sual (5) : Salam. Hansi Imamimiz hecc e getmiyib?
Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Imam Həsən Əsgəri (ə) barəsində deyilir ki, Samirrada mühasirədə yaşadığı üçün Həcc ziyarətinə getməyib amma bu dəqiq deyil tarixdə bir məsələnin sübutunun dəlilə ehtiyacı olduğu kimi onun inkarınında dəlilə ehtiyacı var. Tarixi nəqillərdə İmamın həccə getməyi nəql olmasada heç yerdə həccə getməməyi aşkara yazılmır. Bundan əlavə bir rəvayətdə İmamın Məkkədə olamğına işarə olunur. Əgər İmam (ə) Məkkədə olubsa yəqin ki, ən azından ümrə əməllərini yerinə yetirib. Şeyx Səduq, Uyuni əxbarur-riza cild 2, səh 135.

Allah sizə yar olsun.

Sual (6) : Salam. niyə imamımız dərdini quyuya danışardı.səbəbinibilmək istərdim.ümumiyyətlə o quyuya niyə danışırdı,və nı danışırdı?
Allahın adı ilə.   
Əleykumus-salam.  
Meysəm nəql edir: “Bir gecə mövlam Əmirəl-möminin (ə) məni özü ilə Kufədən kənardakı səhraya apardı. Nəhayət, Cöfə məscidinə çatdıq. Həzrət üzünü qibləyə tutub, dörd rəkət namaz qıldı. Namaz və təsbihdən sonra əllərini qaldırıb belə dua etdi: “Pərvərdigara, Səni necə çağırım? Sənə itaətsizlik etdiyim halda necə də çağırmayım? Səni tanımışam və qəlbim Sənin məhəbbət evindir. Günah dolu əl, ümid dolu gözlə Sənə doğru gəlmişəm...” Sonra imam (ə) səcdəyə getdi və üzünü torpağa qoyub yüz dəfə “əl əfv” dedi.
Daha sonra qalxdı və məsciddən bayıra çıxdı. Mən də onun ardınca gedirdim. Nəhayət, səhraya çatdıq. Həzrət mənim qarşımda bir xətt çəkdi və dedi: “Məbada, bu xəttdən keçəsən! Məni həmin yerdə qoydu və özü getdi. Gecə qaranlıq idi. Özümü qınadım ki, nə üçün mövlamı tənha buraxdım? Onun düşmənləri çoxdur. Onun başına bir iş gəlsəydi, Allaha və Onun Peyğəmbərinə (s) nə cavab verərdim? Düşündüm ki, onun əmrindən çıxmış da olsam, ardınca gedim, görüm aqibəti nə oldu? Getdim, getdim... Nəhayət onu bir quyunun başında gördüm. O, başını quyuya tutub, quyu ilə danışırdı. Gəldiyimi hiss etdi və soruşdu: “Kimsən?” Dedim: “Meysəm” Həzrət buyurdu: “Məgər sənə əmr etməmişdimmi ki, həmin xətdən keçmə?” Cavab verdim: “Ey mənim mövlam, elədir. Amma düşmənlərinizin təhlükəsindən qorxdum, dözə bilmədim.” Sonra soruşdu: “Nə dediyimi eşitdinmi?” Dedim: “Yox, ey mənim ağam.”
Həzrət mənə xitabən bir şer oxudu: 
 Sinəm sirlə dolub, bağrımı yarır,
Kimə əl uzatdım dedi gücüm yox.
Əlimlə qazıyıb yerin köksünü,
Danışdım dərdimi, başqa seçim yox. 
Rəvayətdən göründüyü kimi Hz. Əlinin quyuya nə danışdığı məlum deyil təkcə bunu deyə bilərik ki, danışdıqları sirr idi və O həzrət istəmirdi heç kəs bundan xəbərdar olsun. İmam bəlkədə dərdini quyuya deyirdi. İmam Baqir (ə) səhabələrindən birinə buyurur: Hər vaxt qəlbin sıxılsa bir çala qaz sirrivi danış. İslamda sifariş olunur ki, insan  dərd və qəmin başqasına danışmasın, möminin sevinci üzündə dərdi qəlbində olar. Bir tərəfdəndə insan dərdin danışanda sakitləşir. İmamın dərdi insanların cəhaləti idi necəki Nəhcül-Bəlağədə imam dəfələrlə bunu söylüyür. Bəlkədə heç bu dərdi-dil deyildi Allahla münacat ya sirr idi.
Allah sizə yar olsun.
Sual (7) : Salam. Həzrət Zeynəb (ə) Kərbəla haqqında “mən yalnız gözəllik gördüm” buyurmuşdur. Bu gözəllik nədədir?
Allahın adı ilə.   
Əleykumus-salam.        
Ariflər “əzəmət baxılan şeydə yox, baxışdadır” deyirlər. Bəlkə, elə gözəllik də baxılan şeydə yox, insanın baxışındadır. Varlıq aləmini “gözəl nizam gözü” ilə seyr edənlər hər şeyi gözəl görürlər. Həyata gözəlliyin gözü ilə baxmaq insanın qəlbinə rahatlıq verir, onun ruhunu oxşayır.
İmam Hüseyn (ə) başına gələcək işləri Allahın iradəsinə rəğmən özü və yoldaşları üçün xeyir hesab edirdi. Çoxları üçün ağrılı görünən şəhadət haqq mücahidləri üçün isə əsil gözəllikdir. Kərbəla insanın Allah yazısında razılığının təcəlla zirvəsidir. İmam (ə) həyatının son anlarında Allahdan razılığını bildirən sözlər zümzümə edir, bacısını da Allahdan razılığa çağırırdı.
Aşura gözəlliklərindən biri haqla batilin arasından xətt çəkilməsi idi. Pislik yaxşılığa, batil haqqa qarışdığı vaxt yaxşılıq və haqq tədricən gözdən itir. Həqiqəti qorumaq üçün onu zəlalətdən ayırmaq zəruridir. İmam Hüseyn (ə) zülmətə bürünməkdə olan dövründə əlinə məş`əl alıb, kimin kim olduğunu çaşqın xalqa göstərdi.
Aşura göstərdi ki, əsil qələbə hərbi qələbə yox, qanın qılınca qələbəsidir. İbrahim ibn Təlhə Kərbəlaya işarə ilə kimin qalib gəldiyini soruşduqda, imam Səccad (ə) belə cavab verir: “Namaz vaxtı azan və iqamə de, gör kim qalib gəlib.” Bəli, əməvilərin cidd-cəhdlərinə baxmayaraq,  azan və iqamədə “Əliyyən vəliyyullah” sədaları ətrafa yayıldı və Kərbəla bu cinayətkar sülaləyə lə`nət möhürünü vurdu.
Bəli, maskaların yırtılması gözəldir! Aşiqin mə`şuqa qovuşması gözəldir! Bir sözlə Kərbəla gözəldir!
Allah sizə yar olsun. 
Sual (8) : Salam. İmam Hüseyn (ə) əzadarlığının hikməti nədir? çox sağolun.
Allahın adı ilə.   
Əleykumus-salam.        
Bu məclislər kamil insan tərbiyəsində, ictimai quruculuqda, şiə mədəniyyətinin təbliğində mühüm rol oynayır. Aşura bəyanatlarını, söhbətlərini və şüarlarını nəzərdən keçirməklə əzadarlıq mərasimlərinin əhəmiyyətini anlamaq olar. Kərbəla ibadət, fədakarlıq, şücaət, təvəkkül, səbr, əmr be mə`ruf və nəhy əz münkər məktəbidir. Xalqlar öz dinlərinin, namuslarının, torpaqlarının müdafiəsi yolunda candan keçməyi bu məktəbdə öyrənirlər.
İmam Hüseyn (ə) əzadarlığının ümumiləşdirilmiş şəkildə üç faydası vardır:
1. Dövrün zalımlarına e`tiraz və dünya məzlumlarının himayəsi;
2. Ədalət hissinin oyanışı və zalımlardan intiqam almaq arzusunun güclənməsi;
3. Haqqa çatmaqda və onun müdafiəsində şiələrin ictimai birliyinin tə`limi.
Allah sizə yar olsun.

Sual (9) : salam əleykum. İmam Hüseyn (ə) şəhid olacağını bilirdimi?
Allahın adı ilə.   
Əleykumus-salam.        
Şiə mənbələrindəki rəvayətlərə görə İmam (ə) qeybi biliklərdən xəbərdar idi. Qur`ani-kərimdə bildirilir ki, Allah Peyğəmbərdən (s) başqa heç kəsə öz qeybini əyan etməz. Demək, Allahın izni ilə mə`sum imamlar həzrət Peyğəmbərdən (s) həmin bilikləri əxz edə bilərlər. Əllamə Təbatəbai bu barədə yazır: “İmam Hüseyn (ə) imamiyyə şiələrinin əqidəsinə görə Peyğəmbərin (s) üçüncü canişini və küllən vilayət sahibidir. İmamın elmi nəqli və əqli dəlillərə əsasən iki qisimdir:
1. İmam (ə) bütün şəraitlərdə Allahın izni ilə varlıq aləminin hissi və fövqəlhissi həqiqətlərindən agahdır. Səmada olanlar, keçmişin və gələcəyin hadisələri ona mə`lumdur. 
2. Adi elmlər. Peyğəmbər (s) və imam da bu sahədə başqaları kimi daha layiq bildiklərinə ixtiyari olaraq əməl edirlər.”
Mö`təbər rəvayətlərdə bildirilir ki, həzrət Peyğəmbər (s) və imam Əli (ə) imam Hüseynin (ə) şəhadətini əvvəlcədən xəbər vermişlər. İmama yaxın adamlar Peyğəmbərin (s) buyuruğundan xəbərdar olduqlarından və Bəni-üməyyənin İslam dünyasına zülmlərini gördüklərindən mə`yus idilər. Kufə əhlinin həzrət Əli və imam Hüseynə qarşı xəyanətkar mövqeyi bir daha sübut edirdi ki, İmam ölümə doğru gedir.
Dəfələrlə öz ölümü haqqında danışan imam Hüseyn (ə) bir dəfə də olsun Yezid hökumətinin süquta uğrayacağını bildirmirdi. İmam (ə) xalqı Yezidə itaətsizliyə çağırır, eyni zamanda, şəhadətə yetiriləcəyini bildirirdi. İmam (ə) onu bu səfərdən saxlamaq istəyənlərə buyururdu: “Mən yuxuda Allahın Rəsulunu gördüm və elə bir işə mə`mur oldum ki, o işi görməyim daha yaxşıdır. İmam Səccad (ə) nəql edir ki, hansı mənzilə çatırdıqsa, atam Yəhya ibn Zəkəriyyanın şəhadətindən danışırdı.
Bütün bunlardan aydın olur ki, İmam (ə) hərbi qələbəyə çatmayacağını və şəhadətə yetiriləcəyini qabaqcadan bilirdi. O, öz şəhadəti ilə Bəni-üməyyə xanədanının əsil simasını açdı və düşüncələrdə əbədi inqilab toxumu səpdi.
Allah sizə yar olsun. 
Sual (10) : Salam. Nə üçün imam Hüseyn (ə) Yezidin hakimiyyətini İslamın fatihəsi (sonu) kimi tanıtdırdı?
Allahın adı ilə.   
Əleykumus-salam.         
İmam Hüseyn (ə) irtica təhlükəsi barədə xəbər verirdi. Həmin vaxt müsəlmanlar üçün ən böyük təhlükə şirk, bütpərəstlik və cahiliyyətə qayıdış idi. Bəni-üməyyə irticası İslam ayinlərini, dini şüarları təhqir edirdi.
İslam dünyası, xüsusi ilə böyük dini şəxsiyyətlərin yaşadığı Məkkə, Mədinə, Kufə, Bəsrə kimi şəhərlər səsini udmuş, ölüm sükutuna qərq olmuşdular. İbn Ziyad, Müğeyrə kimi zalım hakimlər günahsız insanları qətlə yetirir, müsəlmanların əqidəsini təhqir edirdilər. Əməvilər İslam mə`nəviyyatını, dindar təbəqələri əzir, xalqın ehtiramını qazanmış din alimlərini sıxıntıda saxlayırdılar.
Mənbələrdə oxuyuruq: “İslam mütəfəkkirlərinə mə`lumdur ki, Bəni-üməyyə fəsad mənbəyi olmuş, təbiətən bütün mərasimləri və boyaları ilə cahiliyyət əsrini diriltmişlər.” Başqa bir mənbədə bildirilir: “Hüseyn (ə) ona görə həmin qövmə üz tutdu ki, şəriətin məhv olduğunu görürdü. O, şəriətin dayaqlarını möhkəmləndirmək üçün çalışırdı.”
Əgər Yezid Bəni-üməyyənin xain planlarının icrasına başlasaydı, atası Müaviyənin istədiyi kimi, azan, tövhid və risalətə şəhadət tərk olunar, İslamdan quru ad qalardı. Əgər Yezid xilafəti cəmiyyətdə ciddi müqavimətlərlə qarşılaşmasaydı, Peyğəmbərin (s) həqiqi canişini kimi qəbul olunar, İslam məmləkəti günah, qumar, şərab, ğina, rəqs mərkəzinə çevrilərdi. Çünki bütün cəmiyyətlərdə insanlar öz başçılarını nümunə götürür, onlar kimi yaşamağa çalışırlar.
Bəli, İslamın hifzi, Bəni-üməyyə başçılarının hiyləgər simasının açılması üçün qiyam baş verməli idi. Bundan əlavə, xalqın dini hissləri oyandırılmalı, insanlar əməviləri din düşməni kimi tanımalı idilər. Demək, imam Hüseynin (ə) qiyamının məqsədi Bəni-üməyyə maskasını yırtmaq və xalqın dini hisslərini oyatmaq olmuşdur.
Düşmənin amansızlığı imamın (ə) cihadının qarşısını ala bilmədi. Çünki bu mücahid, Allah əmri ilə ayağa qalxdığından zahiri məğlubiyyətdən çəkinmirdi. Zahiri məğlubiyyət də, qələbə də imam üçün şərafət idi.
İmam Hüseyn (ə) Allah yolunda, həqiqət naminə şəhid oldu. Onu qətlə yetirənlər Allahın, mələklərin və xalqın lənətini qazandılar. Zahirən məğlub olmuş imam Allah yanında ən ali dərəcəyə çatdı.
Allah sizə yar olsun.
Go to TOP