Sual (1) : Salam aleykum.bilmek isterdim ki,nurçular kimlerdir? onlara qarşı mubarizə aparmaq düzgündürmü?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Nurçuluq hәrәkаtının bаnisi Sәid Nursi 1873-cü ildә Bitlis ilinin (vilаyәt) Nurs kәndindә dünyаyа gәlib. Әvvәllәr Sәid Kürdi tаnınsа dа Türkiyәdә sоyаd qаnunu qәbul оlunduqdаn sоnrа аnаdаn оlduğu kәndә bаğlı оlаrаq Nursi sоyаdını qәbul еdib. Sәid Nursinin yüksәk tәhsili оlmаyıb. “Nur Risаlәlәri” аdlı kitаbının Tizyаq аdlı risаlәsinin 68-ci sәhifәsindә әsәrlәrinin özü dеyil, şаgirdlәri (nur tәlәbәlәri) tәrәfindәn yаzıldığı qеyd оlunur. Türkiyәdә mәşrutiyyәt еlаn оlunduqdаn sоnrа Bitlsidә şеyхlik еtmәyә bаşlаmış, аncаq аz sоnrа İstаnbulа gәlib siyаsi fәаliyyәtә qоşulаrаq “İttihаdi Muhаmmәd Cәmiyyәti”nin quruculаrındаn biri оlur. Sәid Nursi 31 mаrt qiyаmındаn әvvәl Dәrviş Vаhdәddinlә yахın әlаqәlәri qurur. Sәid Nursi istiqlаl sаvаşı zаmаnı хilаfәtin bәrpа оlunаcаğı ümidi ilә Аnkаrаyа gәlir. Аncаq Türkiyәdә dünyәvi rеspublikа qurulduqdаn sоnrа ümidini itirәrәk Vаnа gеdir. 1925-ci ildә Şеyх Sәid üsyаnındаn sоnrа hәbs оlunаn S.Nursi İspаrtа әyаlәtinin Bаrlа kәndinә, dаhа sоnrа isә Kаstаmоnu, Аfyоn vә Әmirdаğа sürgün еdilir. Bundаn bаşqа Аfyоn, Dәnizli, vә Әskişәhәr hәbsхаnаlаrındа yаtır. Sәid Nursi 23 mаrt 1960-cı ildә Urfаdа vәfаt еtsә dә yеtişdirdiyi tәlәbәlәr (nur şаgirdlәri) оnun fәlsәfәsini günümüzә qәdәr gәtirib çаtdırıblаr. Hal-hazırda nurçuların rəhbəri Fətullah Güləndir. Nurçuluq müsəlmanlar arasında qondarma və azğın bir təriqətdir ki, dini öz mənafeylərinə uyğun yozurlar. Belə bir xürafi və azğın firqələrlə mübarizə etmək, hidayət yolunda olan agah müsəlmanların vəzifəsidir.

Allah sizə yar olsun.

Sual (2) : Salam aleykum. Mumkun qeder bu sayti arashdirin ve onlara qarshi ne tedbir gormek olar? Www.Shiya.biz orada cixish eden heqiqetenmi aga Xoinin ogludu? Allah sizlerden razi olsun.

Əleykumus-salam.

Bu saytı idarə edən ifratçı vəhhabilərdir ki, üz-üzə danışmağa acizdirlər işləri böhtan, yalan və iftira bağlamaqdır. Bu saytdakıların əksəriyyəti yalan, absurd və cəfəngiyat söz-söhbətlərdir. 

Allah sizə yar olsun.

Sual (3) : Salam Aleykum Selefilerin fikrince bizler niye tekce alin uzvumuzu mohre qoyurug? niye bawqa eza uzvlerimizi torpaga qoymurug xais edirem bunu cavabladirasiniz
Allahın adı ilə.   
Əleykumus-salam.  
Peyğəmbərin (s) həyat tərzinə diqqət yetirsək görərik ki, o həzrət ibadətlərində yer üzərinə səcdə etmiş və hamıya məhz bu cür səcdəni əmr etmişdir.
“Səhih Buxari”də qeyd edilmiş bir hədisdə Әbu Səid əl-Xidri belə deyir: “(Namazdan sonra) gözlərim Peyğəmbərə (s) sataşdı onun burnunda su ilə torpaq izləri görünürdü.”
Bəli, bu Allah rəsulunun səcdəsidir. Bizlərə “mənim yerinə yetirdiyim namazı nə cür görmüsünüzsə, siz də namazınızı məhz o cür yerinə yetirin”– kəlmələrini xitab edən Peyğəmbərin (s) səcdəsi! Qurani-kərimdə də bizlər üçün belə bir əmr və tövsiyə vardır:
“Həqiqətən Allahın rəsulu (Allaha, qiyamət gününə ümid bəsləyənlər və Allahı çox zikr edənlər üçün”) gözəl nümunədir.”
Digər ayədə isə belə buyurulur:
“Peyğəmbər sizə nə verərsə, onu götürün, nəyi qadağan edərsə, ondan çəkinin.”
Aişədən nəql olunan rəvayətdə belə deyilir: “Səcdə halında Peyğəmbərin bir vasitə ilə üzünü qoruduğunu görməmişəm.”
Bu hədis də ona dəlalət edir ki, Peyğəmbərin bütün səcdələri “yer” üzərinə olmuş və həzrət heç vaxt üzünü səcdə halında bir vasitə ilə örtməmişdir.
Vailin nəql etdiyi rəvayətdə deyilir: “Peyğəmbər (s) səcdə edərkən alnını və burnunu yer üzərinə qoyduğunu gördüm.”
Peyğəmbər (s) də, öz növbəsində “yer” hesab edilməyən əşyalar üzərinə səcdəni qadağan etmişdir. Bir hədisdə belə nəql edilir: “Peyğəmbər (s) görür ki, bir nəfər (qumun istiliyi alnını yandırmasın deyə, əmmaməsini alnının üstünə çəkərək) əmmaməsinin üzərinə səcdə edir. Peyğəmbər (s) əli ilə həmin şəxsə əmmaməsini qaldırmağı işarə edir və əmr edir ki, alnını yer üzərinə qoysun.”      
Allah sizə yar olsun. 

Sual (4) : Əssalamualeykum, Təkfirçi kimlərə deyilir? Təkfirin lüğəti və izahi mənasını açıqlayın. Bu haqda quranda və hədisdə məlumat varmı?
Allahın adı ilə.   
Əleykumus-salam.        
Təkfirçi vəhhabilərə deyilir. Təkfir yəni başqalarına küfr və şirk nisbəti verənlərə deyilir. Vəhhabilər özlərindən başqalarını kafir və müşrük hesab etdikləri üçün onlara təkfirçi deyilir. Quranda bunun nümunələri var: Maidə surəsi 17-72-73, Bəqərə 102. 
Allah sizə yar olsun.
Sual (5) : salamaleykum,qebir uste turbe ve ya mebed tikmeyin delili varmi?esitdiyime gore qebir ustu dasin hundurluyu dord barmaqdan artiq olmamalidir.
Allahın adı ilə.   
Əleykumus-salam.        
Qəbr üstə türbə və ziyarətgah tikmək Peyğəmbər səhabələrinin arasında təbii və şəri bir məsələ idi ki tarixdə nəql olunub.
1. Peyğəmbərin (s) məzarı:
Peyğəmbər (s) vəfat etdikdə bir hücrədə (kiçik otaq) dəfn edildi. Əgər qəbirlər üzərində nə isə tikib ucaltmaq haram olsaydı, səhabələr Peyğəmbəri (s) dəfn etməzdən öncə onu uçurar sonra dəfn edərdilər. Çünki vəhhabilərə görə sözügedən tikililər büt hesab edilir. Elə buna görə də hər hansı bir tikilinin daxilində dəfn etməklə dəfndən sonra nə isə tikib ucaltmağın heç bir fərqi yoxdur. Peyğəmbərin (ə) məzarı üzərindəki tikili və günbəz o həzrət (s) dəfn edildiyi gündən günümüzə qədər mövcuddur. 
2. Peyğəmbərin (s) dəfn edildiyi evdə divar yox idi. Orada ilk divar tikdirən şəxs Ömər ibn Xəttab olmuşdur
3. Ayişə həmin evdə özü ilə məzarlar arasında (ayırıcı) divar tikdirdi. O, bu divar tikildikdən öncə və sonra həmin evdə yaşayır və orada namaz qılırdı.
Müsəlmanlar Peyğəmbərin (s) məzarını ziyarət etdikləri zaman məzarın torpağından götürürdülər. Ayişə (məzarın dağılmasının qarşısını almaq məqsədi ilə) müsəlmanların məzarın torpağından götürmələrini əngəlləmək üçün divar tikilməsini tapşırdı və torpağın götürülməsi nəticəsində meydana gələn boşluğu doldutdurdu  
4. Peyğəmbər, Həmzə şəhid olduqdan sonra qəbri üstə nişanə qoydu.
Quranda Kəhf surəsində buyrulur: 21......(Amma möminlər, yəni) onların işi (barəsi)ndə (mübahisədə) qalib gələnlər dedilər: «Biz onların (əbədi yadigarı olmaq üçün) cəsədləri üzərində bir məscid tikəcəyik.»
Rəvayətlərdə qəbrin hündürlüyü 4 açıq barmaq ya bir qarış olması müstəhəb kimi gəlib və bundan hündür olmağı qadağan olmayıb.« ويُرفعُ القبرُ فوقَ الأرضِ أربعَ أصابعَ »
Allah sizə yar olsun.
Sual (6) : Salamun əleykum. İslam terrora icazə verirmi?
Allahın adı ilə.   
Əleykumus-salam.        
İslamda insanın həyatı o qədər yüksək qiymətləndirilir ki, günahsız bir insanı öldürmək hamını öldürməyə, bir insana həyat vermək bütün xalqa həyat verməyə bərabər tutulur.
Cəmiyyətin asayişini pozan qatı cinayətkarlar istisna olmaqla, kimsənin həyatını əlindən almaq yolverilməzdir. İnsanın həyatına son qoymaq yalnız Allahın səlahiyyəti daxilindədir.
Qərbdə terrora belə tə`rif verilir: Terror bir fərdin və ya qrupun öz siyasi məqsədinə çatması üçün digər fərdə və ya qrupa qarşı amansız və vəhşi metodlardan istifadə etməsidir. “Təəssüf ki, müasir dünyamızda terrorizm məfhumu bütöv xalqlara qarşı terror aləti kimi istifadə edilir. Məsələn, İsrail tərəfindən torpaqları işğal olunmuş fələstinlilər bu işğalla barışmadıqları üçün terrorist adlandırılırlar. Şübhə yoxdur ki, on ilə yaxın bir dövrdə beynəlxalq təşkilatların “sülh danışıqlarından” bir nəticə görməyən Azərbaycan xalqı da öz torpaqlarını hərb yolu ilə azad etmək istəsə, həmin ittihamlara düçar olacaq.
İslam ədəbiyyatında “terror” mə`nasını “fətək” sözü ifadə edir. İslam fiqhinə görə:
1. İstənilən firqədən, məzhəbdən olan günahsız insanı istənilən bir yerdə öldürmək haramdır. İslam dini 2002-ci il 11 sentyabr tarixində NYU-Yorkda və Vaşinqtonda günahsız insanların ölümü ilə nəticələnmiş terror hadisəsini pisləyir. İstər Fələstində, istər İraqda, istərsə də Vaşinqton və NYU-Yorkda günahsız insanların qırğını İslam prinsiplərinə ziddir.
2. Cinayətkar yalnız agah və adil əmr sahiblərinin hökmü ilə qətlə yetirilə bilər.
Allah sizə yar olsun. 
Go to TOP