Sual (1) : wiye sozu ereb lugetinde varmi varsada ne demegdi menasi nedi ne demekdi

Bismillahir-rəhmanir-rəhim.

“Şiə” ərəb lüğətində “ardıcıl” mə`nasını daşıyır. Qur`ani Kərim buyurur:

وَ اِنَّ مِنْ شِيعَتِهِ لَاِبْرَاهِيمَ

“Nuhun ardıcıllarından biri İbrahimdir.”[1]

Müsəlmanların istilahında isə “şiə” sözü Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in öz vəfatından öncə müxtəlif münasibətlərlə əlaqədar olaraq müsəlmanlara xəlifə tə`yin etməsinə inanan şəxslərə aid edilir. Bu münasibətlərdən biri də “Qədir günü” adı ilə məşhur olan (hicrətin 10-cu ili, zil-həccənin 18-i) gündür ki, bu gündə Peyğəmbəri Əkrəm (s.ə.v.v) böyük bir cəmiyyətin iştirak etdiyi yığıncaqda bu məsələni bəyan etmiş və Əli (ə)-ı özündən sonra müsəlmanların siyasi, elmi və dini rəhbəri kimi tə`yin etmişdir.

İzah: Peyğəmbəri Əkrəm (s.ə.v.v)-dən sonra mühacir və ənsar iki dəstəyə bölündü:

1-Bə`ziləri inanırdılar ki, Peyğəmbəri Əkrəm (s.ə.v.v) xilafət məsələsinə ciddi şəkildə əhəmiyyət vermiş və özü üçün canişin tə`yin etmişdir, o da Peyğəmbər (s.ə.v.v)-ə iman gətirən ilk şəxs – Əliyyibni Əbi Talib (ə)-dır.

Başlarında Bəni-Haşimin bütün böyük şəxsiyyətləri olmaqla mühacir və ənsardan təşkil olunan bir qrup səhabə, o cümlədən Salman, Əbuzər, Miqdad, Xəbab ibni Ərrət və s. kimi şəxslər olan bu qrup elə həmin əqidədə qaldılar və “Əli şiələri” adlandırıldılar.

Əlbəttə, bu ləqəbi (şiə) Peyğəmbəri Əkrəm (s.ə.v.v) öz sağlığında Əmirəl-mö`minin Əli (ə)-ın ardıcıllarına vermişdi. Belə ki, Əli (ə)-a işarə edərək buyurdu:

وَ الَّذِي نَفْسِي بِيَدِهِ اِنَّ هذَا وَ شِيعَتَهُ لَهُمُ الْفَائِزُونَ يَوْمَ الْقِيَامَةِ

“Canım əlində olana (Allaha) and olsun ki, bu (Əli) və onun ardıcılları qiyamət günündə nicat tapanlardır.”[2]

Deməli “şiə” islamın ilk əvvəllərində vilayət və rəhbərlik məqamının Allah tərəfindən tə`yin olunmasının e`tiqad bəsləyən bir qrup müsəlmandır, onlar indiyə qədər də Peyğəmbər (s.ə.v.v) Əhli-beytinin ardıcılları olan və onların yolunda qalan şəxslərdir.

Şiənin məqam və mövqeyi həmin yollarla müəyyən olunur. Bununla da bə`zi cahillərin və ya qərəzli şəxslərin şiələrin sonrakı dövrlərdə yarandığını iddia etmək əsasında olan sözlərinin tam əsassız olması aydınlaşır. Şiə tarixini daha geniş şəkildə araşdırmaq üçün “Əsluş-şiə və üsuluha”, “Əl-müraciat, “Ə`yanuş-şiə” kitablarına müraciət edə bilərsiniz.

2-Digər bir qrup inanırdı ki, xilafət məqamı seçki yolu ilə olan bir məqamdır. Buna görə də Əbu Bəkrlə bey`ət etdirlər və sonralar “Əhli-sünnət”, yaxud “Əhli-təsənnün” ləqəbi aldılar. Nəticə e`tibarı ilə hər iki islam firqəsi arasında üsuli-dində çoxlu müştərək cəhətlərə malik olmaqla yanaşı, xilafət və Peyğəmbəri Əkrəm (s.ə.v.v)-in canişinliyi məsələsi ilə əlaqədar ixtilaf yarandı, hər iki qrupun ilkin özəyini təşkil edənlər də mühacir və ənsar idi.

Allah sizə yar olsun.


[1] “Saffat” surəsi, ayə:83

[2] “Əddurrul-mənsur” (Cəlaləddin Suyuti), 6-cı cild, “Bəyyinə” surəsinin 7-ci ayəsinin təfsirində.

Sual (2) : SALAM.XAHISH EDIREM IKI SUALIMA CAVAB TAPMAQDQ YARDIM EDIN.1.CENNETDE ALLAHI GORE BILECEYIKMI?BU SUALA SHIENIN VE SUNUNUN CAVABLARI FERQLIDIR.2.QURAN MEXLUQDURMU?BU SUALA DA MEXHEBLERIN BAXISHI FERQLIDIR .XAHISH EDIREM CAVAB ETRAFLI VE QURANDAN DELILLERLE OLSUN.CHOX SAG OLUN

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

“Allahı görmək” dedikdə məqsəd zahiri gözlərlə görməkdirsə, onda cavab mənfidir və həm əqlin hökmü, həm də şəriətin aşkar bəyanına əsasən Allahı heç vaxt görmək olmaz.

Əqlin hökmünə gəldikdə, görmə əməliyyatı xarici şeyin gözün önündə qərarlaşması, həmin şeydən inikas olunan işıq dalğalarının əsəb sisteminə ötürülməsi ilə baş verir. Yəni bu iş əvvəla, xarici bir cismin olmasını, sonra isə həmin xarici cismin göz ilə müqabil nöqtədə (qarşı-qarşıya) dayanmasını tələb edir. Buna görə də bizim gözümüz arxamızda olan şeyləri görmür. Halbuki, Allah-taala nə cisimdir, nə də cismin xüsusiyyətlərinə malikdir (o xüsusiyyətlərdən biri də qarşı-qarşıya qurmaqdır.) Buna görə də başdakı göz ilə heç vaxt Allahı görmək olmaz.

Amma şəriətin hökmünə gəldikdə isə, Quran və rəvayətlər aşkar şəkildə Allah-taalanın görünməsinin qeyri-mümkün olduğunu bəyan edir:

1. Quranda:

a) لَنْ تَرَانِي “Ey Musa! Heç vaxt Məni görə bilməzsən!”[i]

b) لَا تُدْرِکُهُ الْأَبْصَارُ “Gözlər Onu görə bilməz.”[ii]

2. Rəvayətlərdə:

a) وَامْتَنَعَ عَلَي عَيْنِ الْبَصِيرِ “Allah-taala heç vaxt görənlərin gözü önündə zahir olmaz.[iii]

b) لَمْ تَرَکَ الْعُيُونُ “Gözlər heç vaxt Səni görməz!”[iv]

v) لَا تُدْرِکُهُ الْعُيُونُ بِمُشَاهَدَةِ الْعَيَانِ “Gözlər heç vaxt Onu aşkarda görə bilməz.[v]

Lakin əgər “görmək” dedikdə məqsəd batini görünüş, yəni Allah-taalanın sifətlərinin və isimlərinin şühudu, mərifət və elm olarsa, əlbəttə, ayrı-ayrı insanların batini cəhətdən qüdrət və istedad tutumları miqdarında müşahidə oluna bilər. Necə ki, Əli (əleyhis-salam) buyurur: لَکِنْ تُدْرِکُهُ الْقُلُوبُ “Qəlblər Onu dərk edər.”[vi]

Başqa hədisdə qeyd olunur ki, Həzrət Əli (əleyhis-salam) Zələbə buyurdu: “Vay olsun sənə! Zahiri gözlər Onu görməz, lakin qəlblər Onu müşahidə edər.[vii]

Şiə əqidəsinə əsasən Quran məxluqdur. Həmçinin Əhli sünnətdə mötəzilə tərəfdarları Quranın məxluq olmasını əşairə isə Quranın qədim olmasına inanırlar.

Allah sizə yar olsun.

[i] “Əraf” surəsi, ayə: 143

[ii] Ənam”, surəsi, ayə: 103

[iii] "Nəhcul-bəlağə", xütbə 49

[iv] "Nəhcul-bəlağə", xütbə 109

[v] "Nəhcul-bəlağə", xütbə 179

[vi] "Nəhcul-bəlağə", xütbə 179

[vii] “Mizanul-hikmət”, 6-cı cild, səh. 190, hədis 12095

Sual (3) : Salam.Аllаhpәrәstlәr bu әqidәdәdirlәr ki, Аllаh-tәаlа vаrlıq аlәмini hеçdәn yаrаdıb. Мәgәr “yохluq” “vаrlığın”, “fәnа” “vücudun” мәnşәsi оlа bilәrмi?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Yuхаrıdаkı suаl маtеriаlistlәrin irаdlаrındаndır. Маtеriаlistlәr маddәni qәdiм vә әzәli qәbul еtdiklәrindәn uyğun irаdı аllаhpәrәstlәrә dоğru yönәldәrәk dеyirlәr: әgәr маddә sоnrаdаn әмәlә gәlмişdirsә, nәdәn әмәlә gәlмişdir vә “vаrlıq” “hеç”dәn yаrаnа bilәrмi?

Uyğun suаlın cаvаbındа öncә qеyd еtмәliyik ki, маtеriаlistlәr аllаhpәrәstlәrin “Аllаh vаrlıq аlәмini hеçdәn yаrаtdı” sözlәrini düzgün аnlамамışlаr. Оnlаr “hеçdәn”, “yохdаn” kәlмәlәrini “аğаcdаn”, “dәмirdәn” sözlәri kiмi qәbul еtмişlәr. Аllаhın dünyаnı hеçdәn yаrаtмаsı hәr hаnsı bir әşyаnın “dәмirdәn” vә yа “dаşdаn” yаrаdılмаsı мәnаsını dаşıмır. Әgәr dеyilirsә ki, pәncәrә аğаcdаn, маşın dәмirdәn, divаr dаşdаn düzәldilмişdir, nәzәrdә tutulur ki, burаdа аğаc, dәмir vә dаş hаnsısа әşyаlаrı tәşkil еdәn маddәlәrdir. Hаnsı ki, ilаhi fәlsәfәdә “vаrlıq аlәмi hеçdәn vücudа gәlмişdir” dеyilәrkәn nәzәrdә tutulмur ki, vаrlıq аlәмinin tәrkibini hәмin hеçlik tәşkil еdir. Аllаhpәrәstlәr bu ifаdә ilә bildirмәk istәyirlәr ki, vаrlıq аlәмi nә vахtsа оlмамış vә sоnrаdаn yаrаdılмışdır. Yәni nәzәrdә tutulмur ki, vаrlıq аlәмinin yаrаnışındа “yохluğun” rоlu оlмuşdur.

Dаhа sаdә dеsәk, маtеriаlistlәr маddәni әzәli, qәdiм, ilkin bilirlәrsә, аllаhpәrәstlәr bunun әksini düşünürlәr. Yәni аllаhpәrәstlәrin fikrincә, маtеriyа, bütün аtомlаr vә zәrrәlәr sоnrаdаn yаrаnмışdır. Bеlә bir мisаl çәkәk: vаrlıq аlәмini bir kitаbа bәnzәtsәk, оnu gеriyә vәrәqlәdikcә nә vахtsа sоnа çаtdığınа şаhid оlаrıq. Yәni nә vахtsа 1000-ci, nә vахtsа 100-cü, nә vахtsа 10-cu vә nәhаyәt 1-ci sәhifәyә çаtır, görürük ki, hәмin bu 1-ci sәhifәdәn qаbаq hеç nә yохdur. Uyğun irаdа cаvаb оlаrаq dеyilәnlәr kifаyәt еdәr. Еyni irаdı маtеriаlistlәrә dә ünvаnlаyа bilәrik. Әslindә маtеriаlistlәr vаrlıq аlәмini tәşkil еdәn аtомlаrı ilkin hеsаb еdirlәr. Yәni hаnsısа cisiм yох, bu cisмi tәşkil еdәn zәrrәlәr әzәli sаyılır. Cisiмlәr, fоrмаlаr isә sоnrаdаn yаrаnмışdır. Dемәk, gördüyüмüz növbәnöv surәtlәr әslindә sоnrаdаn, bir növ “yохdаn” yаrаnмışdır.

Мәsәlәn, sаysız-hеsаbsız cаnlılаr vә bitkilәrin hәr biri хüsusi fоrмаyа маlikdir. Оnlаrın vücudlаrı çохsаylı аtомlаrdаn tәşkil оlunмuşdur. Маtеriаlistlәrin ilkin hеsаb еtdiklәri cisiм yох, bu cisмi tәşkil еdәn аtомlаrdır. Vаrlıq аlәмindә мövcud оlаn cаnlılаr vә cаnsızlаr isә hәмin zәrrәlәrdәn sоnrаlаr vücudа gәlмişlәr. Yәni bir vахt оlмамış vә sоnrаdаn yаrаnмışlаr.

Digәr bir мisаl: әlinizә qәlәм götürüb lövhәdә hәr hаnsı bir şәkil çәkin. Bu şәkil әlinizdәki qәlәмin içindәki маddәdәn hаsil оldu. Hәмin маddә әvvәlcә dә vаr idi. Çәkdiyiniz şәkil isә sоnrаdаn yаrаndı. Bеlәcә, маtеriаlistlәrә оnlаrın öz suаlı ilә мürаciәt еdirik: nеcә оlur ki, мüхtәlif surәtlәr hеçdәn yаrаnır? Маtеriаlistlәrin bu suаlа cаvаbını, bizә vеrdiklәri suаlın cаvаbı kiмi qаytаrа bilәrik.

Allah sizə yar olsun.

Sual (4) : Əgər namaz dinin sütunudur, onda niyə füruddindən biridir?
Allahın adı ilə.   
Əleykumus-salam. 
Üsuliddin o şeylərə deyilir ki, insan öz ağıl və düşüncəsi ilə onları qəbul edib, müsəlman olur. İslamı qəbul edəndən sonra, onda fərdi və ictimai vəzifə və təkliflər vacib olur ki, onun ən mühümlərindən biri, namazdır. Buna əsasən, namaz hökmlərin içində daha çox əhəmiyyətə malik olduğu üçün, ona dinin sütunu deyilir. Amma etiqadi əsaslardan sayılmadığına görə, onu üsuli- dindən saymaq olmaz.
Ətreaflı cavab
"Din" ərəb kəlməsidir ki, elmi termində "dünya və insan üçün yaradanın olmasına etiqad və bu əqidələrə uyğun əməli göstərişlərdir."[1] Bu tərifə və dinin elmi izahına diqqət etdikdə, hər bir dinin iki hissədən təşkil olunduğu məlum olur:
1. Onun kök, sütun və əsası hökmündə olan əqidə ya əqidələr.
2. Etiqadi əsas ya əsaslara uyğun ya onlardan yaranmış əməli göstərişlər.[2]
"Üsuliddin" kəlməsi birinci bölümə (əqidələr) və "furu- din" ikinci bölümə (əməli hökmlər) deyilir.[3] Üsuliddin ona görə əsl adlanır ki, fikir və əqidə çərçivəsindədir. Yəni dinin əsas və kökü olan bir şeydir və hər bir insanın furu- dinə olan diqqətinin keyfiyyət və miqdarı, onun üsuliddinə olan əqidələrinin miqdarına bağlıdır.[4] Üsulidinin iki ümumi və xüsusi elmi termini var. Din hökmləri qarşısında olan üsulidinə, ümumi mənada olan Üsuliddin və xüsusi bir məzhəbin xüsusiyyətlərinə malik olan (ümumi mənada olan üsuliddindən əlavə) bir ya neçə etqadi əsasa şamil olan üsuliddinə, xüsusi mənada olan üsulidin deyilir.[5]
İslamın üsulidini (ümumi mənada) tövhid, nübüvvət və məada şamil olur. Xüsusi mənada olan üsulidin (məzhəb usuli) tövhid, nübüvvət və məaddan əlavə ədalət və imamətə də şamil olur.
Bu izahlarla üsuliddinin mənası və hansı şeylərə deyildiyi məlum oldu. Həmçinin furu- dindən məqsəd islamın əməli hökmləri olmasını bildik. Elm qismindən olan üsulidinin rütbəsi, əməl qismindən olan furu- dindən qabaqdadır. Yəni elm və etiqad olmayan yerdə əməlin mənası yoxdur. Əlbəttə etiqadi usulda elm, sırf elm deyil, əksinə yəqinlə olan elm ya həmin elmul- yəqindir.
Mərhum Feyz Kaşani (rh) bu barədə buyurur: "Bunların ikisinin (elm və əməl) arasında ən üstün olan elmdir. Elm ağac misalında və ibadət onun meyvəsi misalındadır."[6]
Həmçinin elm və iman (yəqin) arasındakı nisbət barəsində buyururlar: İmanın mənbəyi də elmdir. Çünki, iman bir şeyi təsdiq etməkdir və o şeyi təsəvvür etməlidir ki, o da rlmdir. İman həmin elmin miqdarındadır.[7] Deməli, üsuliddindən məqsəd, o üsuliddindir ki, insan islama daxil olmaq üçün, əvvəlcə ona elm və yəqin tapmalı, sonra İslamın əməli əmrləri ilə qarşılaşır.[8] "Elmi əldə etmək ibadətdən irəli olduğuna[9] görə, elmin şərəfi də əməldən irəlidir. Bu şeylərə usul deyilibdir. İnsan İslama daxil olandan sonra bir dəstə ibadətlərlə (namaz, oruc, zəkat və... kimi zahiri ibadətdir və təvəkkül, təqva, şükr və... kimi batini ibadətlər)[10] qarşılaşır ki, onlara furu- din deyilir. Amma məlum olduğu kimi, furu termininin bir ibadət ya ibadətlərin İslam dininin sutunundan biri olması ilə heç bir ziddiyyəti yoxdur. Əgər İslamı bir ev kimi təsəvvür etsək, usul- bu evə daxil olmaq üçün bir açar kimidir. Amma bu evin onun üstündə möhkəm dayandığı sütunlara malik olmalıdır. Belə cümlələr bəzi ibadətlər barəsində əhli- beyt (ə)- dan bizə yetişibdir. İmam Baqir (ə) buyurur: İslam beş sütun üzərində qurulubdur: Namaz, zəkat, həcc, oruc və vilayət. Zürarənin cavabında buyurdu: Vilayət bu beş şeyin ən üstünüdür.[11] Bu beş ibadət və digər ibadətlər, insan İslamı qəbul- etdikdə məna tapır. İmam Sadiq (ə)- da rəvayətlərin birində, elm və mərifət sonra da əməlin mövqeyinə işarə edir. O həzrət buyurur: "Bəndəni Allaha yaxınlaşdıran ən üstün şey, mərifət və ondan sonra namazdır".[12]
Bəli namazın çox böyük əhəmiyyəti var, belə ki, ona dinin sütunu[13] deyilibdir. İmam Baqir (ə) buyurur: Əgər (qiyamətdə) insanın namazı qəbul olsa,[14] onun digər əməlləri də qəbul olar. Yox əgər qəbul olmasa, insanın digər əməlləri də qəbul olmaz.[15]
Amma bununla belə, belə inanılmaz əhəmiyyətə malik olmağın, namazın dinin furusundan olması ilə heç bir ziddiyyəti yoxdur.

[1] - Əqidə usullarının təlimi, Ayətullah Misbah Yəzdi, səh 11.
[2] - Həmin, səh 12.
[3] - Həmin.
[4] - Etiqadlar usuli, Şeyx Əli Əsgər Qaimi, səh 5.
[5] - Əqidə usullarının təlimi, dəyişiklik və xülasə ilə.
[6] - Elmul- yəqin fi üsuliddin, Molla Möhsin Feyz Kaşani, cild 1, səh 504, Bidar nəşriyyatı.
[7] - Həmin, səh 6- 8.
[8] - Əqidə usullarında imamiyyənin məsləki, seyyid Mahmud Mərəşi Şuştəri, səh 11, Müdərrisin cəmiyyəti nəşriyyatı.
[9] - Elmul- yəqin fi üsuliddin, səh 12.
[10] - Həmin.
[11] - Səfinətul- bəhar, Şeyx Abbas Qummi, cild 3, səh 109.
[12] - Həmin.
[13] - Vəsailüş- şiə, cild 5, səh 27.
«عَنْ أَبِی جَعْفَرٍ ع قَالَ الصَّلَاةُ عَمُودُ الدِّینِ.»
[14] - Rəvayətdə işarə olunan İslamın digər sutunlarını qəbul etmədikdə, namazın qəbul olmasının çətin olacağı məlumdur. Məsələn rəvayətlərdə namazın qəbul olunmasında, vilayəti qəbul etmək şərt sayılıbdır. "Əməllərin qəbul olunmasında, vilayət şərtdir". Baxın: Mənaqibi Xarəzmi, 19 və 252.
[15] - Səfinətul- bihar, Şeyx Abbas Qummi, cild 3, səh 109.
http://islamquest.net
Allah sizə yar olsun. 
Sual (5) : Salam alekum ;Alin yazisini pozmaq olarmi??
Allahın adı ilə.   
Əleykumus-salam. 
Qurani-kərimdə buyurulur: «Hər dövrün bir kitabı var. Allah istədiyi şeyi məhv edər, istədiyini də sabit saxlayar. Kitabın əsli Onun yanındadır». 
«Əsl kitab» kimi tərcümə olunmuş ifadə, Qurani-kərimdə «ümmül-kitab» kimi verilmişdir. «Buruc» surəsinin 22-ci ayəsində bu kitab «lövhi-məhfuz» adlandırılmışdır.
Varlıq aləminin və hadisələrin gerçəkləşməsi, iki mərhələdən keçir: Birinci mərhələdə hər şey sabitdir və hər hansı kənara çıxma halları, qeyri-mümkündür. Bu birinci mərhələ lövhi-məhfuza aiddir. İkinci qeyri-sabit mərhələ isə, «lövhi-məhv və isbat»da öz əksini tapmışdır.
Məsələn, nəzərdə tutulur ki, insan zəhər içərsə ölər. Belə bir ölüm lövhi-məhfuzda yox, lövhi-məhv və isbatda qeyd olunmalıdır. Zəhəri təsirsizləşdirən maddənin mövcudluğu, uyğun ölümü qeyri-sabit edir. Çünki zəhər içmiş adam, həmin maddəni qəbul edərsə, ölümdən qurtular.
İstər təbiiət, istərsə də cəmiyyətdə bir-birindən doğan hadisələrlə qarşılaşırıq. Ayə və hədislərdə bir əməlin nəticəsində hansısa bir başqa hadisənin baş verəcəyi barədə xəbərdarlıqlar çoxdur. Həzrət Peyğəmbər (s) buyurur: «Ehtiyaclılara düzgün şəkildə kömək, ata-anaya yaxşılıq, hər hansı xeyir əməl bədbəxtliyi səadətə çevirər, ömürü uzadar, bəlaların qarşısını alar».
Demək, alın yazısı adlandırılan məfhum, olacaqlar barədə iki kitabda ‒ lövhi məhfuz və lövhi məhvə və isbatda yazılanlardır. Birincidə yazılanlar dəyişməz, ikincidə yazılanlar isə, dəyişgəndir.
Allah sizə yar olsun. 
Sual (6) : Salam eziz muselmanlar! Bizim bezi qardashlarla bir az mubahisemiz dushdu ve qerara geldik bu sualin cavabini sizlerden, imkan olsa hansisa bir muctehidden alsaydiq cox yaxshi olardi. Sual: Sunnuler kafirdirlermi? hal-hazirki sunnuler hamisi cehennemlikdirlermi? Bizim bezi qardashlara gore onlarin vilayeti, imameti qebul etmediklerine gore emelleri batil, ozleri kafir ve yerleri cehennemdir. (vehhabiler ayri). Sual 2: Deyilene gore Imam Zaman aleyhisselam zuhur ederken Omer ve Ebubekri (maraqlidi Osman niye yaddan cixib) qebirden cixarib agaca baglayacaq. Qurumush agaclar yashillashib yarpaq verecek. Cammat onlarin Allah dostu oldugunu dushunecek. Sonra Imam eline bir qamci alib bashlayacaq onlarin meyydini vurmaga bashlayacaq. Bu hadiseden yer-goy guruldayacaq. Camaat yene shekke dushecek. Goren imam niye bunara bele zulm edir halbuki yer-goy onlari aglayir. Bu cur revayetlere munasibetiniz?
Bismillahir-rəhmanir-rəhim. 
Əleykumus-salam.
Lütfən şəri suallarınızı ümumi bölməyə göndərməyin. Fiqhi sualınız olduqda sual növü "fiqhi" bölməni seçin çünki fiqhi və ümumi bölməyə cavab verən ayrı-ayrı şəxslərdir.
1. Əhli-beyt məktəbinin alimləri sünnüləri müsəlman hesab edir. Onların kəsdiyi heyvan halaldır, hətta birlikdə qılınan namaz doğrudur. Bəli, bizim əqidəmizə görə imamət və vilayəti qəbul etməyənin əməlləri Allah dərgahında qəbul olunmur. Amma əməllərin qəbul olunmaması cəhənnəm əhli olmaq deyil çünki, onların əksəriyyəti müstəzəfdir yəni haqqı bilmirlər. Müstəzəf olsa və öz dininə və məzhəbinə doğru əməl etsə haqqın müqabilində inadkar olmasa Allahın rəhməti beləsinə şamil olacaq.
2. İmam Mehdi (ə) zühur etdikdən sonra Əbu-Bəkr və Ömərdən intiqam alacaqmı?
Cavab: Məclisi nəql edir ki, imam Sadiq (ə) buyurmuşdur: “Həzrətin görəcəyi ilk iş o iki nəfəri oda çəkməkdir...”
Sualın cavabında bir neçə nöqtəni qeyd etmək lazım gəlir: 
1. Məclisinin istinad etdiyi Bəşir Nəbbal rical kitablarında mötəbər sayılmamışdır. 
2. Hədisi düzgün saysaq, yenə təəccübə əsas olmur. Çünki həzrət Mehdinin (ə) ən mühüm işi haqq-ədaləti bərpa etməkdir. 
3. Rəvayətdə bildirilmir ki, həmin iki şəxs kimdir. 
4. İmam Mehdi (ə) məsum olduğundan və haqq-ədalətə əsaslandığından sünnə əhli bu iki xəlifəyə münasibətinə yenidən baxmalıdır. 
5. Bu iki şəxsin dəfn olunduğu yer peyğəmbər hücrəsi sayılır. Həmin iki şəxsi bu hücrədə dəfn etmək olmazdı. Həzrət haqqı bərpa etmək üçün onları hücrədən çıxarasıdır. 
Allah sizə yar olsun.    
Sual (7) : Salam Aleykum ve rehmetullah ve berekatuhu. Tevessul barede qisa melumat isteyirem. Ashagidakilardan hansi heqiqi ve dogru tevessul hesab olunur? 1) Ya Allah biheqqi Huseyn Meded 2) Ya Huseyn Meded Evvelceden tewekkurler
Ad: müşərrəf, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Allahın adı ilə.
Əleykumus-salam.
Təvəssül üçün həm əqli həm də nəqli dəlil vardır. Təvəssül bir növ şəfaətə oxşardır. Müxtəlif maddi və mənəvi çətinliklərlə üzləşən insanlar, “Allahın dostlarına-sevdiyi bəndələrə” (Peyğəmbər və imamlara) müraciət edərək, onların vasitəsilə Allahdan öz hacətlərini almağa çalışırlar. Onlar bir tərəfdən Allaha üz gətirərək, digər tərəfdən Allah yanında hörmətli şəxsləri Onun üçün vasitə qərar verirlər. Bu iş−yəni təvəssül, İslam dini tərəfindən qəbul olunmuş bir vasitədir. Qurani-kərim buyurur: “Onlar özlərinə zülm edən vaxt (günah edəndən sonra) sənin yanına gəlsəydilər və (sənin vasitən ilə) Allahdan bağışlanmalarını diləsəydilər, Allahın Rəsulu da, onlar üçün bağışlama diləsəydi, Allahı tövbələri qəbul edən və mehriban görərdilər.” (Yusif, 97-98).
Həmçinin, Yusif Peyğəmbərin (ə) qardaşlarının əhvalatında oxuyuruq ki, günahkar qardaşlar öz atalarına təvəssül edərək dedilər: “Ey ata, bizim üçün Allahdan bağışlanmağımızı istə ki, günahkar idik.” (Yusif, 97) Yəqub (ə) da, onların bu təvəssülünü qəbul edərək, söylədi: “Tezliklə mən Allahdan sizin bağışlanmağınızı istəyəcəyəm. O, mehriban və bağışlayandır.” (Yusif, 98) Bütün bu ayələr, təvəssülün qədim ümmətlər üçün də, olduğunu təsdiqləyir.
Əziz oxucu, yadda saxlamaq lazımdır ki, Övliyaallah (Allahın dostları-Peyğəmbərlər və imamlar) yalnız Allahın izni və razılığı ilə günahları bağışlatmaq, hacəti rəva etmək qabiliyyətinə malikdirlər. Hər kəs onları Allahın icazəsi olmadan və müstəqil surətdə günahları bağışladığına, hacət verdiyinə etiqadlı olsa bir növ şirkə və küfrə düçar olmuşdur. Bundan əlavə, Allahın dostlarına ibadət etmək qəsdilə əncam verilən təvəssül də şirk və küfrdür. Çünki həqiqətdə, Allahın dostları, Onun icazəsi olmadan heç nəyə malik və sahib deyildirlər. Qurani-kərim buyurur: “De ki; Allahın istədiyi (verdiyi-əta etdiyindən) başqa, mən hətta öz mənfəət və zərərimin də, maliki deyiləm.” (Əraf, 188) Bununla belə İslamın müxtəlif firqələri arasında təvəssül bəhsinə aid çoxlu ifrat və təfritlər olur ki, onlar hidayət olunmalı və öz həllini tapmalıdır.
Birinci cümlə doğrudur. İkinci isə bu şərtlə düzgün olar ki, biz İmamı müstəqil qütrət sahibi bilməyək və övliyaları Allahla insan arasında vasitə bilək və onlarda olan qüdrəti Allahdan və Onun izni ilə olduğuna inanaq.
Allah sizə yar olsun.

Sual (8) : Salam. Kelam elmi adiyla taninmiw elm adindaki Kelam sozun hardan almiw? Niye kelam elmi adlanmiw?
Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam. 

Bu elmin kəlam adlanması barədə müxtəlif səbəblər deyilib.

1.Hərkəs bu elmə sahib olsa bəyan və söz qüdrəti artar.

2. Kəlam elmini bilən alimlərin adəti belə olub ki, hər məsələdən söz açdıqda “ Əl-Kəlam fi …” təbiri ilə başlayarmışlar.

3. Bu elmin alimləri hədis əhlinin (yalnız hədisə istinad edənlər) ki, hədis olmayan məsələlərdə susmağı lazım bilirlər,  müqabilində danışmaqı ixtiyar ediblər.

4.Bu elmin adı o zamandan belə adlanıb ki, müsəlmanlar arasında Allahın kəlamının məxluq olub olmaması barədə şiddətli ixtilaf yaranmışdı.

Allah sizə yar olsun.


Sual (9) : Salamun əleykum.Kəlami məsələlərin meyarı nədir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Şəxsin əməli ilə birbaşa bağlı olmamasından əlavə, hər hansı bir kəlami məsələnin ən mühüm xüsusiyyətlərindən biri onun əqli olmasıdır, amma, şəxsin əməli ilə birbaşa bağlı olmayan hər hansı məsələ əqlidirmi? Hər hansı kəlami məsələnin əqli olması zəruridirmi? Ümumiyyətlə, belə bəhslərdə əqldən məqsəd nədir?
Bütün bu suallara cavab verməkdən ötrü üç mühüm nöqtəyə diqqət etmək lazımdır:
Əvvəla: Məsələnin sırf əqli olması onun kəlami olması demək deyildir. Ola bilər məntiq kimi bir elmdə hansısa bir məsələ əqli olsun, amma həmən məsələ kəlam elmində dini mərifət bəhsində əqli məsələ kimi istifadə olunmasın. [266] 
İkinci: Belə bəhslərdə məsələnin əqli olmasından məqsəd o istidlaldır (əsaslanmaq) ki, o məsələdə aşkar və aydan şəriət dəlili (məs, Quran ayəsi) və ya nəqli dəlil olmasın və əsl mövzu nəqli dəlilə əsaslanmasın. [267]  Bu cəhətdən, bəhsimizdə əqldən məqsəd, sözün geniş mənasındadır. Yəni, məntiq və ya fəlsəfənin əhatə dairəsinə aid olmasa da nəqli dəlilə əsaslanmayan əql nəzərdə tutulur. [268] 
Üçüncü: Kəlam elmi yolunun tanınmasında deyirlər ki, bu elm iki yoldan, əqli və nəqli yollardan bəhrələnir. Bu məsələni nəzərə alaraq, hər kəlami məsələnin əqli olması sualı daha çox əhəmiyyət kəsb edir. Bununla da, hər hansı bir kəlami məsələnin ən mühüm xüsusiyyətlərindən biri onun əqli olması qanunu zehnlərdə tərəddüdə düçar olur.
Cavab: budur ki, kəlam elmində əsl hədəf müxaliflərin hücumlarının müqabilində qəbul olunmuş dini etiqadları müdafiə etməkdir. Bu da dində əsas kimi qəbul olunmuş nəqli dəlllərə əsaslanmamış mümükün deyil. Əql bu bəhsdə, sözün geniş mənasında müxtəlif təfəkkürlər arasında müştərək vasitə kimi istifadə olunur. Bu söz o mənada deyil ki, bütün mövzularda hər bir kəlami bəhsdə vasitəsiz olaraq əqli birbaşa hakim verək. Həmçinin, heç də belə deyil ki, bütün kəlami məsələlərdə əqli bütünlüklə kənara qoymuş olaq. Bəzən ola bilər ki, hər hansı bir kəlami məsələdə bir neçə vasitə ilə əqlə istinad etmək olar. Bəzi mövzularda isə əvvəldə və zahirdə dəlilimiz nəqli dəlildir. Əslində o nəqli dəlil bir əqli dəlilə əsaslanıb. Bu cəhətdən, bütün kalami məsəllər sonda əqli dəlilə əsaslanır. Bəs, kəlami məsələlərin ən mühüm xüsusiyyətlərindən birinin məsələnin əqli olması, qəbul olunan və ağıla sığan bir məsələdir. Digər cəhətdən, şübhəsiz hər hansı bir kəlami məsələ üsuli və fiqhi məsələ deyil. Bununla da, kəlami məsələni belə tərif etmək olar:
“Hər hansı məsələnin dinə və dindar şəxsin xaricdə, şəri və fiqhi cəhətdən əməli ilə birbaşa bağlı olmaması və nəqli dəlilə əsaslanmayan məsələ kəlami məsələ adlanır.”
Amma, məsələnin fiqhi və ya üsuli olmaması hansı mənadadır? Bu məsələyə cavab tapmaqdan ötrü bilmək lazımdır ki, müctehid hər hansı bir fiqhi məsələni ələ gətirməkdən ötrü əvvəlcə bir sıra müqəddimat bəhsləri bir-biri ilə uyğunlaşdırır və bu mərhələdən sonra hansısa bir fiqhi hökmü ələ gətirir. Belə qiyas (hökm ələ gətirmək mərhələsinə) fiqh elmində, “istinbat qiyası” adlanır. [269] 
Fəqihin şəri hökmü ələ gətirməkdən ötrü istifadə etdiyi müqəddimat mərhələsi iki qismdir:
1. Fiqhin bir və ya bir neçə bölməsinə aid olan müqəddimələr. Belə müqəddimələr adətən “xüsusi ünsürlər” və ya, “fiqhi ünsürlər” adlanır. Necə ki, “salat” kəlməsi, namaz və ya dua mənasında bəzi rəvayətlərdə namaz bölümündə və bu kimi digər bölmələrdə də istifadə oluna bilər.
2. Fiqhin xüsusi bölməyə məxsus olmayan müqəddimələr. Belə müqəddimələri fiqh elmində, “müştərək müqəddimələr”, “müştərək ünsürlər” və ya, “üsuli müqəddimələr” adlanır. Məsələn, “sözün əmr forması zahirdə vacibliyə” dəlalət edir. Yaxud, “tək xəbər höccətdir”.
Bütün bu izahları nəzərə alaraq bizim tərif etmək istədiyimiz kəlami məsələ bundan ibarətdir:
“Hər hansı məsələnin birbaşa dinə və mükəlləf şəxsin əməlinə bağlılığı olmayan, istinbat qiyasında müştərək ünsür kimi, yəni, köklü və ya xüsusi ünsür, yəni, fiqhi ünsür kimi istifadə olunmayan və sözün geniş mənasında əqili yolla istifadə olunan məsələyə kəlami məsələ adlanır.” [270]
Daha çox mütaliə üçün bax:
Məhdi Hadavi Tehrani, Məbani kalami ictihad, müəsseyi fərhəngi Xaneyi xirəd, Qum, çap əvvəl, 1377.
[266]  Məntiq dili ilə desək məsələnin kəlami olması əqli olmasından xassdır.
[267]  Beləliklə, əqli dəlil, hər növ qiyasi (axatarışla ələ gələn), istiqrai (eksperimental) və təcrübi dəlillərə aid olur.
[268]  Birinci və ikinci nöqtələrə əsasən aydın olur ki, məsələnin kəlami olması ilə əqli olması arasında sözün xüsusi mənasında ümum və xüsus min vəch (bir cəhətdən ümumi, digər cəhətdən isə xüsusi) mənasındadır.
[269]  Qeyd etmək lazımdır ki, bu bəhsdə qəbul edilən qiyas (müqayisə ilə dəlil ələ gətirmək), Əhli-Beyt (əleyhimussalam) məktəbində müxalifət olunan qiyasla fərq edir. Bu qiyas, məntiqi bir dəlildir ki, əslində bizi fiqhi bir hökmə aparıb çıxarır. Amma, qəbul edilməyən qiyas, məntiqdəki təmsildir ki, onun vasitəsi ilə şəri hökmə yetişmək istəyirlər. Ona görə də bu iki qiyas dəlilini qatışdırmamaqdan ötrü qəbul edilmiş qiyasdan “istinbat qiyası” kimi ad aparılır. Nümunə üçün, müctehid rəvayətlə rastlaşır ki, onda “səlli” kəlməsi sözün əmr fomasında işlənmişdir. O, qeyd edir: “səlli” (namaz qıl!) kəlməsi sözün əmr forması olub zahirdə “vacib” mənasını verir. Beləliklə, namazın qılınması vacibdir.
[270]  Məhdi Hadavi Tehrani, Məbani kalami ictihad, səh-22-24.
Allah sizə yar olsun.
Sual (10) : Salamun əleykum.Bəziləri deyirlər ki, Allah hər yerdə olan, görünməyən və bütün mövcudları xəlq etmiş enerjidir. Belə bir tərifi düzgün saymaq olarmı?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Allah-təalanı “enerji” adlandırmaq heç bir şəkildə düzgün sayıla bilməz. Belə bir yanaşma nəticəsində “Allah”la “təbiət” məfhumları səhv salına bilər. Allah bütün cəhətlərdən sonsuz bir vücuddur. O hər yerdə var və təbii mövcudların sifətlərinə malik deyil. İslam alimləri əqidə və din kitablarında dəfələrlə xatırlatmışlar ki, Allahı hər növ maddi xüsusiyyətlərdən uzaq bilmək üçün “cisim” və “maddə” qoxusu gələn kəlmələrdən çəkinmək lazımdır. Bu baxımdan, Allaha münasibətdə “enerji” kəlməsinin də işlədilməsi yanlışdır. Ona görə də deməliyik ki, Allah-təala enerji deyil, maddə və enerjidən üstündür, eləcə də, onların yaradıcısıdır.

Allah sizə yar olsun.

Go to TOP