Sual (1) : Salamun əleykum. Bilirik ki, röhbaniyyət, yəni rahiblik həмişə, xüsusi ilə də həzrət Мəryəмin dövründə haraм olмuşdur. Bəs nə üçün İмranın arvadı (Мəryəмin anası) haмilə olduğu vaxt nəzir etмişdi ki, əgər Allah ona bir övlad əta etsə, bu övladı rahib edəcək?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Мəryəмin anası heç vaxt belə bir nəzir etмəмişdir. O, nəzir etмişdi ki, əgər Allah ona bir övlad əta etsə, onu Beytül-мüqəddəsə xidмətçi verəcək. Qadın qərara gəlмişdi ki, övladını ata-anaya xidмətdən azad edib, мəsciddə xidмətə göndərsin.

Qurani-kəriмdə bu əhvalat belə nəql olunur: “İмranın zövcəsinin belə dediyini xatırla: “Ey Rəbbiм, bətniмdəkini sənə xidмətçi olмaq üçün nəzir edirəм. Мəndən qəbul et. Əlbəttə, Sən eşidən və bilənsən.” Təfsirçilər bildirirlər ki, ayədə “мəbəd xidмətçisi” sözü işlədilмişdir. Əslində мəbədə xidмətçi verilən insanlar digər vəzifələrdən, eləcə də, ata-anaya xidмətdən azad olunurdular.

Deмək, Мəryəмin rahib yox, мəscidə xidмətçi verilмəsi nəzir edilмişdi. Röhbaniyyət, rahiblik tərki-dünyalıq deмəkdir və bu yolu seçən insanlar ailə qurмaqdan və digər ictiмai vəzifələrdən kənarlaşırlar. Belə bir hərəkət isə yaranış qanunlarına ziddir və heç bir dində bu işə icazə verilмir.

Allah sizə yar olsun.



Sual (2) : Salamun əleykum. “Sionist məsihiyyət” dedikdə nəzərdə nə tutulur?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam. 

“Sionist məsihiyyət” dedikdə dünyanın sonu ilə bağlı öncəgörmələrə əsaslanan siyasi, iqtisadi, mədəni, hərbi bir cərəyan nəzərdə tutulur. Bu cərəyan yalnız gücə istinad edir.

Bu güruh kin-küdurət dolu ədəbiyyat və şiəliklə aşkar düşmənçilik əsasında Yerusəlimdə bütün qüvvələrini İslam ölkələrinə qarşı səfərbər etməyə səy göstərir. Onlar nəzərdə tutduqları zühur üçün zəmin hazırlamağa və bütün maneələri aradan götürməyə çalışırlar.

Bu cərəyanın aparıcıları Tövrata müraciət və yəhudi kitablarına etiqadla həzrət İsanın zühuru üçün bütün dünyanı əhatə edəcək müharibəni şərt sayırlar. Bu savaş üçün mərkəzkimi işğal olunmuş Fələstində yerləşən Аrmagedon məntəqəsini göstərirlər. Bu ideologiyanın arxasında yəhudilərin bütün Fələstin üzərində (hətta Suriya və İraqda) hakimiyyətə çatıb böyük İsrail təşkil etmək planları dayanır.

Allah sizə yar olsun.

Sual (3) : Salam aleykum.Xaçperestler kafir hökmündedirler yoxsa?Hz.İsa xristian dinini tebliğat edib deyirler o xiristian olub deyirler.ümumiyyetle bu din nece yarandi?hz.İsanın camaata etdiyi tebligatla Hz.Muhammedin tebligati uygunlasmirmi?
Allahın adı ilə.   
Əleykumus-salam. 
Xaçpərəslər Hz. Muhəmmədi (s) qəbul etmədikləri üçün kafir hesab olunurlar. Əlbətdə Hz. İsa özündən sonra Peyğəmbərimizin gəlişinə müjdə vermişdi ki Quranda buna işarə olunub. Bütün peyğəmbərlərin təbliğatı tohid dini olub sonradan təhrifə uğrayıb.
Əs-Səff surəsi ayə 6. Və (yada sal) o zamanı ki, Məryəm oğlu İsa dedi: «Ey İsrail övladları, şübhəsiz, mən özümdən öncə gələni – Tövratı – təsdiq edən və məndən sonra gələcək «Əhməd» adlı Peyğəmbərin (səlləllahu ələyhi və alihi və səlləm) müjdəsini verən sizə göndərilmiş Allah peyğəmbəriyəm». Amma o, (Əhməd – səlləllahu ələyhi və alihi və səlləm) gəldikdə və onlara aydın dəlillər gətirdikdə, dedilər: «Bu, açıq-aşkar bir sehrdir».
Xiristian dini barəsində saytımızın kitabxanasında olan kitabdan ətraflı oxuya bilərsiz.
DİNLƏRLƏ TANIŞLIQ  QIRX ALTINCI DƏRS  MƏSİHİLİK
Allah sizə yar olsun.




 

Sual (4) : Salamu-aleykum. 1.Ulul-ezm peygemberler haqqinda suala cavabdan bele cixir ki, h Adem(e) dovrunde seriet movcud olmayib?2. H Zerdustu nece millet ozununku sayir? Onun kitabindan hisseler gunumuze catibmi?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam. 
1. Adəm cənnətdə olarkən təklifi olmayıb amma yer üzünə endikdən sonra səriət və təkliflər olub. 
2. Zərdüştilik qədim iranlıların dini olmuşdur və islamdan qabaqkı dövrə qədər İran xalqları bu dinə etiqad bəsləmişlər. 
Tədqiqatçıların arasında zərdüştlərin müqəddəs kitabı olan Avesta ilə əlaqədar yaranmış anlaşılmazlıq Zərdüştün özü barədə olan ixtilaflardan daha çoxdur. Fikir ayrılığının əsası bundan ibarətdir ki, Avesta, ümumiyyətlə Zərdüştin kitabıdır, yoxsa onun bir hissəsi ona məxsusdur, yerdə qalan hissəsi isə Zərdüştdən əvvəlki dövrlərə aiddir, və yaxud Mubədlərin vasitəsi ilə ona artırılmışdır? Görəsən hal-hazırda əldə olan Avesta həmin kitabın külliyyatıdır, yoxsa onun yalnız bir hissəsidir? Daha mühüm bir məsələ budur ki, Zərdüştin ümumiyyətlə müqəddəs kitabı olub, yoxsa yox? Daha məşhur və mö’təbər görünən, eləcə də alimlər tərəfindən daha çox qəbul edilən məsələ budur ki, zərdüştliyin müqəddəs kitabı olan Avestanın bir hissəsi Zərdüştün bəyanlar və münacatlar məcmuəsidir ki, onun şagirdləri və köməkçiləri tərəfindən toplanıb yazılmışdır. 
Allah sizə yar olsun.   

Sual (5) : Salamun əleykum. Ulul əzm peyğəmbərlər və onların kitabları hansılardır? Nə üçün ulul əzm adlandırılmışlar və nə üçün Zərdoşt və Davud kitabları olduğu halda ulul əzm sayılmırlar?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Ülul əzm kəlməsi əhqaf surəsinin 35- ci ayəsində gəlmişdir. Əzm hökm və şəriət mənasındadır. Ulul əzm yəni o peyğəmbərlər ki, yeni şəriət və müstəqil dinə sahibdirlər. rəvayətlərdə ulul əzm Peyğəmbərlər üçün bir neçə şərait qeyd olunmuşdur:
1. Dünyəvi olaraq dəvətə şamil olsun.
2. İlahi kitaba malik olsun.
3. Şəriət və dinə sahib olsun.
Yalnız İlahi Peyğəmbərlərdən 5 nəfər bu xüsusiyyətə malik olmuşdur; yəni ümimi şəkildə dəvət etmiş şəriət və İlahi kitaba sahib olmuşdurlar. O beş nəfər ibarətdirlər həzrət Nuh, İbrahim, Musa, İsa (ə) və İslam Peyğəmbəri həzrət Məhəmməd (s) 50rəvayətlərdə həzrət Nuh və həzrət İbrahimin kitablarından "Suhuf" olaraq adlandırılmışdır. Tövrat, həzrət Musanın kitabı, İncil İsanın kitabı və Quran İslam Peyğəmbərinin (s) kitabıdır.

Allah sizə yar olsun.
Sual (6) : Salamun əleykum.Necə fikirləşirsiniz, hər bir insanın istədiyi hər hansı dini qəbul etməyə azadlığı varmı və müsəlmanların bütün dinlərə ehtiram qoymaları lazımdırmı?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Dinin həqiqəti dünya və insanın yaranışına aid olan bir sıra etiqadlardan və insanın həyatını o etiqadlar ilə uyğunlaşdıran bir sıra əməli vəzifələrdən ibarətdir. Deməli din formal bir şey deyildir ki, insanın ixtiyarında olsun və insan ürəyi hansı dini istəyirsə, qəbul etsin. Əksinə, din bir həqiqətdir ki, insan ona tabe olmalıdır. Necə ki, məsələn, "Biz günəşin nurundan istifadə edirik" cümləsi real bir həqiqətdir və heç bir insanın onun qarşısında ixtiyarı yoxdur ki, hər gün bir nəzər versin. İnsan məcburdur ki, onu bir həqiqət kimi qəbul edib öz yaşayışını onun üzərində qursun. Əgər doğrudan da hər hansı 27bir din: "İnsanlar azaddırlar və müxtəlif dinlərdən hansını istəsələr qəbul edə bilərlər" – deyərsə, bu nəzər ilə özünün formal və qeyri-real bir din olmasını etiraf etmiş olur.
Allah təbarək və taala buyurur: «Allahın yanındakı din İslamdır."[192]Başqa bir ayədə buyurur: "Hər kim İslamdan başqa dini seçsə, ondan qəbul olunmayacaq».[193]
İslam dinlər arasında üç dini: Xristianlıq, Yəhudilik və Məcusiliyi möhtərəm sayır və Quran ayələrindən aydın olduğu kimi bu ehtiramın mənası budur ki, bu üç dinə etiqad bəsləyənlər haqq olmasalar da öz dinlərində qala bilərlər.
[192] "Ali-İmran" surəsi, ayə: 19.
[193] "Ali-İmran" surəsi, ayə: 85.


Allah sizə yar olsun.
Sual (7) : Salamun əleykum.Xristianlıqda təhrifin səbəbləri nədir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Həzrət İsa (ə) Allahın izni ilə qeyb olandan sonra onun təlimləri yaxın tərəfdarları (həvarilər) tərəfindən təbliğ edilməyə başladı. Sonralar bu vəzifə xristianlığın banisi kimi tanınan Polosun vasitəsilə davam etdirildi. Özü əvvəl yəhudi olub, sonradan xristianlığı seçən bu şəxs bundan qabaq yeni dinə mötəqid olanları çox incidərmiş. Amma özü də bu dini qəbul edəndən sonra təbliğləri nəticəsində cəmiyyətdə özünə yüksək məqam əldə edir. Hətta özünü İsa əleyhissalamın elçisi kimi elan edərək şəhərbəşəhər gəzib, dində istədiyi təhriflərə əl atır.
Daha geniş cavab
Məsihiyyət bir din kimi formalaşan gündən müasir zamana qədər olduqca müxtəlif mərhələləri sovuşub. Onların öz tarixinə əsasən, xristianlıq barəsində müəyyən qədər təssəvvür əldə etmək üçün ümumi şəkildə bəzi faktlara işarə edirik.
Həzrət İsa çarmıxa (Allah tərəfindən asimana) çəkiləndən [3930]  sonra onun təlimləri yaxın tərəfdarları (həvarilər) tərəfindən təbliğ edilməyə başladı. Sonralar bu vəzifə xristianlığın banisi kimi tanınan Polosun vasitəsilə davam etdirildi. Özü əvvəl yəhudi olub, sonradan xristianlığı seçən bu şəxs qabaqlar yeni dinə mötəqid olanları çox incidərmiş. Amma özü də bu dini qəbul edəndən sonra təbliğləri nəticəsində cəmiyyətdə özünə yüksək məqam əldə edir. [3931]  Hətta özünü İsa əleyhissalamın elçisi kimi elan edərək şəhərbəşəhər gəzib, dində istədiyi təhriflərə əl atır. [3932] 
Hal-hazırda xristianlığı bir din kimi təmsil edən ayinlər, demək olar, o zaman Polosun topladığı “kitablar”, “məktublar”, bir sıra “dini-ibadi mərasimlər” və sairin məcmusudur. Deyilənlərə görə, o heç də bunların doğru-düzgün olduğunu araşdırmırmış. [3933]  Eləcə də xristianlıqdakı Həzrət İsanın ilahiləşdirilməsi, onun günahkarların günahlarının bağışlanması naminə fəda olması və bununla da şəriətin ləğvi kimi əqidəvi fikirlər Polosun müşrik etiqadlarından götürüb, artırdığı əlavələrdir. [3934] 
İsa peyğəmbərin (nəuzubillah) ilahi məqamı, günahkarların bağışlanması naminə çarmıxa çəkilməsi xristianlıqda mühüm mahiyyət kəsb edir. Amma İslamla tanış olanlara bu məsələ barədə, ümumiyyətlə, peyğəmbərlərin məqamı və s. haqda daha dolğun və düzgün məlumat verilir.
O zaman İsa peyğəmbərin yəhudilər arasında mövcud olan batil əqidə və təsəvvürlərin islahı istiqamətində başladığı hərəkatı hakim dairələrin ciddi əks mövqeyinə səbəb olur və beləcə, iki əks fikir ayrılığı yaranır: mövcud hakimiyyət ənənəvi (irticai-məhdud) dinin müdafiəsinə qalxır və yeni din isə həvarilərin vasitəsilə qorunub, saxlanılır. Vəziyyət belə davam etməyib, yeni dinin mühüm şəxsiyyətləri ciddi təqib olunur və ona qoşulanlar şiddətlə cəzalandırılmağa başlayır. Beləcə, onun ayin və üsulları səhnədən tamamilə uzaqlaşdırılır, din özünü yaddaşlara verərək getdikcə müxtəlif təhriflərə məruz qalır, halal və haram mahiyyətini itirir, nəyin vacib və nəyin qadağan olduğu naməlum qalır. [3935]  (Nümunə üçün, yəhudiyyətdə heyvanın başının kəsilməsinin xüsusi qaydası olduğu halda, məsihiyyətdə belə bir fikir yoxdur.) Beləliklə, həqiqi din öz xalis simasını tamamilə itirir.
Ümumiyyətlə, “Müqəddəs kitab” [3936]  və onun ayinləri ilə əlaqədar məlumatlarda anlaşılmazlıqlar həddən artıq çoxdur. Hələ mövcud İncillərin mötəbər sənədi yoxdur. Qərb tədqiqatçılarının öz iqrarına əasən [3937] , indiki İncillərin yazılma tarixi İsa peyğəmbərin göylərə çəkilməsindən çox-çox sonra, hətta Polosun zamanı və ondan sonrakı dövrlərə təsadüf edir. Onların mətn və mövzularının əksəriyyətini həqiqi vəhylə əlaqələndirmək müşkül məsələdir. Hələ onlarda İsa peyğəmbərin həyat və yaşayışından hadisələr qeydə alınıb ki, bəzən İsanın (ə) öz sözləri və buyruqlarına rast gəlinsə də, ümumilikdə daha çox onun başına gələnlərdən danışılır və əsl ilahi vəhyin nişanələri görünmür.
Orta əsrlərin xristian mütəfəkkirləri belə təhriflərə düzgün baxış verməyə çalışsalar da, onları əsaslandıra bilmədilər. Bununla belə, bir çoxları, o cümlədən Akuinas kimiləri onlara əqli don geyindirməyə can atdılar. 13-cü əsrdə yaşayan Tomas Akuinas daha canfəşanlıq göstərərək Aristotelin və İbn Sinanın fəlsəfi fikirləri, həmçinin İslam təlimləri ilə tanış olub, elmi-nəzəri baxışlarla xristianlıqdakı mövcud qüsurları bərpa etməyə çalışdı. [3938]  Bütün bunlara baxmayaraq, onların bir çox etiqad və ayinlərini elm və ağılla uyğunlaşdırmaq mümkün deyil. Məsələn, İsa peyğəmbərin Allahın oğlu olması və ya “müqəddəs üçlük” etiqadları tövhidlə əsla düz gəlmir. Zahirən üçlüyün özündən də yenə İsanın tanrı məqamı başa düşülür və eyni halda həm Allah, həm oğul ünvanlarını daşıyır. Bunun tövhidlə uyğunsuzluğunu həll etmək istəyənlər deyirlər ki, Allah üç şəxsiyyətli vahid təbiətə malikdir: Ata, oğul, Ruhul-qüds. Bu üç şəxsiyyət “üç üqnum” adlanır. [3939] 
Təbiidir ki, buna bənzər fikirlər onun mühüm nöqsanını həll edə bilməyəcək. Çünki vahid təbiətin çoxşəxsiyyətliliyi məsələsi əsl tövhid anlamıyla zidd olub, hələ Alahın vücudunun mahiyyət daşıdığını bildirərək Onu məhdud mövcudların sırasına qatır.
Hələ intibah döründən əvvəl hökm sürən cahillik və ya “qaranlıq dövr”də [3940]  kilsə keşişləri [3941]  xüsusi məqamlara malik olub, özlərini Allahla insanları bir-birinə qovuşduran vasitə hesab edir, bununla onların digər təbəqələrdən üstün olduqlarını anlatmağa, hamını özlərinə itaətkar etməyə çalışırdılar. Eləcə də hakimiyyət və idarə işlərində yeni dini qanun [3942]  verməyə malik idilər və mənafelərinə uyğun dini istənilən səmtə yönəldirdilər.
Orta əsrlərdən sonra kilsənin İncilə verdiyi bir çox təfsir və nəzəriyyələr intibah dövrünün müasir fikir və yenilikləri ilə ziddiyyət təşkil etməyə başladı. O zaman bu ziddiyyətlər dinin elmə qarşı olduğu fikirlərini yaradırdı və elmin nailiyyətləri artdıqca, xristianlığın, eləcə də katolik-kilsə hakimiyyətinin nüfuzu azalırdı. Bu vəziyyəti aradan qaldırmaq, din və imanı müdafiə etmək üçün hakimiyyət dairələri, xristian kilsə xadimləri və mütəfəkkirləri tərəfindən yeni izahlar və nəzəriyyələr yürüdülürdü. O zamandan bəri xristianlıq elmi-nəzəri cəhətdən araşdırılmağa başlayır və onun əksər nöqsan və təhriflərinə elmi, irfani və fəlsəfi yozumlar verilir ki, bugünkü bütün məsihiyyət aləmini təmsil edən nisbi din və şəriət həmin səylərin nəticəsidir. [3943] 
[3930]  Qurana əsasən, İsa (əleyhissalam) dara çəkilməmiş və diri halda Allah-taala tərəfindən asimana yüksəlmişdir. Xristianlıqda isə o, dara çəkilərək sonra dəfn olunmuşdur. Deyilənlərə görə, daha sonra dirilərək qırx və ya üç gün (İncildə də belə qeyd olub) havarilərlə birgə olmuş və sonra göylərə çəkilmişdir. (Quran-kərim, “Nisa” surəsi, ayə: 157-157; “İncil” (Luqa), 24-cü fəsil, “Əhdi-cədid”, “Elçlərin vəzifələri kitabı”, 1-ci fəsil)
[3931]  Əhdi-cədid, “Elçilərin vəzifələri kitabı”
[3932]  Məlumat üçün “Polosun iman gətirməsi” əhvalatına baxın. Əhdi-cədid, “Elçlərin vəzifələri kitabı”, 9-cu fəsldən sonra.
[3933]  Hemfri Karpinter, “İsa”, səh. 154. İslam mənbələrindəki hədislərdə Polos, Firon və Nəmrud kimi zalımlara bənzədilib və onun qiyamətdə çox çətin əzab düşəcəyi göstərilir. (Ə. Məclisi, “Biharul-Ənvar, 8-ci cild, səh. 331)
[3934]  Bəzi qərb tədqiqatçıları da bunu təsdiq edirlər. (Can Bi Nas, “Dinlərin ümumi tarixi”, səh. 617; “Müqəddəs kitab”, “Əhdi-cədid”, “elçi Polosun Qullatyanlılara və Gernetyanlara ilk məktubu”, “Polosun Timutauslara məktubu”, Hemfri Karpinter, “İsa”, səh. 154)
[3935]  Dində şəriət, insanların bəndəlik çərçivəsindəki fərdi-ictimai rəftarlarına dair göstərişləri bölməsidir.
[3936]  Bibliya (İncil)
[3937]  Bəzi mənbələrdə onun ayinlərinin nəqli və yazılma tarixləri miladın 38-100-cü illəri arasına düşür. (Robert Veyr, “Məzhəbi cahan”, 2-ci cild, səh. 675; Hemfri Karpinter, “İsa”, səh. 12-32)
[3938]  Can Bi Nas, “Dinlərin ümumi tarixi”, səh. 658-660, Robert Veyr “Məzhəbi cahan”, 2-ci cild, səh. 733-734
[3939]  Robert Veyr, “Məzhəbi cahan”, 2-ci cild, səh. 734-738
[3940]  Darkness
[3941]  Christian Clergyman
[3942]  Cannon law
[3943]  Hemfri Karpinter, “İsa”, səh. 160
Allah sizə yar olsun.
Sual (8) : Salamun əleykum.İslam ayinləri Allah tərəfindən bəşəriyyətə göndərilmiş ən yığcam ayinlər toplusudur. Bu sözlərdən belə görünür ki, əvvəlki ayinlər İslam ayinlərinə nisbətən naqis olmuşdur. Onda belə bir sual yaranır: Necə ola bilər ki, Allah keçmişdəki insanlara naqis ayinlər göndərsin, sonrakılara isə kamil? Naqis ayinlər göndərmək Allahın məqamına layiqdirmi?!
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
İslam ayinlərinin ümumbəşəri və son olması dəlili aydın şəkildə göstərir ki, İslam dini göndərildikdən sonra maddi və mənəvi təkamül üçün bu göstərişlərə əməl etməkdən savay yol qalmamışdır.
Əlbəttə ki, hər bir ilahi din öz zamanında doğru yol sayılmışdır. Keçmiş insanlar öz dövrünün dini ilə maddi və mənəvi təkamülə çata bilərdilər. Amma İslam ayinləri göndərildikdən sonra əvvəlki yollarla getmək xətadır və İslamdan savay ayinlər insanı ali məqama çatdırmaqda acizdir. Bir daha qeyd edək ki, əvvəlki dinlərin hər biri öz dövrünün kamil dini olmuşdur və həmin dövrdə insanlar üçün ən doğru yol sayılmışdır.
Deyilənləri aydınlaşdırmaq üçün qeyd edə bilərik ki, müxtəlif dinlər orta məktəbin ayrı-ayrı siniflərinə bənzəyir. Sinifdən-sinifə adlayan şagird öz biliyini kamilləşdirir. Şagirdin birinci sinifdə öyrəndiyi biliklər doğru olduğu kimi, onun onuncu sinfdə öyrəndiyi biliklər də doğrudur. Aşağı siniflərdə öyrəndiyi biliklər şagirdin sonrakı bilikləri üçün bünövrə rolunu oynayır. Məlum məsələdir ki, birinci sinif şagirdi onuncu sinifin materiallarını dərk edə bilməz. Eləcə də, onuncu sinifin şagirdinə birinci sinifin proqramı ilə dərs keçmək məntiqsiz bir işdir.
İndi özünüz deyin, birinci sinifin proqramını naqis saymaq olarmı? Demək, hər sinifin materialı həmin sinifin şagirdi üçün zəruri sayılmalıdır. Dinlərə münasibətdə də eyni üsulla araşdırma aparmalıyıq. Cəmiyyət təkmilləşdikcə sanki o sinifdən-sinifə keçir və ona göndərilən dinlər də həmin dövrün düşüncə səviyyəsinə uyğun olur. İslam dininin o biri dinlərdən kamil və yığcam olması o demək deyil ki, əvvəlki dinlər doğru yol tutmamışdır. Alim Allah tərəfindən bəşəriyyətin hidayəti üçün göndərilmiş dini naqis saymaq yanlışdır. Əksinə, hər bir din öz dövrünün tələblərinə cavab vermişdir. Amma təkmilləşmiş bəşəriyyət üçün, daha yüksək maddi və mənəvi zirvələri fəth etmək gücündə olan insanlar üçün gedəcəkləri uzun yolu işıqlandıran ayinlər lazımdır. Ona görə də bəşər tarixinin müxtəlif dövrlərində müxtəlif səmavi dinlər göndərilmişdir. İslam ayinləri isə bu təkamül pilləsinin son dayanacağıdır.

Allah sizə yar olsun.
Sual (9) : Salamun əleykum.Məni maraqlandiran suallardan biri dunyada neçə din var resmi-yada qeyri-resmi ve onlardan ən düzgününü bizlər üçün şiəlikdir. Başqa dinə inanan o yolu tutub gedən insanlarla mübahisə edərkən deyirlər ki, siz şiələrin sübutu nədir? Bu qədər dinin içində siz öz düzgünlüyünüzü necə sübut edirsiniz? Bu mənə həm ənəvi həm də fiziki təsir edir. Bu məsələni mənim üçün aydınlaşdırmağınızı istəyirəm.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Dünyada çoxlu dinlər mövcuddur. İslam, Xristianlıq və Yəhudilik isə səmavi dinlər hesab edilir. Bizim inancımıza əsasən, İslam dini digər dinlər arasında haqq dindir və buna görə də xeyli tutarlı dəlillər mövcuddur. Şiəlik din yox, İslam dininin bir məzhəbidir. Şiələr özlərini Peyğəmbərin (s) və onun haqq canişinlərinin ardıcılları hesab edir və məzhəblərinin haqq olmasıni sübut etdirmək üçün möhkəm arqumentlər irəli sürmüşlər. Şiəlik haqqında məlumat əldə etmək üçün Əllamə Təbatəbainin "İslamda Şiəlik" kitabına müraciət edin.
Allah sizə yar olsun.
Sual (10) : Salamun əleykum.İslamın keçmiş şəriətlər barədə nəzəri nədir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bir kəs bizimlə İslamın səhih din olub-olmaması barəsində mübahisə etsə, biz bu dinin əbədi möcüzəsi–Qurani Kərim ilə onu qane edə bilərik. (Əvvəldə qeyd olunan möcüzə xüsusiyyətlərinə əsasən) Həmçinin bu isbat yolu hər bir azad fikirli insanın əqidəsinin formalaşıb təsbit olunmasında irəli gələcək sual və şəkkin əvvəlində də özümüzü qane edəcək bir yoldur.
Amma sabiq şəriətlərə gəldikdə isə, (yəhudilik və məsihilik) biz onların əslinin haqq olmasını islami əqidədən kənarda və Qurani Kərimə istinad etmədən isbat etmək istəsək, nə özümüz, nə də bu barədə təhqiqat aparan, şəkk edən şəxs üçün onların səhihliyinə qane edə biləcək bir dəlilimiz yoxdur. Çünki bu dinlərin bizim Əziz Kitabımız kimi əbədi möcüzələri yoxdur. Bu dinlərin tabeçilərinin sabiq peyğəmbərlərdən nəql etdikləri möcüzə və xariqül-adə işlərə gəldikdə isə, onları nəql edənlər, yaxud o işlərə istinadən hökm edənlərin özləri yalançılıqda müttəhim olunurlar. Sabiq peyğəmbərlərə mənsub edilən mövcud Tövrat və İncillərdə isə İslamın təsdiq etdiyindən öncə əbədi möcüzə kimi qəbul ediləcək, öz-özlüyündə qəti, qaneedici bir dəlil olacaq şeylər yoxdur.
Amma biz müsəlmanlar sabiq şəriətlərdəki nübüvvəti təsdiq edə bilərik. Çünki biz, İslamın haqq olmasını təsdiq etdikdən sonra, onun gətirdiyi və təsdiq etdiyi bütün şeyləri, o cümlədən, icmal şəkildə sabiq peyğəmbərlərin nübüvvətini təsdiq etməliyik.
Beləliklə müsəlman bir şəxs İslamı qəbul etdikdən sonra (əsl) məsihilik və ondan öncə mövcud şəriətlərin səhihliyində təhqiqat aparmağa ehtiyac duymur. Çünki, İslamı təsdiq etmək sabiq şəriətləri təsdiq etməkdir, ona iman gətirmək elə sabiq nəbi və peyğəmbərlərə də iman gətirməkdir və müsəlman şəxs üçün bu barədə bəhs etmək, o şəriətləri gətirən peyğəmbərlərin möcüzələrinin doğruluğunda təhqiqat aparmaq vacib deyildir. Çünki müsəlman şəxs İslama olan iman səbəbilə, onlara da iman gətirir.
Amma əgər bir şəxs İslamın səhihliyindən bəhs etsə və səhihliyi onun üçün sübuta yetməsə, (nəzər və mərifət kəsb etməyin vacib olması hökmü ilə) əqlən ona vacibdir ki, məsihi dininin səhihliyi barədə bəhs edib təhqiqat aparsın. Çünki o, İslamdan öncə olmuş dinlərin sonuncusudur. Əgər məsihi dini barəsində təhqiqat aparıb yəqinə yetməsə, növbəti sonuncu din barəsində (yəhudi dinində) təhqiqat aparmalıdır. Bu təhqiqatı o qədər davam etdirməlidir ki, hasısa bir dinin haqq, səhih olması barədə yəqinə çatsın, yaxud da hamısını kökündən inkar etsin.
Amma yəhudiyyət və məsihiyyətdə olanlar üçün yuxarıdakı məsələl tam əksinədir. Belə ki, bir yəhudinin öz dininə etiqadı onu İslam və məsihiyyətin səhihliyi barədə bəhs etməyə kifayət deyildir. Əksinə əqlin hökmünə görə, bu barədə əlavə məlumat kəsb etməlidir. Həmçinin məsihilər, İsa (əleyhis-salam)-a gətirdikləri imana arxalanıb İslamın səhih, haqq olmasını isbat edə bilməz və bu barədə təhqiqat, aparmalıdırlar. Əlavə təhqiqat aparmadan öz dininə qənaət etsə (və haqqa çatmasa-red.) üzrü qəbul olmaz. Çünki yəhudiyyət və məsihiyyət özlərindən sonra gələcək və bu dinlərin hökmlərini qüvvədən salacaq bir şəriətin varlığını nəfy etmirlər. Həmçinin nə Musa (əleyhis-salam), nə də İsa (əleyhis-salam) “məndən sonra peyğəmbər yoxdur deməyibdir.
Bəs yəhudilər və məsihilər öz dinlərindən sonra gələn şəriət barəsində (yəhudilərin məsihiyyət barəsində, hər ikisinin İslam barədə) təhqiqat aparmadan öz əqidə üsullarına xatircəm olmaları, öz dinlərinə istinad etmələri necə mümkün ola bilər? Əqlin hökmünə görə, onlardan hər biri öz dinlərindən sonra gələn din barədə təhqiqat aparıb, səhih olduğu təqdirdə onu qəbul etməli, əks halda isə öz dinlərində qalıb ona istinad etməlidirlər.
Amma müsəlmanlara gəldikdə isə (qeyd etdiyimiz kimi), onların İslama etiqad bəslədikdən sonra nə keçmiş dinlər, nə də iddia olunacaq hər hansı gələcək din barədə təhqiqat aparmaları vacib deyil. Çünki keçmiş dinləri İslam təsdiq edir, belədirsə, əlavə dəlil axtarmağın nə lüzumu vardır? Keçmiş din hökmlərində bunu bilmək lazımdır ki, onlar İslam şəriəti vasitəsilə nəsx olunub (qüvvədən salınıb), nəticədə onların hökm və kitablarına əməl etmək vacib deyildir.
İslamdan sonra iddia oluna biləcək dinlərə gəldikdə isə, Peyğəmbərimiz Həzrət Mühəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-in buyuruğuna istinad etmək kifayətdir. O Həzrət buyurub ki:
“Məndən sonra heç bir peyğəmbər yoxdur və o doğruçu, əmanətdar, etimad olunacaq şəxsdir.
“(Peyğəmbəri Əkrəm (səlləllahu əleyhi və alihi və səlləm) Həvayi-nəfs üzündən söz demir, dedikləri ona ilham olunan vəhydən başqa bir şey deyil.
Belədirsə, bir kəs O Həzrətdən sonra (yalandan) nübüvvət iddiası edərsə, onun sözünün səhih olub-olmamasına dəlil istənilməməlidir (və Peyğəmbərin buyuruğuna əsasən, yalançı olduğu məlum olar-red.).
Amma risalət sahibinin dövründən uzun zaman fasiləsindən, məzhəb və rəylərin ixtilaflı olmasından, müsəlmanların müxtəlif firqələrə, dəstələrə parçalanmasından sonra hər bir müsəlman şəxsə vacibdir ki, risalət sahibi Həzrət Mühəmməd 35(əleyhis-salam)-a nazil olan hökmləri dəqiq yetirməsinə yəqini olan yol ilə getsin. Çünki müsəlman şəxs şəriət hökmlərinin hamısını necə nazil olubsa o qaydada da əməl etməyə vəzifəlidir.
Amma belə bir məsələ qarşıya çıxır ki, müsəlmanların müxtəlif firqələrə ayrıldığı, tayfalara bölündüyü halda haradan bilmək olar ki, hal-hazırdakı hökmlər elə o vaxt nazil olanlardır? Onların arasında vahid formada qılınan namaz, yekdilliklə qəbul edilib əməl olunan ibadət yoxdur, heç bir rəftar və əməldə yeknəsəqlik gözə dəymir. Bu halda nə etməliyik? Hansı təriqət əsasında namaz qılmalıyıq? Nikah, təlaq, irs, al-ver, cəza tədbirlərinin icrası, diyə verilməsi və s. kimi ibadi və müamilə əməllərində hası formada əməl etməliyik?
Müsəlmanın bu kimi əməllərdə ata-babalarına təqlid etməsi caiz deyildir. Qohum-əqrəbanın, dost-tanışın dedikləri qarşısında da təslim olmaq düz deyil. Bu barədə özü ilə Allah arasında yəqinə çatmalıdır. Kiminsə təklifini qəbul, onun razılığını əldə etmək üçün, kiməsə yaltaqlanmaq, kiminsə göstərişinə görə, yaxud sırf təəssübə görə olmamalıdır.
Amma bununla belə, insan yəqin etməlidir ki, bu yollardan ən düzgününü, ən şərifini seçərək, Allahın ona vacib etdiyi əməlləri düzgün yerinə yetirməklə, əməllərinin öhdəsindən gəlmişdir. Həmçinin yəqin etməlidir ki, Allah onu, düzgün yolla getdiyi, hökmləri oradan əxz etdiyi üçün cəzalandırmayacaq. Allahın razılığını qazanmaq, itaət etmək yolunda onu ələ salıb məsxərə edənlərin sözü ona təsir etməməlidir.
“Aya, insan belə güman edir ki o, özbaşına buraxılacaq?!
“Yox, insan öz nəfsinə (başqalarından daha) agahdır!
“Həqiqətən bunlar təzikərdir (xatırlatmaqdır); hər kəs istəsə Öz Rəbbinə doğru yol seçər.
İnsan üçün yaranan ilk sual budur ki, Peyğəmbər Əhli-beytinin getdiyi yolu seçsin, yoxsa onlardan qeyrilərinin yolunu? Əgər Əhli-beyt (əleyhimüssalam)-ın yolunu seçərsə, bu halda yenə sual yaranır ki, görəsən burada da səhih yol 12 İmam məzhəbinin yoludur, yoxsa yerdə qalan şiə məzhəblərinin yolu?
Əgər sünnülərin yolunu tutursa, sual yaranar ki, görəsən dördlük təşkil edən məzhəblərə təqlid etsin, yoxsa, artıq aradan getmiş məzhəblərə? Bu qayda ilə ixtiyarlı və azad fikirli insan öz özündə baş qaldıran suallara cavab axtarıb etimadlı haqq dayağa pənah aparır.
Məhz buna görə bizlərə vacibdir ki, bundan sonra İmamət, daha sonra isə 12 İmam məzhəbinin növbəti əqidəsi barədə bəhs edək.

Allah sizə yar olsun.
Go to TOP