Sual (1) : Salam. Həzrət Əli (ə) ilә bağlı rəvayətlərdə oxuyuruq ki, onun ayağına batмış oxu yalnız naмazda olduğu vaxt çıxara bildilər. Naмaz qıldığı vaxt həzrətin diqqəti Allaha elə cəlb olunardı ki, vücudunu hiss etмəzdi. Aммa başqa rəvayətlərdə bildirilir ki, bir gün həzrət Əli (ə) naмazda olduğu vaxt мəscidə daxil olan fəqiri və barмağındakı üzüyü ona bağışladı. Necə ola bilər ki, ayağına batмış oxun naмaz vaxtı çıxarılмasından xəbər tutмayan həzrət мəscidə girən fəqiri görür?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Bilмəliyik ki, oxun ayaqdan çıxarılмası ilə üzüyü fəqirə bağışlaмaq arasında bir çox fərqlər vardır. Çünki oxun ayaqdan çıxarılмası sırf fiziki vücudla bağlı bir işdir. Bu işin insanın iмanına, Allahla bağlılığına heç bir dəxli yoxdur. Aммa fəqirin, yoxsulun halına diqqət ilahi bir işdir və insanın Allaha diqqətindən asılıdır. Doğrudan da, iмaм naмaz zaмanı özündən xəbərsiz olurdu. Aммa fəqirin halına diqqət insanın özünə diqqəti deyil. Belə bir diqqəti Allaha diqqət hesab etмək olar.

Başqa sözlə, Allahın bəndəsinə, fəqirə yardıм etмək özü bir ibadətdir. Bu iş мühüм ibadət olan naмazla vəhdət təşkil edir. Ona görə də təəccüb etмəyə dəyмəz ki, fəqirin acı nələsi həzrət Əlinin (ə) agah qəlbini narahat edir və onun diqqətindən kənarda qalмır. Naмaz ibadətdirsə, yoxsula yardıм da bir ibadətdir. Hər iki iş Allaha görə, Allahın razılığını qazanмaq мəqsədi ilə yerinə yetirilir. Həzrət Əlinin (ə) bu əмəli o qədər dəyərli olмuşdur ki, bu əмəl haqqında Quran ayəsi nazil olмuşdur.

Allah sizə yar olsun.

Sual (2) : Salamun əleykum. İslам Pеyğәмbәrinin (s) әcdаdlаrı kiмlәr оlмuşdur? Dеyirlәr ki, оnlаr İbrаhiм (s) dinindә оlмuşlаr. Bәs nә üçün İsа (ә) dinini qәbul еtмәмişlәr?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Tаriхi мәnbәlәrin bildirdiyinә görә, Pеyğәмbәrin (s) аtа-bаbаlаrı hамısı bir Аllаhа sitаyiş еtмişlәr. Оnlаrın İbrаhiм (ә) аyinindә оlмаsı dа bu мәnаdаdır. Çünki, hәzrәt İbrаhiм (s) böyük tövhid qәhrәмаnlаrındаndır vә bütpәrәstliklә, şirklә мübаrizә аpаrмışdır. Hәzrәt İbrаhiм öz мübаrizәsi ilә bütpәrstlik vә şirkin sütunlаrını sаrsıtмışdır. Оnа görә dә Qurаndа bәzәn мüsәlмаnlаr “İbrаhiм мillәti”, “İbrаhiмin аrdıcılı” аdlаndırılмışlаr.

Hicаz мühitindә vә әrәblәr аrаsındа yеgаnә tаnınмış аyin hәмin İbrаhiм аyini оlмuşdur. İbrаhiмin bәzi аyinlәri hәttа bütpәrәstlәr аrаsındа dа tаnınмışdır. Әrәb dilindә İbrаhiм аyininә “Hәnif” dini dеyirlәr. Yәhudi vә мәsihi dini Hicаz tоrpаqlаrınа bir о qәdәr dә nüfuz еdә bilмәмişdir. Tәkcә Мәdinәdә, Хеybәrdә vә Yәмәn sәrhәdlәrindә bir qrup kәliмi vә мәsihi мәskunlаşмışdır. Bütün bunlаrı nәzәrә аlаrаq dеyә bilәrik ki, İslам Pеyğәмbәrinin (s) әcdаdlаrı İbrаhiм аyinindә оlмuşlаr.

Allah sizə yar olsun.

Sual (3) : Salam. Sieler Resulullahin(seas) Aisenin evinde defnini qebul etmirler. Gebir uste mescid tikmekden soz dusende ise deyirik ki Aise hemise Resulullahin(seas) defn olundugu hucrede namaz qilib ve Omer o hucrede ilk divar tiken olub. O hucre kimin idi ki Omer orda divar tikdirdi?
Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Şiə təhqiqatçıları Peyğəmbərin (s) Aişənin hücrəsində dəfn olmağını qəbul etmirlər. Peyğəmbərin (s) xüsusi hücrəsi var idi ki, orda qonaqları qəbul edərdi və orada da dəfn oldu. Hədislərdə hücrətün-nəbi, beytün-nəbi və darun-nəbi (dar ev mənasındadır) təbirləri gəlib, amma əgər zövcələrinin hansınınsa hücrəsi olsa onun adı ilə deyilir məsələn hücreyi Ayişə, hücreyi Ümmi Sələmə və...

Allah sizə yar olsun.

Sual (4) : Salam aleykum! Peygemberimizin xanim Fatimeden bashqa qizlari olubmu. Cunki deyilene gore xanim Fatimeden bashqa oz dogma qizi olmayib. Sag olun Allah razi olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam. 
Şiə təhqiqatçılarınin nəzəri budur ki, Həzrət Mühəmməd Peyğəmbərin (s) yeganə doğma qızı Fatimə (ə) olub. Digər üç qız – Zeynəb, Rüqəyyə və Ümmi-Külsum isə Xədicənin bacısının qızları olub və bacısı dünyasın dəyişəndən sonra Hz. Xədicə onları saxlayıb.
Allah sizə yar olsun. 
Sual (5) : salam aleykum aga. Bu duzdurki Imam Eli(e) aga dunyaya gelenden 3 gun sora kebeden cixanda Atasina salam verir ve Peygembere(s) salam verir ve MUMININ suresinin ayelerini oxuyur peygember(s) ucun? bu hedis sie kitablarinda var? xaiw edirem etrafli menbe ve kitabla mene izah ederdizde aga.evvelceden Allah razi olsun.
Ad: seymur, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Xamenei

Əleykumus-salam. Sualınızın cavabın saytın kitabxanasında olan kitabdan oxuya bilərsiz.

Əli əleyhissalam kimdir?

Birinci hissə  MÖVLUD VƏ ƏSİL-NƏSƏB

http://kitab.nur-az.com/az/lib/view/136 

Allah sizə yar olsun.
Sual (6) : Səlamun Əleykum.Allah, Adəmi peyğəmbər seçmişdirmi? Əvvəlcədən təşəkkür edirəm.

Allahın adı ilə.  

Əleykumus-salam.

Bəli, Adəm yer üzündə ilk seçilmiş peyğəmbərdir.

Ali-İmran surəsi. 33. Həqiqətən Allah Adəmi, Nuhu, İbrahimin ailəsini və İmranın ailəsini (öz zamanlarındakı) bütün aləmdəkilərdən üstün etdi.

Allah sizə yar olsun.



Sual (7) : Salam alekum. Ibrahim peygember oglu Ismayini neye gore qurban kesirmis?.Evvelceden minnetdarliqIMI bildirirem .
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
İbrahimi (ə) bir neçə dəfə ardıcıl yuxunu görür. Həmin yuxuda övladının başını kəsdiyin və qurban olaraq Allahın dərgahına təqdim etdiyini görmüşdü.
Peyğəmbərlərin yuxusu doğrudur. Bunun mənası o idi ki, Allah-təala imtəhan üçün oğlu İsmayılı qurban kəsməyi İbrahimə (ə) əmr edir və bununla da höccəti tamamlamaq istəyir. 
Amma, görəsən İsmayıl bunu qəbul etdimi? O, özünü qurban verməyə hazır idimi? İbrahimi (ə) narahat edən də bunlar idi. 
Atasını fikirli görən İsmayıl dilləndi: 
-Atacan, niyə səni qəmli görürəm? 
İbrahim (ə) üzünü oğlu İsmayıla tərəf çevirdi. O saleh, təqvalı və pak cavana üzünü tutub, dedi: 
-Hə, əziz oğlum, yuxuda gördüm ki, səni qurban kəsirəm. Bunun mənasını bilirsənmi? 
-Məni qurbanlıq edirsən? 
-Hə, oğlum! Fikrin nədir? 
Fikirləşmək yeri deyildi. Allah fərman vermişdi ki, peyğəmbəri İbrahim (ə) oğlu İsmayılı qurban etsin. 
Allah-təala yenidən İbrahimi (ə) imtahana çəkmək istəyirdi. Onun imanını və Allah qarşısında nə qədər təslim olmasını aydınlaşdırmaq istəyirdi. Buna görə də imanlı cavan olan İsmayıl dedi: 
-Ata, bu işi yerinə yetir. Bunu Allahın istədiyi üçün mən qurban kəsilməyin ağrı və əzablarına dözərəm. 
İbrahim (ə) heç kimi övladı İsmayıl qədər sevmirdi. Amma, o, Allahı daha çox sevirdi. Ona görə də babası Azərdən uzaqlaşmışdı. İbrahim (ə) Azəri çox sevirdi. Həmişə onu ata – deyə çağırırdı. Amma, Azər kafir olduqda İbrahim (ə) ondan uzaqlaşdı. 
İbrahim (ə) saleh və mömin cavan olan övladı İsmayılı çox sevirdi. Lakin, Allahı daha artıq sevir və onun fərmanlarına əməl edirdi. 
İbrahim (ə) oğlu İsmayılı öpdü. Həzrət özü ilə bıçaq gətirmişdi. İsmayıl Allahın fərmanına təslim idi. O, ölümü mərdliklə qarşılamaq istəyirdi. Tamamilə rahat olan qurbanlıq yalnız bir şeydən ötrü nigaran idi. O qorxurdu ki, başının kəsildiyi üçün ağrılara dözməyib, müqavimət göstərər və bu iş atasını ağrıdar. Çünki, qoca bir kişi olan atası belə bir mənzərəni görmək iqtidarında deyildi. 
Ona görə də atasına dedi: 
-Atacan, xahiş edirəm mənim əl-qolumu iplə möhkəm bağla! Başımı kəsən zaman tələs və bu işi tez bitir. 
İbrahim (ə) övladından ötrü ağladı. O, son dəfə vidalaşmaq məqsədi ilə oğlunu öpdü. 
İsmayıl başının kəsilməsi üçün hazır oldu. İbrahim (ə) bıçağı əlində tutmuşdu. İsmayıl başını yuxarı qaldırdı. Onun ağ, nazik və işıqlı boynu günəşin nuru altında göründü. 
O həyəcanlı anlarda maraqlı bir hadisə baş verdi. İbrahim (ə) səmadan bir nida eşitdi: 
«Ey İbrahim,! Öz yuxunu həyata keçirtdin (tapşırığı yerinə yetirdin). Allah sənə fərman verir ki, bu qoçu İsmayıla qurban edəsən». 
İbrahim (ə) dağın başından bir qoçun gəldiyini gördü. 
İbrahim (ə) qoçu qurban kəsdi. Beləliklə, İbrahim (ə) və övladı İsmayıl Həcc əməlllərini sona çatdırdılar. 
Allah sizə yar olsun. 
Sual (8) : salam. peygenberler mesum ve gunahsizdlarsa niye yusif peygenber zindanda olarken allahdan yox basqasinan komek isdediyne gore pesman olub tobe elledi bes bu gunah doydumu. suali vermekde meksedim peygenberden gunah tutmaq doyul sadece basqalari bize bele sualari verende cavab vermek ucun oyrenirem.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam. 
Quran ayələrinə əsasən, ilahi peyğəmbərlər günah edə bilməz. Bəzilərinin günah adlandırdığı müəyyən əməllər isə, mütləq günah deyil, «tərki-əvla»dır. «Əvlanın» lüğəti mənası, «ən üstün» deməkdir. «Tərki-əvla» ən üstün, ən yaxşı əməlin tərk edilməsidir. Məsələn, çox varlı bir adam kasıb qonşusuna böyük köməklər göstərə biləcəyi halda, cüzi bir yardım göstərir. Bu varlığın haqqında elə ittihamlar irəli sürülür ki, guya həmin şəxs günaha yol verib. Əslində isə, heç bir günah baş verməyib. Sadəcə, yaxşı bir işi tərk edib. İlahi dərgaha yaxın insanların əməlləri, onların məqamına görə ölçülür. Adi bir insan üçün günaha hesab olunmayan əməl, övliyalar üçün qüsur sayıla bilər. Ona görə də, tərki-əvlaya yol vermiş peyğəmbərlər, dərhal cəzalandırılırlar. Yusif peyğəmbərə atılan böhtana görə günahı sübut olmamış və məhkəməsi olmamış günahsız yerə həbs olunmuşdur . Yusif (ə) istəyirdi öz vəziyyətin padşahın qulağına çatdırsın və günahsızlığını sübuta yetirsin bəlkə zindandan azad ola nəinki ondan kömək istəsin. Belə şəraitdə doğusuda budur. Hədislərdə buyrulur: Qəbul olmayan dualardan biridə budur ki, insana zülm ola və həqqi aradan gedə, haqqını tələb etməyə deyəki mən Allaha tapşırıram. Allah-təala Quranda buyurur: Birinə borc verdikdə şahid tutun və yazın tainki inkar etdikdə sübutunuz olsun. Hətta kömək istəsə belə yenədə günah deyildi çünki, öz haqqın tələb edirdi. Quranda Yusifin bu işinə görə peşman olmağına işarə olunmur. 
Allah sizə yar olsun.
Sual (9) : Bismilləhir-Rəhmənir-Rahim . Səlamun əleykum . Tövbə surəsinin 40-çı ayəsi ilə əlaqədar bu yaxınlarda verdiyim sualın cavabını siz belə əsaslandırırsınız ki , Peyğəmbər(s.ə.a.s.) Məkkədə nə qədər ki , müşriklərin nəzarəti altında idi , müsəlmanların qorxusu yox idi , lakin onların hicrət etmələri artıq təhlükə yaratdı . Belə bir sual meydana gəlir : 1) Bütün Ərəbistan yarımadası müşriklər ilə dolu olduğu halda Peyğəmbər (s.ə.a.s.) hara getsə idi yenə müşriklərin nəzarətində olmayacaqdımı ? 2) Mədinə əhli ilə Məkkə əhlini fərqləndirən cəhətlər nə idi ? 3) Məkkə əhli əksərən Qüreyş tayfası və Peyğəmbərə (s.ə.a.s.) qohumluq cəhətindən daha yaxın olduğu halda nə üçün daha artıq ona müqavimət göstərib və ən sonda məcburən islamı qəbul etdilər ? ( məlumdur ki, Peyğəmbərin (s.ə.a.s.) soyu İbrahim (ə) və onun dininin daşıyıcıları olduğu kimi bunlarında əcdadları və soyu idi )
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
1) Xeyir! Elə də deyildi ki müşriklər bütün Ərəbistan yarımadasının hakimi olsunlar. Hətta Məkkə daxilində hər qəbilənin öz rəhbəri və hakimi var idi. Bir qəbilə başqa bir qəbiləyə hökm verə bilməzdi. Tarixi mətnlərə diqqət edin siz!!! ... Müşriklərin böyüklərinin nümayəndəsi Həbəşənin padşahından icazə alıb, hicrət edən müsəlmanların geri qayıtmaqlarlını istədi. Bu mətnə diqqət edin:- Müsəlmanlar Həbəşəyə hicrət etdikdən sonra Əmr As onları Həbəşənin padşahı Nəcaşinin yanında rüsvay etmək və geri qaytarıb cəzalandırmaq üçün oraya getdi. Əbu Talib Həbəşənin padşahı Nəcaşiyə məktub yazaraq onu ədalətli olmağa və yaxşılıq etməyə dəvət etdi.
İbn Kəsir deyir: “Ziyad ibn İshaqdan nəql etmişdir ki, Əbu Talib Məkkəlilərin rəftarını gördükdə Nəcaşıyə məktub yazdı, o məktubda beytlə onu ədalət və yaxşılığa dəvət etdi, eləcə də Həşəşəyə pənah aparmış yaxınlarını müdafiə etməyə çağırdı.
Bilirəm ki, sən yaxşı və kərimsən, sənin yanında heç kimə zülm edilməz.
Bilirəm ki, Allah sənin gücünü çoxaltmış, yaxşılıq etmək üçün bütün vasitələri sənə vermişdir.”
Sirətu ibn İshaq 4-cü cild 203-cü səhifə (müəllif- Məhəmməd ibn İshaq)
Bu onu göstərir ki, müşriklərin hakimiyyəti təkcə məkkə dairəsində idi və özü də hər qəbilə başçısı öz qəbiləsinə hökmranlıq edirdi. Hamısı müşrik olsalar da, bir qəbilənin başçısı belə, digər bir qəbiləyə hökm oxuya bilmirdi.
2) Mədinə camaatı ilə Məkkə əhalisndə bir neçə fərq var idi ki, hicrət etməyi lüzumlu edirdi:
A-Peyğəmbərin Məkkədəki tərəfdarlarından əlavə, Mədinədə də tərəfdarları var idi və onlar hicrətin baş tutması ilə peyğəmbərə qoşulurdular. Məkkəyə gəlib peyğəmbərə qoşulmaqları mümkün deyildi. Qeyd edək ki, Mədinədə iki böyük qəbilə var idi. Övs və Xəzrəc qəbiləsi ki bunlar həmişə bir-birləri ilə müharibədə idilər. Onlardan bir nəfər Məkkəyə gəlib müşriklərdən kömək istədi. Müşriklərdən biri onu peyğəmbərdən çəkindirdi və dedi ki bu kişi sehrbazdır məbada ona yaxın gedəsən. Amma elə oldu ki, o kişi Quran ayələrindən bir neçəsini eşitdi və Allah kalamı onu özünə cəzb etdi. .... Bu kişi müsəlman oldu və mədinəyə qayıtdı. Sonra isə gizlində peyğəmbərlə əlaqə saxlayırdılar. Mədinə camaatı Məkkədə (əqəbədə), həc mərasimi zamanı zil-hiccə ayında peyğəmbərlə beyət edib islamı qəbul etdilər. Pyğəmbər də Mədinəyə gələcəyini onlara söz verdi. Peyğəmbər öncədən Musəb bin Umeyri mədinəyə göndərdi ki onlara quranı təlim etsin. Musəbin bərəkətli təbliği nəticəsində çox sayda insanlar islamı qəbul etdilər.
B-İkinci fərq budur ki, Məkkə camaatının əksəriyyəti bütpərəst idilər Amma Mədinə camaatının əksəriyyəti yəhudi və məsihi idilər ki, səmavi kitablardan xəbərdar idilər. Ona görə də peyğəmbərlə onların arasında baş vermiş bəhs və münazirələrin çoxu Mədinədə baş tutmuşdur.
C-Məkkədə əksəriyyət müxaliflərlə idi. Amma Mədinədə müsəlmanlar bir yerə toplandıqdan sonra müxaliflərin sayı Məkkədəki qədər deyildi.
3) Diqqət edin:
Qüreyş başçıları bir yerə yığışıb Mühəmmədin aradan götürülməsi üçün üç təklif irəli sürdülər: ya onu zindana salsınlar, ya öldürsünlər, ya da sürgün etsinlər. Quran hər üç təklifi belə xatırlayır: «Kafirlər sənə hiylə hazırlayıb səni zindana salmaq, öldürmək, yaxud sürgün etmək istəyən vaxt Allaha hiylə qurmaq istədilər. Lakin Allah onların hiylələrini ifşa edib, tədbirlərini təsirsiz qoydu»!
Nəhayət, Əbucəhl Peyğəmbəri qətlə yetirmək təklifini təsdiq etdi.
Görürsünüz ki, müşriklər ən sonda, öz mənfəətlərini qorumaqdan ötü artıq bütün qohumluq əlaqələrini kənara qoyub, peyğəmbəri belə öldürmək qərarına gəlirlər. Necə ki, bu əvvəlki zalım insanlarında həyatında müşahidə olur ki öz mənafelərini qorumaq üçün nə qədər peyğəmbərlər qətlə yetirirdilər.
Allah sizə yar olsun!
Sual (10) : Salamun əleykum. Ulul-əzm peyğəmbərlər və onların kitabları barədə ətraflı məlumat vermənizi xahiş edirik.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Quran- kərimdə "ulul əzm" kəlməsi bir dəfə işlədilmişdir. Allah Taala buyurur: "Ulul əzm Peyğəmbərlər kimi səbr et və...."
Əzm möhkəm və payidar iradəli mənasındadır. Rağib Müfrədat kitabında deyir:
Əzm bir işi görmək qərarına gəlmək mənasındadır Lisanul ərəb lüğətnaməsində gəlmişdir: Ulul əzm Peyğəmbərlər o şəxslərdir ki, İlahi göstərişi öz öhdələrinə götürüb onu yerinə yetirməkdə qərara gəlmişdirlər. Qurani kərimdə "əzm" kəlməsi bəzən səbr mənasında işlənmiş və bəzən də əhdə vəfa etmək mənasında işlənmişdir.
Təfsir kitablarında yazılır: Baxmayaraq ki, təzə din və şəriət sahibi olan Peyğəmbərlər bir çox çətinliklərlə üzləşirdilər; onunla qarşılaşmaq üçün əzm və böyük iradəyə malik olmaqları lazım idi. Bu cür Peyğəmbərlərə ulul əzm deyilir. Əgər bəziləri əzm və əzəmət sözünü hökm və şəriət mənasına təfsir etmişdirlər buna görədir. Belə olmayan halda "əzm" lüğətdə şəriət mənasına gəlmişdir.
Peyğəmbərin ulul əzm olması, o Peyğəmbərin şəriət sahibi olmasının nişanəsidir. Başqa sözlə desək, o Peyğəmbər xüsusi bir dinə sahibdir ki, onun zamanında və yaxud ondan sonrakı Peyğəmbərlər o dinin nəşrində köməkçi olmalıdırlar.
O zamana qədər ki, başqa bir Peyğəmbər yeni din və şəriətlə zühur etsin. Allah- Taala da Qurani- kərimdə Peyğəmbərlərin vasitəsiylə dinin təbliğinə və nəşrinə işarə edir. Dörd Peyğəmbərin adını (İslam Peyğəmbərindən başqa ki, son ilahi din onun vasitəsiylə gəlmişdir bu ayədə onlara xitab edir) ki, məxsus din və şəriətə sahibdirlər, Qurani- kərimdə gətirir. Dindən sizin üçün bunu şəriət qərar verdi ki, Nuh (ə)- ı ona tövsiyə etdi, o ki, biz sənə vəhy etmişik İbrahimə (ə) Musaya (ə) və İsaya (ə) tövsiyə etdik, budur ki, dini bərpa edin və onda ixtilaf yaratmayın."
Ülul əzm Peyğəmbərlər rəvayətlərdə:
Baxmayaraq ki, təfsir alimləri (xüsusiylə də şiə olmayanlar) İslamın birinci əsrlərində, ulul əzm Peyğəmbər o şəxsləri bilirdilər ki, cihad üçün məmur olmuşdurlar və yaxud mükaşifə aləmində görüşlərini zahir edirlər. Onların kim olduğunu təyin etdikdə isə Nuh, İbrahim, İshaq, Yəqub, Yusif, Əyyub, və yaxud İbrahim, Nuh, Hud (ə) və həzrət Məhəmməddən ad çəkirdilər. Amma məsumlardan olan rəvayətlər ulul əzm Peyğəmbərlərin kim olduqlarını açıq- aşkar qeyd etdikdən əlavə ulul əzm peyğəmbərlərin sifətlərinidə açıqlayır.
Ülul əzm Peyğəmbərlərin sifətləri rəvayətlərdə bu cür açıqlanmışdır:
1. Umumi və dünyəvi, istər insan və istərsə də cinlər olsun dəvəti şamil olmalıdır.
2. Təzə, müstəqil din və şəriətə sahib olmalıdır.
3. Səmavi kitaba sahib olmalıdır.
Bu üç mərhələdə ulul əzm Peyğəmbərlərin məxsus üç xüsusiyyətlərinə işarə olunmuşdur; yəni ümumi dəvətləri olmalı, İlahi din və kitaba sahib olmalıdırlar.
İmam Sadiq (ə-) dan bizlərə çatan rəvayətlərdə ikinci və üçüncü şərt bir- birinin kənarında qeyd olunmuşdur ki, sualın sonrakı cavabı üçün (nə üçün bəzi Peyğəmbərlər o halda ki, kitab sahibidirlər, amma ulul əzm deyildirlər?) kifayət edir.
İmam Rza (ə) o şəxsin cavabında ki, o həzrətdən soruşur, bu Peyğəmbərlər necə ulul əzm oldular?
Buyurur: Çünki, (Nuh, İbrahim və ...) məxsus şəriət və kitaba təyin oldular.
Bəs kitab sahibi olmaq, ulul əzm Peyğəmbərlərin şəriətlərindən biridir. Amma iki digər mühüm şərt bundan ibarətdir ki, bütün insanlar və cinlər üçün ümumi dəvətə sahib olsun və digəri isə təzə və müstəqil şəriətə sahib olsun.
Diqqət etmək lazımdır ki, müstəqil şəriətin mənası bu deyildir ki, əvvəlki Peyğəmbərlərin şəriətiylə tamamıyla fərqli olsun; və onunla heç biruyğunluğu olmasın. Bəlkə onun mənası budur ki, zamanın tələblərinə görə şəriətlərdə bir- birindən fərqli olurdu ki, bu da təbiidir.
Baxmayaraq ki, həzrət Davud (ə) səmavi kitaba sahibdir, amma onun kitabı, müstəqil şəriət və əhkam kitabı deyildi, o cür ki, həzrət Adəm, Şeys və İdris (ə) da kitab sahibi idilər, amma ulul əzm deyildirlər.
Rəvayətlərdə, ülul əzm Peyğəmbərlərin adları başbaşa qeyd olunmuşdur. İmam Əli ibni Hüseyn (ə)- dan rəvayətdir ki, buyurur: Ulul əzm beş nəfərdirlər: Həzrət Nuh (ə), İbrahim (ə), Musa (ə), İsa (ə) və həzrət Məhəmməd (s) beləliklə bu məna imam Sadiq (ə) və imam Rza (ə) - dan da bizə çatmışdır. Rəvayətlərdə, Nuh (ə) və İbrahim (ə)- ın kitablarından "Suhuf" olaraq yad edilmişdir, baxmayaraq ki, Quranı- kərimdə həzrət Musa (ə)- ın kitabındanda "Suhuf" olaraq yad olunmuşdur. Amma bu "Suhufun" cəminə tövrat deyirlər. Həzrət İsanın (ə) kitab İncil, həzrət Məhəmməd (s)- in kitabının adı isə Qurandır.
Amma "Avesta" ki, Zərdüştların kitabıdır, Zərdüştun həmin səmavi kitab olmasında şübhə vardır. Avestanın müxtəlif qismətlərində onun sözləri və yaxud onun Allahla və insanlarla olan söhbətləri qeyd olunmuşdur.
Əlavə məlumat üçün "Yəsna" (Avestanın ən qədim və mühüm hissəsi) 26- cı fəsl, 1- 2 bəndlərinə müraciət olunsun. Baxmayaraq ki, rəvayətlərə əsasən, o İlahi Peyğəmbər və kitab sahibi olmuşdur.

Allah sizə yar olsun.
Go to TOP