Sual (1) : Salamun əleykum. Mütərəqqi bəşəri qanunlar insanı kamilləşdirə bilərmi?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam. 

Bəziləri iddia edirlər ki, bəşəriyyət tarix boyu qazandığı təcrübələr əsasında onu xoşbəxtliyə çatdıracaq qanunlar tənzimləyə bilər. Guya, çətinlikləri araşdırıb, onların həlliyolunu müəyyənləşdirməklə son məqsədə yetişmək mümkündür.

Uyğun mülahizələrə belə cavab vermək olar:

1. Bəşəriyyət vəhy və qeyb aləminin yardımı olmadan hansı yolun daha xeyirli olduğunu müəyyənləşdirə bilməz. Vəhyə müraciət etmədən İslami göstərişləri əldə etmək mümkünsüzdür.

2. Bir qrupun və şəxsin mənafeyinə xidmət edən qanunlar, adətən, cəmiyyətin ehtiyaclarına cavab vermir. Bütün bəşəriyyətin ehtiyaclarına cavab verəcək qanunları yalnız ilahi məqama malik olanlar tənzimləyə bilər.

3. İnsanlar arasında düşüncə və səliqə fərqləri olduğundan vahid qanunların tənzimlənməsi mümkünsüzdür.

Allah sizə yar olsun.

Sual (2) : Salam sehabeleri Quranda ALLAH(cc)teqdir edir tovbe,feth ve sair hesr suresinde onlara dua etmek icin bizlere dua edenleri ornek gosterir cun onlari bir basha ALLAH(CC)ozu peygemberimizin vasitesiile terbiye edib nur,hucurat ve sair bes biz sielerde bashqa bir kitab veya din varmiki onlara agir sozler deyilir
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Tarixə baxdıqda Peyğəmbərin (s) köməkçiləri və əshabının arasında böyük, fədakar və ləyaqətli insanların olduğunu görərik. Hətta Qurani-kərimdə və İslami rəvayətlərdə bu səhabələrin haqqında, onların fəziləti barəsində çoxlu bəhslər mövcuddur. Lakin bu o demək deyildir ki, biz, Peyğəmbərin (s) bütün səhabələrini məsum (günahsız-pak) saymalıyıq. Səhabələrin hamısının əməllərini istisnasız olaraq doğru-düzgün saymaq, yanlış fikir deyildirmi? Diqqət etmək lazımdır ki, Qurani-kərimin müxtəlif ayələri (bir çox ayələri; Bəraət surəsi, Nur surəsi və Munafiqin surəsi) Peyğəmbərin (s) əshabının arasında yer tutan ikiüzlü, mənfur niyyətli səhabələrdən söhbət açaraq, onları şiddətli şəkildə tənqid atəşinə tutur. Başqa bir cəhətə diqqət etdikdə isə, İslam Peyğəmbərinin (s) vəfatından sonra müsəlmanlar arasında müharibə alovunu yandıran, öz beyətini dövrün xəlifəsi və imamı ilə namərdcəsinə sındıran və minlərlə müsəlmanın qanını axıdan səhabələri görürük! Sizcə biz bu səhabələri pak və müqəddəs hesab edə bilərikmi?!
Necə ola bilər ki, müharibə edən hər iki tərəfin haqlı və düzgün yolda (məsələn; Cəməl-Süffeyn müharibələrində) olduğunu söyləyək?28 Müharibə edən (hər biri-digərini nahaq və düşmən sayan) iki tərəfin hər ikisinin haqlı olması açıq-aşkar “ziddiyyət” deməkdir. Və bu “ziddiyyət” bizim üçün qəbul olunmaz bir məsələdir.
Bir çoxları bu ziddiyyəti ört-basdır etmək məqsədilə “ictihad” bəhsini bəyan edərək belə söyləyirlər; “Müharibə edən iki əshabın biri doğru yolda olmuş, digəri isə xətakardır! Amma bu xətakar öz ictihadına (ağlının düşündüyünə) əməl etdiyi üçün, Allah yanında üzrlü, bəlkə də, savaba malikdir. Həqiqətdə zikr olunan əqidə ağlın və şəriətin qəbul etmədiyi, əsassız bir etiqaddır. Necə olur ki, öz etiqadına əməl edərək Peyğəmbərin (s) canişini ilə beyəti sındıran, müharibə alovunu müsəlmanların arasında şölələndirərək, günahsız insanların qanını tökən bir şəxs savab sahibi olsun?
Əgər bütün bu günahsız axan qanları “ictihad-şəxsi düşüncə” ilə yumaq mümkündürsə, hansı pis və fasiq əməlləri ictihadla yumaq mümkün deyildir?
 Biz inanırıq ki, bütün insanlar, həmçinin Peyğəmbər (s.ə)-in səhabələri də, “öz əməllərinin girovundadır.” (Müddəsir, 38) Və Quranın bu böyük qanunu: “Şübhəsiz, Allah yanında ən çox əziziniz, ən çox təqvalı olanınızdır!” (Hücürat, 13) Səhabələrə də, şamildir! Deməli, səhabələrin şəxsiyyəti onların əməllərilə ölçülür. Əgər belə olarsa, onların barəsində daha da məntiqli şəkildə hökm vermiş olarıq. Və söyləyərik: “Peyğəmbər (s.ə)-in dövründə əshabın sırasında yer alan və Peyğəmbər (s.ə)-ə sədaqətli olan, Onun (s) vəfatından sonra da İslam dini üçün çalışan, Quranla olan, əhd-peymana sadiq qalan şəxslər dəyərli insanlardır. Onlar vəfadar və layiqli səhabələrdir. Lakin Peyğəmbər (s.ə)-in zamanında münafiqlərdən sayılan, onun qəlbini sındıran və Həzrət Peyğəmbər (s.ə)-in vəfatından sonra da, haqq yoldan uzaqlaşaraq İslamın, müsəlmanların mərafelərinin əksinə çalışan şəxslər sevgi və məhəbbətə (ehtirama) layiq deyildirlər. Qurani-kərim bu barədə buyurur: “Elə bir qövmü tapmazsan ki, Allaha və Qiyamət gününə iman gətirmiş olsunlar, lakin Allah və onun peyğəmbəri ilə müxalifət edənlərlə dostluq etsinlər. Hətta müxaliflər, onların ataları, övladları, qardaşları və ya qəbilələri olsa da (onlarla dostluq etməzlər) Allah (bu şəxslərin) könüllərinə iman yazmışdır!” (Mücadilə, 22) Bəli, Peyğəmbər (s.ə)-in zamanında və ya onun vəfatından sonra İslam Peyğəmbərini (s) incidərək, onu narahat etmiş şəxslər hörmətə layiq deyildirlər.
Amma unutmaq olmaz ki, Peyğəmbər (s.ə)-in əshabının bir dəstəsi İslamın inkişafı yolunda ən çətin və böyük imtahanlarda iştirak etmiş və Allah-təala tərəfindən müxtəlif formalarda mədh olunmuşlar. Həmçinin, əshabdan sonra onların yolunu davam etdirmiş şəxslər və İslam dininin inkişafı yolunda addım atacaq hər bir kəs, mədhə və ehtirama layiqdir. Qurani-kərim buyurur: “Mühacir və ənsardan öndə olan (İslama iman gətirməkdə və yaxşı işlərdə əvvəlinci olan) şəxslərdən və yaxşı işlərdə onların yolu ilə gedən kəslərdən Allah-təala razı olmuşdur. Onlar da Allahdan razı olmuşlar!” (Tövbə, 100)
Allah sizə yar olsun.
Sual (3) : salam. 1.h Elinin(e) abu Bekr adinda oglu ola bilmezdi, cunki bu kunyedir, ad deyil? Ereblerde bele ad olurmu? 2.Bes Osmanin h Resulullahin(seas) 2 qizini almasi ne meseledir?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

1. Əlinin (ə) övladının künyəsi Əbu Bəkr, adı isə Əbdullah olub. O, 25 yaşında Kərbəlada şəhid olub. (Əbul Fərəc isfəhani, Məqtulut-talibin cild-1, səh. 22.

2. Peyğəmbərin Rüqəyyə və Ümmü Külsüm adlı qızlarının Osmanla evlənməs bəzi şiə tədqiqatçılarının nəzərincə, Osmanın xanımlarının heç biri Peyğəmbərin (s) qızları olmamışdır. Osmanın həyat yoldaşları ya həzrət Xədicənin (ə) əvvəlki ərindən olan qızları və ya da o möhtərəm xanımın (ə) bacısı uşaqları olmuşdur. Bu haqda olan dəlillər: 1- Peyğəmbər Fatimə (ə) qədər o qızlarla ünsiyyətdə olmamış və tarix kitablarında bu haqda heç bir fakt göstərilməmişdir. Habelə, Müşrik və kafirlər Peyğəmbərə (s) zülm edən zaman yalnız Fatimənin (s) atasından müdafiə etməsinin şahidi olur və digər qızlardan heç bir soraq olmadığını görürük. 2- Mübahilə hadisəsində Peyğəmbər (s) bütün doğmalarını səhnəyə gətirərkən məlum qızların da oarada olamsının şahidi olmuruq. 3- Tarixdə Osmandan başqa digərlərinin Ümmü Külsüm və Rüqəyyə üçün elçi düşmələri göstərilmir. 4- Peyğəmbər (s) Əli (ə) buyurur: Allah sənə 3 şey verib ki, senden başqa heç kimə verməyib hətta mənədə sənə mənim kimi qaynata verib və s. Və digər dəlillər ki, müfəssəl məqalələrdə qeyd edilib (ərəb-fars). Bütün bunlarla yanaşı belə bir izdivac baş tutubsa da, Osman üçün heçbir fəzilətı oxdur bu, İslam cəmiyyətinin manafeyi naminə olmuşdur. Necə ki, İslam peyğəmbəri (ə) İslam peyğəmbəri (s) Əbu Bəkr Və Ömərin qızları ilə evlənməklə islamı yaymaq məqsədi ilə onların tayfaları ilə sıx ünsiyyət yaratmaq istəmişdir. Öz qızlarını da belə şəxslərə verməsi eyni mahiyyət kəsb edir. Necəki Lut Peygəmbər qövmünün fasiq kişilərinə qızları ilə evlənməyi təklif edir. Hud surəsində buyrulur:

78. Və qövmü tələsik onun yanına gəldilər (ki, həmin qonaqlara təcavüz etsinlər) və onlar bundan qabaq da bu çirkin işləri görürdülər. Dedi: «Ey mənim qövmüm, bunlar mənim qızlarımdır. Onlar sizin üçün daha pakdırlar (ki, kəbinlərini kəsib aparasınız). Buna görə də Allahdan qorxun və məni qonaqlarım barəsində xəcalətli və rüsvay etməyin. Məgər sizin aranızda xəbərdar və doğru yolu tapmış bir kişi yoxdur?!»

79. Dedilər: «Sən yaxşı bilirsən ki, bizim sənin qızların barəsində bir haqqımız (onlara rəğbətimiz və ehtiyacımız) yoxdur. Və əlbəttə, sən bizim nə istədiyimizi yaxşı bilirsən».

Allah sizə yar olsun.

Sual (4) : salam aleykum ve rehmetullah. 1)Merhum Ayetullah Seyid Ebul Qasim Xoyinin teqiyye barede nezeri nedir? 2) Xanim Zehranin (s.a) heqiqeten shehid olub olmamasi barede mezhebimizde ixtilaflar var. Meselen Ayetullah Seyid Fezlullah youtube da, izlediyimiz videolarinda deyirki, men bu meseleni (xanimin shehadetin) ne inkar edirem, nede tesdiq. Alim buyururki bir meseleni inkar etmek ucunde tesdiq etmek ucunde subuta ehtiyac var lakin butun menbeleri arashdirmisham. Butun menbeler Omerin Xanimin evine gelib, onlari evi yandirmaqla tehdid etmesini yazir. Lakin bu iwi heqiqeten edib etmediyi sual altindadir. Bezi menbeler yazir Xanimi Omerin qulluqcusu Qunfuz vurub, bezileri yazir Omer vurub, shille ile, ve yaxud qapi arasinda qoyub ve yaxud qilinci ile, ve yaxud qirmacla. Heresi bir soz yazir. Bu Alimin nezeri idi. Eyni zamanda bilirikki bu nezerine gore Ayetullah Sistani ve Cavad Tebrizi aga onu azmish ve azdiran adlandiriblar. Lakin bu mesele yenede cavabsiz qalir. Cunki Sheyx Seduq ve Sheyx Mufid kimi alimlerde bu barede oz kitablarinda hec bir shey yazmayiblar. Sizden bu barede sirf shie menbesinden sehih melumat isteyirik. Mexsusen boyuk qedim ve muasir shie alimlerinin Xanim Zehranin (s.a) shehadeti ile bagli nezerleri nedir? Merhum Imam Xomeyninin bu barede her hansi nezeri varmi? Umumiyetle 12 imamdan Anamiz Zehra shehiddir kimi sehih senedle neql olunan revayet varmi? evvelceden teshekkurler
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.

1. Bu sualı FİQHİ bölməyə göndərin.

2. Uyğun mövzuyla əlaqədar aşagıdakı məqaləyə müraciət edin:

BAĞIŞLAYAN VƏ MEHRİBAN ALLAHIN ADI İLƏ

PEYĞƏMBƏR (s)-in QIZI FATİMƏNİN ŞƏHADƏTİ ƏFSANƏ DEYİL

«O kəslər ki, Allahı və Onun Peyğəmbərini incidərlər Allah dünyada və axirətdə onlara  lənət eləmişdir. Onlar üçün həqarətli bir əzab hazırlamışdır».(Əhzab ayə. 57) «Fatimə mənim canımın bir parasıdır hər kəs ona əziyyət etsə elə bil mənə əziyyət edib»(Səhih Buxari cd 3556, 3510 , Səhih Muslim cd 2449)

Müqəddimə:

Məqalə cəhalətdən yaxud da  inadkarlıqdan Rəsulullahın (s) vəfatından sonra yeganə qızı Fatimənin (ə) şəhadətini, Əhli beytə qarşı törədilmiş cinayətləri və zülmləri inkar edib onu sübutsuz əfsanə adlandıranlara və həzrət Fatiməyə olunmuş sitəmləri, evinə hücum çəkib yandırılmasını, gecə vaxtı təşiyyə cənazə olub məxfi surətdə dəfn olunmasını və şəhid olana qədər bəzilərindən narazı olmasını inkar edənlərə cavabdır!

Həqiqətdən xəbərsiz və tarixi təhqiqat etməyə fürsəti olmayanlar bu həqiqətləri inkar edənlərin meydana atdığı şübhələri eşidəndə sadəlövhlüklə onlarin dediklərini qəbul edirlər. Bu cür sadəlövhlər tarixi kitablar və həqiqətlərin araşdırılması zəminində yazılmış kitabları mutaliə etsələr başa düşəcəklər ki, islam tarixinin bu kəşməkeşli yolları nə qədər acınacaqlı bir yol keçib. İslam dininin keşiyində durmuş və rəsulullahın Əhli-beytinin qeyrətini çəkən alimlər bu məsələləri gizlətməyə çalışıb irad etdikləri şübhələri heç vaxt cavabsız qoymamışlar. Amma yenə də bəziləri yenidən həmin cavabı verilmiş şübhələri yeni üsullarla meydana gətirməyə çalışırlar. Tarixin acı səhifələrindən xəbəri olmayan yeni nəsli təzədən şübhəyə salmaq istəyirlər. Onlar qarşılarında qoyduqları vəzifələrinə yaxşı əməl edirlər. Biz Peyğəmbər (s) Əhli beytinin məhəbbətini qəlbimizdə daşıdığımızı iddia etdiyimiz halda görəsən vəzifəmizi bilib ona əməl edirikmi? İslam tarixinin mühüm məsələləri haqqında axtarış aparırıqmı? Bir para qərəzli yazıçıların qələmləri altında həqiqət itib savadsız kütlələri azdırmağa xidmət etdiyi zamanda bu məsələləri mutaliə edib camaata çatdırmaq bizə daha çox vacibdir.

Xatırladaq ki, bu məqalə qeyri şiələr tərəfindən irad olunmuş şübhələrə cavab əsasında tərtib olunduğuna görə bütün istinad mənbələri əhli sünnətin mötəbər saydıqları kitablardan əxz olunmuşdur. Əsl həqiqətdə şiə məzhəbinin Koleyni, Səduq, Təbərsi, Məclisi və Əmini kimi istinad nöqtələri olduğu halda əhli sünnətin kitablarına ehtiyac yoxdur. Çünki şiə alimləri islamın 14 əsrlik tarixində min bir əziyyətlərə qatılaraq  bəzən də qanları bahasına Əhli-beytin səhih hədislərini hifz edib bizə çatdırmışlar. Ümüd edirik Əhli-beytin eşqi ilə nəfəs alan qardaşlar bu qısa məqaləni oxumaqla daha dərin təhqiqatlar aparmaq imkanı əldə edəcəklər.

Birinci fəsl: - «Fatiməye Zəhranın (s.ə) çəkdiyi müsibətlər»

1-ci şübhə: Fatimənin (s) evinə od vurulub oğlu Möhsinin şəhid olunması və s....kimi hadisələrin yalnız  siələrin uydurmaları olduğunu iddia edilməsi.                   

      Şübhəni irad edənlər həqiqətdən xəbərdar olmayan insanları azdırmaq üçün deyirlər ki, bütün bunların heç bir etibarlı sənədi yoxdur. Deyilənlər ancaq şiə kitablarında nəql olunub. Hicrətin 3-cü əsrindən bu yana əhli sünnət alimlərinin kitablarında bu dəhşətli hadisəyə dair yazdıqlarını göstərəcəyik. Onları mutaliə edəndən sonra hadisələrin nəqlinin yalnız şiə məzhəbinə məxsus olmadığının şahidi olacaqsınız.

Xatırladırıq ki, mənbələrin əsli ərəb dilində yazılıb, Azərbaycanda cüzi bir kütlənin ərəb dilini bildiyi üçün onlar bundan istifadə edib həqiqəti arxayınlıqla inkar edirlər. Bununla belə Allah-təala heç vaxt haqqı xəyanətkarların əlində məhv olmağa qoymur.

Birinci bölmə: -Fatimənin evinə hucum və onun odlanması:

Bu məsələ ətrafında əhli sünnətin kitablarında  çoxlu rəvayətlərin nəql olunmasına baxmayaraq biz onlardan bir neçəsini dərc edirik.

1.“...Ömər Fatimənin evinə tərəf yollandı və onun evinə yetişəndə dedi:- Ey peyğəmbərin qızı and olsun Allaha sənin atandan başqa heç kəs bizə əziz deyil və atandan sonra heç kəs bizə sənin qədər əziz deyil. Lakin and olsun Allaha bu məhəbbət heç vaxt başına yığdığın adamlara görə evi  yandırmaq əmrini verməkdə mənə mane ola bilməz”  İbn Əbu Şeybə (hicrətin 235-ci ildə vəfat edib “əl-Musənnəf” 7/432 hədis 37045 Beyrut nəşri kitabu məğazi –ma caə fi xilafət Əbi Bəkr).

2- «....Sonra Əbu Bəkr Öməri Əlinin evinə yığışanların ardınca göndərdi. Onlar evdən çıxmaqdan imtina etdilər. Bu zaman Ömər əmr etdi ki, odun gətirsinlər və Əlinin evinə yığışanlara dedi:- And olsun o kəsə ki, Ömərin canı onun əlindədir! Gərək evdən çıxasınız. Əgər evdən çıxmasanız evi içindəkiləri ilə yandıracağam.

Orada olanlardan biri  Ömərə dedi:- Bilirsən ki, Fatimə də evdədir?

Ömər dedi:- Hətta Fatimə də evdə olsa belə yandıracağam....»(İbni Quteybə. (hicrətin 276-cı ilində vəfat edib) “əl-İmamətu vəs-siyasət” 1/30 Misir nəşri).

Xatırladaq ki, bəzi əhli sünnət alimləri “əl-İmamətu vəs-siyasət” kitabının müəllifinin İbn Quteybə olduğunu inkar edirlər. Onların cavabında deyirik: Muhəmməd Fərid Vəcdi “Dairətul-məarif” kitabının 3-cü cildinin 750-ci səhifəsində yazır: İbn Quteybənin “əl-İmamətu vəs-siyasət” kitabı xilafət məsələsi haqqında yazılmış ən qədim və etibarlı kitablardan biridir.

3. “Əbu Bəkr Əlidən beyət almaq üçün onun ardınca adam göndərdi, amma Əli beyət etmədi. Bu vaxt Ömər Əlində məşəl Əlinin evinə tərəf yollandı. Fatimə qapının arxasından Ömərə dedi: Ey Xəttabın  oğlu nə xəbərdir, mən səni evimin qapısını odlayan görürəm?

Ömər dedi: Bəli! Məni inkar etmək sənin atanın dinindən ağırdır”(Bəlazəri (279-cu ildə vəfat edib) “Ənsabul-əşraf” 1/576 Misr nəşri, səqifə əhvalatı hədis 1184).

4- «Təlhə, Zubeyr və mühacirlərdən bir dəstə Əlinin evində cəm olduqları bir vaxt Ömər ibn Xəttab ora gəlib dedi: And olsun Allaha əgər beyət etmək üçün çölə çıxmasanız evi sizin üstünüzə yandıracağam» (Təbəri (vəfat 310 hicri) “Tarixul-uməmi vəl-muluk” 2/233 nəşr Beyrut).

5- «....sonra  Əmirulmöminin bir dəstə tərəfdarları ilə öz mənzilində yığışıb mübarizəyə əl atdılar. Çünki Peyğəmbər ona bu cür göstəriş vermişdi. Bu vaxt bir dəstə onun evinə hücum çəkib evinin qapısını odladılar. Onu zorla evdən çıxartdılar. Hücum çəkənlər qadınların seyyidəsi (Fatiməni) qapı ilə divar arasında elə sıxdılar ki, hətta bətnindəki uşağı Möhsin ziyan oldu» (Məsudi (vəfat hicrətin 346) “İsbatul-vəsiyyət” səh 142 hekayətus-səqifə bəhsi).

6- “Əbu Bəkr Ömərə göstəriş verdi ki;- Əgər Əlinin evinə yığışanlar evdən çıxsmaqdan imtina etsələr onda onlarla cəng et. Ömər də əlində məşəl Fatimənin evinə tərəf yollandı ki, oranı odlasın. Bu arada Ömər Fatimə ilə qarşılaşdı. Fatimə ona dedi:- Ey Xəttabın oğlu mənim evimi yandırmağa gəlmisən? Ömər dedi:- Bəli, necə ki, ümmət Əbu Bəkrə beyət edib gərək  siz də beyət edəsiniz......” (İbn Əbdi Rəbbih (hicrətin 327-ci ilində vəfat) “Əqdul-fərid” 3/64 nəşr Misir)

7- İbni Əbil Hədid (hicrətin 655-ci ili vəfat, “Şərhu Nəhculbəlağə” 2/56 nəşr Beyrut) Covhəridən (4-cü əsrin alimlərindəndir “Səqifə və Fədək” kitabının müəllifidir. Əhli sünnətin bu mövzuda ən mühüm mənbələrindən sayılır) nəql edib:“..... Ömər onlara tərəf yollandı və onlara dedi:- And olsun o kəsə ki, mənim canım onun əlindədir ya gərək beyət etmək üçün evdən çıxasınız  ya da ki, evi sizin üstünüzə yandıracağam” Həmçinin adı çəkilən kitabın həmin səhifəsində Covhəri Əbu Bəkrin dilindən nəql edir:- “....Bu zaman Ömər evi odlamaq üçün onlara hücum çəkdi. Zubeyr əlində qılınc Ömərin üstünə gəldi”

Müəllif kitabın 2-ci cildinin 57-ci səhifəsində yazır:“ Əbu Bəkr dedi: Ey Ömər və ey Xalid ibn Vəlid! Durun ayağa və onların üstünə gedin. O iki nəfəri  mənim yanıma gətirin. Sonra o iki nəfər Əlinin evinə tərəf yollandılar. Ömər içəri daxil oldu və Xalid ibn Vəlid qapının astanasında dayandı”   

Qeyd: Bəziləri İbn Əbil Hədidin Sünnü olmasında şübhə edib. Cavabında deyirik ki, Zəhəbi“Sirətu ə`əlamunnəbla” kitabında (23/274) yazır: “İbn Əbil Hədid kəlam, nəzm, nəsr və bəlağət elminin ərbablarındandır. O mötəzili məzhəbindən olubdur”.

8- “əl- Muxtəsər fi əxbaril-bəşər (Misr nəşri 1/156. müəllif Ismayil İmaduddin 732-ci il vəfat). “... Sonra Əbu Bəkr Ömərə Əli və onun ətrafına yığışanları Fatimənin evindən çıxarmağı göstəriş verdi. Əbu Bəkr Ömərə göstəriş verdi ki, əgər onlar evdən çıxmaqdan imtina etsələr onlarla cəng etsin. Ömər də əlində məşəl Fatimənin evinə tərəf yollandı ki, oranı odlasın. Fatimə ona dedi:- Hara gəlirsən istəyirsən evimizi yandırasan? Ömər dedi:- Bəli, əks halda gərək siz də ümmət kimi Əbu Bəkrin beyəti altına daxil olasınız”

9. Ömər Rza Kuhalə, əhli sünnətin müasir alimlərindəndir. “Ə`əlamunnisa” kitabında Beyrut nəşri, “F” hərfi bölməsində Fatimə bintə Muhəmməd adı altında istinad mənbələrini söyləyib yazır:“... Ömər Fatimənin evinə tərəf yollandı fəryad çəkirdi. Evdə yığışanları Əbu Bəkrə beyət etmək üçün çölə çıxmağa çağırırdı. Amma onlar evdən çıxmağa imtina edirdilər. Bu zaman Ömər odun gətirməyi əmr etdi və and içdi:- And olsun o kəsə ki, Ömərin canı onun əlindədir! Ya evdən çıxın ya da ki, evi onun içində olanların üstünə yandıracağam. Bir nəfər Ömərə dedi: Ey Əbu Həfs! Fatimə bu evdədir! Ömər dedi:- Hətta Fatimə belə bu evdə olsa yandıracağam”

10- Əbdul Fəttah Əbdul Məqsud, əhli sünnətin müasir alimlərindəndir. “əl-İmam Əli ibn Əbu Talib” kitabında (Beyrut çapı 1/190) yazır:- “.... Bəli belə deyirlər ki, Ömər ibn Xəttab o gün əshabı ilə bir yerdə Fatimənin evinə tərəf yollandı. Ömər bu nəticəyə yetişmdi ki, musəlmanlar arasında vəhdəti və sakitliyi qorumaq üçün yeganə yol oddur

12- Muhəmməd Hafiz İbrahim (1351-ci hicri ilində vəfat edib):- Əhli sünnətin müasir və mühüm saydıqları şairlərdəndir. Divanında (Beyrut nəşri.1/82  Öməriyyə qəsidəsində) deyib: Və qovluhu li Əliyyin qaləha Omər,   Əkrim bi samiiha əəzim bi mulqiha.

   Hərrəqtu darəkə la əbqi ələyha biha,                 İnləm tubaye bə bintul Mustəfa fiha.

Tərcümə: “Ömər necə də Əliyə gözəl deyib,       Bu kəlamı eşidəni əzizlə və deyəni böyük bil. Evini odlayaram və qoymaram orda qalasan, Əgər beyət etməsən hətta Mustəfa qızı Fatimə evdə olsa yandıraram!”

Söhbətimizin əvvəlində işarə etdiyimiz kimi əhli sünnət alimlərinin bu mövzuya dair nəql etdikləri rəvayətlər çoxdur. Onların hamısını burada nəql etməyə imkan olmadığından  biz mövzuyla bağlı bir neçə əhli sünnət aliminin ünvanını sizə yaddaş kimi göstəririk. Onların nəql etdikləri rəvayətlər yuxarıdakılarla oxşarlıq təşkil etdiyindən onları nəql etmədən ünvanlarını sənədli şəkildə dərc edirik:

1-    “Kənzul-ummal”    5/252 hədis 14113  müəllif:  Muttəqi Hindi  

2-    “Nihayətul-ərib fi fununil-ədəb”   19/40   müəllif:   Nuveyri

3-    “əl-Vafi bil-vafiyat”  17/311   müəllif:   Səfdi

4-     “əl-İstiab”    3/975    müəllif:   İbn Əbdulbir           

5-    “Tarix Yəqubi”   2/137 müəllif:   Yəqubi

Əhli sünnətin mühüm saydıqları kitablarda Fatimənin evinə olunan hücumlar və yandırılması haqqında rəvayətləri mutaliə edəndən sonra məlum olur ki, bu hadisənin baş verməsi inkar olunmaz dəlillərə malikdir. Baxmayaraq ki, bir dəstə cahil və mütəəssib adamlar onun müqabilində ya sükut ediblər ya da inkar etməyə çalışıblar. Əlbəttə bu macəranı üçüncü fəsldə ətraflı şəkildə təhlil edəcəyik.

            İkinci bölmə: Möhsin ibn Əlinin şəhadəti:

1. İbn Şəhr Aşub «əl-Mənaqib» kitabında (3/132) Ibn Quteybə Dinurinin «əl-Məarif» kitabından (1/210) nəql edir: “Fatimənin (s) övladları ibarətdirlər: Həsən, Huseyn, Zeynəb, Ummu Gulsum və Muhsin. Muhsin Fatimənin evinə hucum olunan zaman  Qunfuzun zərbəsi ilə həlak oldu”

2- Məsudi «İsbatul-vəsiyyət» kitabında (səh. 142) yazır:- «....Onlar Fatimənin evinə hücum çəkəndə Xanımların seyyidəsini qapı ilə divar arasında elə sıxdılar ki, O, Möhsini ziyan etdi!»

3 Şəhrestani («əl-Miləlu vən-nihəl» 1/57 Beyrut nəşri kitabında: Nizam deyib:“Ömər beyət alınan günü Fatimənin qarnına elə bir zərbə vurdu ki, Fatimə bətnində olan uşağı saldı”

4- Zəhəbi «əl-Mizanul-iitidal» kitabında (1/139, 552-ci bölümdə) yazır:- “...Heç şübhəsiz Ömər Fatiməyə elə təpik vurdu ki, hətta Muhsin onun bətnindən ziyan oldu”

5- Səfdi «əl-Vafi bil-vafiyat» kitabında (6/17) yazır: “Nizam mötəzili bu əqidəyə qaildir ki, Ömər beyət alınan günü Fatiməni elə vurdu ki, Muhsini onun bətnindən saldı”

6- İsfəraini Təmimi «əl-Fərq beynəl-firəq» kitabında (107-ci səh) cərəyanı yuxarıdakı ibarətə oxşar şəkildə nəql edib.

7-Həmui Cuvəyni Şafei «əl-Fəraidus-səmtəyn» kitabında (2/35)İbn Əbbasa istinad edərək rəvayət edir:-Rəsulullah(s) buyurdub:-“Həqiqətən mən gözlərimlə görürəm ki, məndən sonra qızım Fatimənin evinə qəm və qüssə varid olur. Görürəm ki, onun ehtiramı sındırılıb haqqı qəsb olunur. Görürəm ki, onun irsi əlindən alınıb qabırğası sındırılır. Fatimə fəryad edir ya Muhəmməda! Kimsə onun fəryadına cavab vermir”

8- İbn Əbil Hədid Mötəzili «Şərhu nəhcul-bəlağə» kitabında (14/192 Beyrut nəşri) yazır:- “Muşriklərdən bir dəstə o cümlədən Hibbar ibn Əsvəd Rəsulullahın qızı Zeynəbi incitmək qəsdi ilə (Zeynəb Məkkədən Mədinəyə tərəf yola düşmüşdü) onu təqib edirdi. Zeynəbin dəvəsinə birinci özünü yetirən Hibbar ibn Əsvəd oldu. Hibbar yetişən kimi əlindəki nizəni Zeynəbin kəcavəsinə tərəf  atdı. Zeynəb bu vaxt hamilə idi və ona olunan hucumdan bərk qorxdu. Mədinəyə yetişəndə bətnindəki uşaq ziyan oldu. Ona görə də Rəsulullah (s) əmr etdi ki, hər yerdə Hibbar ibn Əsvədi gördülər onu qətlə yetirsinlər”

İbn Əbil Hədid bu xəbəri nəql edəndən sonra deyir: Mən bu xəbəri Nəqib Əbu Cəfərə oxudum. Nəqib dedi:- “Rəsulullah (s) Hibbar ibn Əsvədin qanını Zeynəbi qorxudub onun bətnindəki uşağın ziyan olduğuna görə mubah edib. Elə isə əgər Rəsulullah (s) dünyada olsaydı heç şübhəsiz Fatiməni qorxudub uşağının ziyan olmasına səbəb olanların qanını da mubah edərdi”

İbn Əbil Hədid deyir: Nəqibə dedim ki, «Bir dəstə Fatimənin evinə hücum edib onu qorxutdular və nəticədə Fatimə bətnindəki uşağı saldı» xəbəri sənin adından nəql etməyə icazə verirsənmi? Nəqib dedi:- “Yox! Mənim adımdan nəql etmə və xəbərin batil olmasını da mənim tərəfimdən nəql etmə. Çünki mən bu barədə heç bir fikir söyləmirəm”

Nəqibin söylədiklərini təhlil edəndə məlum olur ki, Fatimənin uşağını salması hadisəsi onun üçün sübuta yetmiş olub. Çünki bu xəbər sübut olmasaydı mənsub olduğu sünnü məzhəbinin əqidəsinə görə gərək onu inkar edəydi. Deyərdi ki, xeyir mən bu xəbəri batil olduğu üçün qəbul etmirəm və onun yalan olduğunu mənim tərəfimdən nəql et. Amma məlum olur ki, xəbərin səhih olduğu ona sübüt olub, lakin məzhəbinə olan təəsübü qəti şəkildə onu təsdiq etməyə imkan verməyib. Nəticədə bu macəranı qəti şəkildə təsdiq etməyib  hadsənin baş verməsində şəkk etdiyini bildirib.

            Üçüncü bölmə: Əbu Bəkr səhv və xəta etdiyini etiraf edir. 

Fəsilin kamil surətdə başa çatması üçün bu bölmədə Əhli sünnət alimlərinin kitablarında Əbu Bəkrin ömrünün axırlarında aşkar şəkildə Fatmənin evinə hucum haqqında etdiyi səhvlərinə etirafı haqqında xəbərləri dərc edirik. Bu barədə rəvayətlərin çox olmasına baxmayaraq biz yalnız onların bəzilərinə işarə edirik.

1. İbn Cərir Təbəri  ( “Tarixul-uməmi vəl-muluk”2/353) “....Əbu Bəkr dedi: Dünyada heç bir şey haqqında təəsüf etmirəm. Yalnız gördüyüm üç işə görə təəssüf edirəm. Ey kaş onları etməyəydim!......Ey kaş Fatimənin evinə qarşı hörmətsizlik etməyəydim, hətta əgər mənə qarşı müharibə elan etsəydilər!”

2- Məsudi («Murucuz-zəhəb» 2/194)“....Əbu Bəkr dedi: Mənim əncam verdiyim üç işdən  başqa heç bir şeydən  qorxum yoxdur.....Ey kaş Fatimənin evinin təftişinə əmr verməyəydim”

3. Təbərani («əl-Mucəmul-kəbir» 1/62)“....Əbu Bəkr dedi: Ey kaş Fatmənin evinə hucum etməyəydim. Gərək onları öz başlarına buraxaydım hətta mənim əleyhimə müharibə əhdi-peymanı bağlayaydılar”         فوددت أني لم أكن كشفت بيت فاطمة وتركته

4. İbn Əbil Hədid («Şərhu Nəcil-bəlağə» 2/47)“....Əbu Bəkr dedi: Ey kaş Fatimənin evinə hücum etməyəydim! Gərək oranı öz başına buraxaydım, hətta əgər mənim əleyhimə müharibə etməyə əhdi-peyman bağlayaydılar”

5. Muttəqi («Hindi Kənzul-ummal»  5/252 hədis 14113)“...Əbu Bəkr dedi:- Ey kaş Fatimənin evinə hucum etməyəydim! Gərək oranı öz başına buraxaydım, hətta əgər mənim əleyhimə müharibə etməyə əhdi-peyman bağlayaydılar”   أني لم أكن أكشف بيت فاطمة وتركته وإن كانوا قد غلقوه

Eyni və ya oxşar ibarətlərlə kitablarında nəql edən əhli sünnət mənbələri:

1. Dəhləvi Hindi    «İzalətul-xifa»   2/29            2. Zəhəbi   «Mizanul-iitidal»    5/135

3. İbn Həcər Əsqəlani  «Lisanul-mizan» 4/219   4. İbn Quteybə Dinuri «əl-İmaməti vəs-siyasət»  1/18      5. Hafiz Əbu Ubeyd  «əl-Əmval»  səh. 194

Əhli sünnət alimlərinin kitablarında Əbu Bəkrin dilindən nəql olunmuş etirafları mutaliə edən hər bir insaflı insan ağlını və vicdanını hakim qərar versə Fatimənin evinə hücum edib oranın yandırılması məsələsi ona asanlıqla sübüt olar. Ömərin yandırmaqla onları qorxutmaq istədiyini iddia edənlərə “Əbu Bəkrin etirafı” möhkəm bir cavabdır. İddia edirlər ki, Ömər yandırmaqla qorxudandan sonra onlar evdən adi şəkildə çıxıb beyət etdilər. Fatmənin evi yandırılmadı və heç kəsdən zorla beyət alınmadı.

Cavab: Əgər beyət alma adi şəkildə olubsa və evi yandırma məsələsi olmayıbsa bəs onda Əbu Bəkrin peşiman olub təəssüf etməsinə yer yoxdur. Nəyə görə Əbu Bəkr etdiyi işin səhv və ona görə peşiman olduğunu bildirirdi?  Əbu Bəkrin bu peşimançılığından və etiraf etməsindən məlum olur ki, beyət almada yəqinən Peyğəmbərin (s) Əhli beytinə qarşı sonsuz dərəcədə hörmətsizlik və zülm olunub.

            İkinci Fəsl: Fatiməye Zəhranın (s.ə) narazılıqlarına bir işarə

Əhli sünnətin bəhs etməkdən boyun qaçırdıqları məsələlərdən biri Həzrət Fatimənin (s.ə) şeyxlərdən narazı olması məsələsidir. Çünki Fatmənin (s.ə) narazılığı Rəsulullahın (s) narazılığı və nəticədə Allah-taalanın narazılığıdır. Əhli sünnətin sələflərinin etimad etdikləri böyük alimlərə istinad edərək bu məsələni və ona dair dəlilləri araşdıracağıq. Nəticə çıxarmağı isə vicdanlı, insaflı və şuurlu insanların öhdəsinə qoyuruq.

            Birinci bölmə: Fatimənin gecə dəfn olunması

Həzrət Fatimənin (s.ə) narazı halda dünyadan getməsini sübut edən dəlillər təkcə şiə mənbələrində deyil, əhli sünnətin mötəbər saydıqları mənbələrdə də zikr olunub.

Sual: Hansı səbəbdən Rəsulullahın (s.ə) əziz qızı gizli dəfn olunmasını vəsiyyit edib? 

Sualın cavabını gərək əhli sünnətin mötəbər mənbələrindən arayıb çıxaraq.

1. Muhəmməd ibn İsmail Buxari (hədis 6346.... فهجرته فاطمة فلم تكلمه حتى ماتت) səihih saydığı sənədlə Aişədən nəql edir: “....Fatimə Fədək məsələsinə görə qəzəbli halda Əbu Bəkrdən ayrıldı və ölənə qədər onunla danışmadı. Fatimə Rəsulullahdan (s) sonra altı ay yaşadı. Fatimə vəfat edəndə həyat yoldaşı Əli onu gecə  dəfn etdi. Əbu Bəkrə ona namaz qılmağa və dəfndə iştirak etməyə icazə vermədi.....”

Əhli sünnət “Səhih Buxari” kitabını Allahın Quranından sonra ən etibarlı və dəqiq kitab sayırlar. (“Səhih Muslim” 1/15, “İrşadus-sarı”1/19)

2. Əhməd Beyhəqi (“əs-Sünənul-kubra” 6/300 Beyrut nəşri) yazır:“Fatimə Əbu Bəkrə qəzəblənib ondan üz döndərdi. Ondan ayrılıb ölənə qədər Əbu Bəkrlə danışmadı. Əli Fatiməni gecə ikən dəfn etdi”

Buna oxşar daha çox rəvayətlər əldə etmək üçün Gəncinin “Kifayətut-talib” 225-ci səhifə, Şeybaninin “Təsəyyərul-vusul ila camiul-usul” 1/209 və “İhqaqul-həqq” 10/479 müraciət edə bilərsiniz.

3. Muslim ibn Həccac (“Səhih Muslim” 3/1380 Misir çapı) “Fatimə vəfat edəndən sonra əri Əli gecə ikən ona namaz qılıb dəfn etdi. Əbu Bəkrə xəbər vermədi ki, gəlib ona namaz qılıb dəfnində iştirak etsin”دفنها زوجها علي بن أبي طالب ليلا ولم يؤذن بها أبا بكر

4. Ümumiyyətlə daha geniş məlumat üçün İbn Əsir “əl-Kamil fit-tarix” kitabında 2/126, “Səhih Buxari” kitabul-məğazi 3/38, Cərir Təbəri “Tarixurrəsul və-muluk” 2/448, “Səhih Muslim” 1/72 və 5/153, İbn Əbil Hədid “Şərhu nəcul-bəlağə” 1/122, Məsudi “Murəvvicuz-zəhəb” 2/144, “Tənbih vəl-Əşraf” səh. 250,  “əs-Səvaiqul-muhriqə” İbn Həcər Heysəmi 1/12, “əl-İstiab” İbn Əbdulbir 2/244, “Tarixul-xəmis” Diyar Bəkri 1/193, “əl-İmamətu vəs-siyasət” İbn Quteybə 1/14, “əl-Bəda vət-tarix” Muqəddəsi 5/66: “Fatimə ilə Əbu Bəkr arasında Rəsulullahın irsi haqqında baş verən ixtilafı Muəmmər Zuhəridən, O da Aişədən  nəql edib ki;- Həzrət Zəhra ondan üz döndərdi, vəfat edənə qədər bir daha onunla danışmadı. Fatimə Peyğəmbərin (s) vəfatından sonra altı ay yaşadı. Vəfat edəndən sonra əri Əli onu dəfn etdi və Əbu Bəkrə dəfndə iştirak edib ona namaz qılmağa icazə vermədi”

5. Hafiz Əbduddin Muhəmməd ibn  Əbi Şeybə (“əl-Musənnəf” 4/141) yazır: “Həqiqətən Əli Fatiməni gecə vaxtı dəfn etdi”  

6. Ubey Fəllah Hənbəli (“Şuzuratuz-zəhəb” 1/15, Qahirə çapı) yazır: Əli ilə Əsma bintə Umeys Fatiməyə qusl verdilər və gecə onu dəfn etdilər.

7. Syuti (“əs-Suğurulbasimə” səh.15 Bombey çapı) yazır: Fatimənin əri Əli ona qusl verəndən sonra namazını qılıb gecə onu dəfn etdi.

8. Əbdurrəhman ibn Əmr Dəməşqi: (“Tarixu Əbi Zərə” 1/290 Dəməşq çapı) yazır: Fatimə atasından altı ay sonra vəfat etdi. Əli ibn Əbi Talib onu gecə dəfn etdi.

9. İbn Əbil Hədid (“Şərhu nəcul-bəlağə” 6/50) yazır: Mənim yanımda Fatmənin vəfat etdiyi zaman Əbu Bəkr və Ömərə qəzəbli olması xəbəri səhihdir. Həqiqətən Fatimə vəsiyyət etmişdi ki, o iki nəfər onun cənazəsinə namaz qılmasınlar.

Diqqət:  istinad olunan mənbələrdə Fatimənin gecə dəfn olunması ilə bərabər Onun Əbu Bəkrdən üz döndərməsi də xatırlanır. Fatimə ömrünün axırına qədər onunla danışmayıb. Bu Fatimənin dünyadan gedəndə ona qarşı necə qəzəbli olmasını göstərir.

Sual: Görəsən Rəsulullahın ürəyini bu cür dağlayanlar Qiyamətdə o Həzrətlə necə üz-üzə gələcəklər? O Həzrətə əmanət qoyduğu yeganə yadigarını ondan sonra işgəncələrlə yola  saldıqlarına dünyada olduğu kimi hansı donu geyindirəcəklər? Bəlkə əziz qızının başına gətirdikləri müsibətlərə görə yaxşı etmişik deyəcəklər?

            İkinci bölmə:- Həzrət Zəhranın məsciddə və yataqda söylədiyi xütbələri

Həzrət Fatimənin (s.ə) iki şeyxdən narazı olması haqqında xəbərlərdən əlavə daha kədərli əhvalatlar əhli sünnətin kitablarında bəyan olunub. İbn Quteybə “əl-İmamətu vəs-siyasət” səh. 14,  Muhəmməd ibn Yusuf Gənci Şafei “ Kifayətut-talib” bab 19, yazıblar:- Həzrət Zəhra o iki nəfərə dedi: “Allahı və mələkləri şahid tuturam ki, siz iki nəfər (Əbu Bəkr və Ömər) məni qəzəbə gətirdiniz və narazı saldınız! Peyğəmbərin hüzuruna yetişəndə sizdən ona şikayət edəcəyəm” Daha sonra İbn Quteybə “əl-İmamətu vəs-siyasət” kitabının 14-cü səhifəsində yazır: Fatimə Əbu Bəkrə dedi: “And olsun Allaha bütün qıldığım namazların sonunda sənə nifrin edəcəyəm”

İndi insafla deyin, Fatimənin bu dərəcədə aydın söylədiyi kəlamından sonra daha möhkəm bir dəlilə ehtiyac varmı? Fatimənin (s.ə) o iki nəfərə qəzəbli olduğunu göstərən mənbələrdən biri də Onun məsciddə söylədiyi xütbədir. Həmin xütbə əhli sünnətin mötəbər saydıqları kitablarda nəql olunub. “Bəlağatunnisa” səh. 23-24 Beyrut çapı müəllif Əbul Fəzl Əhməd ibn Əbi Tahir Muruzi (204-280 hicri) ən qədim kitablardan biridir. “Şərhu Nəcul-bəlağə” 4/78 İbn Əbil Hədid, “əl-Mənaqib” Əhməd ibn Musa Aişədən nəql edib, “əs-Səqifə” Əbu Bəkr Əhməd ibn Əbduləziz Cövhəri (əhli sünnətin ən mötəbər saydıqları alimlərdən biridir, bu məsələni müxtəlif səndlərlə nəql edib)

“....Həzrət Fatimə hər yerdən məyus olandan sonra müsəlmanların rəhbərliyini əllərinə keçirənlərin azğınlığının qabağını alıb camaatı həqiqətdən xəbərdar etmək və iki şeyxə höccəti tamamlamaq üçün məscidə gəldi. Fatimə Bəni Haşim xanımlarından bir dəstə ilə izzətlə məscidə daxil olub təyin olunmuş məxsus yerdə dayandı fəsahətli və bəlağətli bir xütbə söylədi. Biz həmin xütbənin bəhsimizə aid olan hissələrini ixtisarla dərc edəcəyik.

......Fatimə əvvəl bir ah çəkdi ki, məclisdə olanlar ağlamağa başladılar! Camaat sakit olandan sonra Allah-taalaya həmd və səna deyəndən sonra Rəsulullahın (s) risalətinə şəhadət verdi. Peyğəmbərin risalət yolunda çəkdiyi zəhmətlərini və Əlinin göstərdiyi rəşadətlərinə işarə edib dedi: “Rəsulullah (s) vəfat edəndən sonra sizin daxildə gizlətdiyiniz nifaq aşikar oldu. Onda dinin xəridarı olmadı, hər yolunu azmış və kölgədə gəzənlər ağalıq iddiasına başladı, müsəlmanlara və Rəsulullaha qarşı pis mövqedə olanlar bazarlarını qızışdırmağa çalışdılar.....”  Sonra Fatimə dində yolunu azıb icad olmuş bidətlərə və zülmə işarə etdi. Mühacirlərin və ənsarın  Fatimənin ehtiramının sındırılmasını görərək sükut etdiklərini onlara xatırlatdı: “.... Ey muhacirlər vay olsu sizə! Bu Allahın hökmüdür ki, Atamın mənə saxladığı irsimi oğurlayıb hörmətimi sındırsınlar?! Siz də məni himayət etməyib təhqir olunduğumu eşidib sukut edirsiniz!  .... Ey Əbu Quhafənin oğlu Allahın kitabında yazılıb ki, sən atandan irs aparasan, amma mən Atamdan irs aparmayım? Necə də böyük iftiradır! Bu necə bidətdir ki, Allahın dininə daxil edirsiniz? Məgər qarşıdan gələn məhşərdən xəbəriniz yoxdur və qorxmursunuz? ... İndi ki, sən mənim haqqımı əlimdən aldın və nə istəyirsən elə.....Tezliklə həmin vədəgahda sitəmkarın rüsvay olub məzlumun haqqı bərqərar olan gündə görərsən ki, hər bir xəbərin öz yeri və hər məzlumun pənahı var!” Sonra Fatimə mübarək üzünü Rəsulullahın (s) qəbrinə tutub bu beyti dedi:“Ey Rəsulullah! Səndən sonra bizə musibətlər üz tutdu,    Əgər sən olsaydın bu musibətlər belə çoxalmazdı!

Ey Rəsulullah! Yer yağışı əldən verdiyi kimi biz də səni əldən verdik,     Sənin ümmətin pərakəndə oldular özün şahid ol!        Daxildə bizə qarşı kinələrini gizlədənlər sən torpaq altına gedəndən sonra onu aşikar etdilər,      Səndən sonra bir dəstə üstümüzə hücum çəkdilər,  Bizi zəlil sayıb bütün irsimizi oğurladılar”

Bu kəlamlar Rəsulullah (s) dünyadan gedəndən sonra Fatiməyə edilmiş zülmlərin şiddətinə dəlalət etmirmi? Həmin musibətlər və vurulan zərbələr Fatimənin yatağa düşməsinə səbəb olmadımı? Muhacir və Ənsar arvadları Fatimənin ölüm yatağına düşdüyünü eşidəndə ərlərinin etdikləri səhvlərin əvəzini çıxmaq üçün ona baş çəkməyə gəldilər. Onun əhvalını soruşanda onların cavabında buyurdu:- “And olsun Allaha sizin vurulduğunuz dünyadan bizaram və kişilərinizə qarşı ürəyimə qəzəb dolub” İndi bütün müsəlmanlardan soruşuruq bu ürək dağlayan sözlər kimindir? Bu Rəsulullahın “Mən onun sevincinə sevinirəm və narahatlığına görə narahat oluram”  əziz yadigarının sözləri deyilmi? Rəsulullaha iman gətirdiyini iddia edən hansı şəxs Onun əzizinin bu məzlumiyyətini inkar etməklə yaralı qəlbinə bir daha dağ basmağı rəva görür? Deməli onların fikrincə kiminsə cinayətini ört basdır etmək üçün hətta Rəsulullahın ürəyini dağlamaqdan çəkinmək lazım deyil. Əhli sünnətin kitablarında Rəsulullahın qızı Fatimə haqqında buyurduğu bu kəlam məşhurdur:- “Fatimə mənim canımın bir parasıdır. Hər kəs onu qəzəbləndirsə elə bil məni qəzəbləndirib”  “Səhih Buxari” 5/36 Beyrut çapı, “Səhih Muslim” 3/16, “Sunənul-kubra” Beyhəqi 10/201, İbn Həcər “əs-Səvaiq” səh 112, “Yənabiul-məvəddə” səh 171 Qunduzi, “Mişkatul-məsabih” səh. 560 Xətib Təbrizi. Əllamə Əmini “əl-Ğədir” kitabında 7/232 Rəsulullahın bu hədisini təsdiq edən əhli sünnətin 60 aliminin adını sadalayıb. Rəsulullah (s) buyurub: “Allah-taala Fatimənin qəzəbinə görə qəzəblənər onu razılığına görə razı olar” “Fatiməye Zəhra” Əllamə Əmini səh 94. Əllamə bu hədisi nəql etmiş əhli sünnətin 15 aliminin adını dərc edib, o cümlədən İbn Həcər Əsqəlani, Əbu Həkim Nişaburi, İbn Cuzi, Əbu Nəim İsfəhani.....

Rəsulullah (s): “Hər kəsə qızım Fatimə qəzəb etsə mən də ona qəzəb edərəm. Hər kəsə Mən qəzəb etsəm Allah ona qəzəb edər” (“Fəslul-xitab” Buxari, “Musnəde Əhməd ibn Hənbəl”)

İndi Siz oxuculardan soruşuruq bütün bu hədisləri söyləyəndən sonra görəsən bir bəhanə yeri qalırmı? Ağıllı insanın cavabı qətidir, Yox! Amma inadkar, xəbis və təəssübkeş yenə də bəhanəyə yer axtarar, necə ki, həmişə tarix boyu belələri tapılıb ki, müxtəlif gülünc izahatlar verməklə özlərini biabır ediblər. Bəzən elə izahatlar veriblər ki, əgər onu cavan oğlunun yasında ağlayan ana eşitsə gülməkdən qəşş edər!

Əhli sünnətin etirafına əsasən Fatimənin musibəti o iki nəfərin və onlara tabe olanların zülmünün nəticəsi olması inkar olunmaz sübutdur. Səhih hədislərə əsasən Fatiməyə edilmiş zülm və əziyyət eyni ilə Rəsulullaha (s) edilmiş zülm və əziyyətdir. Bunun da nəticəsi Allaha zülm və əziyyət deməkdir. Qurani-kərimin ayələrindən azacıq xəbərdar olan hər kəs bu nəticəyə yetişəcək:

1- Fatiməyə əziyyət edib azar yetirmək Rəsulullaha azar və əziyyət etməkdir ki, Allahın qəzəbinə bais olub insanı dünya və axirətdə ilahi rəhmədən uzaq və naümüd edəcək: «Allahı və Onun Peyğəmbərini incidənlərə Allah dünyada və axirətdə lənət etmişdir. Onlar üçün xar edici bir əzab hazırlamışdır!» (Əhzab ayə 57)

«Allah Rəsuluna əzuyyət verənlərə şiddətli bir əzab müəyyən olunub» (Tövbə ayə 61)

2- Allah-taalanın qəzəbinə düçar olmuş kəslər yollarını azmışlardır. Çünki Allah-taala iman sahiblərinə heç vaxt qəzəb etməz: «Hər kəsə mənim qəzəbim yetişsə o xar və həlak olarr» (Ta Ha, ayə 81)

3- Allahın qəzəbinə layiq olmuş insanı sevib onunla dost olmaq olmaz: «Ey iman gətirənlər Allahın qəzəb etdiyi adamlarla dostluq etməyin» (Mumtəhənə,  ayə 13)

Nəticə budur ki, Allah-taalanın əmrinə əsasən Allahın və Rəsulullahın qəzəbinə səbəb olmuş adamlarla dost olub onları sevmək olmaz. Çünki Allah və Rəsulu Fatimənin qəzəbinə görə qəzəblənər və ona əziyyət edib azar edənlərə nifrət edər. Həzrət Fatimənin narazı olduğunu, atasından aldığı irsdən məhrum edilməsini və qəbrinin məxfi saxlanılması kimi məsələləri təhqiq etməklə başa düşmək olar. Əziz oxucu bir anlığa fikirləş yeganə qızı haqqında bir belə sifarişlər söyləyən Rəsulullahın vəfatından sonra nələr baş verdi? Səbəb nə oldu ki, qızı Fatimə gecə ikən onu dəfn etməyi və onların təşiyə cənazədə iştirak etmələrinə razı olmadığını vəsiyyət etdi? Deməli Fatimənin müsibəti və ona olan əziyyətlər onu nəhayət dərəcədə narahat edib. O xanım özlərini onun atasının ümmətindən sayanların əməllərindən  narahat  olduğu üçün belə sərt vəsiyyət edib. Nəyə görə Rəsulullahın canının bir parası saydığı yeganə əziz qızı ondan sonra qısa bir fasilə ilə mübarək qəlbi qüssə ilə dolu halda dünyanı tərk edib gecə vaxtı dəfn olunsun? İndiyə qədər də qəbri naməlum qalıb. Bütün bunlar Fatimənin musibətini və məzlumiyyətini göstərmirmi? Bunları görməməzliyə vurub inkar edənlər Qiyamətin günündə Rəsulullahın (s) üzünə necə baxarlar?

Üçüncü fəsl: Əhli sünnətin Əlinin (ə) beyət etməsi haqqında iddiaları

Əhli sünnətin bəzi təəsübkeş alimləri xəlifələrin səhvlərini örtbasdır etmək üçün Əbu Bəkrə olunan beyətin adi qaydada baş verdiyini göstərməyə çalışıblar. Onlar iddia edirlər ki, Ömər ibn Xəttab Əlinin evinə cəm olmuş səhabələri evi yandırmaqla hədələyəndən sonra hamısı evdən çıxıb Əbu Bəkrə beyət etdi. Əlidən beyt almaq üçün ona qarşı heç bir zor tətbiq olunmayıb. Əli də hamı kimi adi qaydada beyət etdi. Amma biz bu iddianın nə dərəcədə həqiqətə uyğun olmayıb yalan və böhtan olduğunu göstərmək üçün tarixi sənədlərə müraciət edək:

1. “əl-İmamətu vəs-siyasət” 1/13, İbn Quteybə yazır:“...Ömər və əshabı Fatimənin evinin qapısı arxasında yığışdılar. Ömər qapını taqqıldatdı. Camaat Fatimənin ağlayıb fəryad etdiyini eşidəndə ağlaya-ağlaya oradan dağılışdılar, lakin Ömər və əshabı onlardan əl çəkməyib Əlini zorla evdən çölə çıxartdılar. Əlini çəkə-çəkə Əbu Bəkrin yanına apardılar. Əliyə dedilər ki, beyət et! Əli dedi: Əgər beyət etməsəm nə edərsiniz? Dedilər: Əgər beyət etməsən and olsun Allaha ki, ondan başqa heç bir Allah yoxdur boynunu vuracağıq”

2- “Ənsabul-əşraf” 1/587, Bəlazəri yazır: ...Əbu Bəkr Öməri Əlinin ardınca göndərdi və ona göstəriş verdi:  Əlini ən pis vəziyyətdə mənim yanıma gətir!”

3- “İsbatul-vəsiyyət” səh 142, Məsudi yazır: “Onlar istəyirdilər Əlidən beyət alsınlar. Əli imtina edib dedi:  Heç vaxt beyət etməyəcəyəm. Onlar dedilər:  Əgər beyət etməsən səni öldürəcəyik. Əli dedi: Əgər məni öldürsəniz həqiqətdə Allahın bəndəsini və Rəsulullahın qardaşını öldürmüş olarsınız. Onlar Əlinin əlini zorla Əbu Bəkrin ona tərəf uzdılmış əlinə tərəf dartdılar. Bununla da istəyirdilər beyət alsınlar. Əlinin əli düyünlənmiş halda ikən  zorla Əbu Bəkrin əlini ona çəkdilər”

4-“Şərhu nəhcil bəlağə” 2/21, İbn Əbil Hədid Mötəzili yazır:“Səqifə əhvalatı haqqında rəvayətlər müxtəlifdir. Şiələrin və kifayət qədər əhli sünnət alimlərinin nəql etdikləri rəvayətlərdən belə məlum olur ki, Əli Əbu Bəkrə beyət etməkdən imtina etdiyinə görə ondan beyət almaq üçün onun evinə hücum etdilər. Əlini zorla evdən çıxartdılar” Sonra İbn Əbil Hədid yazır: “Deyirlər ki, Ömər Zubeyrin əlindən qılıncı alıb daşa vurub sındırdı. Sonra Ömər Əlini və evində cəm olmuş səhabələri Əbu Bəkrin yanına çəkdi”

5. “Şərhu nəhcil bəlağə” 6/48 Cövhəridən nəql edilir: “...sonra Ömər evə girib Əliyə dedi:  Dur ayağa beyət et! Əli ayağa durmaqdan imtina etdi. Ömər Əlini zorla qaldırıb evdən çıxartdı. Onu və digər beyət etməyənləri çox pis vəziyyətdə Əbu Bəkrin yanına çəkməyə başladılar. Mədinə küçələri adamlarla dolu idi...Əbu Bəkrin yanına aparılanların boyunlarına kəndir salıb Mədinə küçələrində çəkirdilər”

6. “Sirətun-nəbəviyyə” 4/495, İbn Kəsir yazır: “...Əbu Bəkr mənbərə qalxıb camaatı süzməyə başladı, Əlini görməyəndə soruşdu:  Əli haradadır? Bu vaxt ənsardan bir dəstə ayağa qalxıb Əlini zorla gətirdilər”

7. “əs-Səqifə” Əbu Bəkr Cövhəri yazır:“Əlini beyət etmək üçün Əbu Bəkrin yanına apardılar və nə qədər Onu hədələdilərsə Əli beyət etmədi. Əli beyət etmədən evinə qayıtdı”

8. “əs-Səqifə vəl-xilafət” səh 15, Əbdul Fəttah Əbdul Məqsud yazır: “ Həmçinin mötəbər tarixçilər nəql edirlər ki, ....Əli Əbu Bəkrə beyət etməkdən imtina etdi, lakin onun boynuna kəndir salıb zorla beyət etməyə apardılar”

İbn Əbdi Rəbbih “Əqdul-fərid” 2/285, Əbul Həsən Nofəli “əl-Əxbar” səh 142. Əlidən beyətin zorla alınmasına işarə ediblər. Demək lazımdır ki, İslam tarixinin bu mərhələsi öncə bəyan etdiyimiz mərhələləri kimi dərdli və acınacaqlı olub. Çünki qabaqkı xəlifələr Peyğəmbər əhli beytinə o dərəcədə hörmətsizlik ediblər ki, sonralar Müaviyyə kimi bir şəxs Əliyə göndərdiyi məktubda ona tənə vurub yazır: “.... Xəlifənin əmri ilə səni ram olmayan dəvə kimi bağlayıb beyət etmək üçün məscidə çəkdilər” Əli Muaviyyəyə yazdığı cavabda həmin faciənin baş verdiyini özünün məzlumluğu kimi qəbul etməklə yanaşı bu hadisənin xəlifə tərəfindən islama və Rəsulullaha vurulan ləkə olduğunu göstərib: “Deyirsən səni boynuna dikbaş dəvə kimi kəndir salıb beyət almaq üçün məscidə çəkdilər. And olsun Allaha bununla istəyirdin məni təhqir edəsən, amma məni ucaltdın. İstəyirdin məni rüsvay edəsən, amma özünü rüsvay etdin. Məzlum olmuş müsəlmana heç vaxt irad tutulmaz” (Şərhu nəhcil bəlağə 15/186, Əqdul-fərid 2/285)

Əhli sünnətin “Əlidən beyət alınanda xəlifələrin zor işlətdiklərinə və Əlinin beyət etməkdən şiddətli dərəcədə imtina etməsi” etirafı bunu göstərir ki, Əli hakim xəlifələrin işindən narazı olub. Tarix bütün gələcək nəsl üçün danılmaz və möhkəm sənədlərdən ibarət irs qoyubdur.

4-cü fəsl: Əlinin evi yandırılanda etdiyi səbrin səbəbləri və şübhələrə cavablar:

Baxmayaraq ki, baş vermiş faciənin hamısı əhli sünnətin kitablarından nəql olunub, amma bir dəstə bu barədə daim şübhə icad etməklə əsl məsələni inkar etməyə cəhd edirlər. Həmin şübhələrdən biri də budur: Niyə Əli evdə olduğu halda qapını Fatimə açdı? Əlinin cihadlarda göstərdiyi şücaətləri olduğu halda necə olur ki, yoldaşı Fatimə gözləri önündə təhqir olunub vurulanda o sakit durub?

Cavab: Rəsulullahın (s) yanında Fatimənin nə dərəcədə əzəmətli və şərafətli olması bütün əhli sünnətə bəllidir. Yaxşı olar ki, onların bir neçəsinə işarə edək.

Rəsulullah(s)Fatimənin əlindən tutub buyurdu:“Hər kəs bunu tanıyıbsa tanıyır, və hər kəs ki, indiyə qədər tanımayıbsa bunu bilsin ki, O, Mənim canımın bir parasıdır. O mənim bədənimdə olan ruhumdur. Hər kəs onu incitsə həqiqətdə məni incidib”

Rəsulullah (s) buyurub: “Allah-taala Fatimənin qəzəbinə görə qəzəblənər onun razılığına görə razı olar” (“Fatiməye Zəhra” Əllamə Əmini səh 94) Əllamə bu hədisi nəql etmiş əhli sünnətin 15 aliminin adını dərc edib, o cümlədən İbn Həcər Əsqəlani, Əbu Həkim Nişaburi, İbn Cuzi, Əbu Nəim İsfəhani.....

İbn Əbil Hədid “Şərhu nəhcil bəlağə”də 9/193 yazır: “Rəsulullah (s) Fatiməni camaatın güman etdiyindən artıq dərəcədə sevirdi. Rəsulullah Fatiməyə camatın qızlarına etdikləri ehtiramdan daha artıq dərəcədə ehtiram edirdi. Hətta o dərəcə də idi ki, ataların övladlarına olan məhəbbətin hududundan xaric idi. Rəsulullah (s) dəfələrlə, dəfələrlə müxtəlif yerlərdə umumi və xüsusi yerlərdə buyurub:  “Fatiməni incidən məni incidib, Fatiməni qəzəbləndirən məni qəzəbləndirib”  Bütün bunları biləndən sonra deyə bilərik ki, Fatimə ümmət arasında olan məqamı onların azğınlaşmış gözlərinə çəkmək istəyibdir. Bəlkə onlar Fatimənin evini yandırmaq fikrindən əl çəksinlər. Bəli həmin faciəni nəql edən tarixçilər deyirlər ki, hücum çəkənlərin bir dəstəsi Fatimənin səsini eşitcək geri qayıtdılar. Ömər və başqa bir dəstə əl çəkmədilər.

Əhli sünnətin bəziləri etiraf edirlər ki, Rəsulullah (s) ondan sonra baş verəcək hadisələr haqqında Əliyə xəbər vermişdi və baş verəcək bütün bəlaların müqabilində səbr etməsi haqqında Ondan peyman almışdı. “Mənaqib” səh. 146 hədis. 171 Xorəzmi, “Fəraidus-səmteyn” 1/270 kitablarında buna dəlalət edən rəvayətlər mövcuddur.

Hücum çəkənlərin qəsdi bu idi əgər Əli qapını özü açıb beyət etməkdən boyun qaçırsa onlar Həzrəti vura vura məscidə aparacaqdılar. Sonralar məsələni təhrif edib əllərində olan qüdrət və nüfuzdan istifadə edərək deyərdilər; biz Fatiməyə Atasının vəfatına görə baş sağlığı verməyə getmişdik. Əli əvvəl xəlifəlikdən imtina etmişdi, amma indi peşiman olub ona görə də bizimlə müxalifət edir. Biz özümüzü müdafiə edib ümumi müsəlmanların məsləhətinə görə bu işi gördük. Nəticədə tarixdə onlara haqq qazandıracaqdılar. Gələcək nəsil bu macəradan xəbərsiz qalıb onu təhlil edə bilməyəcəkdi. Amma Əlinin sükutu və Fatimənin onların qabağına çıxması onların bütün planlarını puç etdi. Fatimənin bu hərəkəti gələcək nəsil üçün hadisəni təhqiq etməyə fürsət yaratdı. Söylədiyimiz cavabın haqq olduğuna dair tarixi dəlillər mövcuddur.   

Əhli sünnətin bəzi alimləri deyirlər, bəli biz qəbul edirik ki, bəzi rəvayətlərdə bu hadisəyə işarə olunub. Rəvayətlərdə odunun gətirilməsinə və evdəkilərin evdən çıxmadıqları halda hədələnməsinə işarə olunub. Evin odlanmasına aşkar dəlalət edən rəvayət yoxdur?

Əvvəla: Birinci fəsildə göstərdiyimiz Məsudinin və Nəzzamın nəql etdikləri rəvayətlərdə Fatimənin evinin odlanmasına açıq şəkildə işarə olunmuşdur. Burada məsələni qarışdırmaq üçün təzədən şübhə və sualı yaratmağa çıxış yolu yoxdur. Çünki əhli sünnətin bu mövzuya aid hətta bir rəvayəti belə bizim üçün kifayətdir.

İkinci: Sağlam ağla malik olan insan hər hansı bir məsələ ilə əlaqədar Quranda ona dair sübüt olsa onu təhqiq edəndə vicdanı və insafını hakim qərar verib sonra hökm etməlidir. İndi üzümüzü sizə tutub deyirik siz də bu məsələdə vicdanınızın səsinə hay verib insafla hökm edin: Bəzi rəvayətlərdə deyilir, Əbu Bəkr dedi: Əgər beyət etməkdə müxalifət etsələr onlarla vuruşun. Bəzi rəvayətlərdə aşikar surətdə onların Fatiməni evin içindəkilərlə bir yerdə yandıracaqları ilə hədələdikləri göstərilir.

Bəzi rəvayətlərdə deyilir: Ömər evdəkilərin çıxmayacaqları halda evi yandıracağına and içdi. Bəzi rəvayətlərdə deyilir ki, onlar evdən çıxmaqdan imtina etdilər. Bəzi rəvayətlərdə Ömərin əmri ilə qapının arxasında odlamaq üçün odun yığdıqlarına işarə olunur. Bəzi rəvayətlərdə deyilir ki, Ömər evi odlamaq üçün ora gələnlərin üstünə çığırıdı. Fatimənin vəsiyyətinə əsasən şeyxlərin onun dəfnində iştirakına razı olmayıb gecə vaxtı dəfn edilməsi və indiyə qədər qəbrinin məxfi qalmasını əhli sünnətin mütəvatir hədislərinə əsasən nəql etdik. Onların törətdikləri cinayətlər haqqında bu qədər sübut və dəlil olduğu halda necə ola bilər ki, insan yəqinə çatmasın. Deməli kimlərsə ya nadanlıqdan və ya inadcıllıqdan bu inkarda maraqlıdır. Bəli biz bunu qəbul edirik ki, ev içindəkiləri ilə bir yerdə yandırılmadı, amma onlar evi yandırmaq istəyirdilər. çünki bacarmadılar. Yalnız evin qapısını yandırdılar.

Üçüncü: Tarix boyu ravilər gözləri ilə gördükləri hadisələri nəql ediblər. Məxsusən izdihamla baş vermiş hadisələri. Hər bir ravi hadisəni nəql edəndə mümkündür onun bəzi epizodunu nəql etsin. Hadisənin bir hissəsini nəql etmək digər bir qismətinin rəddinə dəlalət etmir. Fatimənin evinə hucum edilib yandırılması, bətnindəki uşağın siqt olunması, Əlinin zorla məscidə aparılması kimi nəql olunan rəvayətlər buna misaldır.

Dördüncü: Əgər baş verilmiş faciə eyni ilə nəql olunsaydı o zaman onu törədənlərə böyük bir ar olacaqdı. Hadisəni törədənlər və baş vermiş hadisəni təhrif etməyə çalışanlar daha böyük zillətə məruz qaldılar. Çünki bəziləri yalnız evin odla yandırılması ilə hədələndiyinə işarə ediblər. Bəziləri odunun gətirildiyini təsdiq edib, amma yandırılmasını inkar edib. Elə bu qədər etiraf etmələri onların nə qədər dəhşətli bir əmələ əl atdıqlarından xəbər verir. Bu işi görənlər heç vaxt Peyğəmbərin əhli beyti olan evi yandırmaqdan çəkinməzlər.

Ev nə ev! Bu ev Allah-taalanın ehtiramını vacib edib ali məqama layiq etdiyi evlər zümrəsindədir. “Allah-taala onun ucaldılmasına izn verib. (Bununla da şeytanların və nəfslərinə tabe olanların fitnələrindən amanda qalsınlar) Elə evlərdir ki, orada Allahın adı səhər axşam zikr olunur,  Onun şəninə təqdislər deyilir”  (Nur. ayə 36)

Evin sakinləri kim idi? Onlar Rəsulullahın əhli beyti, behişt cavanları idi. Əllamə Cəfər Sübhaninin ayənin təfsirində söylədiyi haqq sözünə diqqət edin: Evin şərafəti onun sakinlərinin əzəmətilə ölçülür. Nə qədər ki, evin əhli gecə və gündüz Allahın zikri ilə məşğuldurlar bu şərafət və əzəmət günbəgün aliləşir. Kim Peyğəmbər Əhli beytinin şərafətini inkar etməyə cürət edər? Bəli imanı olmayalar bu evə qarşı hücum çəkib Rəsulullahın vəsiyyətinə xəyanət edər. Allah-taala Quranida bizə xəbərdarlıq edir:- “Ey iman gətirənlər! Peyğəmbər  sizə evinə icazə verməmiş daxil olmayın.” (Əhzab. ayə 53)

Bəs onda Fatimənin evinə hücum edənlər kimin icazəsi ilə bu faciəni törədib onları odla hədələdilər? Onlar bilirdilər ki, evin içindəkilər kimlərdir və onlar zikr əhlidirlər. Onların behişt əhli olduqlarını bildikləri halda nə haqla icazəsiz evə daxil olub sakinləri zorla çölə çıxartdılar? Onlar qəzəbi Allahın qəzəbi və razılığı Allahın razılığı olan şəxsi qorxutduqlarına görə məhkum deyillərmi? Atasının əzasında sinəsi dağlanmış insanın musibətinə məhəl qoymadan ona bir daha əzab vermək necə də dəhşətdir! Deyirlər: Fatimə Əbu Bəkri və Öməri bağışladı. Allah bağışlayan və mehribandır. Əgər onlar günah ediblərsə xırda bir günah olub və onlardan üz döndərməyə səbəb olmamalıdır. (Şərhu nəhcil bəlağə İbn Əbil Hədid)

Burada belə bir sual yaranır ki, bunu deyən hardan bilir ki, Fatimə onları bağışlayıb? Həzrət (s.ə) onları necə bağışlayıb ki, əhli sünnətin alimləri özləri iddia edirlər ki, Fatimə dünyadan gedəndə onlara qarşı qəzəbli idi. Necə iddia edirlər ki, Allah və Rəsulu (s) onları bağışlayıb? Bunu sübut etmək lazımdır. Allahın və Rəsulullahın razı olmasının şərti Fatimənin razılığı olduğu haqda rəvayətləri oxuduq. Dediyimiz kimi Fatimənin azar və əziyyəti eynən Allahın və Rəsulullahın azar və əziyyətidir. Quran ayəsi bü əziyyəti rəva görənlərin dünya və axirətdə əbədi lənətə layiq olub ən şiddətli əzabla cəzalanmasını təkid edir. Əbədi lənətə və əzaba layiq olan əməl bağışlanıb kiçik sayıla bilərmi. Fatiməni incidib qəzəbə gətirəndən üz döndərmək lazımdır çünki bu Rəsulullahın (s) sünnətidir. “Allaha və axirət gününə iman gətirən heç bir tayfanın Allahın və Onun Peyğəmbərinin düşmənləri ilə dostluq etdiyini görməzsən. hərçənd bu düşmənlər onların ataları, övladları, qardaşları və yaxın qohumları olsalar belə” (Mucadilə ayə 22) Quranın hökmünə əsasən dostluq və düşmənçilik qarışdırılmamalıdır. Rəsulullahın və Fatimənin dostu onların dostları ilə dost düşmənləri ilə düşmən olmalıdır. Fatiməni incidib Onu və Rəsulullahı qəzəbləndirən, Fatimənin qüssəli və qəzəbli halda dünyadan getməsinə səbəb olanlar şübhəsiz Rəsulullahın və Fatimənin düşmənləridirlər. Rəsulullahın və Fatimənin düşməni ilə dost olmaq olmaz.

Şübhələrin hər dəfə müxtəlif şəkillərdə meydana gətirilməsi tarixi həqiqətləri qəbul etməkdən boyun qaçırıb təhrif etmək üçündür. Bu təzə bir metod deyil, xəlifələrin zamanından davam edir. Şeyx Nəsiruddin Tusi  Seyyid Murtəzanın “Kitabuşşafi” əsərinə yazdığı “Təlxisuşşafi” kitabında 3/76 yazır: “ Əvvəllər hədis yazanlar Rəsulullahın qizına qarşı edilən hörmətsizlikləri nəql etməkdən imtina etmirdilər. Onlar bu kimi həqiqət

Sual (5) : Salam. "i Huseyni(e) sieler sehid etdiler" ve ya "i Elini(e) seven de, onun yolunu geden de bizik" deyen heyasiz tekfircilerin tutarli cavabi neter olmalidir? Allah razi olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam. 
Şeyx Şüştəri (r.ə) belə yazır: "İmam Hüseynin (ə)qatili ilk əvvəl Yeziddir. Çünki O İmam Hüseyndən (ə) zorla beyət alınmasını, beyət etmədiyi təqdirdə həzrətin başının özünə göndərilməsini əmr etmişdi. Yeziddən sonra İmam Hüseynin (ə) qatili İbni Ziyaddır. Çünki o bu cinayətə zəminə hazırlamış və İmamın əleyhinə ordu yığmışdır. Ondan sonra da İmamın qatili İbni Səddır. Çünki Kərbəla hadisəsindən sonra onu, İmam Hüseynin (ə) qatili olaraq çağırırdılar. Onlardan sonra da İmamın (ə) qatili Şimrdir. Çünki o da böyük müsibətin faili olmuşdur.

Əgər Kufə camaatı şiə idilərsə bəs İmam Huseyn (ə)-ın yanındakılar kim idilər? Kufəlilər şiə idilər amma Əbu Süfyanın şiələri. İmam Hüseyn (ə)-ın sözünə diqqət edin üzünü Kufə əhlinə tutub deyir: “Vay olsun sizə ey Əbu Süfyan şiələri (tərəfdarları)! Əgər dininiz yoxdursa və qiyamət günündən qorxmursunuzsa, heç olmasa bu dünyada azad olun...”

İmam Hüseyn (ə) -ın şiələri Həbib ibni Məzahir, Müslüm ibni Ovsəcə və s. idiki Kufədən İmama köməyə gəldilər.Gələ bilməyənlər Muxtar səqəfi kimilər ya zidanda idilər ya onların qabaqın kəsib gəlməyə qoymadılar.

Allah-təala Fəth surəsi 11 ci ayədə buyurur: Onlar dilləri ilə qəlblərində olmayan şeyi deyirlər. Vəhhabilər əməldə Yezidi dəstəkləyirlər və Yezid və Müaviyənin adına qoşun yaradırlar, tarix boyu dəfələrlə Kərbəlaya hücum çəkib qarət ediblər. 

...Sizi öz sözləri ilə razı salırlar, halbuki, ürəkləri imtina edir. Onların çoxu (Allaha və vicdanlarına qarşı) itaətsizdirlər. Tövbə ayə 8.

Allah sizə yar olsun.

Sual (6) : salam aleykum. sualim budurki Imam Eli(e) xelifelerin dovrunde cemiet namazi qilanda Ebu bekre.Omere.Osmanin arxasinda qalib namaz qilibmi? yani Imam Eli(e) onlara iqtida edibmi? bu haqda melumat isterdim.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam. 

Hz.Əli (ə.s) xəlifələrin arxasında namaz qılıbmı? (İhsan İlahi Zahirə rədd)

ŞÜBHƏ:

Nasibilərin öndə gələnlərindən olan İhsan İlahi Zahir yazır:

كان عليّ أحد المستشارين المقرّبين إليه، يشترك في قضايا الدولة وأمور الناس ، ويشير عليه بالأنفع والأصلح حسب فهمه ورأيه... لا يمنعهمانع ولا يعوقه عائق، يصلّي خلفه ويعمل بأوامره، ويقضي بقضاياه، ويستدلّ بأحكامه ويستند

Əli Əbu Bəkrin yaxın müşavirlərindən biri olmuşdur. Belə ki, o, dövlət və camaatın işlərində iştirak edirdi və ən dəyərli məsləhətlər verirdi. Bu işlərdə heç bir kəs ona mane olmurdu. Ömərin arxasında namaz qılır, onun əmrlərinə əməl edir, onun qəzavətlərilə qəzavət edir və onun hökmlərinə istinad edib istidlal edirdi.

əş-Şiə və Əhl əl-Beyt, s.61

CAVAB:

1. Rəvayətlərin araşdırılması:

Məsələnin həqiqətinin aydın olması üçün gərək Əli (ə.s)-ın xəlifələrin arxasında namaz qılmasına dəlalət edən hədisləri bir-bir araşdıraq.

Birinci hədis:

روى الطبرسى في الاحتجاج: وحضر المسجد وصلّى خلف أبي بكر

ət-Təbərsi "əl-İhticac" kitabında rəvayət edir ki, Əli (ə) məsciddə hazır olub Əbu Bəkrin arxasında namaz qıldı.

əl-İhticac, 1/126; Bihar əl-Ənvar, 29/127; Mədinə əl-Məaciz, 3/152

Əvvəla bu rəvayətin sənədi mürsəldir. Çünki ət-Təbərsi bu rəvayəti bir başa və vasitəsiz olaraq Həmmad ibn İsadan, o da İmam Sadiqdən (ə.s) nəql etmişdir. Halbuki, Həmmad ibn İsa h.q tarixilə 190-cı ildə, lakin ət-Təbərsinin özü 548-ci ildə vəfat etmişdir.

Ikincisi, Təbərsinin sözünün əsası əl-Qumminin təfsirində qeyd olunan hədisdir. Belə ki, o, bu rəvayəti öz atası İbrahim ibn Haşim, o da İbn Əbi Ümeyrdən, o da Osman ibn İsa və Həmmad ibn İsadan, o da İmam Sadiq (ə.s)-dan nəql etmişdir. Bu rəvayətin sənəd cəhətdən heç bir problemi yoxdur, lakin dəlalət baxımından başqa bir şeyi sabit edir.

əl-Qumminin təfsirindəki rəvayət belədir:

حضر المسجد ووقف خلف أبى بكر وصلّى لنفسه

İmam Əli (ə.s) məsciddə hazır olub Əbu Bəkrin arxasında dayanar və öz füradə (yəni, fərdi, təklikdə) namazını qılardı.

Təfsir əl-Qummi, 2/158-159; Təfsir Nur əs-Səqəleyn, 4/188

Üçüncüsü, bu rəvayətin özündə belə gəlmişdir ki, Əbu Bəkr Ömərlə məsləhətləşərək Xalid ibn Vəlidə tapşırdı ki, namazın salamında Əlini qılıncla öldürsün. Lakin o, namaz vaxtı peşman oldu və salamdan sonra Xalidə belə dedi:

!يا خالد لا تفعل ما أمرتك به
Ey Xalid sənə əmr etdiyim işi etmə!

Maraqlı burasıdır ki, əhli-sünnənin böyük alimlərindən əs-Səmani (əl-Ənsab, c.3, s.90) və ustad Buxari ("əs-Səhih"in müəllifi yox) də bu hədisi nəql edib.

حديث أبي بكر رضي اللّه عنه : أنّه قال : «لا يفعل خالد ما أمر به. سألت الشريف عمر ابن إبراهيم الحسيني بالكوفة عن معنى هذا الأثر فقال : كان أمر خالد بن الوليد أن يقتل عليّاً ، ثم ندم بعد ذلك ، فنهى عن ذلك

Əbu Bəkr buyurdu: Xalid ona tapşırılanı etməsin! Mən Kufədə Ömər ibn İbrahim əl-Hüseynidən bunun mənasını soruşdum. O dedi ki, Əbu Bəkr Xalid ibn Vəlidə əmr etmişdi ki, Əlini (ə) öldürsün, sonra peşman oldu və Xalidi də bu işdən çəkindirdi.

əs-Səmani, əl-Ənsab, c.3, s.90 və c.6, s.170; Dar əl-Cənan, Beyrut, 1400

Ikinci  hədis:

وفي نوادر أحمد بن عيسى الأشعري عن  عثمان بن عيسى ، عن سماعة ، قال : سألته عليه السلام عن مناكحتهم والصلاة معهم ؟ فقال : هذا أمر تمديد  إن يستطيعوا ذاك ، قد أنكح رسول الله صلى الله عليه وآله ، وصلى علي عليه السلام وراءهم
Əhməd ibn İsa əl-Əşəri Osman ibn İsadan, o da Sumaədən dedi: İmamdan müxaliflərlə evlənmək və onlarla namaz qılmaq haqqında soruşdum. O, buyurdu: Buna imkan olduğu surətdə bu daxili bir məsələdir. Peyğəmbər (s.ə.a) onlarla nikah edib və Əli (ə.s) onların arxasında namaz qılıb.
Hürr əl-Amili, Vəsail əş-Şiə, c.8, s.301, №10726

Bu rəvayəti Şeyx Hürr Amili (r.ə) öz "Vəsail əş-Şiə" kitabında (c.8, s.299), "İqtida olunması caiz olmayan şəxsin arxasında birinci cərgədə dayanıb təqiyyə üzündən camaat namazı qılmağın müstəhəb olması” babında nəql etmişdir. Yəni insanın canı, malı və namusu xətərdə olarsa təqiyyə üzündən müstəhəbdir ki, iqtida olunması caiz olmayan şəxsin arxasında camaat namazında hazır olsun. Bu rəvayəti Əllamə Məclisi də öz "Bihar əl-Ənvar" əsərində (c.100, s.375), "Müşrik, kafir, müxalif və nasibilərin nikahı" babında nəql etmişdir. Bu hədis sünniləri öz məqsədlərinə çatdırmır. Çünki təqiyyədə məcburiyyətin rolu var, belə ki, əgər insan məcbur olsa öz qızını kafir və müşriklərlə də əqd edə bilər. Qaldı ki, zahirən özünü müsəlman bilib beş vaxt namaz qılanın arxasında namaz qılmağa, əlbəttə ki, bu caizdir.

Üçüncü hədis:

روى الحميري عن  جعفر ، عن أبيه قال :  كان الحسن والحسين عليهم السلام يقرآن خلف الإمام
Himyəri Cəfərdən o da atasında rəvayət edir ki buyurdu: Həsən (ə) və Hüseyn (ə) imam camaatın arxasında namaz qıldı.
Qərib əl-Əsanid, s.114, №7

"Vəsail əş-Şiə"də də həmçinin belə gəlmişdir:

عبد الله بن جعفر في (قرب الإسناد) عن الحسن بن ظريف ، عن الحسين بن علوان ، عن جعفر ، عن أبيه قال : كان الحسن والحسين عليهما السلام يقرآن خلف الامام
Abdullah ibn Cəfər (Qərib əl-Əsanid) Həsən ibn Zərifdən, o da Hüseyn ibn Əlvandan, o da Cəfərdən, o da atasından nəql edir ki buyurdu: Həsən (ə) və Hüseyn (ə) imam camaatın arxasında namaz qıldı.
Hürr əl-Amili, Vəsail əş-Şiə, c.8, s.366 (Alul-Beyt nəşriyyatı), c.5, s.430 (əl-İslamiyyə nəşriyyatı)

Əllamə Məclisi bu rəvayətdə olan “imam” kəlməsinin bəyanında belə yazır:

خلف الإمام"  أي أئمة الجور الذين كانوا في زمانهما عليهما السلام"
“Xəlfəl-imam” sözündəki “imam”dan məqsəd Onların (Həsən və Hüseynin) zamanında yaşayan zalım rəhbərlər olmuşlar....
Əllamə Məclisi, Bihar əl-Ənvar, c.85, s.47

Bəli, İmam Həsən (ə) və İmam Hüseyn (ə) onların arxasında namaz qılıb, lakin onlara iqtida etməyib öz namazlarını qılırdılar.

Onların zamanında onların arxasında camaat namazında iştirak etmək təkidli müstəhəbdir. Bunu bir çox alimlər qaildirlər və rəvayətlər də bu hökmü təsdiq edir. Təqiyyə zamanı isə camaat namazında iştirak etmək vacibdir. Əlbəttə ki, bu surətdə əgər imkan varsa öz namazını evdə qılsın, sonra camaat namazında hazır olsun. Əgər buna da imkanı yoxdursa, camaat namazında iştirak edib öz namazını qılsn və qiarəti (yəni birinci rükətdə həmd və surəni) də oxusun. Yəni, qiraət onun boynundan düşməz.

2. Əhli-sünnə mənbələri nə deyir?

Sələfilərin məşhur şeyxləri İbn Baza görə, əqidəsini bilmədiyimiz şəxsin arxasında namaz qılmaq da caizdir. Hətta günahkar və bidətə çağıran şəxs olsa belə, onun arxasında namaz qılmaq caizdir. Sonra İbn Baz səhabə həyatından misallar gətirir ki, Ənəs b. Malik və Abdullah b. Ömər Həccac b. Yusifin arxasında, digərləri isə Vəlid b. Uqbənin arxasında namaz qılıblar. Və qeyd edir ki, Həccac günahkar və zalım şəxs olub, Vəlid isə sərxoş olana qədər içki içib namaza durardı və sübh namazını 4 rəkət qıldırardı. Sonra da soruşardı ki, artırım rəkətlərin sayını?

Yəni, əhli-sünnənin bu cür yollarla ilk üç xəlifənin Hz.Əli (ə.s)-adn üstün olmasını və onların münasibətlərinin yaxşı olmasını göstərmək boş bir əməldir. Tarix və hədislər tam əksini deyir. 

Allah sizə yar olsun.

Sual (7) : Salamun əleykum.Şəkk-şübhələr qarşısında vəzifəmiz nədir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bəzilərinin fikrincə, insan istənilən bir yaşda istənilən bir məlumatı qeyd-şərtsiz dinləyə bilər. Onlar belə bir ayəyə istinad edirlər: “Bəndələrimə müjdə ver; o kəslər ki, sözü dinləyər və onun ən gözəlinə tabe olarlar.”[75] Hansı ki, bu şərif ayə gözəl sözü seçməyi bacaran alimlər və nəzər sahibləri haqqındadır. Adi bir insan istənilən bir yaşda, səthi məlumatla yaxşını pisdən seçə bilməz. Digər bir ayədə buyurulur: “Onlar Allahın hidayət etdiyi və düşüncə sahibi olan kəslərdir.”[76]
Bu səbəbdən də etiqadını mötəbər mənbələrlə möhkənməndirməmiş, şübhələrə cavab vermək gücü olmayan insan bu meydana qədəm qoymamalıdır. İnsan dövrü tanımalı, bu günü və gələcəyi üçün proqram hazırlamalıdır. Bir yerdə oturub, yalnız sarsıdıcı şübhələr və zəhərli təbliğatlarla üzləşdikdə çarə ardınca qaçmaq düzgün deyil. Xəstəliyin qarşısını almaq üçün uşaq peyvənd edildiyi kimi, biz də şübhələri qabaqlayaraq, onlara cavab tapmalıyıq ki, müxaliflərlə üzləşdiyimiz vaxt özümüzü itirməyib yetərli cavab verə bilək.
İmam Sadiq (ə) buyurmuşdur: “Dövrü tanıyan kəsə şübhələr hücum çəkməyəcək.”[77]
Həzrət Əli (ə) buyurmuşdur: “Öz dövrünü tanıyan insan hazırlığı yaddan çıxarmayacaq.”[78]
[75]  “Zümər”, 17, 18.
2[76]  “Zümər”, 18.
[77]  “Kafi”, c.1, s. 27; “Tohəful-uqul”, s. 356; “Bihar”, c. 75, s. 268.
[78]  “Kafi”, c.8, s. 23; “Əmali”, s. 400; “Tovhid”, s. 74; “Tohəful-uqul”, s. 98; “Bihar”, c. 74, s. 287.

Allah sizə yar olsun.
Sual (8) : Salam. Təvəssül nədeməkdir bu islam dininə görə şirk deyil? Allah razı olsun.
Allahın adı ilə.   
Əleykumus-salam.        
Təvəssül bir növ şəfaətə oxşardır. Müxtəlif maddi və mənəvi çətinliklərlə üzləşən insanlar, “Allahın dostlarına-sevdiyi bəndələrə” (Peyğəmbər və imamlara) müraciət edərək, onların vasitəsilə Allahdan öz hacətlərini almağa çalışırlar. Onlar bir tərəfdən Allaha üz gətirərək, digər tərəfdən Allah yanında hörmətli şəxsləri Onun üçün vasitə qərar verirlər. Bu iş−yəni təvəssül, İslam dini tərəfindən qəbul olunmuş bir vasitədir. Qur`ani-kərim buyurur: “Onlar özlərinə zülm edən vaxt (günah edəndən sonra) sənin yanına gəlsəydilər və (sənin vasitən ilə) Allahdan bağışlanmalarını diləsəydilər, Allahın Rəsulu da, onlar üçün bağışlama diləsəydi, Allahı tövbələri qəbul edən və mehriban görərdilər.” (Yusif, 97-98).
Həmçinin, Yusif Peyğəmbərin (ə) qardaşlarının əhvalatında oxuyuruq ki, günahkar qardaşlar öz atalarına təvəssül edərək dedilər: “Ey ata, bizim üçün Allahdan bağışlanmağımızı istə ki, günahkar idik.” (Yusif, 97) Yəqub (ə) da, onların bu təvəssülünü qəbul edərək, söylədi: “Tezliklə mən Allahdan sizin bağışlanmağınızı istəyəcəyəm. O, mehriban və bağışlayandır.” (Yusif, 98) Bütün bu ayələr, təvəssülün qədim ümmətlər üçün də, olduğunu təsdiqləyir.
Əziz oxucu, yadda saxlamaq lazımdır ki, Övliyaallah (Allahın dostları-Peyğəmbərlər və imamlar) yalnız Allahın izni və razılığı ilə günahları bağışlatmaq, hacəti rəva etmək qabiliyyətinə malikdirlər. Hər kəs onları Allahın icazəsi olmadan və müstəqil surətdə günahları bağışladığına, hacət verdiyinə etiqadlı olsa bir növ şirkə və küfrə düçar olmuşdur. Bundan əlavə, Allahın dostlarına ibadət etmək qəsdilə əncam verilən təvəssül də şirk və küfrdür. Çünki həqiqətdə, Allahın dostları, Onun icazəsi olmadan heç nəyə malik və sahib deyildirlər. Qur`ani-kərim buyurur: “De ki; Allahın istədiyi (verdiyi-əta etdiyindən) başqa, mən hətta öz mənfəət və zərərimin də, maliki deyiləm.” (Əraf, 188) Bununla belə İslamın müxtəlif firqələri arasında təvəssül bəhsinə aid çoxlu ifrat və təfritlər olur ki, onlar hidayət olunmalı və öz həllini tapmalıdır.
Allah sizə yar olsun. 
Sual (9) : Salamun əleykum. Qurani-kərimin bəzi ayələri şəfaəti mütləq şəkildə rədd edir. Məsələn; Bəqərə, 252: “Ey iman gətirənlər, alış-veriş, dostluq və şəfaət olmayan gün (Qiyamət günü) gəlib çatmamışkən, sizə ruzi olaraq verdiklərimizdən infaq edin.” cavablandırın xaiş edirəm.
Allahın adı ilə.
Əleykumus-salam.
Şəfaət Quranda sabit olunmuş və inkar olunmaz bir mövzudur. Və heç bir kəs onu inkar edə bilməz (Bəhsimizin əvvəlində bu ayələrə işarə olundu.) Lakin şəfaəti mütləq şəkildə rədd edən ayələrə gəldikdə isə;
1-Allahın icazəsi olmadan müstəqil olaraq hər hansı bir şəxsin etdiyi şəfaəti rədd etmək məqsədi daşıyır.
2-Şəfaətə layiq olmayan dəyərsiz insanları və bağışlanmaz pis əməl sahiblərinin barəsində olan şəfaəti rədd edir.
Şəfaət cəmiyyətin tərbiyə edilməsində, günahkar insanların doğru yola qayıtmasında və paklığa, haqqa doğru meyl edərək, bağışlanmağa ümidvar olmasında çox əhəmiyyətli bir amildir. Diqqət etmək lazımdır ki, şəfaət hesab-kitabsız bir iş olmayaraq, olduqca ölçülü-biçili bir məsələdir və yalnız şəfaət üçün layiqli insanlar şəfaət oluna bilərlər. Günah bataqlıqlarında boğulan, qərq olan şəxslər, şəfaət olunma hüququndan məhrumdurlar. Beləliklə, şəfaət günahkar insanlar üçün həm ümid, həm də, ciddi xəbərdarlıqdır. Günah sahibləri əncam verdikləri günahların bağışlanmasına ümidvar olmalı və eyni halda gələcək həyatlarında onları bir daha təkrar etməməyə çalışmalıdırlar.
Allah sizə yar olsun.
Sual (10) : Salam. Abdullah ibn Səba kimdir?nə vaxt yaşayıb? Və niyə şiəliyin yaradanı kimi tanıtdırılır sələlilər tərəfindən? Əvvəlcədən təşəkkür edirəm ALLAH köməyiniz olsun.
Allahın adı ilə.   
Əleykumus-salam.        
Bu iddianın şiə məzhəbi barəsində ağ yalan və iftira olması gün kimi aydındır. Hər şeydən öncə hamıya mə’lumdur ki, şiə e’tiqadı üçüncü xəlifə Osman ibni Әfvanın dövründə meydana gəlməmişdir. Ötən bəhsimizdə göstərdik ki, şiə məzhəbinin hələ Peyğəmbərin (s) dövründə mövcud olması onlarla əhli-sünnə kitablarında təsdiq olunmuşdur. Yüzlərlə mö’təbər hədis bu məzhəbin Peyğəmbərin (s) özü tərəfindən açıqlanmasını sübuta yetirir və onun tarixi köklərinin bu təəssübkeş alimlərin iddialarına uyğun olmadığına şəhadət verir. Digər tərəfdən əgər şiə məzhəbinin banisi həqiqətən də Abdullah ibni Səba olmuşdursa, gərək bu şəxs şiələr tərəfindən bir əqidə rəhbəri, mö̀htərəm bir şəxs kimi qəbul olunsun.
Sözsüz ki, bir məzhəbin banisi, o məzhəb tərəfdarları tərəfindən həmişə tə’rif və sitayiş olunmalıdır.
Lakin, şiə məzhəbinin elmi, tarixi mənbələrinə baxsaq, bu şəxsi tə’rif və sitayiş edən bir cümləyə də rast gəlmərik. Әksinə, Abdullah ibni Səba və onun əqidəsi bütün şiə kitablarında tənqid olunmuş, hətta o, ifratçı şəxsə lə’nət yağdırılmışdır.
Bütün şiə kitablarında nəql olunmuş hədislərdə Abdullah ibni Səbanın kafir və məl᾿un bir şəxs olduğu göstərilir. Әllamə Məclisinin “Biharul-Әnvar” kitabında, həmçinin onlarla digər kitablarda mö’təbər sənədlərlə göstərilir:
“Әli (s) Abdullah ibni Səbanı üç gün həbsdə saxladıqdan sonra, o şəxs tövbə etmədiyi üçün onu odda yandırdı”.
Həmin kitablarda imam Cə’fər Sadiq (ə)-ın Abdullah ibni Səba barəsində buyurduğu hədis təkrar-təkrar yazılmışdır:
“Allah Abdullah ibni Səbaya lə’nət etsin; o kişi Әli (ə)-ın Allah olduğunu iddia etdi. Allaha and olsun ki, Әli (ə) Allahın itaətkar bəndəsi idi. Vay olsun bizim haqqımızda yalan söyləyənlərə....”
İbni Babəveyh «Әqaidi Səduq» kitabında imam Cə’fər Sadiq (ə)-ın səhabəsi ibni Ә’yundan nəql edir:
«Bir gün imam Sadiq (ə)-ın hüzuruna gedib soruşdum ki, Abdullah ibni Səbanın nəslindən bir şəxs deyir ki, Allah-taala Məhəmməd (s) və Әli (ə)-ı yaradıb bütün işləri onlara tapşırdı. Onlar yaradar, ruzi verər, öldürər və dirildərlər. Sizin bu barədə fikriniz necədir? İmam Sadiq (ə) buyurdu: Yalan deyir o Allah düşməni.»
Әgər biz şiə kitablarına nəzər salsaq, Abdullah ibni Səbanı lə’nətləyən yüzlərlə hədisə rast gələrik.
Doğrudan da əgər Abdullah ibni Səba bu məzhəbin banisi olsaydı, şiələr nə üçün «öz əqidəvi rəhbərlərinə» bu qədər tənqid və lə’nət yağdırmalı idilər?!
Belə bir şəxsin tarixdə mövcud olması və batil bir məzhəbin bünövrəsini qoyması ilə işimiz yoxdur. Lakin o kafir və iftiraçı şəxsin bəyan etdiyi heç bir əqidə şiə məzhəbinə aid deyildir.
Yuxarıda qeyd etdiyimiz hədislərdən mə’lum olur ki, Abdulllah ibni Səba Әli (ə)-ın Allah olduğunu iddia edirdi. Bu fikir «Ğulat» yə’ni, «Әliallahilər» məzhəbinin bünövrəsini qoydu. Әliallahilər məzhəbinin heç bir əqidəsi şiə məzhəbi tərəfindən qəbul olunmamış və onlar kafir hesab olunmuşlar.
Onlar yəhudi əsilli bir iftiraçının yalanlarına uyub kor-koranə şəkildə Qur’ani-Kərimin göstərişlərinə qarşı çıxır, Әli (ə)-ın Allah olduğuna e’tiqad bəsləyirlər.
Şiə məzhəbində e’tiqad məsələlərini açıqlamağa və ya geniş izahat verməyə ehtiyac yoxdur. Bütün şiələr Allah-taalanın vahid olduğuna, Allahdan özgə hər şeyin məxluq və ona möhtac olduğuna inanırlar.
«De ki, ey kitab əhli, nahaq olaraq öz dininizdə həddinizi aşmayın.....» (Maidə-77).
Vahid Allaha iman gətirən şiələr bu ayəni rəhbər tutaraq hər hansı bir şəxsin barəsində həddən artıq tə’rif vermək, o şəxsi sahib olduğu məqamdan uca hesab etməyi öz əqidəsinə zidd hesab edirlər.
Bütün şiə kitablarında Әli (ə)-ı Allah hesab edən şəxslər kafir və murdar hesab olunur, onlarla evlənmək, onları qüsl-kəfən edib müsəlman qəbristanlığında dəfn etmək qadağan edilir.
Bu batil məzhəbi lə’nətləyən saysız-hesabsız hədislər şiə kitablarında yazılmışdır.
Gördüyünüz kimi Abdullah ibni Səba kimi iftiraçı bir şəxsin nə özü, nə əqidəsi şiə məzhəbi tərəfindən qəbul olunmamışdır. Şiə məzhəbi Әli (ə)-ı ilahiləşdirən, hətta onu Peyğəmbərdən (s) yüksək təqdim edən hədisləri tamamilə yalan və iftira hesab edir.
«Ya Әli, doğulduğun günü görməsəydim sənə Allah deyərdim».
Böyük Peyğəmbərimizdən (s) nəql olunmuş bu kimi qondarma hədislər, İslam dinini, xüsusilə şiə məzhəbini gözdən salmaq üçün uydurulmuş yalanlardır.
Allah sizə yar olsun. 
Go to TOP