Sual (1) : salam aleykum.Allah-taala buyurur: “O kitabda Bəni-israilə xəbər verdik ki, yer üzündə iki dəfə fəsad və inadkarlıq (tüğyan) edəcəksiniz – böyük bir inadkarlıq (tüğyan).”“İsra” surəsi, ayə: 4 bu ayənin mənası nədir?
Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam. 

وَقَضَيْنَا إِلَى بَنِي إِسْرَائِيلَ فِي الْكِتَابِ لَتُفْسِدُنَّ فِي الأَرْضِ مَرَّتَيْنِ وَلَتَعْلُنَّ عُلُوًّا كَبِيرًا
"Biz kitabda (Tövratda) Bəni-İsrailə elan etdik ki, siz, şübhəsiz, yer üzündə iki dəfə fəsad törədəcək, böyüklük sorağında olacaqsınız.”
Nöqtələr
Ola bilsin ki, «Bəni-İsrailin iki dəfə fəsadı» dedikdə, öncə Şəyanın şəhadəti və aramilərin müxalifəti, sonra Zəkəriyya və Yəhyanın qətlə yetirilməsi nəzərdə tutulmuşdur. Əlbəttə ki, digər macəralar da ehtimal olunur və sonrakı ayələrdə buna işarə olunmuşdur.
Behişt istənilən şəkildə böyükyanalıq və təkəbbürdən uzaq insanlara məxsusdur. Özünü başqalarından böyük və üstün bilənlərə behiştdə yer yoxdur. ("Rəd”, 6 )
Bildirişlər
1. Səmavi kitablar gələcəkdən də xəbər vermişdir.
2. Yəhudi qövmünün keçmişi Tövratda da qeyd olunmuşdur.
3. Fəsadın insan həyatına, mədəniyyətə, iqtisadiyyata, hərbi işlərə və siyasətə aid növləri var.
4. Üstünlük istəyi və yer üzündə fəsad dünyapərəstlərin xislətlərindəndir.
5. Təkəbbür üzərində qurulmuş və təkrarlanan fəsad daha təhlükəlidir.
6. Bəzən müstəzəflər (zəif düşmüşlər) də təkəbbürə uğrayırlar.
Allah sizə yar olsun.
Sual (2) : Salam Qardas, mene İsa Peygemberin olmediyi ile bagli Qurandan ayeler lazimdi. Bir xristian istedi. Mene ayeleri deseniz cox shad olaram.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Nisa surəsi ayə 157. və eləcə də «biz Allahın peyğəmbəri Məryəm oğlu İsanı öldürdük» demələrinə görə (lənət və əzaba düçar oldular)! Halbuki onu öldürmədilər və çarmıxa çəkmədilər, amma iş onlara belə göründü (güman etdilər ki, İsa döyüşdə öldürüldü, yaxud onun şəklində olan başqa bir şəxsin öldürülməsini güman etdilər, yaxud da yalandan peyğəmbərlik iddiasında olan İsa adlı birisi bir müddətdən sonra öldürüldü). Həqiqətən onun barəsində fikir ayrılığında olanlar bu barədə şəkk və tərəddüd içərisindədirlər və o haqda zənn və gümana tabe olmaqdan başqa bir elmləri yoxdur. Onu həqiqətən öldürməyiblər,
158. əksinə, Allah onu (diri halda və dünyadakı bədəni ilə) Özünə (dərgahına) tərəf qaldırıb. Allah həmişə yenilməz qüdrət və (xilqət və şəriətdə) hikmət sahibidir.
Allah sizə yar olsun.

Sual (3) : assalamu ale Sual: assalamu aleykum! maide suresinin 72-ci ayesi deqiq ayedir, yoxsa mutasabid? bu ayenin tesviri nedir? cunki xacpereslerin boyuk ekseriyyeti bu ayeye esasen kitab ehli olsalarda kafir olurlar. bele halda momin insan onlari ALLAHIN dusmeni hasab ederek firu dinin 10-cu maddesine esasen onlarla nece reftar etmelidir?ykum!
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Ümumiyyətlə dində müsəlman olmayan kafir hesab olur. Hətta əgər Allaha şərik qoşmasalarda Hz. Muhəmməd peyğəmbəri (s) inkar etdikləri üçün kafir hesab olur.
İnsanları doğru yola dəvət edib günahdan çəkindirmək, hər bir müsəlman üçün vacib olan dini vəzifələrdəndir. Cəmiyyətdə müəyyən mövqe seçmiş insanlar, təbii olaraq müxaliflərlə üzləşir. Bu müxaliflər sülhsevər və təcavüzkar olmaqla, iki qrupa bölünürlər. Birinci qrup müxalifətlə məntiq və əxlaqla rəftar etmək olduqca təsirlidir. «Nəhl» surəsinin 125-ci ayəsi uyğun mövzudan bəhs edir. Qurani-kərimin bir sıra başqa ayələrinə də istinad edərək, müxaliflərlə rəftar üsullarını aşağıdakı ardıcıllıqla proqramlaşdırmaq olar:
1. Allahın yoluna hikmətlə dəvət et;
Hikmət dedikdə elm, məntiq, dəlillər nəzərdə tutulur. Bu üsulla yatmış düşüncələri oyatmaq mümkündür.
2. Gözəl öyüd-nəsihətlə dəvət et;
İnsanlar xaraktercə gözəlliyə meyilli olduqlarından, kobud şəkildə ifadə olunmuş həqiqətə maraq göstərmirlər.
3. Ən gözəl şəkildə, şirin dil və mehribanlıqla dəvət et;
4. Təcavüzkar müxaliflərlə rəftarda ədalətli ol. Artıq cəza, zülm və günahdır;
5. Sizə cəza vermiş müxalifəti səbir edib bağışlasanız, daha yaxşıdır; 
Ühüd döyüşündə kafirlər Peyğəmbərin (s) əmisi Həmzəni öldürməklə kifayətlənməyib, ciyərini və ürəyini çıxarmış, burnunu və qulağını kəsmişdilər. Həzrət Peyğəmbər (s) düşməndən intiqam almaq haqqında düşünərkən, ayə nazil oldu: «Əgər səbir etsəniz, bu, daha xeyirlidir»109. Peyğəmbər (s) ərz etdi: «Səbir edirəm, Xudaya».
6. Düşmənin əzabı qarşısında səbir etmək yalnız Allaha xatir olduqda, faydalıdır; 
Əslində, Allahın yardımı olmadan vəhşiliyə səbir etmək, qeyri-mümkündür.
7. Dəvət qəbul olunmadığı təqdirdə, kədərlənmə; 
Çünki sən öz vəzifəni yerinə yetirmisən
8. Düşmən hiyləsi qarşısında sıxılıb, meydanı boş buraxma; 
Sənin sığındığın Allah, bütün hiylələri puça çıxarmağa qadirdir
9. Pis əməllərdən çəkin;
10. Xeyir əməl üçün çalış. 
Allah sizə yar olsun.
Sual (4) : assalamu a Sual: assalamu aleykum! maide suresinin 72-ci ayesi deqiq ayedir, yoxsa mutasabid? bu ayenin tesviri nedir? cunki xacpereslerin boyuk ekseriyyeti bu ayeye esasen kitab ehli olsalarda kafir olurlar. bele halda momin insan onlari ALLAHIN dusmeni hasab ederek firu dinin 10-cu maddesine esasen onlarla nece reftar etmelidir?leykum!
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
72. ﴿لَقَدْ كَفَرَ الَّذِينَ قَالُواْ إِنَّ اللّهَ هُوَ الْمَسِيحُ ابْنُ مَرْيَمَ وَقَالَ الْمَسِيحُ يَا بَنِي إِسْرَائِيلَ اعْبُدُواْ اللّهَ رَبِّي وَرَبَّكُمْ إِنَّهُ مَن يُشْرِكْ بِاللّهِ فَقَدْ حَرَّمَ اللّهُ عَلَيهِ الْجَنَّةَ وَمَأْوَاهُ النَّارُ وَمَا لِلظَّالِمِينَ مِنْ أَنصَارٍ﴾
“Həqiqətən, “Allah həmin Məryəm oğlu Məsihdir” deyənlər qəti kafir oldular. (Nə üçün belə deyirlər,) halbuki Məsih özü deyirdi: “Ey Bəni-İsrail, Allaha pərəstiş edin, O mənim və sizin Allahınızdır. Şübhəsiz, Allah Ona şərik qoşan kəsə behişti haram etmişdir və onun yeri cəhənnəmdir. Sitəmkarların heç bir yardımçısı yoxdur.”
Nöqtələr
“Məcməül-bəyan” təfsirində deyilir: “Məsihilərdən olan «Yəqubiyyə» firqəsi elə düşünür ki, Allah Məsihlə zatən birləşdi və onlar bir varlıq oldular.
Bu ayə bə’zi məsihilərin əqidəsini bəyan edir. Onlar Allahı Məsih kimi tanıyırlar. Sonra ayə digər bir qrupun əqidəsini bəyan edir. Onlar üç uqnum əqidəsindədirlər. Qeyd etməliyik ki, Merqis İncilində (on ikinci bab, ayə 29) İsa xalqı tövhidə də’vət etmiş və buyurmuşdur: “Bizim Allahımız vahid Allahdır.” Mətta İncilində isə (altıncı bab, ayə 24) belə bəyan olunur: “İnsanın iki ağa və iki məhbuba malik olması qeyri-mümkündür. İnsan həm Allaha, həm də bir başqasına xidmət edə bilməz.”
İmam Sadiq (ə) kəbirə günahlar haqqında danışarkən buyurmuşdur: “Kəbirə günahların ən böyüyü Allaha şərik qoşulmasıdır.” Sonra həzrət bu ayəni oxumuşdur.
Bildirişlər
1. Böyük çaşqınlıqlar qarşısında qətiyyət göstərilməlidir.
2. Allahın fərdlərdə zühur etməsinə inam küfrdür.
3. Anadan doğulan insan Allah ola bilərmi?!
4. Allahın övliyaları, paklar və salehlər haqqında ifrata varmayaq. İsa özü allahpərəstliyə də’vət etdiyi zaman, onu Allah saymaq nəyə əsaslanır?!
5. Allaha şərik qoşanlar, müşriklər heç vaxt behiştə daxil olmaz.
6. Həzrət İsanı Allah sayanlar kafir, müşrik, zalımdırlar və behiştdən məhrum edilmişlər.
7. Allaha şərik qoşmaq zülmdür.
8. Qiyamətdə şəfaət var. Amma bu şəfaət müşriklərə aid deyil.
Ümumiyyətlə dində müsəlman olmayan kafir hesab olur. Amma kafirlərlə necə rəftar etmək barədə Maidə surəsi ayə 51 buyurur: Ey iman gətirənlər, yəhudi və xaçpərəstləri özünüzə dost və köməkçi tutmayın, onlar bir-birlərinin dostu və köməkçiləridir. Sizdən kim onları özünə dost və köməkçi tutsa, onlardan olacaqdır (və zalımdır və) şübhəsiz, Allah zalım dəstəni hidayət etməz.
Allah sizə yar olsun.

Sual (5) : Səlamun Əleykum. Fəth surəsi 2-ci ayəsinin mənasını anlatsanız minnətdar olaram. Allah sizdən razı olsun.

Allahın adı ilə.   

Əleykumus-salam. 

Fəth. 2. ki, Allah sənin keçmiş və gələcək günahlarını bağışlasın (kafirlərin onların müqəddəslərinə ehtiramsızlıq kimi səndə gördükləri günahları «Allah» kəlməsini ucaltmaqla yox etsin və sənin özün üçün günah saydığın daha üstün əməlin tərk edilməsini mərhəmətini şamil etməklə bağışlasın,) sənə (olan) nemətini tamamlasın, səni doğru yola hidayət etsin.
Ələvə məlumat üçün linkini təqdim etdiyimiz məqaləyə müraciət edin:
Allah sizə yar olsun.
Sual (6) : Bismilləhir-Rəhmanir-Rahim . Səlamun-əleykum .Qurani Kərimin bir çox yerlərində müxtəlif adlarla borcdan danışılır . məsələn : "Bəqərə" surəsinin 245 -ci ayəsində "qard Allah "- Allaha borc , "Bəqərə"surəsinin 282-ci ayəsində "dəyn" , "Tövbə" surəsinin 60-cı zəkat ayəsində "ğa`rim" işlədilir . Sual belıdir : 1) Quranda işlədilən bu borclar ayrı-ayrılıqda hansı borcları ifadə edir ? 2 ) Bunlardan hansı ümumi və hansı xüsusi məna daşıyır ? Əgər ətraflı cavab versəniz sizə çox minnətdar olaram .
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
QURANDA BORC VERMƏYƏ BAXIŞ

Təğabun surəsində, mal-dövlətdən söhbət açıb onu fitnə kimi ünvanlaşdırdıqdan sonra buyurur:

"Əgər Allaha (Allah yolunda) gözəl (könül xoşluğu ilə) borc versəniz, Allah sizin üçün onun əvəzini qat-qat artırar və sizi bağışlayar. Allah qədirbilən və həlimdir! Hədid surəsi-11.

"Qərz" (borc) sözü ərəbcədən, bir şeyin qət olunmasına deyilir. Əgər "həsənə" (gözəl), sözü ilə birlikdə işləsə, maldan ayırıb xeyir işə sərf etmək mə`nasındadır. Ayədən mə`lum olur ki, borc vermək günahların bağışlanmasına səbəb olur. Həmçinin, mə`lum olur ki, Allah-taala da Öz bəndələrinə bu əməlin müqabilində böyük mükafatlar verməklə, onlardan təşəkkür edir. Hədid surəsində oxuyuruq:

"Kimdir o kəs ki, Allah yolunda könül xoşluğu ilə borc versin, Allah da onun əvəzini qat-qat artırsın?! Onu həm də çox qiymətli bir mükafat gözləyir! “Hədid surəsi-18

Yenədə həmin surədə buyurur:

"Şübhəsiz ki, infaq (Allah yolunda xərc) edən kişi və qadınların, Allah yolunda gözəl (könül xoşluğu ilə) borc verənlərin mükafatları qat-qat artırılacaqdır. Onları həmdə çox qiymətli bir mükafat gözləyir!

Bə`ziləri ehtimal verirlər ki ayədəki, "gözəl borc" sözündən məqsəd, bəndələrə borc verib sonra onu almaqdır. Çünki, Allahın Özünün borca ehtiyacı yoxdur. Mö`min bəndələrin borca ehtiyacları vardır. Lakin, ayələrin ləhnindən mə`lum olur ki, "gözəl borc" sözündən məqsəd, "Allah yolunda xərc etmək" nəzərdə tutulur. Bununla belə bəndələrə borc vermək də böyük fəzilət sayılır.Bəqərə surəsi-245

Quranın Bəqərə surəsində buyurur: "Allah yolunda (könül xoşluğu ilə halal maldan) yaxşı borc verən kimdir ki, Allah da onun mükafatını (əvəzini) qat-qat artırsın?! Allah (kimisini) sıxıntıya salar (ruzisini azaldar), (kimisinin də) ürəyini açar (bol ruzi verər). Siz (dünyada) gördüyünüz işlərin əvəzini almaq üçün Onun hüzuruna qaytarılacaqsınınız.” Bəqərə surəsi-278.

Allah sizə yar olsun.

Sual (7) : Salam,Qurandaki Yecuc ve Mecuc tayfalari haqda melumat vererdiniz zehmet olmasa bu mozuyla eleqader Ehli Tesennumle, Shiye arasinda nezer ferqi varmi? varsa nedir? Teshekkur edirem
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam. 
Yəcuc və Məcuc barədə əsas mənbə Qurani kərimdır. Quranda iki yerdə Yəcuc və Məcucdan söz açır. Ənbiya surəsi ayə 96. (İnsanın ixtiyara malik olması Qiyamət əlamətlərinin zühuruna, səddin sınması nəticəsində) Yəcuc ilə Məcuc(un yolu) açılana və onların yüksəkliklərdən sürətlə töküldükləri zamana kimi (davam e)dir. Kəhf surəsi ayə 93. Nəhayət, iki səddin arasına yetişəndə, onlardan aşağıda (ya qabaqda və ya onların yaxınlığında düşüncələrinin darlığı və ya dillərinin fərqliliyi səbəbindən) heç bir söz anlamayan bir tayfa gördü.
94. Onlar (bir yolla) dedilər: «Ey Zülqərneyn, həqiqətən (Nuhun oğlu Yafəsin nəslindən olan) Yəcuc və Məcuc (adlı iki tayfa) bu yerdə fəsad törədirlər (bizi öldürür, var-yoxumuzu qarət edirlər). Bizimlə onların arasında bir sədd düzəltməyin üçün sənə bir xərclik (muzd) təyin edək?» 
95. (Zülqərneyn) dedi: «Rəbbimin, barəsində mənə imkan və qüdrət verdiyi şey (plan cızmaq, memarlıq və lazımı vasitələri tədarük görmək qüdrəti sizin maliyyə köməyinizdən) daha yaxşıdır. Buna görə də mənə (işçi) qüvvə(si) ilə kömək edin ki, sizinlə onların arasında əzəmətli bir sədd qurum.
96. Mənə böyük dəmir parçaları gətirin.» Nəhayət, elə ki, iki dağın arasını (dəmir parçaları düzməklə) bərabərləşdirdi (dəmir divarın hündürlüyü dağların başı ilə bir oldu), dedi: «(Dəmirlərin arasına yanan maddə töküb böyük ocaqlar qalayaraq) üfürün». Nəhayət, hamısını (əridib) od (kimi) edəndə, dedi: «Onun üzərinə (aralarındakı deşiklərə) tökmək üçün mənə ərimiş mis gətirin.»
97. Beləliklə (Yəcuc və Məcuc tayfaları) bir daha onun üstünə çıxa bilmədilər və onda bir dəlik aça bilmədilər.
Yəcuc və Məcuc hansı millətə mənsub olduğu barədə müxtəlif fikirlər irəli sürülmüşdür. Onlardan biridə Yəcuc və Məcucun Monqolustan ətrafında yaşayan  yarıvəhşi qəbilələrdən olmasıdır və ya Dərbənd və Dağıstanda yaşayan ləzgilər olmasıda ehtimal verilib. Onlar qısa müddət ərzində artır və ətraf məntəqələrə basqınlar etməyə başlayırlar. Yəcuc və Məcucun hal hazırda yaşamaqlarıda ixtilaflı məslədir. Yəcuc Məcuc qövmünün hücumunun Qiyamətin əlamətlərindən biri olduğu göstərilir. Bəzi təfsirçilər onların ölüb axirüz-zəmanda yenidən dirilməyini və xüruc etmələrini deyirlər. Bəziləri isə belə bir fikirdədilər ki, miladın on ikinçi ilində monqolların hücumu ilə Qiyamətin əlamətlərindən biri artıq həyata keçmişdir. Bu tarixi məsələ olduğundan şiə və sünni arasında çoxda əhəmiyyət daşımır bəlkə tarixçilər və təfsirçilər arasında fərqli ehtimallar var.  Eləcədə Zül-Qərneynin kimliyindədə müxtəlif nəzərlər var. “Təfsire-nümunə” əsərində bəzi əsaslarla Zül-Qərneynin əslində Kuroş olduğu bildirilir. Əsər müəllifləri yunan tarixçilərinin bəzi məlumatlarına, tövratın müəyyən bəyanatlarına və Kuroşun miladi XІX əsrdə tapılmış iki buynuzlu mücəssəməsinə əsaslanırlar. Amma mərhum Şuərani “Əbul-Futuh” təfsirinin haşiyəsində bildirir ki, Zül-Qərneyn 13 yaşından Ərəstunun şagirdi olmuş Makedoniyalı İsgəndərdir. Amma “Əl-mizan” təfsirində də Kuroş ehtimalına üstünlük verilir.
Allah sizə yar olsun. 
Sual (8) : salam aleykum Bəqiyyətəllahi xeyrun ləkum in kuntum muminin bu ayenin menasi nedir? - Deyirlər ki, İmam Zaman aga ilk bu ayəni zikr edəcək, səbəbi nədir
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
«Əgər imanınız olsa Allahın sizin üçün saxladığı şey daha xeyirlidir» Hud surəsi ayə 86.
 “Bəqiyyətullah” yer üzündə davamlı vücudu olan Sahibəzzamanın ləqəbidir. Hədislərdə bu ayə İmam Zamana (ə) təvil olunur.
Allah sizə yar olsun.
Sual (9) : Səlamun-əleykum . Bismilləhir-Rəhmənir-Rahim. Tövbə surəsinin 40-cı ayəsi ilə əlaqədar cavabınızı aldım . Sizə çox minnətdaram ." Saniyəsneyni " kəlməsi ərəb dilində nə cür yer tutur və hansı mənaları ifadə edir ?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bu kəlmə ərəb ədəbiyatında hu əvəzliyindən hal gəlmişdir və tərcüməsi belədir: iki nəfərdən biri (ikinin ikincisi) olaraq...
Allah sizə yar olsun.
Sual (10) : Əssəlamun-əleykum . Qurani Kərimin Tövbə surəsinin 40-cı ayəsində : 1 ) " səniyəsneyni" - ikinin ikincisi ifadəsi nə üçün işlənmişdir? 2) Nə üçün müşriklər Peyğəmbəri (s.ə.a.s ) onun peyğəmbərliyinin ilk dövrlərində deyil , 13 ildən sonra qətlə yetirmək qərarına gəldilər ?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Ayənin siyaqına əsasən saniyəsnəyndən məqsəd yalnız peyğəmbərdir. Həmçinin ərəb ədəbiyyatına əsasən, ‘‘saniyəsnəyn’’ əxrəcəhu kəlməsindəki, Hu-dan (hu əvəzliyindən) hal gəlmişdir. ‘‘Hu‘‘ işarəsi də peyğəmbərə işarədir. (Yəni Allah onu Məkkədən xaric etdi bir halda kı o ikinin ikincisi idi). Bütün şiə və sünni alimləri deyirlərki, bu əvəzlik peyğəmbərə qayıdır. Çoxlu sünni almləri də ‘‘saniyəsnəyni‘‘nin Hu zəmirindən hal olduğunu və onun peyğəmmbərə işarə olduğunu demişlər: Minhacus-sunnətun-nəbəviyyə, c.8, s,472. Saniyəsnəyndən məqsəd peyğəmbər oldugunu da çoxlu sünni alimləri də demişlər. Təbərinin Camiul-bəyan ən təvili ayətil-quran kitabı, c.10, s.135. Alusi, Ruhul-məani fi təfsiril quranil-əzim vəs-səbil-məsani. C.10, s.96-da və Bəğəvi, Təfsiri Bəğəvi, c.2, s.292-də bu həqiqəti qəbul edirlər. Digər bir tərəfdən, saniyəsnəynidən məqsəd Əbubəkr olsa belə, yenə də onun üçün bir fəzilət hesab edilmir. Çünki burada təkcə onların bir yerdə olduqlarından xəbər verilir və öz-özlüyündə heç də fəzilət sayıla bilməz. Çünki belə olsaydı onda gərək peyğəmbərə iman gətirməyib münafiqlik edənlərində özlərinə görə fəzilətləri olsun. Hətta müşiklərin də özlərinə görə fəzilətləri olmalıydı. Çünki peyğəmbərlə birgə idilər. Hətta bəzi alimlərin sözü ilə desək onda ulağın da özünə görə fəziləti və məqamı olmalıdır. Çünki o da, Allahın peyğəmbəri Nuhun gəmisinə minməyə müvvəffəq oldu. Allah taala bu ayədə möminlərə xəbərdarlıq edir ki, əgər siz onu kömək etməsəniz Allah özü onu kömək edəcək. Necə ki müşriklər əlbir olub ou qətlə yetirmək istəyərkən Allah onu kömək etdi. Bir halda ki, o iki nəfərdən biri idi, yəni orada yalnız iki nəfər var idi və başqa heç kəs onunla deyildi və heç bir köməyi yox idi.

İkinci sualınıza gəldikdə isə deməliyik ki, peyğəmbərliyin ilk üç ilində o həzrət gizli şəkildə təbliğat aparır və islama dəvətini ələni etmirdi. Üç ildən sonra Allah taaladan əmr gəldi ki dəvətini ələni elə. Qalan on ildə də müşriklər peyğəmbər və onun tərəfdarlarını öz nəzarəti altında saxlayır və onları əziyyət edirdilər və bilirdilər ki, nəqədər ki peyğəmbər və müsəlmanlar onların nəzarəti altındadır,  bir iş görə bilməzlər. Yəni müsəlmanlar belə bir çətin şərayitdə, müşriklər üçün heç bir təhlükəsi yox idi. Çünki ancaq elə özlərini qoruya bilirdilər. Heç bir güc və qüvvələri yox idi. Amma Allah taaladan hicrət əmri gələndə müsəlmanlar hicrət etməyə başladılar. Müşriklər müsəlmanların onların nəzarəti altından çıxmasını özlərini üçün böyük təhlükə bildilər. Onlar bildilər ki əgər müsəlmanlar Məkkədən kənara gedib özləri üçün bir böyük dəstə yaradıb düşərgə yaradarlarsa, gələcəkdə artıq onlarla mübarizə edə bilməyəcəklər. Peyğmbərin də hicrət edib onlara qoşulması bu düşərgənin daha da güclənməsinə səbəb olacaqdı. Ona görə də peyğəmbəri qətlə yetirmək qərarına gəldilər. Əgər peyğəmbəri qətlə yetirsəydilər, müsəlmanlar nə qədər çox olsalar da peyğəmbər kimi bir rəhbərin olmaması nəticəsində müşriklərə qələbə çala bilməyəcəkdilıər.

Allah sizə yar olsun. 

Go to TOP