Sual (1) : Salam. İnsanın rəftarına görə onun əqidəsini bilmək olarmı?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

HəzrətƏli (ə) buyurmuşdur: “Mö`minininamıvəkafirininamsızlığıonlarınrəftarvəəməllərindəgörünür.”[1]

Küfrünügizləyib, özünüimanlıgöstərməyəçalışaninsanlar “münafiq” adlandırılmışdır. Bununlabelə, Qur`andamünafiqlərinxüsusiyyətləriaçıqlanır:

−biganələrlədostluq;[2]

−dinihakimiyyətlədüşmənçilik;[3]

−mö`minlərintəhqiri;[4]

−araqarışdırma;[5]

−günahıyaxşıyayozma;[6]

−xudpəsəndlik;[7]

−qorxaqlıq;[8]

−süstlük;[9]

−həvəsbazlıq;

−yalanvəriya;[10]

−ətrafdakılarışübhəyəsalmaq;[11]

−insanlarıazdırmaq;[12]

−istehzavəmö`minlərdəeybaxtarmaq;[13]

Kafirlərinxüsusiyyətləri:

−dininməhviüçünkapitalqoymaq;[14]

−Allahınayələrinəistehza;[15]

−həvəsbazlıq;[16]

−ağılınsəsiniboğmaq;[17]

−Mö`minlərinxüsusiyyətləri:

−Allahatəvəkkül;[18]

−Allahqorxusu;[19]

−dinidəyərlərinqorunması;[20]

−iffət;[21]

−namazdamüt`ilik;[22]

−mə`nasızişlərdənçəkinmək;[23]

insanlarıyaxşıişlərədə`vətetməkvəpisdənçəkindirmək;[24]

başqalarınınmaddiehtiyaclarınıntə`mini;[25]

dinqardaşlarınakömək;[26]

təvazö`karlıq;[27]

kafirlərdənuzaqlıq;[28]

əhdəvəfa;[29]

İmamSadiq (ə) mö`minlərəaidsəkkizxüsusiyyətsadalayır:

1. Çətinlikzamanıaramlıq.

2. Dünyaacılıqlarıönündədözüm.

3. Ruzivəasayişəgörəşükr.

4. Allahınverdiyiruzidənrazılıq.

5. Düşmənətəcavüzetməmək.

6. Yükünüdostunçiyninəqoymamaq, dostungünahyükünügötürməmək.

7. Allahaitaətvəxalqaxidmətüçüncanınıəziyyətəsalmaq.

8. Xalqınasayişinipozmamaq.[30]

 Allah sizə yar olsun 


[1] “Üsuli-kafi”, c.1, s.76.

[2] “Mucadilə”, 14.

[3] “Nisa”,60,61.

[4] “Hud”, 28.

[5] “Tövbə”, 47,48.

[6] “Nisa”, 62,63.

[7] “Münafiqun”, 5.

[8] “Əhzab”, 33.

[9] “Nisa”,108.

[10] “Munafiqun”,63.

[11] “Ali-İmran”, 154.

[12] “Tövbə”, 67.

[13] “Bəqərə”, 14;  “Tövbə”, 79.

[14] “Ənfal”, 36.

[15] “Qafir”, 81.

[16] “Əl-mizan” təfsiri.

[17] “Əl-mizan” təfsiri.

[18] “Ənfal”, 2.

[19] “Tövbə”, 51.

[20] “Mö`minun”, 9.

[21] “Mö`minun”, 5.

[22] “Möminun”, 2.

[23] “Mö`minun”, 3.

[24] “Ali-İmran”, 114.

[25] “Ənfal”, 3.

[26] “Tövbə”, 71.

[27] “Furqan”, 63.

[28] “Mucadilə”,22.

[29] “Mö`minun”, 8.

[30] “Səfinətul-bihar”,.s. 1,s. 37.

Sual (2) : Salam. Həzrət Peyğəмbər (s) buyurur: “İмanlı insanın niyyəti onun əмəlindən üstündür. Kafirlərin niyyəti onların pis əмəllərindən də pisdir.” Axı necə ola bilər ki, bir insanın niyyəti onun əмəlindən üstün və ya alçaq olsun?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Yuxarıda qeyd olunan hədis İslaмın мəşhur hədislərindəndir. Bu hədisi həм sünni, həм də şiə aliмləri nəql etмişlər. Uyğun hədis ayrı-ayrı aliмlər tərəfindən мüxtəlif cür təfsir olunмuşdur. Biz bu təfsirlər içində daha мünasib saydığıмız təfsiri nəzərinizə çatdırırıq: Мöмinin niyyəti və hiммəti onun əмəlindən daiм üstündür. Мöмin şəxs nəzərdə tutduğu xeyir əмəlin onda bir hissəsini görмüş olsa da, xeyir niyyətinə görə böyük мükafatla мükafatlandırılır. Əksinə, kafir şəxs Allaha inanмadığından və əмəlinin cəzasından qorxмadığından onun vücudu çirkin fikirlər ocağıdır. O daiм hansısa pis bir iş görмək haqqında düşünür. Hansısa мaneələrə görə həмin çirkin niyyətlərini həyata keçirə bilмəsə də, onun niyyəti çirkinliyində qalır. Ona görə də həzrət buyurur ki, kafirin niyyəti onun əмəlindən də pisdir. Haqqında danışdığıмız hədis iмaм Baqir (ə) tərəfindən nəql olunмuşdur.

Allah sizə yar olsun.

Sual (3) : ESSALAMU ALEYKUM.BACİ VE QARDASLAR . SAYA hesaba gelmeyen neymetlere sukurler olsun .REBBİMİZİN bizlere nesib edib et mediyi neymetlere layiqince nece sukur edek?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Allah-təalanın nemətlərinə təşəkkür mərifət, ədəb və bəndəlik nişanəsidir. Ayə və rəvayətlərdə ne’mətlərə şükür etmək tövsiyə olunur. Nemətləri yada salmaq insanın Allaha məhəbbətini artırır və ne’mətləri davamlı edir.
Nemətlərə şükür bəşər gücündən xaric olsa belə, insan bacardığı qədər Allahın ne’mətlərinə və yaxşılıqlarına təşəkkür etməlidir. Şükür formalarından biri torpağa səcdə edib Allaha şükür deməkdir.
Şübhəsiz heç kəs Allahın nemətlərinin şükrünü yerinə yetirə bilməz. İnsanın ən layiqli şükrü Allah dərgahında nemətlərin qarşısında şükr etməkdən acizliyini bildirməkdir
Şükrün mənası hər şeyi öz yerində işlətməkdir və hər neməti Allah istəyən yerdə istifadə etmək o nemətin şükrüdür. Allah bizə göz veribsə bunun şükrü budur ki, Allah istəməyən şeylərə baxmayaq, eşitmək qabiliyyəti veribsə şükrü budur ki, Allah razı olduğu şeylərə qulaq asaq və s.
Allah sizə yar olsun

Sual (4) : Əssalamualeykum.bilmək istəyirəmki məscidə az yaşlı uşaqları gətirmək nə dərəcədə düzgündü? məscidə gələnlərin bəzilərinin etdiyi yersiz söhbətlərdən moizələri eşitmək olmur və bu hal insanın canını sıxır.elə dərəcəyə gəlib çatırki insan məscidə getmək belə istəmir.Mənə məscit davranışları haqda-məscitdə sakitliyi təmin etmək haqda ya bir hədis,ya da quran ayəsi yazın ki,sizin yazdığınızı məscidin divarına vuracam.Qadınlara şamil olunan cümlələr olsun.Allah sizdən razı qalsın.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam. 
Məhəmməd peyğəmbər (s): «Körpə uşaqları və dəlilərinizi məsciddən uzaqlaşdırın. Məsciddə ticarət etməyin.»
Əlbətdə uşaqların məscidə getməyinin eybi yoxdur bu surətdəki, məscidi mundarlamasınlar və nizam-intizamı pozmasınlar. Peyğəmbərimiz uşaqların məscidə gəlməyinə mane olmurdu. Çünki bunun uşağın gələcəyində müsbət təsiri var.
Amma məsciddə başqalarının hüququna təcavüz barədə Allahın Peyğəmbəri (s) buyurub: «Oturduğun yerdə həyasızlıq və ədəbsizlik etmə ki, bunun nəticəsində camaat sənin pis əxlaqından qaçmalı olsun. Yanında biri oturan zamansa başqası ilə pıçıldaşma.»
 İmam Əli (ə): «Pak və müqəddəs Allah insanların haqqını öz haqqından üstün tutmuşdur. Belə ki, hər kəs Allah bəndələrinin hüququna riayət edərsə, bu Allahın hüququna riayət etməklə nəticələnər.»
 İmam Sadiq (ə): «Öz dinini dəyərli bilən şəxs öz qardaşlarının hüququnu da dəyərli bilər. Allahın dinini yüngül sayan, öz qardaşlarına da əhəmiyyət verməz.»
Allah sizə yar olsun.
Sual (5) : salam-aleykum. 1.Iblisden(l) Quran oxumagi ve ya basqa bir elmi oyrenmek olarmi?2.Exlaqsiz muellimle elm oyrenmek adiyla unsiyyet saxlamaq duzkundur?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Qurani-kərimdə iki növ şeytanlar haqqında bəhs edilmişdir – yəni şeytanlar iki qismdir:
1. İns (bəşər) növündən olan şeytanlar;
2. Cin növündən olan şeytanlar.
Quran ayəsində bu barədə belə deyilir:
Ənam surəsi, 112-ci ayə:
Beləcə, Biz hər bir peyğəmbər üçün insan və cin şeytanlarından düşmənlər yaratdıq. Onlar (biri digərini) aldatmaq məqsədilə bir-birinə təmtəraqlı (zahirən gözəl, daxilən çirkin) sözlər təlqin edərlər. Əgər Rəbbin istəsəydi, onlar bunu etməzdilər. Onları uydurduqları yalanlarla birlikdə boşla getsinlər!
Şeytanın işi insanları aldadıb xoşbəxtlik və səadət yolundan azdırmaq olduğundan bu məqsədə yetişmək üçün o, bəndələr arasında təfriqə və düşmənçilik süngüsündən istifadə edir. «Qurani-Kərim»də bu barədə buyurulur:
«Şübhəsiz ki, Şeytan içki və qumarla aranıza ədavət və kin salmaq, sizi Allahı yada salmaqdan və namaz qılmaqdan ayırmaq istər...» («Maidə» - 91).
Başqa yerdə buyrulur: Həqiqətən, Şeytan sizin düşməninizdir, belə isə onu (özünüzə) düşmən bilin! Həqiqətən, o, öz dəstəsini (ona uyanları) Cəhənnəmin alovlu odunun əhlindən olmağa dəvət edir. Fatir - 6.
Allah-təala bizi Şeytandan uzaq olmağa dəvət edir.
Müəllim rolu inkarolunmazdır. Əxlaqsız müəllim şagirdin əxlaqındada öz təsirini qoyacaq. Rəvayətdə buyrulur: Elmi hər kəsdən öyrənməyin. Əgər özünüzə əminsinizsə ki əxlaqınızda mənfi təsir qoymayacaq elm öyrənmək üçün eybi yoxdur. Çünki başqa bir rəvayətdə buyrulur: Hikməti müşrikdən və ya münafiqdən olsa belə öyrən.
Allah sizə yar olsun.
Sual (6) : Salamun əleykum. Məndə səbirsizlik var hansisa bir şeyi oxuyanda axira qədər oxuya bilmirem hansisa elmin daliyca axira qeder gede bilmirem məsələn qurani kerimi dillerden rus dilini öyrenmek isteyirem öyrene bilmirem birde zehnim o qederde güclü deyil sizin hem dini baximdan hemde elmi baximdan cavabinizi bilmek isterdim allah sizden razi olsun.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
1. Unutmayın ki, özünə güvənmək qələbənin ən başlıca şərtidir. Ona görə də, həyatın bütün sahələrində özünüzə etimad edin, heç nədən çəkinməyin. 2. Həyat mübarizəsində var gücünüzlə irəliləyin və heç nədən qorxmayın. Şübhəsiz, lüğət öyrənmək, mütaliə etmək hövsələ tələb edir. Bu boyük hövsələni özünüz özünüzə hədiyyə etməlisiniz. Bir şeyi mənimsəməkdən ötrü 5 faiz istedad tələb olunursa, 95 faiz zəhmət, təlaş tələb edilir. 3. Zehnizdə özünüz haqqında yaxşı təsəvvür yaradın. Belə olduğu halda təsəvvür etdiyiniz insana çevriləcəksiniz. 4. "İstəmək bacarmaqdır" ifadəsi enerji və güclə doludur. Bu cümləni sehn səhifənizdə həkk edin. 5. Unutmayın ki, siz sizin üçün baş verəcək bütün hadisələrdən daha üstünsünüz.
Allah sizə yar olsun.
Sual (7) : Salamun əleykum. Sebr,iman,exlaq ve ixlasi nece elde etmek olar?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
1.Səbr haqqında: 1-Səbirsizliyinizin səbəbini tapmağa çalışın. 2-Sizi səbirsiz edən işləri müəyyən edin. 3-Sizə davamlı olaraq hücum edən səbirsizliklərə qələbə çalın. 4-Özünüzə ideal örnək seçin. 5-Əgər sizi hövsələdən çıxardan biri işin qarşısını ala bilmirsinizsə, onun baş verməsinə imkan yaradın. 6-Özününüzə aşılayın ki, bir işin həlli üçün kifayət qədər vaxt lazımdır. 7-Gözlənilməz hadisələrin baş verməsinə hazır olun. 8-İstirahət etməyə vaxt ayırın. 9-Sizi səbirsiz edən mövzuları yadda saxlayın. 2. İman haqqında: İmanınızın güclənməsi üçün: 1-Din sahəsində elmi səviyyənizi yüksəldin. Bu yöndə proqramlı şəkildə dini tədqiqatlar aparmaq çox zəruridir. 2-Yeni və cəzbedici metodlarla mədəni və təbliği fəaliyyətlərinizi genişləndirin. 3-Dini məclislərdə çox iştirak edin. 3.İxlas haqqında: Malını ucuz satan şəxs ya malının dəyərini tanımır, yəni malının qızıl, dəmir, panbıq, ipək olduğunu bilmir, ya müştərini tanımır və ya bazardakı məzənnədən xəbərsizdir. Qurani-kərim insanın əməlləri hədər yerə tələf olmasın deyə hər üç sahədə ona bələdçilik edir: 1-Əmtəə: Qurani-kərim insanı Allahın xəlifəsi hesab edir. Yaradılışda məqsəd insanın üzüdür. 2-Müştəri isə Allahın özüdür və yalnız insanların ən yaxşı əməllərini qəbul edir. Əlbəttə, Allah başqa müştərilərlə bir necə cəhətə görə fərqlənir: 1.Malı baha alır (behişt qiymətinə). 2.Az əməli də qəbul edir (Fəmən yəməl misqalə zərrətin xeyrən yərh). 3.Hətta yaxşı niyyəti belə dəyərləndirir. 4.Yaxşı əməlləri aşkarlayır və pis əməlləri gizlədir . 3- Məzəndə: İnsanən bahası behişt və Aııahın razılığıdır. Özünü bundan ucuz satan zərər etmişdir. Demək, özdəyərini bilən Allahdan başqası üçün bir iş görməyə hazır olmaz. Bu nüanslara diqqət yetirdikdə ixlasa yaxınlaşa bilirik.
Allah sizə yar olsun.
Sual (8) : Salamun əleykum. Fədakarlıq dedikdə nə nəzərdə tutulur?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
İnsan üçün həyat nə qədər qiymətli olsa da onu şərafətlə yaşamaq daha mühümdür. Təsəvvür edin ki, vətənini düşməndən qoruyan iki əsgər düşmənə əsir düşir. Onlardan hərbi sirləri öyrənmək üçün düşmən bütün vasitələrdən istifadə edir. Əsgərlərdən bir şərafətli ölmü alçaq həyatdan üstün tutaraq, düşmənə sirr vermir və şəhadətə yetirilir. İkinci əsgər isə alçaqlıqla da olsa, yaşamaq üçün düşmənin bütün təklifləri ilə razılaşır...
Bəli, əsil müsəlman həqiqət yolunda canından keçir və əlbəttə ki, Allah tərəfindən mükafatlandırılır. “Ali-İmran” surəsinin 169-cu ayəsində buyurulur: “Allah yolunda öldürülənlər ölü deyil. Onlar əbədi əbədi həyata çatmış və yüksək bir məqamda ilahi nemətlərdən faydalanırlar.”
İslam peyğəmbəri (s) buyurur: “Ən üstün yaxşılıq şəhadətə çatmıqdır.”
Fədakar insanlara hər an ehtiyac var. Dənizdə batan insanı, od tutmuş binada qalmış körpəni xilas etmək üçün fədakarlıq lazımdır. Allahın sevimlisi olan belə insanlar cəmiyyət borcludur.
Düşmənə arxa çevirib döyüş meydanandan qaçan, zəlzələ zamanı ailəsini qoyub, özünü bayıra atan insan canını fəda etmək yox, hər şeyi canına fəda etmək qərarındadır. Allah belə insanları məzəmmət edir, fərariləri cəhənnəm odu ilə cəzalandıracağını bildirir. (“Ənfal”, 16)

Allah sizə yar olsun.
Sual (9) : Salamun əleykum. Abır-həyanı qorumaq üçün yağış namazından imtina etmək olarmı? (Axı bu namazdan sonra yağış yağmasa, şəxsiyyətə nöqsan gələ bilər…)
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Yarış meydanına çıxan idmançı məğlub da ola bilər. Bununla belə, o, qələbə ümidini itirmir. Napaleon on dörd hərbi əməliyyatda məğlub olduqdan sonra qələbəyə yol tapır.
Rəvayətlərə əsasən, quraqlıq zamanı yağış namazı qılmaq lazımdır. Yağışın yağıb-yağmayacağı Allahdan asılıdır. Amma biz öz vəzifəmizə əməl etməliyik.
Allah sizə yar olsun.
Sual (10) : Salamun əleykum. Tevəkkül nədir ? Xahiş edirəm mənə bu haqda ətraflı yazasiniz! Lüğətdə həm istilahda hansı mənalara olmasını açıqlayasınız.
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Peyğəmbər (s) Cəbraildən təvəkkül sözünün təfsirini soruşdu. Cəbrail dedi: "Təvəkkülün mənası xeyir və ziyanın, mükafat və cəzanın insanların əlində olmadığına inanmaqdır. Əgər bir bəndə mərifətin bu mərhələsinə yetişərsə, Allahdan qeyrisi üçün bir iş görməz, Allahdan qeyrisinə ümüd bağlamaz, Allahdan başqa heç kimdən qorxmaz, Allahdan başqa bir kəsin əlində gözü qalmaz. Allaha təvəkkül etməyin mənası budur".
Allah sizə yar olsun.
Go to TOP