Sual (1) : salamun eleykum eleviler kimlerdir ve onlari wie hesab etmek olarmi eger wie demek deyilse onlarin oxwar ve ferqli cehetlri hansilardir

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Ələvilər şiə firqələrindən biri hesab olunur və hal-hazırda Suriya, Livan və Türkiyənin bəzi nahiyələrində yaşayırlar. On üç nəfərdən ibarət olan Ələvi alimlərinin Hicri 1392/8/24 tarixdə verdikləri bəyanata nəzər saldıqda, bu həqiqətin şahidi oluruq ki, şəri hökmlər və üsulidin məsələləri baxımından ələvilərlə imamiyyə şiələri arasında heç bir fərq yoxdur. Eyni zamanda bəzi imamiyyə alimləri də belə bir etiqadın doğruluğuna dair şəhadət vermişlər. Bu yaxınlarda dünyasını dəyişmiş Livanın görkəmli fiqh alimlərindən olan Şeyx Məhəmməd Cavad Muğniyə Ələvi alimləri ilə apardığı müzakirə və elmi məclislərdən sonra onların əqidələrinin imamiyyə şiələri ilə tamamilə müvafiq olduğunu bir daha etiraf etmiş və buna şəhadət vermişdir.
Lakin burada belə bir sual meydana gəlir. Əgər Ələvilərin əqidəsi imamiyyə şiələri ilə tam uyğun gəlirsə, onda nə üçün onlar müstəqil firqə hesab olunurlar?
Bu sual müxtəlif məzhəb və dinlər barədə kitab yazmış bir çox alimlərin marağını özünə cəlb etmişdir. Onlar daim səy etmişlər ki, Ələviləri «Nusəyriyyə» firqəsi ilə eyniləşdirsinlər.
Nusəyriyyə Hicrətin beşinci əsrində İbni Nusəyr adlı şəxs tərəfindən meydana gəlmişdir. O özünü Ələvi kimi qələmə verdiyi üçün son dövrün ələvi alimləri də özlərini onun davamçıları hesab etmişlər. Lakin Ələvilər Nusəyriyyənin nəzəriyyələrini, əqidə və etiqadlarının heç birini qəbul etmədikləri üçün onları Nusəyriyyəyə aid etmək olmaz. Çünki Nusəyriyyə 12-ci imamın imamətini qəbul etmir. Əli ibni Əbu Talibə gəldikdə isə, bu işdə də ifrata vararaq o həzrəti ilahiləşdirmişlər. Həmçinin İbni Mülcəmi lənətləyənlərə qarşı çıxaraq, onu həzrət Əlinin maddi aləmlə olan əlaqəsini kəsib, əbədi həyata qovuşdurduğu üçün çox sevirlər. Bütün bunlarla yanaşı, tənasüxə etiqad bəsləyib şərabı halal hesab etmişlər.
Necə olursa-olsun, Ələviləri Nusəyriyyə əqidəsini rədd, şiə əqidəsini isə iqrar etdikləri üçün ayrı bir firqə deyil, məhz imamiyyə firqəsindən hesab etmək lazımdır.
Ələvilərin belə adlandırılmasına gəldikdə isə, deyə bilərik ki, bəlkə də onlar Abbasi xəlifəsinə qarşı çıxmaları və apardıqları uzun sürən mübarizədən sonra dövlət qurmağa nail olmalarına görə bu adla məşhur olmuşlar.
Hələbdə təşkil olunmuş Həmdanilər və Təbəristanda təsis edilən Ələvi dövlətini buna misal çəkmək olar. Demək, Abbasilər öz şiə müxaliflərini Ələvi kimi tanıdıqları üçün bu ad sonralar onlara da verilmişdir.
Allah sizə yar olsun.
Sual (2) : Salam aleykum Zeydiyye ve Ismailiyye teriqeti fiqhi cehetsen hansi mezhebe mensubdur?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

İsmailiyyə firqəsinin müstəqil fiqhi mənbəyi vardır. İsmailiyyə alimi Qazi Nömanın yazdığı "Əlizah və dəaimul-islam" kitabı bu firqənin ən mötəbər fiqhi qaynağıdır. Həmçinin Zeydiyyə məzhəbinin müstəqil fiqhi qaynağı "Müsnədi İmam Zeyd" dir ki, bir çox Zeydiyyə alimləri ona şərh yazıblar. Zeydiyyə usuli dində Mötəziləyə və firudində Əbuhənifəyə yaxındılar.

Allah sizə yar olsun.

Sual (3) : salamu aleykum!Aga bilmek istediyim budurki muselmanlara neye gore gilinc muselman adlandirilir!
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Bu, xristian keşişlərinin çox təbliğ etdikləri məsələdir. islamın adını "qılınc dini" qoymuşlar. Yeni sırf qılıncdan istifadə edən bir din. islam "qılınc dinidir" söyləyənlər demək istəyirlər ki, islamın öz çağırışında işlətdiyi alət qılıncdır. Yəni necə ki, Quran demişdir:
"Yaxşı hikmət və öyudlə Allahının yoluna çağır və onlarla ən yaxşı yolla mübahisə apar".
onlar belə göstərmək istəyirlər ki, islam Peyğəmbərinin əmri – "qılıncla dəvət et" olmuşdur. Quran niyə "Yaxşı hikmət və öyudlə allahının yoluna çağır və onlarla ən yaxşı yolla mübahisə et"- buyurduğunu və Peyğəmbərın əməldə belə olduğunu deyən yoxdur? Muxtəlif mövzuları bir-birinə qatıb, sonra deyirlər: islam "qılıncla dəvət və təbliğ et" - dini olmuşdur. Hətta kitablarinin bəzisində əziz Peyğəmbərə (s) hörmətsizlik edir, onun barəsində bir əlində Quran, o biri əlində qılınc olan bir kişinin karikaturasını çəkirlər ki, adamlarin başı üstə dayanıb – "Ya bu Qurana iman gətirin, ya boynunuzu vuraram" - deyir. Keşişlər dünyada bu işlərdən çox görmüşlər.Bunu da deməliyəm ki, bəzən biz musəlmanlar özümüz tarix və Quranla deyil, düşmənlərin sözlərinə uyğun olan sözlər danişırıq. Yəni, bir cəhəti düz olan sözu elə yozuruq ki, düşmənin əlinə bəhanə keçir.
Məsələn bəziləri deyirlər: 'islam iki şeylə - Xədicənin mali və həzrət Əlinin qılıncı ilə irəlılədi. Yəni sərvət və zorla. Bir din mal-dövlət və zorakılıqla inkişaf etsə o, nə cür din ola bilər?! Quranın bir yerində "islam dini sərvət və zorla irəlilədi" sözü varmi?! Görəsən Əli (ə) bir yerdə islam dininin sərvət və zorakılıqla irəlilədiyini deyibmi? şübhəsiz, Xədicənin malı müsəlmanların işinə yaradı. amma, Xədicənin varı islamın çağırışına sərf oldumu? Yəni, Xədicənin pulu çox idi və onun pulunu birinə vərərək "gəl musəlman ol" dedilərmi? insan, tarixin bir yerində belə bir ifadə tapır, ya yox? Müsəlmanlar və Peyğəmbəri-əkrəm son dərəcə çətinlikdə və təzyiq altinda olduqları vaxt xanım Xədicə öz mal-dövlətini Peyğəmbərin (s) ixtiyarinda qoydu. ancaq pənah allaha! Peyğəmbərin (s) birinə rüşvət verməsi üçün vermədi, tarix de heç zaman belə bir şeyi göstərmir. Bu mal o qədər çox deyildi və o zaman sərvət bu qədər çox ola da bilməzdi. Xədicənin sərvəti o gün həmin məntəqədəki sərvətə görə çox idi, nəinki, məsələn böyük ölkələrin milyardərlərinin birinin sərvəti həddində idi ki, deyək həmin ölkənin kapitalistlərindən biri kimi idi. Məkkə kiçik bir şəhər idi. əlbəttə bir dəstə tacirləri və kənarla alvər ədəni, sərmayədari var idi. Demək, Xədicənin mali olmasaydi ola bilsin ki, yoxsulluq müsəlmanlari ayaqdan salardı. Xədicənin malı xidmət ətdi. Lakin onun xidməti rüşvət verib birini müsəlman etmək deyil, ac müsəlmanları qurtarmaq idi və müsəlmanlar Xədicənin pulu ilə acliqlarinın qarşısını ala bildilər.
Əlinin (ə) qılıncı şübhəsiz islama qulluq etdi və Əlinin (ə) qilinci olmasaydi, dinin taleyi başqa cür olardi. əlinin (ə) qilinci birisinin başi üstə durub 'Ya müsəlman olmalisan, ya boynunu vururam' - demədi. Duşmən islamın kökünü kəsməyə hazır olduğu şəraitdə onun qarşisinda dayanan Əli (ə) idi. 'Bədr', 'uhud', ya 'xəndək' müharibələrini nəzərə almaq kifayətdir ki, onlarda əlinin (ə) qilıncı nələr etmişdi. 'xəndək'də müsəlmanlar Qüreyş kafirləri və onlarla əlbir olan qəbilələr tərəfindən əhatə olunurlar. on min nəfər silahli Mədinəni mühasirəyə alır. Müsəlmanlar çox ağır ictimai və iqtisadi şəraitdə qalırlar və zahirdə artıq onlara ümid yolu qalmir. iş o yərə çatır ki, 'əmr ibni əbduvəd' hətta müsəlmanların öz dövrələrində qazdıqları xəndəyi keçir. əlbəttə, bu xəndək Mədinəni tamamilə əhatə etməmişdi, çünki Mədinənin ətrafinda o qədər dağ var ki, çox yerində xəndəyə ehtiyac yox idi. Mədinənin şimalinda müsəlmanlarin iki dağ arasini qazdığı ühüd yolu üstündə dairəvi bir xətt olmuşdu. çünki, Qureyş də Mədinənin şimalindan gəlmişdi və oradan gəlməkdən başqa yol yox idi. Müsəlmanlar xəndəyin bu tayında, onlar isə o tayında idilər. əmr ibni əbduvəd xəndəkdə ensiz bir yer tapir. Güclü ati var idi. özü və başqa neçə nəfər o xəndəkdən bu taya atılıb kəçərək gəlib müsəlmanlarin qarşısında dayanıb döyüşçü çağırır. Müsəlmanlardan kimsə bayira çixmağa cəsarət etmir, çünki gəlib bu adamla döyüşsə, öləcəyinə şübhəsi yoxdur. iyirmi neçə yaşlı Əli (ə) yerindən durur: 'ey allahin Rəsulu! Mənə izn ver' - deyir. Peyğəmbər (s): 'Əlican, otur' - deyir. Peyğəmbər bütün səhabələrinə huccətin tamamlanmasini istəyir. əmr gəlib bir cövlan verdi, atını çaparaq gəlib yenidən, 'Mənimlə döyüşən varmı', dedi. Bir nəfər belə cavab vermədi. Qüdrətləri də yox idi, çünki o qeyri-adi bir adam idi. Əli (ə) ayağa durub, 'ey allahin Rəsulu! Mən', deyir. Həzrət: 'Əlican otur' - buyurur. üçüncü və dördüncü dəfə əmr rəcəz oxuyaraq müsəlmanların sümüklərini sızıldadıb, hamını narahat edib dedi:
'Qışqıraraq hamınızı səsləyirəm: Döyüşən varmı? Dayanıb gözlədim. şücaətliniz mənim qarşima çixmaqdan qoxdu, doğrudan da kərəm və şucaət igiddə ən gözəl qərizədir'.
Dedi: Mübariz istəməkdən yoruldum. Burada bir kişi yoxdurmu?! ey musəlmanlar! Siz ki, ölülərinizin cənnətə, bizim ölülərimizin isə cəhənnəmə gedəcəyini iddia edirsiniz, bir nəfər tapılıb gəlsin, ya öldürüb cəhənnəmə göndərsin, ya da ölüb behiştə getsin'. Əli (ə) yerindən qalxdı. ömər müsəlmanların üzrünü istəmək üçün dedi: 'ey allahin Rəsulu! Kimsə cavab vermirsə, haqqı vardır. Bu adam min nəfərə bərabərdir. Hər kim onunla qarşilaşsa, ölər'. iş o yerə çatır ki, Peyğəmbər (s) buyurur:
'Bütün iman bütün küfrlə qarşilaşmişdir'.
Demək, Əlinin (ə) qılıncı olmasaydı, islam yox idi deməyimizin mənasi Əlinin (ə) qılıncının xalqı zorla müsəlman etməsi deyil. o deməkdir ki, islamı müdafiə etməkdə əlinin qılıncı olmasıydı, düşmən islamin kökünü kəsmişdi. Necə ki, Xədicənin malı olmasaydı, yoxsulluq musəlmanları əldən salmışdı. Bu hara, o boş söz hara?!
63islam qılınc dinidir. ancaq bu qılınc həmişə müsəlmanların canını, malını, yurdunu və ya təhlukəyə düşmüş tövhidi müdafiə etməyə hazırdır. Əllamə Təbatəbai 'Təfsir-əl-mizanda' bu məsələ (tövhidi müdafiə etmək) haqqında istər Bəqərə surəsinin qital ayələrində, istərsə də 'dində zorakılıq yoxdur, artıq inkişaf yolu da aydındır, azğınlıq yolu da' ayəsində bəhs aparmışdır. Bəli, islam bu məsələni bəşəriyyətin borcu bilir. Tövhid təhlükəyə düşəndə islam onu qurtarmağa çalişir. çünki tövhid ən əziz insani həqiqətdir. azadliq haqqinda bəhs aparan bu ağalar tövhidin heç olmazsa, azadlıq həddində olduğunu (ondan üstün olmasi mütləqdir) bilirlər. Mən bunu məclislərdə təkrar etmişəm ki, biri oz canini müdafiə etsə, bu müdafiəni düzgün bilirsiniz yoxsa yanliş? Sizin canınız hücuma məruz qaldıqda, - güclü hər nə istəyir eləsin, mən zorakiliğa əl atmamaliyam, güclü məni oldursun - dəyərsinizmi? Yox. Habelə deyirik: Birisinin namusu təcavüzə məruz qaldisa, müdafiə etməlidir. Birinin mal-dovləti təcavüzə məruz qaldisa, müdafiə etməlidir. Bir xalqın yurdu təcavuzlə qarşılaşdısa, müdafiə etməlidir. Burayadək, kimsənin bəhsi yoxdur. Deyirəm: Məzlum bir xalqın canı, malı və ya yurdu bir zalımın təcavüzünə məruz qaldısa, məzlumu müdafiə etməkdə üçüncü şəxsin iştirak etməsi düz işdir, ya yox? Nəinki düz işdir, həm də ozünü müdafiə etməkdən də əhəmiyyətlidir, çünki insan oz azadliğını müdafiə etsə, demək məhz ozünü müdafiə etmiş olur, başqasinin azadlığını müdafiə etsə, daha müqəddəs olan azadlığı müdafiə etmiş olur. Məsələn, əgər bir avropalı vyetnamlıları müdafiə etməyə gedərək amerikalilarla döyuşsə, siz onu bir vyetnamlidan qat-qat artiq müqəddəs sayar və deyərsiniz: 'Baxin, necə də böyük insandir! özü təhlükədə olmadiği halda ölkəsindən durub başqalarinin azadliği, cani, mali və yurdunu mudafiə etmək üçün ayri ölkəyə getmişdir'. Bu, qat-qat yuksəkdir. Niyə? çünki, azadliq muqəddəsdir. Biri elm və biliyi müdafiə etmək məqsədilə vuruşsa, necə? o da belədir. (Bir yerdə elm təhlükəyə düşsə, bəşərin müqəddəs nailiyyətlərindən biri olan bilik təhlükəyə düşdüyü üçün insan elmi qurtarmaq uğrunda döyüşməlidir). Sülhün nicati üçün döyüşsə necə? o da belədir. Tövhid mənə-sənə deyil, bəşəriyyətə aid olan həqiqətdir. Tövhid insanin fitrətindən olduğu üçün heç zaman insan düşüncəsi onu tövhidə qarşi etmir. əksinə, xarici bir amil müdaxilə edərkən tövhid təhlükəyə düşərsə, islam onu qurtarmaq əmrini verir. ancaq bu zorakılıqla tövhidi xalqın ürəyinə keçirmək mənasinda deyil, tövhidin aradan gətməsinə gətirib çıxaran amilləri yox etmək deməkdir. Bu amillər aradan getdikdə, insan fitri tövhidə sari yönələr. Məsələn, təqlid, aşilama, bütxana və sair kimi insanin tövhidi düşünməsinə mane olan bu amilləri aradan aparanda camaatin fikri azad olar. Necə ki, Quran həzrəti İbrahim haqqında buyurur: 'Camaat şəhərdən çıxıb, şəhəri boşaltdığı və bütxana xəlvət olduğu gün ibrahim gedib bütləri sındırdı və baltanı bütlərin ən böyüyünün boynundan asdı. Camaat gecə qayıdıb, hacət istəmək, məhəbbət və təmizliklərini göstərmək məqsədi ilə bütlərin yanına gəldikdə, salamat bir büt qalmadığını, böyük bütdən başqa o biri bütlərin balta ilə sındırılıb dağıdıldığını görürlər. Zahirdə bələ görünür ki, böyük büt gəlib kiçikləri dağıdıb aradan aparmışdır. Lakin bəşərin fitrəti bunu qəbul etmir. 'Kim bu işi görüb?' 'Dedilər: ibrahim adlı bir gəncin onları yad etdiyini eşitdik'. ibrahimin sorağina gedib dedilər: 'ey ibrahim! Sənmi bizim allahlarımızın başına bu işi gətirmisən?' Dedi: 'olmaya bu, boyük bütün işidir. Danişa bilərsə, özlərindən soruşun'. 'onlar danışa bilməzlər'- dedilər. Dedi: 'Danişa bilməzlərsə, nəyə pərəstiş edirsiniz?!' Quran buyurur: 'Beləliklə, ozlərinə qayıtdılar'. Burada ozlərinə gəldilər.
'Dində zorakılıq yoxdur, doğru və haqq yol ilə azğınlıq yolu məlumdur. Demək tağutu kafir bilən və allaha iman gətirən adam mohkəm ipdən yapışmışdır'.
Quran məntiqinin ixtisarı budur ki, dində zorakiliq yoxdur, artiq inkişaf yolu da aydındır, azğınlıq və zəlalət yolu da. Hər kim istəyirsə, bu yolu, istəyirsə, o yolu seçsin.
Bu ayənin nazil olmasi haqqında neçə söz yazmışlar ki, bir-birinə yaxındır və hamısı düz ola bilər. Müsəlmanlarla əhd bağlamış 'Bəni-Nəzir' qəbiləsi xəyanət etdikdə, Peyğəmbər-əkrəm - 'buradan çixmalısınız'- deyə, vətənlərini tərk etmələrini əmr etdi. onlarin arasinda müsəlmanlarin yəhudi övladlarından da var idi. Bu uşaqlar nə üçün yəhudi idilər? (islamin zühurundan əvvəl) yəhudilər Hicaz ərəblərindən yüksək mədəniyyətə malik idilər. Hicaz ərəbləri çox savadsız və məlumatsız idilər. Kitab əhli olan yəhudilər isə savadlı və məlumatlı idilər. Buna görə də öz fikirlərini ərəblərə qəbul etdirirdilər. Hətta bütpərəstlər yəhudilərə inanırdılar. ibn abbas deyir: 'Mədinədə uşaqları olmayan bəzi qadınlar nəzir edirdilər ki, övladları olsa yəhudi olmaq uçun onlarin arasına göndərsinlər'. ona görə bu inama malik idilər ki, ərəblər yəhudilərin dinini öz dinlərindən - butpərəstlikdən ustun bilirdilər. onlar bəzən südəmər uşaqlarini yəhudilərin yanına göndərirdilər ki, onlara süd versinlər. o uşaqlar ki, onlarin yəhudi olmalarını nəzir etmişdilər, təbii olaraq yəhudi olur və yəhudilərin arasına gedirdilər. Yəhudilərin süd verdikləri körpələr də təbii halda, yəhudilərin əxlaqiyyatına yiyələnir və süd bacı-qardaşı, dost-tanış tapır, bəziləri isə yəhudi olurdular. Hər halda o zaman ata-analari ənsar, ovs və xəzrəcdən olan bir dəstə yəhudi uşaq da var idi. Bəni-Nəzirin gətməsi qərara alındıqda, müsəlmanlar 'biz qoymarıq uşaqlarımız getsinlər' - dedilər. Yəhudi olmuş uşaqlardan bir hissəsi isə 'biz öz dindaşlarimizla gədirik'- dedilər. Bu, müsəlanlara bir çətinlik oldu. Musəlmanlar dedilər: 'Biz heç zaman qoymariq ki, yəhudilər uşaqlarımızı özlərilə aparsınlar və onlar da yəhudi olaraq qalsınlar'. Uşaqlardan bəzisi isə 'biz öz dindaşlarımızla getmək istəyirik' - dedilər. Müsəlmanlar əziz Peyğəmbərin hüzuruna gəlib 'ey allahin Peyğəmbəri! Biz uşaqlarimizin getməsinə razi dəyirik' dedilər. (Göründüyü kimi, ayə orada nazil oldu. Peyğəmbər (s) buyurdu: 'Məcburiyyət yoxdur. Uşaqlariniz sevirlərsə, musəlman olsunlar və istəmirlərsə, ixtiyar özlərindədir. Getmək istəyirlərsə, getsinlər. Din məcburi iş deyildir'.
'Dində zorakılıq yoxdur, doğru və haqq yol ilə azğinlıq yolu məlumdur. Demək, tağutu kafir bilən və allaha iman gətirən adam möhkəm ipdən yapişmişdir'. çunki imanin təbiəti məcburiyyət, zorakiliq və sərtlik göturməz.
'Demək, xatirlat, sən ancaq xatirladansan, sən onlarin üzərində hakim deyilsən, lakin kim üz döndərib kafir olsa allah onu ən böyük əzaba düçar edər'.
64'ey Peyğəmbər, camaata təzəkkür ver (təzəkkürün mənasını qabaqca dedim), camaati qəflət yuxusundan oyat, onlara ayıqlıq və bilik ver. Camaati ayıqlıq və bilik yolu ilə dinə çağır. Sənin təzəkkür verməkdən başqa işin yoxdur. Sən istilaçi hakim deyilsən, yəni allahın səni belə qərar verməmişdir ki, zorla bir iş görmək istəyəsən. [üz döndərib kafir olanlar müstəsnadirlar]. Görəsən 'illa mən təvəlla və kəfər' 'lestə eləyhim bi müsəytir'dən müstəsnadir, yoxsa 'fəzəkkir, innəma əntə müzəkkir'dən? 'Təfsir-əl-mizanda' deyir və dəlillər gətirir ki, 'fəzəkkir, innəma əntə müzəkkir'dən müstəsnadir. 'Təzəkkür ver, 'illa mən təvəlla və kəfər' təzəkkür vərdiklərindən başqalarına'. 'onlar, təzəkkür vərdiyinə baxmayaraq, üz döndərmişlər və artiq təzəkkürdən sonra təzəkkürün faydası yoxdur. 'Fəyuəzzibuhullahul əzabəl əkbər' (allah ona əzab edər, böyuk əzabla) o da cəhənnəm əzabıdır.

Allah sizə yar olsun.
Sual (4) : Salam. Zeyd ibn Eli(e) ilk 2 xelifeni hansi esasla qebul edirdi ve 3-cunu niye gebul etmirdi? Ve zeydilerin sie adlandirilmasi(umumiyyetle 12 imamcilardan basqa butun mezhebler) islam dusmenlerinin hiylesi deyilmi?

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam.

Zeyd ibni Əli öz ata və qardaşının təlimindən savayı, başqa sözlə desək, Əhli-beytin etiqadından fərqli olan heç bir əqidəyə əsaslanmamışdır. Lakin sonralar sair firqələrlə təmasda olan Zeydiyyə alimləri öz məzhəblərinin mövqeyini qoruyub saxlamaq üçün imamiyyə məzhəbinin əqidəsi ilə fərqli olan bəzi etiqadi məsələlər meydana gətirdilər. Nəticədə bu cərəyan müstəqil fiqhi və kəlami məzhəbə çevrildi.
Üçüncü xəlifə Bəni-üməyyə tayfasından hesab olurdu və zeyidilərin qiyamıda Bəni-üməyyəyə qarşı idi.
Şiənin dedikdə bu firqələrədə şamil olur və 12 imamlı şiələr isə İMAMİYYƏ adlanır.
Daha ətraflı syatın kitabxanasındakı kitaba müraciət edin.

Kitabın adı: İslam məzhəbləri ilə tanışlıq     Mövzu: Etiqad     Müəllif: Tədqiqat qrupu    36-ci dərs

Allah sizə yar olsun.

Sual (5) : Salam-aleykum. Mumkundyrse, sunnu mezheblerinin yaranmasi haqda yazardiz. Onlar hamisi xelife desteyiyle meydana cixib? Niye mehz 4 mehzeb? 2-ci, 3-cu, 4-cuye ne ehtiyac var idi? Hansi mehzeb banisi xelife ile konfliktde olub? abu Henife ve basqalari ozlerini i Sadiqden(e) ustun bilirdiler?

Əleykumus-salam. Sualınızın cavabın saytın kitabxanasında olan kitabdan oxuya bilərsiz.

İslam məzhəbləri ilə tanışlıq

http://kitab.nur-az.com/az/lib/view/238

Sual (6) : Salam Allahin Rehmeti uzerinize olsun. ateistler bulari diyiler deyilir ki islam heqiqeten butun dinlerden kamildirse qiyamete qeder quvvededirse niye gore boyuk gudretli olan Allah niye gore tekce islami dini gondermedi?basqa dinlerde gonderdi. ateistler diyirki bilmirem hansi ayeni diyirler bele gunes gunduzler insanlarin axsam Allahin huzurunda olur. xais edirem eqli delillerle etrafli cavab yazin. Allah Razi olsun

Bismillahir-rəhmanir-rəhim.

Əleykumus-salam. 

Həqiqi din olan tövhid dini üç müştərək əsasa malikdir:
1. Yeganə Allaha etiqad bəsləmək;
2. Axirət aləminə inam bəsləmək, bu dünyada olan əməllərə görə mükafat və cəza gününə iman bəsləmək;
3. Bəşərin hidayət olunması üçün Allah tərəfindən peyğəmbərlərin məbus olmasına etiqad bəsləmək. (Erfan)
Deməli, ruh və dinin həqiqəti - Allah qarşısında təslim olmaq və itaət etməkdir.
Peyğəmbərlərin (ə) vasitəsilə istədiyi şeylər bütün millətlər üçün eyni olmuşdur. Quranın buyurduğu kimi səma dinlərinin ruhu bir şeydir.
Quran heç bir zaman din kəlməsini cəm halda işlətməmişdir. Quranın bu dinə İslam adını qoymasının səbəbi o deyildir ki, tarix boyunca dinlər bu adla məşhur olmuşdur. Bu cür adlandırmağında məqsəd odur ki, dində bir həqiqət vardır ki, onu İslam adı ilə daha yaxşı izah etmək olar. İkincisi isə bütün insanlar bütün şəraitlərdə sabit fitrətə və vahid həqiqətə malikdirlər. Din də insan səadətini təmin etmək üçün gəldiyinə görə, dinlərin cürbəcür olması mümkün deyildir. Ona görə də bütün dinlər öz zamanlarında insan səadətini təmin edən ən yaxşı yol olmuşdur.
Beləliklə demək olar ki, İlahi dinlər üsullarında bir-biri ilə fərqlənmirlər. Onların bir-biri ilə fərqi bəzi firuid-din məsələlərindədir. Bu da zamana görə dəyişir. İslam dininin lap əvvəldən insana nazil olmamasının bir neçə səbəblərini bəyan etmək olar:
1. İbtidai insanların geniş bir məsələləri dərk etməyə hazırlıqları yox idi. İslam dinindən əvvəl bəşər fikri büluğa çatmamışdı və ona görə də geniş məsələləri dərk etmək qabiliyyətinə malik deyildi. İnsan yavaş-yavaş, mənzil-mənzil dini ona göndərilən peyğəmbərlərin (ə) vasitəsilə dərk etməyə çalışırdı. Bu yolla da əbədi səadətə tərəf hidayət olunurdular. Son nübuvvəti qəbul edə bilmək üçün hazırlanırdılar.
2. Vəziyyətin dəyişməsi. İnsanın müxtəlif torpaqlardakı yaşayış vəziyyəti bir-biri ilə eyni deyildir. Vəziyyətlərin müxtəlifliyi, xüsusilə də həyatın və ictimai rabitələrin qarışıq olması dini hökmlərə az-çox öz təsirini qoymuşdur. Bu aydındır ki, əgər peyğəmbərlər (ə) bu günün qarışıq vəziyyətinə uyğun olan dini min il əvvəlki insanlar üçün şərh etsəydilər, əbəs bir iş görmüş olardılar. Bundan başqa, sonrakı zamanlarda onu tətbiq etmək də çətin olardı.
Ancaq İslam zühur edən zaman insanların fikri büluğa çatması imkan verdi ki, təkamül məsələlərini bir dəfəyə dərk etsinlər. İslam Peyğəmbərindən (s) sonra İmamların (ə) vasitəilə bu göstərişlərlə düz yola hidayət olundular. Böyük qeyb zamanında isə İslamşünaslar, alimlər, fəqihlər icdihad əsasında vəhyi təfsir edə bilir və onu bu günün şərtlərinə uyğun cavablandırırlar. Başqa bir tərəfdən isə, Həzrət Peyğəmbərin (s) şəxsiyyəti elə idi ki, qəbul etdiyi bütün vəhyləri lazımlı səviyyədə dərk edə bilirdi. Elə bir mərhələ yox idi ki, onu başa vurmamış olsun. Xatəm o kəsdir ki, bütün mərhələləri başa vurmuşdur və keçmədiyi mərhələ qalmamışdır.

Allah sizə yar olsun. 

Sual (7) : Salamun əleykum. İslamın sürətli inkişaf etməsinə hansı işlər səbəb olmuşdur?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
İslam tarixini təhlil edərkən aydın olur ki, bu bu asimani dinin sürətlə inkişafına on şey səbəb olmuşdur. Onlar aşağıdakılardır: 1) Quranın cazibədarlığı və islamın həqiqi-ilahi bir din olması. 2) Peyğəmbər (s.ə.v.v) və müsəlmanların şücaətli və səbirli olması. 3) İslam dininin yoxsullara rəğbət bəsləməsi. 4) Peyğəmbər (s.ə.v.v)-in camaat ilə məntiqi rəftarı və mehrban davranışı. 5) Peyğəmbər (s.ə.v.v)-in şəxsiyyətinin yüksək, əxlaqının əzəmətli olması və nəticədə camaatın ona tərəf cəzb olunması. 6) Peyəğmbər (s.ə.v.v)-in Allah təalaya tam təvəkkül etməsi və islamın möhkəm bir din olması. 7) Müsəlmanların şəhadəti iftixar bilib cihada rəğbət göstərmələri. 8) Bütün varlığı ilə islam yolunda vuruşan, müsəlmanların yenilməz qəhrəmanı Həzrəti Əli əleyhissalamın varlığı. 9) Qeybi yardımlar və Peyğəmbər (s.ə.v.v)-in möcüzələri. 10) Bəni-Haşim qəbiləsinin və sair qohum-əqrabanın könüllü olaraq o həzrətə yardım etmələri.
Allah sizə yar olsun.
Sual (8) : Salamun əleykum. Azərbaycana islam nəzaman gəlib və kim tərəfindən olub?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
İslam dininin Azərbaycana gəlişi barədə müxtəlif fikirlər və fərziyələr irəli sürülüb. Bəziləri İslamın bura qılınc vasitəsilə, bəziləri əhalinin könüllü olaraq ərəblərin ağalığına keçməsi barədə yazsalar da, məsələ bir az fərqli olub.
Əziz Peyğəmbərimiz (s) zühur edəndə Azərbaycan Sasani imperiyasının tərkibində idi. O zaman Aəzrbaycan Araz çayından cənubda yerləşən ərazilərə deyilirdi, şimal hissə, yəni hazırkı Azərbaycan Respublikasının ərazisi Arran adlanırdı. Arran yarımmüstəqil, əsasən xristianların yaşadığı bir ərazi, Azərbaycan isə imperiyanın digər bölgələri kimi zərdüştiliyin geniş yayıldığı ərazi olub. Hətta Azərbaycan Zərdüşt dinin mərkəzi sayılırdı. Bütün İran imperiyası Sasani şahənşahlarının zülmündən, Xəzər və Bizans dövlətləri ilə müharibələrdən iqtisadi və mədəni tənəzzülə uğramışdı. Belə bir durumda, ilk olaraq Allahın elçisi Sasani şahənşahına məktub yazaraq onu İslam dininə dəvət edir. Bu cür davranışdan qəzəblənən şah məktubu cırır və dəvəti rədd edir.
Həmin zamanın qüdrətli hakimlərinə məktub yazıb dinə dəvət etməklə yanaşı, Həzrət Peyğəmbər (s) çüxtəlif bölgərə təbliğatçılar göndərirdi. Beləliklə də, Sasani imperiyasının müstəmləkələrindən biri olan Yəmənə Həzrət Peyğəmbər (s) İslam dinin təbliği üçün Həzrət Əlini (ə) göndərir və yəmənlilər İslamı qəbul edirlər. İlk dəfə iranlı və azərbaycanlılar İslam dini ilə yaxından məhz yəmənlilər vasitəsi ilə tanış olurlar. Bəzi tarixçilərin fikrincə, hətta İran və Azərbaycan əhalisinin bir hissəsi ərəb işğalından öncə İslamı qəbul etmişdilər.
Eyni imperiyanın tərkibində olan İranla Azərbaycanın tarixi və mədəni bağlılığını nəzərə alsaq, iki ölkədən birində baş verənlər birbaşa digərinə də təsir göstərirdi. İlk dəfə Sasani ordusu ilə müsəlman-ərəb qoşunları xəlifə Əbu Bəkrin dövründə qarşılaşırlar. Bu qarşıdurma da hətta nisbətən müstəqil xristian Arran hakimləri Sasanilərin tərəfində döyüşürlər. Əbu Bəkr ərəb fəthlərinin ilk dövründə müsəlman qoşunlarına belə əmr etmişdi:” İnsanları şikəst etməyin, nə kiçik uşaqları, nə qocaları, nə də qadınları öldürməyin; meyvə ağaclarını tələf etməyin, heyvanları tələf etməyin. Siz hücrələrdə dini ayinlə məşğul olan adamların yanından keçəcəksiniz; onları rahat buraxın və ibadətlərinə mane olmayın. Sizi qəbul edən hər bir şəhər və xalq ilə müqavilə bağlayın, onlara verdiyiniz vədlərə sadiq olun.” Xəlifə Ömərin dövründə Sasani İmperiyası məğlub oldu və Azərbaycan digər bölgələr kimi də müsəlmanların tabeçiliyinə keçdi.
Demək olmaz ki, bu fəthdən əhali əziyyət çəkdi. Çünki əblər əhalinin əmlakını əllərindən almır, onları İslamı qəbul etməyə məcbur etmirdilər, yerli adət-ənənələrə hörmətlə yanaşırdı. Elə bu səbədəndir ki, Azərbaycan xalqı İslamdan öncəki adət-ənənələrini bu günə kimi qoruyub saxlayıb.Əhalinin digər hüquqları da pozulmurdu. Əlbəttə, müasir meyarlarla yanaşsaq islamlaşma prosesində nöqsan tapmaq olar, ancaq unutmayaq ki, bu hadisələr dünyanın cəhalətə mürtəkib olduğu orta əsrlərin əvvəllərində baş verirdi. Həmin dövrün meyarları ilə, müsəlmanlar fəth olunmuş xalqıların hüquqlarını qoruyurdu. Bu isə imperiya siyasətindən və sonsuz müharibələrdən bezmiş əhali üçün olduqca mühüm idi və onlar könüllü olaraq xilafətin tabeçiliyinə keçirdilər. Bu işdə artıq öncədən Azərbaycan və İran ərazilərində müsəlmanların olması və yerli camaatın İslam dinin gözəlliyi ilə tanış olduğu təsir göstərmişdi. Azərbaycan qısa bir zamanda tamamilə müsəlmanlaşdı. Arran ərazisi xristian olaraq qalırdı və xilafətin tərkibinə yalnız xəlifə Osmanın dövründə daxil oldu. Artıq Həzrət Əlinin (ə) dövründə Azərbaycanın əksəriyyəti müsəlman olmuşdu. Buna baxmayaraq Girdman əmirliyi xrisitian olaraq qalırdı. Sonralar İslam hakimiyyəti altında Arran vəAzərbaycan vahid vilayətə birləşdi.
Allah sizə yar olsun.
Sual (9) : Salamun əleykum. İslam dini küfr ölkələri ilə əlaqələrə necə baxır?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
İslam fitrət dinidir. İnsan isə fitrətən azadlığa meyllidir. Müsəlmanların azadlığına xələl gətirməyən əlaqələr İslamda mümkün sayılır. Ana paltarını bulaşdıran uşaqdan qaşığı alıb özü yedirtmək istəyəndə uşaq etiraz edir. O, hər vəchlə müstəqil olmağa can atır.
İslamın ilk on ilində müsəlmanlar ibadət zamanı üzlərini Beytül-müqəddəsə tuturdular. Mədinəyə hicrətdən sonra yəhudilərin “hanı sizin öz qibləniz” kinayələri ilə qarşılaşan peyğəmbər isə vəhy intizarında idi. Nəhayət, vəhy nazil oldu və Allah müsəlmanlara Məscidül-həramı (Kəbə) qiblə təyin etdi. “Bəqərə”, 157.
Müsəlmanların hər hansı bir işdə özünü kafirlərə oxşatması da haramdır. Özünü kafirlərə oxşadanlar əslində müsəlmanlığı alçaldırlar.
Allah sizə yar olsun.
Sual (10) : Salamun əleykum.İslamın mənası nədir?
Bismillahir-rəhmanir-rəhim.
Əleykumus-salam.
Qurani-kərimin bəzi ayələrində “İslam” və ondan düzələn digər sözlərdən istifadə olunmuşdur.[149]
İslam dedikdə bəzən insanı Allah-taalaya tam təslim etmək istəyən ilahi dinlərin, bəzən Allahın yeganəliyi və Onun rəsulu həzrət Məhəmmədin (s) haqq olmasına dildə şəhadət vermək, bəzən də iman nəzərdə tutulur.[150]
Ümumi şəkildə belə bir nəticə çıxarmaq olar ki, İslam təslim olmaq deməkdir. Qəlbən İslamı qəbul etmək iman adlanan etiraf və yəqindən, dildə İslamı qəbul etmək, onu iqrar edib şəhadət verməkdən, bədəni və xarici görünüşülə İslamı qəbul etmək Allah-taalanın əmrlərini yerinə yetirməkdən, İslamı mütləq qəbul etmək isə insanın bütün yönlərinə aid “təslim”çilikdən ibarətdir. Təbii ki, belə bir İslam həmişə imanla birgədir. Beləcə, hər bir müsəlmanı mömin də adlandırmaq olar. Lakin İslam bəzən yalnız dildə, yaxud əməldə görünür. Qurani-kərim belə insanları daxilən kafir olmaları aşkarlanana qədər müsəlman hesab edir.
[149]  “Ali-İmran” surəsi, ayə: 19 və 85; “Bəqərə” surəsi, ayə: 28; “Hücurat” surəsi, ayə: 14; “Zuxruf” surəsi, ayə: 69 və s.
[150]  “Yunis” surəsi, ayə: 84.


Allah sizə yar olsun.
Go to TOP