Sual (1) : Salam aleykum. orucu batil edən şeylər hansılardır? Məkarim Şirazi ağanın fətvasını yazın
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Vacib ehtiyata əsasən, doqquz şey orucu batil edir:
1-Yemək-içmək; 2-Cima (cinsi yaxınlıq); 3-İstimna (istimna–spermanın xaric olmasına səbəb olan müəyyən bir iş görmək); 4-Allah, Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) və onun canişinlərinin (əleyhimus-salam) adından yalan demək; 5-Qəliz tozu boğaza çatdırmaq; 6-Başını suya batırmaq; 7-Sübh azanına qədər cənabət, heyz və nifas halında qalmaq; 8-Axıcı (maye) şeylərlə imalə etmək; 9- Bilərəkdən qusmaq. 
http://sual.nuraz.in/az/40/Oruc
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (2) : Salam aleykum Üç şəhər var: A, B, C. A şəhəri şəxsin vətənidir. B və C isə vətən deyil. A və B arasında ki məsafə 8 fərsəxdən az. A və C şəhəri arasındakı məsafə 8 fərsəxdən çox. B və C şəhəri arasındakı məsafə 8 fərsəxdən az. Sual: 1. Əgər şəxsin niyyəti əvvəldən A şəhərindən B şəhərinə gedib orda 2 saat qalmaq və sonra C şəhərinə getməkdirsə. bu şəxs B və C şəhərində müsafir hökmündədir?(A şəhərindən B şəhərinin getdiyi yerə qədər olan məsafə 8 fərsəxdən çoxdur.) 2. Əgər şəxs A şəhərindən əvvəldən niyyəti təkcə C şəhərinə getməkdirsə və o C şəhərinə gedəndə B şəhərindən həm keçirsə, B .əhərində həm müsafir hökümündədir?
Ad: Ramil, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
1. Əgər hərəkətin başlanğıcında C şəhərinə getmək niyyəti olmayıbsa və B şəhərinə çatandan sonra C şəhərinə getməyi niyyət edibsə, müsafir hökmündə deyil və gedərkən, hətta getməyi üst-üstə şəri məsafə* qədər və ya çox olsa belə, namazı tam qılmalıdır. Amma əgər geri qayıtmağa başlasa və qayıtma məsafəsi şəri məsafə qədər olsa və onun həmin yolu getmək qəsdi olarsa, namazı qəsr qılmalıdır. 
2. (Əvvəldən şəri məsafə qədər getməyi qəsd etdiyi üçün) elə ki, vətəninin həddi-tərəxxüs ** həddini keçdi, namazı qəsr qılmalıdır. 
-------------------------------
* Şəri məsafə: gediş-gəliş bir yerdə 45 km.-dir. Əlbəttə, gediş ən azı 22,5 km. olmalıdır. 
** "Tərəxxüs həddi" dedikdə, məqsəd şəhərin azanının eşidilmədiyi yerdir.
http://sual.nuraz.in/az/40/Oruc
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (3) : Salam.Məni neçə il qəza orucum var və neçə dəfə də şeytan cürə bə cürə vəsvəsə edib orucumu pozmuşam.İndi peşimanam.Mən Rusiyada yaşayıram,vəsvəsələrə burda qalib gələ bilmirəm.İşləmirəm,atam məni saxlayır,onu evində qalıram,onun da pulunda haramla qarışıq var.Haramla Qarışıq yeməyimdən ola bilərmi mən nəfsimə qalib gələ bilmirəm? Və qarışıq puldan alınan evdə namaz qılıram.Namazlarım və dualarım qəbuldurmu? Və mən nə qədər oruc tutmalıyam?Zəhmət olmasa ətraflı məlumat verərdiz.
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
1. Əgər istifadə olunan malların haramlığına əmin olmasanız, istifadə etməyin işkalı yoxdur. 
2. Batil etdiyinizə əmin olduğunuz orucları qəza etməli və kəffarəsini də yerinə yetirməlisiniz. Ramazan ayının orucunu qəsdən pozmağın kəffarəsi, hər bir gün üçün iki ay oruc tutmaq, yaxud altmış fəqiri yedizdirmək, yaxud da altmış miskinin hər birinə bir müdd təam (təqribən 750 qr. buğda, çörək və s.) verməkdir.
http://sual.nuraz.in/az/40/Oruc
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (4) : Salam aleykum. Keffare orucu olam musteheb oruc tuta biler? Eger bilmezse meselen saban ayinda 5 gun oruc tutmaq isteyen hansi niyyetle tutsun? Keffare niyyeti etsd gerek ardicil 30 gun tuta
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Boynunda kəffarə orucu olan şəxsin müstəhəb oruc tutmasının işkalı yoxdur, bu şərtlə ki, öhdəsində qəza orucu olmasın.
http://sual.nuraz.in/az/40/Oruc
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (5) : Salam aleykum. Men Russiya Tolyatti seherinde yasayiram. Namaz cox vaxtdir ki sunnulerin vaxtindan qiliram. Amma indi bir qardas var deyir ki onlarin azaninnan 20 deqiqe sonra, biriside deyir azangoo.com sayt var ora duzgundur. Vaxtda xeyili ferq var. bilmirem ne edim. Namazim ve orucum indiyene kimi batildi mi? Xahis edirem komek ederdis. Allah razi olsun
Ad: Autotlt, Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Məğrib namazı və orucun iftar vaxtı xüsusunda əhli-sünnəyə tabe olmaq səhih deyildir. Vaxt xaricində qıldığınız namazlar və vaxtından əvvəl iftar etdiyiniz oruclar batildir, həmin namaz və orucların qəzasını yerinə yetirməlisiniz.
http://sual.nuraz.in/az/40/Oruc
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (6) : Salamun aleykum.Ramzan ayı qədəm qoyduqdan 13 gün oruc tutdum..Allah şahiddir ki,son günlərinə qədər də tutmaq fikirindəydim.(Üzr isteyirem mende uşaq problemi var..) dünən hekim dedi ki,tecili derman içilməlidi və bedenin müqavimeti də düşür orucu dayandırmalısan..Bunun hökmü nədir?sonra qəzasını nece tuta bilərəm?Mən günaha girmirmirəm ki?Özümdə deyiləm -dünəndən bu günə((Xahiş edirəm cavablandırın.
Ad: Razi, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani

Bismillahir-rəhmanır-rəhim 
Əgər həkimin sözlərindən sizdə ziyan qorxusu yaransa orucu aça bilərsiniz. Sonradan qəzasını tutmaq lazımdır.
Doğuş vaxtı yaxınlaşan (səkkizinci və doqquzuncu aylarda olan) və orucun ona ya da uşağına ziyanı olan qadına oruc tutmaq vacib deyil. Lakin sonradan onun qəzasını tutmalıdır və hər gün üçün bir müdd yemək (750 qram çörək ya makaron ya da un) kəffarə olaraq yoxsul insana verməlidir.
Amma hamiləliyinin son aylarında olmayan (birinci aydan yeddinci ayın sonunadək) qadının özünə ya da uşağına oruc tutmağın ziyanı varsa və yaxud adətən dözülməz çətinliyə düşürsə, ona da oruc tutmaq vacib deyil. Oruclarının qəzasını tutmalıdır, kəffarə vacib deyil.

http://sual.nuraz.in/az/40/Oruc
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (7) : Salam alaykume .men xirisdiyan olkesindeyem buranl yaxwl tanlmlram bilmirem xumusu fitri zekatl kime verim .menim vezifem nedir? Menim mudurum menim mawimi ay bay vermir deyir 1 2ilden sora verecem menim boynuma xumus vacib olurmu?Allah razl olsun.
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim 
1. Vacib ehtiyata əsasən fitrə şiə fəqirlərə sərf olunur, bu şərtə ki, şərab içən və binamaz olmasınlar, eləcədə aşkarda günah etməsinlər və o kəslərdən olmasınlar ki, nəfəqələri fitrə verənə vacibdir, misal üçün ata və ana və övladlar.
Əgər insanın yaşadığı şəhərdə mömin bir ehtiyaclı insan tapılmasa, icazəlidir. Başqa müsəlmanlara şərtləri gözləməklə verilməlidir. Nasibilərə fitrə vermək olmaz.
Zəkat səkkiz yerdə sərf olunur:
1. Fəqirə. (Fəqir özünün və ailəsinin illik xərclərini təmin edə bilməyən kəsdir. Sənət və ya mülk yaxud da sərmayəsi olan şəxs, sərmayənin mənfəətlərindən öz illik xərclərini təmin edə bilirsə, fəqir deyil).
2. Miskinə. (Miskin, vəziyyəti fəqirdən də ağır olan kəsdir).
3. İmamın (ələyhis-səlam), yaxud onun naibinin tərəfindən zəkatı yığıb saxlamağa onun mühasibəçisinə, onu İmama (ələyhis-səlam), yaxud onun naibinə və ya fəqirlərə çatdırmağa vəzifəli olan şəxsə.
4. Zəkat verildiyi təqdirdə, İslama meyl edən və ya döyüşdə və digər işlərdə müsəlmanlara yardım edən kafirlər. Həmçinin, Rəsulullahın (səlləllahu ələyhi və alihi vəs-səlləm) gətirdiyi şəriətin bəzisinə imanları zəif olan müsəlmanlar, onlara zəkat vermək imanlarının güclənməsinə yol açarsa, vermək olar. Yaxud həzrət Əmirəl-möminin Əlinin (ələyhis-səlam) vilayətinə imanı olmayan müsəlmanlara zəkat vermək, onların vilayətə inanmağa rəğbətlərini artırıb inamlarına səbəb olarsa, zəkat vermək olar.
5. Qulları satın alıb azad etmək üçün; (təfsilatı ilə öz yerində deyilibdir).
6. Borcunu verə bilməyən borcluya;
7. Allah yolunda xərcləmək. Məsələn; məscid tikmək, dini elmlər oxunan mədrəsə tikmək, şəhər təmizləmək və yolları asfalt edib genişləndirmək kimi, faydası ümumi müsəlmanlara aid olan işlərdə xərcləmək.
8. İbni-səbil; yəni səfərdə çətinliyə düşmüş müsafir.
Bunlar zəkatın sərf edildiyi yerlərdir. Amma mal sahibi zəkatı İmamın (ələyhis-səlam) və ya onun nümayəndəsinin icazəsi olmadan 3-cü və 4-cü yerə sərf edə bilməz. Ehtiyat-lazıma əsasən 7-ci yerə xərcləməkdə də şəriət hakimindən icazə almalıdır.
2. Xüms iki yerə bölünməlidir: Bir qismi seyidlərindir. Gərək fəqir, yetim, yaxud da səfər zamanı yolda qalmış seyidlərə verilsin. Digər yarısı isə İmamın (ələyhis-salam) payıdır ki, bu zəmanəmizdə cameüş-şərait müctəhidə verilməli, yaxud onun icazə verdiyi yerlərdə sərf olunmalıdır. Ehtiyat-lazıma əsasən o müctəhid, ümumi cəhətləri bilən ələm müctəhid olmalıdır.
Xüms iliniz keçsə və il əsnasında xərclənməsə, xüms düşür. 
3. Qeyri-qanuni qazı açmaq olmaz.
http://sual.nuraz.in/az/40/Oruc
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (8) : Salam sualım vardı . Mən işlə bağlı səfərə çıxıram hər həftənin 5ci günü səhər çıxıram ele vaxd olur zohur azaninacag vətənə qayıdıram elə vaxd qayıda bilmirəm iş çox olur elevax azda olur onla bağlı 1 ayda en cox 4 dəfə ele ay olurk 1 2 defe səfər edirəm. Ramazan ayinda mən səfərdə olanda zohur azaninda səfərdə olsam orucumu acmaliyam? Hemcinin namazımı qəsir qılmalıyam ?
Ad: Rehman, Ölkə: Aze salyan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Əgər şəhərin qurtaracağından olan məsafə 22 km-dən çoxdursa siz müsafir sayılırsınız. Deməli, cümə günü oruc tutmalısınız, əgər səhər səfərə çıxandan sonra orucu pozan bir iş görməsəniz, zöhrdən qabaq yaşadığınız şəhərə qayıdandan sonra yenidən oruc niyyəti edib oruc tuta bilərsiniz. Bu halda orucunuz düzdür. Yox əgər zöhr vaxtına kimi səfərdə olsanız vacib ehtiyata əsasən orucunuz pozulur, orucu aça bilərsiniz. Əgər günortadan sonra orucu açmadan evə qayıtsanız və axşama kimi orucu saxlasanız yenə də vacib ehtiyata əsasən qəzasını tutmaq lazımdır.
http://sual.nuraz.in/az/40/Oruc
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (9) : Men hele heddi buluqa catmamisam ve men ramazan ayinin ortasinda heddi buluqa catacam mene ramazan ayinin evvelinden oruc vacibdir?
Ad: Emil, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Mübarək ayın əvvəlindən oruc tutmaq lazım deyil, həddi-buluğa çatdığınız gündən oruc tutmaq vacibdir.
http://sual.nuraz.in/az/40/Oruc
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (10) : bir adam sehv teqvimle oruc tutub yarimsaat gec baglayib orucu duzdu
Ad: Rehman, Ölkə: aze, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Qəzası kifayətdir və orucu bilərəkdən pozmaq kəffarəsi ödəmək vacib deyil.
http://sual.nuraz.in/az/40/Oruc
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Go to TOP