Sual (1) : Salam. Allah bu ramazan ayında tutduğunuz orucu qəbul etsin. Mənim belə bir sualım var. Mənim atam ölümündən əvvəl vəsiyyət etmişdir ki, ona məxsus, rayonda yerləşən evi, onun uşaqları heç vaxt satmasınlar. Atamın bütün uşaqları Bakıda yaşayır və rayonda yerləşən evdə heç kim yaşamır. Mənim oğlumun təhsili üçün pul lazımdır, həm də mənim borcum var. Əgər mən atamın rayonda yerləşən evini satıb öz borclarımı ödəsəm, həmçinin oğlumun (yəni ölənin nəvəsinin) təhsil haqqını ödəsəm ki, onun təhsili yarımçıq qalmasın, mən atamın vəsiyyətini yerinə yetirmədiyim üçün günaha batarammı? Cavab gözləyirəm. Allah Sizdən razı olsun.
Ad: Tural, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər bütün varislərin razılığı ilə olsa, işkalı yoxdur.
http://sual.nuraz.in/az/34/Musiqi-qina-v%C9%99-r%C9%99qs/ 
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.

Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (2) : Bir nefer olmemisden qabaq butun var dovletin bir ovladina ve ya basqa birine bagislaya biler? Yeni var dovletin bagislayandan sonra basqa ovladlarina hecne qalmayacaq. Allah sizden razi olsun
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Vəfat edənə qədər mal-dövlətinin ixtiyarı insanın öz əlindədir və mal-dövlətini hədiyyə etməyinin öz-özlüyündə iradı yoxdur.
http://sual.nur-az.com/az/33/Miras-v%C9%99-v%C9%99siyy%C9%99t/ 
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (3) : men bir nefer ehli-kitaba borclu idim. men borcumu qaytarana kimi o adam oldu. indi bilmek isteyirem ki men o borcu neynim? onun ovladlarina-varislerine verim yoxsa nece?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Onun  varislərinə verin.
http://sual.nur-az.com/az/33/Miras-v%C9%99-v%C9%99siyy%C9%99t/ Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (4) : salam aleykum atadan miras qalan mulkden ana,oqul,qiz her birine nece pay dushur
Ad: Elshad, Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əvvəlcə atanın borclarını, o cümlədən qadınının mehriyyəsini və başqa borclarını ödəmək lazımdır. Sonra malın 1/8 (səkkizdə biri) ananıza çatır. Qalan mallar isə üç hissəyə bölünməlidir, iki pay oğlana, bir pay isə qıza çatmalıdır.
http://sual.nur-az.com/az/33/Miras-v%C9%99-v%C9%99siyy%C9%99t/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (5) : Bismillah. Salamun aleykum. Bir ataın torpağı olub. Ata vəfat etdikdən sonra torpaq onun üç oğlu arasında bölüşdürüldü. O üç övladdan biri öz payını əldə etdi və sonralar dünyasını dəyişdi. O torpaq onun qızına qaldı. Sonralar qızı da vəfat etdi. O qızın anası torpağın sahibi olarmı və həmin torpaqdan vəfat edən qızın iki əmisinin də miras haqqı varmı? Hal-hazırda ərindən sonra qızına və qızından sonra xanımının olan torpaqda həqiqətdə kimlərin haqqı var və necə bölüşdürülməlidir, yoxsa o torpaq vəfat edən qızın anasına qalır?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Torpaq qızın anasına çatır və əmilərin heç bir miras haqqı yoxdur.

http://sual.nur-az.com/az/33/Miras-v%C9%99-v%C9%99siyy%C9%99t/

Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (6) : Salamuneleykum. Menim 700 manat (Azerbaycan pul vahidi) borcum var. Borc sahibi ise rehmete gedib. Borc sahibinin3 gizi, 2 oglu var. Men bu borcumu merhumenin ailesine gaytarmag isteyirem. Bilmey isterdim, bu pul merhumenin ailesinde kime catir ve hansi üsulla bölünmelidi. Evvelceden cavab ucun tesekkürmü bildirirem.
Ad: zahid, Ölkə: Azerbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Həmin məbləğ onun varisinə verilməlidir. Əgər varis iki oğul və üç qızdan ibarətdirsə məbləğ yeddi yerə bölünməlidir və hər qıza bir pay, hər oğula iki pay verilməlidir. 
(Əgər 700 manatdırsa, hər qıza 100, hər oğula isə 200 manat verilməlidir).
http://sual.nur-az.com/az/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (7) : Qadının irsi kişi ilə hansı halda bərabərdir? İşçilərin çoxlu faizini təşkil edən cəmiyyətdə, qadınla kişinin irsi bərabərdirmi?
Ad: Yaver, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Xamenei

Bismillahir-rəhmanır-rəhim
Ümumiyyətlə iki halda qadınla kişi irsdə bərabərdirlər:
A). Ata və ana meyitin (övlad) irsində çox yerdə bərabərdirlər, yalnız neçə halı istisna etməklə:
1. Əgər meyyitin varisi yalnız onun ata və anası olsalar, mal üç hissəyə bölünür, iki hissəsini ata və bir hissəsini ana irs aparır. Amma əgər meyyitin iki qardaşı, ya dörd bacısı və ya bir qardaşı və iki bacısı olsa ki, onların hamısı ata tərəfdən olsa, yəni meyyitlə onların atası bir nəfər olsa, analarının eyni olub olmaması fərq eləmir, meyyitin ata- anası olduğuna görə bunlar (qardaş və bacı) irs aparmırlar. Amma bunların olmasına görə ana malın altıda birini irs aparır və qalanını ataya verirlər.
2. Əgər meyyitin varisi yalnız ata- anası və bir qızı olsa, və məyyitin ata tərəfdən iki qardaşı ya dörd bacısı və ya bir qardaşı və iki bacısı olsa, malı altı hissəyə bölürlər. Ata və ananın hər biri bir hissə, qız isə üç hissəni irs aparır. Qalan bir hissəni dörd yerə bölürlər. onun bir hissəsini ata- anaya və üç hissəsini isə qıza verirlər. məsələn əgər meyyitin malını 24 hissəyə bölsələr, onun 15 hissəsini qıza, 5 hissəsini ataya və 4 hissəsini isə anaya verirlər.
B). Əgər qadınla kişi meyyitin ana tərəfdən qohumlarından olsalar, irsləri bərabərdir. Bu qismin müxtəlif formaları var:
1. Ana tərəfdən olan bacı və qardaş.
2. Ana tərəfdən olan qardaş övladı və bacı övladı.
3. Ana tərəfdən olan əmi və bibi.
4. Dayı və xala (ana tərəfdən ya ata tərəfdən ya da həm ata və həm ana tərəfdən).
Əlbəttə axırıncı iki qismi (üç, dörd) barəsində, ehtiyat- vacib odur ki, irsi bölərkən bir- biri ilə razılaşsınlar.
Amma cəmiyyətin işçilərinin çoxunu təşkil edən qadınların irsini kişinin irsi ilə bərabər olması barəsində verdiyimiz sualın qaranlıqları var. Əgər məqsədiniz budur ki, o cəmiyyətdə ki, qadınların içşilərin çox faizini təşkil edir və müstəqil gəlurləri varlarıdır və ailənin xərclərini təmin etmək vəzifələri yoxlarıdır. Bunlar irsdə kişi ilə necə bərabərdirlər?
Cavab budur ki:
1. Bərabər olduqları yerlər nadirdir və az vaxt baş verir.
2. Bəzi vaxtlarda qadınla kişinin irsinin bərabər olması, islamın zəifliyinin və nöqsanının əlaməti deyil, əksinə bunun özü bu dinin kamilliyinin əlamətidir. Çünki bu yolla qadınlar daha çox can yandırmaqla, əsas vəzifələri olan uşaqları tərbiyə etməyə məşğul olarlar.
Əgər sualdan məqsədiniz budur ki, qadınların kişilərlə bərabər olduğu şəraitdə və onların da kişilər kimi evin dolanışığını təmin edənləri sayıldıqları və ailədə olmaları ailəyə böyük zərər vurması şəraiti olan halda, niyə kişilərlə irsdə bərabər deyildirlər?
Cavabda deməliyik ki; Qadınlar üçün evdən çöldə dini- əxlaqi qanunlara riayət etməklə işləməyin islam nəzərindən qadağan olmamasına baxmayaraq, amma islam cəmiyyətin əsas və mühüm məsələlərini riayət etməyə görə, qadınları daha çox evin daxili işlərini və problemlərini həll etməyə həvəsləndirir.( Misal üçün bu tarixi hadisiyə diqqət edin: Peyğəmbər (s) Həzrət Əli (ə) Həzrət Fatimənin (ə) ev işlərini bölərkən buyurdu: Ev işləri, Həzrəti Fatimənin (ə) öhdəsinə, çöl işləri Əli (ə)- ın öhdəsindədir. Həzrət Fatimə (s) buyurdu: Allahdan başqa heç kəs bu bölgüdən nə qədər sevindiyimi bilməz. Biharul- ənvar, cild 34. səh 31 və 81, vəsailüş- şiə, cild 14, səh 123. Təfsirul- burhan, cild 1, səh 282.)
Bu da qadınların hissiyyat və ruhiyyəsinə daha uyğundur, həm də cəmiyyətin və gələcəyin daha yaxşı inkişafına kömək edəcək. Gələcək hazırda uşaq və ailədə böyüyüb və tərbiyələnən insanlarındır. Həqiqətdə cəmiyyətdə qadınların rolu əsaslı bir roldur. Yəni cəmiyyətin bünövrəsini hazırlayıb və tərbiyələndirmək, qadınların əli ilə baş verir. Bu böyük rolu yerinə yetirdiklərinə görə, evdən çöldə işləmək onlardan istənilməyib. Ona görə də ailənin xərsclərini təmin etmək kişinin öhdəsinə qoyulub. Təbiidir ki, belə bir sistemdə kişinin irsi çox olmalıdır. Nəticə budur ki, əgər islamın müxtəlif hökm və göstərişlərini bir- birinin yanına qoysaq, bəzi yerdə qadının kişinin yarısı qədər irs aparması və digər yerlərdə bərabər irs aparması, bunların hamısının hikmət üzündən olduğunu görəcəyik.
Əgər bu sistemdə qadının irsi yarı olubsa, əvəzində ailənin xərclərini təmin etmək də qadının öhdəsinə qoyulmayıbdır. Əgər bəzi yerlərdə bərabərdirsə, qadını analıq vəzifəsini yerinə yetirməyə ürəkləndirmək ya... kimi digər cəhətlərə görədir. Hər halda qeyd olunanların hamısı hikmət idi, səbəb deyildi. Yəni qadınla kişinin irsinin bərabər olmaması yalnız evin xərclərini kişinin öhdəsinə görə deyil ki, bu sistem dəyişilən zaman hökm də dəyişilsin və qadının irsi kişi ilə bərabər olsun.

http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (8) : Bir qadın iyirmi beş ilə bundan qabaq ərindən talaq almışdır və onun ərindən bir oğlu və bir qızı vardır. Kişi isə başqa bir qadınla evlənmiş və ondan da bir qızı vardır. Ona da iyirmi il bundan öncə talaq vermiş və üçüncü qadınla evlənmişdir. Ata və oğlu avtomobil qəzasında vəfat etmişdir, onların hansının daha tez öldüyü məlum deyil. Talaq alan qadın iddia edir ki, oğlunun heç bir əmlakı yoxdur. O, atası ilə bir yerdə yaşayırdı və subay idi. Ona atasından irs çatmalı və bu irs ona verilməlidir. Ona irs çatırmı? (Qeyd etmək lazımdır ki, atanın aşağıdakı varisləri var: iki qızı, anası və hal-hazırda onun evində yaşayan arvadı.)
Ad: Heyat, Ölkə: AZERBAYCAN, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Bu kişinin irsi iki qıza, avtomobil qəzasına düşən oğlana, həyat yoldaşına və anasına çatır. İrsin səkkizdə bir hissəsi həyat yoldaşına, altıda bir hissəsi anasına çatır. Yerdə qalanı 4 hissəyə bölünür: iki hissəsi avtomobil qəzasına düşən oğlana və (varisinin yalnız anası olduğu təqdirdə) onun tərəfindən anasına çatır. Qızlarından hər birinə isə bir pay çatır.
http://sual.nur-az.com/az/
Ö
z suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (9) : İrs varislər arasında necə bölünür?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Əgər varis bir nəfərdirsə (məsələn, oğul və ya qız) meyitin bütün malı ona çatır. Əgər varis bir neçə oğul, yaxud bir neçə qızdırsa, meyitin malı onların arasında bərabər bölünməlidir.
Əgər varis bir oğlan və bir qızdırsa, mal üç hissəyə bölünür. Onun iki hissəsi oğula, bir hissəsi isə qıza verilir.
Əgər varis bir neçə oğlan və bir neçə qızdırsa, mal elə bölünür ki, oğlanlar qızlardan iki qat artıq irs alsınlar.
Əgər oğuldan ata-anaya irs qalmışsa, bu irs üç hissəyə bölünür, iki hissəsi ataya, bir hissəsi anaya çatır.
Əgər vəfat edənin ata-anası, bacı və qardaşı qalmışdırsa, irs dörd hissəyə bölünür, ata-ananın hərəsinə bir pay verilir, oğula qızdan iki qat artıq pay bölünür.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Sual (10) : Ağlını itirmiş adam vəsiyyət edə bilərmi?
Ad: Cavad, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Vəsiyyət edən şəxs ağıllı, həddi-büluğ, azad, malını sərf etməkdə ixtiyar sahibi olmalıdır.
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq.
Go to TOP