Sual (1) : salam anamin nevelerinin erleri anama mehremdimi
Ad: zeynal, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim 
Bəli, məhrəmdir. 
http://sual.nuraz.in/az/26/Geyim-v%C9%99-m%C9%99hr%C9%99m-nam%C9%99hr%C9%99m/ 
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (2) : salam. anamin nevesinin eri anamin mehremidirmi?
Ad: zeynal, Ölkə: azerbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Bəli, məhrəmdir. 
http://sual.nuraz.in/az/26/Geyim-v%C9%99-m%C9%99hr%C9%99m-nam%C9%99hr%C9%99m/ 
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq

Sual (3) : Salam. Eşitdiyimizә görә әvvәlki müsәlman kişilәr sırğa taxırdılar. İndiki dövrdәonların bir, yaxud iki qulağına sırğa taxmasının hökmü mәdir?
Ad: Abdulla, Ölkə: Azәrbaycan, Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Bu məsələdə meyar ürfün baxışıdır. Əgər şəxsin yaşadığı məntəqədə camaatın nəzərində bu məsələ kişinin özünü qadına oxşatmağı hesab olunsa, icazəli deyil.
Əlbəttə, qeyd edək ki, kişinin qızıl sırğa taxması, mütləq şəkildə haramdır.
http://sual.nuraz.in/az/38/Nikah-talaq-idd%C9%99-ail%C9%99/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (4) : Sual: Salam aleykum.Sizin adınızdan Azərbaycanda belə bir fətva yayılıb. bu fətva həqiqətən sizin tərəfdənmi verilib deyə şübhələrimiz var."Azərbaycan məktəblərində hicab qadağasını nəzərə alaraq,zərurət səbəbindən Məktəbin qapısında hicabı çıxarıb Məktəb daxilində hicabsız olmaqa icazə verilir.Məktəbdən çıxarkən təkrar hicaba riayət olunsun." Bu sualıma cavab olaraq sizin tərəfinizdən bu cavab mənə göndərilib;"Bu hökm düzgündür. Zərurət halında bəzi hökmlərin riayət olunmaması hicaba məxsus deyil. Bütün hökmlərdə zərurət hökmü dəyişə bilər. Diqqət etmək lazımdır ki, zərurət halında da, imkan daxilində parikdən istifadə edərək təbii saçlarını örtməlidir. " Növbəti sual meydana çıxır ki,Azərbaycan məktəblərində vahid məktəbli forması geyinilməsi məcburidi.bu geyim isə dizə qədər yubka və sinəsi və boğazı açıq köynəkdən ibarətdir.Yəni heç bir halda saçları pariklə örtsən belə,bədən üzvlərinin çılpaqlıqını örmək mümkün olmur. Bu halda üçün nəzərinizi bilmək istərdik.Allah razı olsun.
Ad: Tural, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Ayaqları örtmək üçün uzun corab geyinin, boyun və sinəni örtmək üçün isə boyun şalından istifadə edin və ya məktəb formasının altından o hissələri örtən libas geyinin. 
http://sual.nuraz.in/az/38/Nikah-talaq-idd%C9%99-ail%C9%99/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (5) : 11il sinif yoldasim olmus bir qiz ile whatsapda yazmaq duzgunmudur? O hem meni taniyir men de onu. Xahis edirem hokmunu bildiresiz
Ad: Aliaga, Ölkə: Ismayilli, Müctəhid: Ayətullah Məkarim
Bismillahir-rəhmanır-rəhim
Müxalif cinslə yazışmağın şəriət baxımından iradı vardır və adətən, bunun mənfi nəticələri olur. 
http://sual.nuraz.in/az/26/Geyim-v%C9%99-m%C9%99hr%C9%99m-nam%C9%99hr%C9%99m/ 
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (6) : Ağ qızıl ilə sarı qızılın hökmdə fərqi varmı?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Xamenei

Bismillahir-rəhmanır-rəhim 
Əgər ağ qızıl elə həmin sarı qızıl olub, müəyyən bir maddə qatılmaqla ağ rəngli olursa, ondan istifadə edilməsi kişilər üçün haramdır. Lakin əgər platindirsə, yaxud qızılın miqdarı camaat arasında qızıl adlandırılmayacaq dərəcədə azdırsa, eybi yoxdur.
http://sual.nuraz.in/az/26/Geyim-v%C9%99-m%C9%99hr%C9%99m-nam%C9%99hr%C9%99m/ 
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq 

Sual (7) : Salam aleykum.Bize 7 yasli usag gelmisdi,onun yaninda hicab ortmedim,usagdan hicab saxladigim ucun lag edecekdiler,indi peshmanam,gunah etmishem? Xamanei aga,sag olun
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Xamenei
Bismillahir-rəhmanır-rəhim
Əgər müməyyiz (yaxşı və pisi ayırd edən uşaq) olmasa, eybi yoxdur. Yaxşı və pisi anlama yaş həddi - şəxslərin düşüncə və dərrakəsinin fərqliliyinə görə müxtəlifdir. Qadın saçını və bədənini naməhrəm kişidən örtməlidir. Vacib ehtiyata əsasən, hətta saçını və bədənini həddi-büluğa çatmayan, amma yaxşını və pisi anlayan və şəhvət hisslərini duyacaq həddə olan oğlan uşağından da örtməlidir.
http://sual.nuraz.in/az/26/Geyim-v%C9%99-m%C9%99hr%C9%99m-nam%C9%99hr%C9%99m/ 
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq 
Sual (8) : Salam aleykum. İş geyimləri almaq üçün bizə işlədiyimiz şirkətdən pul verirlər. Amma bəzən məsələn hər 6 ayda, yaxud ildə bir dəfə bu geyimləri almaq o qədər də zəruri olmur. Belə olan surətdə geyim üçün bizə verilmiş pulu digər işlərə xərcləyə bilərikmi?
Ad: , Ölkə: , Müctəhid: Ayətullah Zəncani
Bismillahir-rəhmanır-rəhim
Əgər geyim almaq üçün xərclənməsi şərt olunubsa, digər işlər üçün istifadə edilməsi icazəli deyil.
http://sual.nuraz.in/az/38/Nikah-talaq-idd%C9%99-ail%C9%99/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (9) : Salam Mənim qızım bu il 1 ci sinifə gedir 7 yaşı var onun başını bağlamaq mənə vacibdi.
Ad: İbrahimov, Ölkə: Hicab, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Doqquz yaşından hicaba riayət etməlidir. Doqquz yaşından öncə də - öz-özlüyündə - ona hicab geydirmək yaxşıdır.
http://sual.nuraz.in/az/38/Nikah-talaq-idd%C9%99-ail%C9%99/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Sual (10) : salam bilmek isdeyirem qadin emisinin ve dayisinin yaninda hicabini aça bilermi dinimiz buna icaze verirmi?
Ad: Tofiq, Ölkə: Azərbaycan, Müctəhid: Ayətullah Sistani
Bismillahir-rəhmanır-rəhim
Qadının öz əmi, dayı, qardaş, bacı oğlu, qardaş oğlu, qayınata kimi məhrəmlərinin yanında hicaba riayət etməsi vacib deyildir. 
http://sual.nuraz.in/az/38/Nikah-talaq-idd%C9%99-ail%C9%99/
Öz suallarınıza cavab almaq üçün bizim saytımıza etimad etdiyinizə görə təşəkkür edirik.
Allahdan sizə xöşbəxtlik və müvəfəqiyyət arzulayırıq
Go to TOP